Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə30/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   26   27   28   29   30   31   32   33   ...   102

____________________Milli Kitabxana______________________ 

114 


 

Bir zərrə camalından olub Leylidə zahir,  

Məcnun, yeri var, qalsa biyaban arasında. 

 

Mənada ona cilvə edib eşqi-Züleyxa,  



Qoydu neçə il Yusifi zindan arasında. 

 

Hüsnilə sənə Yusif ola bəlkə bərabər,  



Vəsf eyləyib, Allah, onu Quran arasında. 

 

Hər dəm görünür həlqəyi-zülfində cəmalı,  



Bir kuyi-bilurinidü çovkan arasında. 

 

Hər laf vuran kimsənə aşiq ola bilməz,  



Aşiq odu kim can verə meydan arasında. 

 

Ey kaş ola bu Qasiri-biçarə müqəssir,  



Məhbus ola ol çahi-zənəxdan arasında 

 

* * * 



 

Əgər zəmanədə min mahruy dilbər, ola, 

O kimdi hüsnündə, ey məh, sənə bərabər ola. 

 

Tutubdu zülfi-siyahın tək aləmi-zülmət,  



Götür niqabı yüzündən cahan münəvvər ola. 

 

Qaşındır qovseyn, xalın həcər, qədin tuba,  



Üzün behişt, ləbin səlsəbilü kovsər ola. 

 

Xətadu gər verələr müşki zülfünə nisbət.  



Rəva deyil ki, cəhan sərbəsər müəttər ola. 

 

Ölüncə, söylüyəcəkdir cəmalivün vəsfin,  



Füzuli, Hafizü Şirazi, ya ki Qasir ola. 

 

* * * 



 

Bos ki, əhsəndir yüzün heç nəqşi-digər istəməz,  

Mən bu vəchilə dedim: bu vəch zivər istəməz. 

  



____________________Milli Kitabxana______________________ 

115 


 

Əşki-çeşmim səfheyi-ruxsarı qıldı laləgun,  

Bir də ol məh surətindən kəsbi-əhmər istəməz. 

 

Mişki-zülfündən sənin əxz eyləyib rütbə bunu,  



Bu müşəxxəsdir ki, müşki-əzfər ənbər istəməz. 

 

Natəvan canım düşüb qətli-vüsalın əzminə,  



Qaşların müştaqdır, bir ayrı xəncər istəməz. 

 

Lələ baxmaz görsə hər kəs qönçeyi-xəndanını,  



Bir də bil, məhşər günündə abi-kövsər istəməz... 

 

Naz ilə rəftar edən sərvini görsə, bağban,  



Bağ ara şümşad, azadü sənubər istəməz. 

 

Var nə qədri bu fəna dünyada ömrü, dilbəra!  



Qasiri-biçarə səndən qeyri dilbər istəməz. 

 

* * * 



 

Həmişə könlüm ol məhparənin vəslini yad eylər,  

Budur bais, ona bu xəstə canını etimad eylər. 

 

Edibdir parə-parə könlümü bir az nigahilə,  



Müşəxxətdir bu cadugər cahanda çox fəsad eylər. 

 

Yüzün göstərcək o gülrux vücudimdən əsər qalmıb,  



Gözümdən qayib olcaq dərdimi həddən ziyad eylər. 

 

Bu yoldan dutmuşam şövqilə möhkəm daməni-hicri,  



Yəqinimdir məni vəslindən ol məh namurad eylər. 

 

Nə tərsa məzhəbin ol yari-birəhm ixtiyar eylib,  



Nə dini-paki-islama həqiqət etiqad eylər. 

 

Nədir, yarəb, səbəb dilbər məni daim qılıb məhzun,  



Rəqibin naz birlə xatirin peysətə şad eylər. 

  



____________________Milli Kitabxana______________________ 

116 


 

Biri yarsın qara bağrım, biri qanımı nuş etsin,  

Gözü kirpikləri birlə bu qəsdə ittihad eylər. 

 

Yəqin kilki-qəza bu dəftəri-aləmdə əzzəldən,  



Mənim bədbəxtlər silkində ismimi səvad eylər. 

 

Yazanda səfheyi-divanə hicran şərhini Qasir,  



Qələm kirpiklərindən, göz qarasından medad eylər. 

 

* * * 



Dil meylini bir türreyi-şəbgirə salıbdır,  

Divanəyə bax, kim özünü girə salıbdır. 

 

Nahəq yerə saldı özünü dami-bəlaya  



Bu qana bulaşmış məni təqsirə salıbdır. 

 

Könlüm yüzünün Kəbəsinin tövfinə getcək,  



Şam əhli tutubdur onu, zəncirə salıbdır. 

 

Əfsunkəri-çeşmin Hələbi-arizin içrə,  



Çəkmiş həbəşi qulları təsxirə salıbdır. 

 

Dün guşimə bir nalə səsi yetdi çəməndən,  



Bu nalə mənim könlümü təsirə salıbdır. 

 

Dil verdi sənin zülfi-pərişanına dilbər,  



Xali-siyəhin Qasiri təzvirə salıbdır. 

  



____________________Milli Kitabxana______________________ 

117 


 

MÜCRİM KƏRİM VARDANİ 

 

Şeirlərini "Mücrim", "Kərim" və "Mücrim Kərim" təxəllüsləri ilə imzalayan 



Mücrim Kərimin şəxsiyyətinə dair bizdə heç bir məlumat yoxdur. Mərhum yazıçı 

və  ədəbiyyat araşdırıcısı  Əzizə  Cəfərzadə onun XIX əsrin birinci yarısında 

yaşadığını  və ömrünün çoxunu səyahətlərdə keçirdiyini bildirir. Tədqiqatçı 

Mücrim Kərimin müxtəlif əlyazma cünglərindən topladığı şeirlərini 1978-ci ildə 

"Sünbülüstan" adı ilə  nəşr etdirmişdir. Buradakı nümunələr həmin kitabçadan 

götürülmüşdur. 

 

QƏZƏLLƏR 

 

Çün eşitdim, ey əzizim, sahibazar-olmusan,  



Gərdişi-dövran ilə dərdə giriftar olmusan. 

 

İncinib nazik bədən ol bəstər içrə gah-gah,  



Söylənən sözlərdən, aya, xeyli bimar olmusan? 

 

Hadisati-ixtilafi-dövrdən zəhmət çəkib,  



Möhnəti-amacgahi-çərxi-qəddar olmusan. 

 

Paybənd etmiş səni ol həbsgahi-xanədə,  



Neçə gündür ol səbəbdən tərki-bazar olmusan. 

 

Dərdi-sər vermiş sənə asibi-dövri-qəza,  



Gül kimi rəngin solub, aludeyi-xar olmusan. 

 

Mümkün olseydi olurdum xidmətində müstədam,  



Yüzümə çalma günahım, etmə, bizar olmusan. 

 

Bilməzəm çərxi-fələk qılmış səni aşüftəhal,  



Yoxsa biçarə Kərim tək sinəəfkar olmusan?! 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə