Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə31/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   27   28   29   30   31   32   33   34   ...   102

____________________Milli Kitabxana______________________ 

118 


 

Bəxt mənə yar olub şahi-Süleyman bu gün,  

Sayə salıb üstümə ol şəhi xaqan bu gün. 

 

Gördü ki, mən durmuşam zarü həzin dərdnak,  



Görmək ilə aşiqə eylədi ehsan bu gün. 

 

Mən fəqiri görcəyin qıldı təbəssüm rəvan,  



Könlümü şad eylədi Yusifi-Kənan bu gün. 

 

Yetər ki, bəyzadəmiz babasını görməyə,  



Getmiş idi naz ilə sərvi-xuraman bu gün. 

 

Qayıdışı ol zaman yolda mənə rast olub,  



Etdi bazar əhlini əmrinə fərman bu gün. 

 

Bar xuda eyləsin dövlətini müstədam,  



Yavəri olsun anın xaliqi-yəzdan bu gün. 

 

Ağlama zar, ey Kərim, şükr elə allıhana,  



Rəyin ilə dövr edər gərdişi-dövran bu gün. 

 

* * * 



 

Bəxti-nafərcam tək açılmadı qarə sabah,  

Ki, deyəm hali-dilim yari-cəfakarə sabah. 

 

Məni rüsva elədi bəxti-siyahim gecələr,  



Ki, neçün gəlmədi bir dəm eləyə çarə sabah. 

 

Usanıb zülm binasından, edib şərmü həya,  



Eyləmə sineyi-əfkarımı sədparə, sabah! 

 

Yataram hicr dəmində, elərəm ahü fəğan,  



Nəlur izhar edəsən halımı ol yarə, sabah! 

 

Nə uzun oldu fəraqın gecələr, gəlmədi sübh,  



Yazığam, ruzi-vüsalə yetir, ol karə sabah. 

  



____________________Milli Kitabxana______________________ 

119 


 

Mənə ol qədr təğafül elədi munca zaman,  

Az qalıbdır ki, olam dərbədər, avarə, sabah. 

 

Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin;  



Həmdəm ol bir neçə dəm mən kimi qəmxarə, sabah. 

 

QOŞMALAR 

 

Fələyin əlindən qılan ahü zar,  



Biri mənəm, biri, yarəb, kim ola?  

Güli-ruxsarına çəkən intizar,  

Biri mənəm, biri, yarəb, kim ola? 

 

Ey gözləri cəllad, qaməti mövzun,  



Bu qədər bəndəni eyləmə dilxun,  

Sərgəşteyi-aləm, halı digərgun,  

Biri mənəm, biri, yarəb, kim ola? 

 

Kərimin könlünü eyləmə viran,  



Zülümdən usanıb, halına bir yan,  

Hicran ələmindən didəsi giryan.  

Biri mənəm, biri, yarəb, kim ola? 

 

* * * 



 

Gözəllərin şahı, şuxü nazənin,  

Yetişibdi hökmün külli-cəhanə,  

Bilirsənmi necə yaxşı yaraşır,  

Zərəfşan kəmərin, incə miyanə. 

 

Gəlməyib dünyaya sən kimi dilbər,  



Gülbərg-ləblərin yaquta bənzər,  

Dolanım başına, ey pəripeykər,  

Zülfimə sübhlər eyləmə şanə. 

 

Pərişan tellərin aldı qərarım,  



Mayiləm hüsnünə, sevgili yarım.  

Çeşmi-siyahımsan, lalə üzarım,  

Olayım mən heyran sən kimi canə. 

  



____________________Milli Kitabxana______________________ 

120 


 

Şahibazi-aləm mən səni billəm,  

Düşübən torpağa yolunda ölləm,  

Daneyi-xalının qurbanı ollam,  

Qəbul eyləyəsən, şahi-zəmanə. 

 

Cəmalın artıqdır şəmsü qəmərdən,  



Yolunda keçmişəm can ilə sərdən,  

Biçarə Kərimi salma nəzərdən,  

Əgərçi kafərəm, gəldim imanə. 

 

* * * 



 

Ey ağalar, könlüm çapdı ələmlər,  

Sultanım, sərdarım, ağam gəlmədi.  

Dərdü qəm tapdağı olmuşam həmin,  

Göz qaldı yollarda, sonam gəlmədi 

 

Fəraqü hicrində qalmışam həzin,  



O şahibazımın çəkərəm qəmin,  

Bu dərdlə ölməyim olubdu yəqin,  

Üstümə gözləri alam gəlmədi. 

 

Həmişə ahlardır virdü əzbərim,  



Bilirmi halımı şahü sərvərim,  

Yazıqlar halına, biçarə Kərim,  

Can çıxınca dedin: "Balam gəlmədi". 

  



____________________Milli Kitabxana______________________ 

121 


 

ƏNDƏLİB QARACADAĞİ 

 

XIX  əsr Azərbaycan  şerində  həm klassik poeziya, həm də  şifahi xalq 



ədəbiyyatı üslubunu davam etdirən istedadlı  şairlərdən biri Əhdəlib 

Qaracadağidir. Onun doğum və ölüm tarixi haqqında dəqiq məlumat yoxdur. 

Əsərlərindən müəyyənləşdirmək olur ki, Əndəlib Qaracadaği XIX əsrin 

əvvəllərində  Cənubi Azərbaycanın Qaracadağ mahalında,  Əhər qəsəbəsində 

anadan olmuşdur. Uşaqlıq illərini doğma yurdda keçirmiş, gənc yaşlarında isə 

Şimali Azərbaycana gəlib bir müddət İrəvan xanlığında mirzəlik etmişdir. Xanlıq 

Rusiyaya birləşdirildikdən sonra, o, mayor Şubinin yanında katib vazifəsində 

işləmişdir. 

Şairin şəxsiyyəti və yaradıcılığı uzun zaman elin aləminə naməlum qalmışdır. 

Onun haqqında ilk dəfə  ədəbiyyatşünas Həbibulla Səmədzadə  məlumat vermiş, 

sonralar  əsərlərinin bir qismi toplanıb nəşr edilmişdir. Burada verilən 

nümunələr "Yazıçı" nəşriyatının çap etdiyi "Cənub ulduzları" (1984) kitabından 

götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Sərgəştə könlümün yenə min müddəası var,  



Qovğalı başımın nə bəlalı bəlası var. 

 

Bir dəm şikəstə könlüm açılmaz, səbəb nədir?  



Gəl gör zəmanənin yenə bir macərası var. 

 

Namehribani gör, küsüb əğyar ilən gəzər  



Yarəb, kimin bu tərzdə bir bivəfası var?! 

 

Sərrafi-əql ləli-ləbin müştərisidir,  



Can nəqdini nisar qılıbdır, bəhası var. 

 

Vəhm eylə, tərk qıl belə sevdanı, ey fələk,  



Kim, bir xətərli mərhələdir, çox cəfası var. 

 

Tənha bilib vücuduma qəsd etmə, ey könül,  



Yüz min bəlayi-dövr kimi aşinası var. 

 

Ey Əndəlib, naleyi-bicadan əl götür,  



Gəl gör, bu gülşənin nə əcayib səfası var. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə