Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə38/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   34   35   36   37   38   39   40   41   ...   102

____________________Milli Kitabxana______________________ 

151 


 

ƏBÜLQASİM NƏBATİ 

 

Seyid  Əbülqasim Nabati XIX əsr Azərbaycan  ədəbiyyatının görkəmli 



simalarındandır. Onun "Nəbati", "Xançobani", "Məcnun" və başqa təxəllüslərlə 

yazdığı əsərlər hələ öz sağlığında əldən-ələ gəzir, eldən-elə yayılırdı. Şairin bir 

çox şeirləri Azərbaycan sərhədlərini aşıb, İran, Türkiyə, Orta Asiya ölkələrinə də 

gedib çatmışdır. 

Nəbatinin doğum və ölüm illəri dəqiq müəyyənləşdirilməmişdir. 

Tədqiqatçılardan F.Köçərli, B.Behcət və F. Qasımzadə onun 1812-ci ildə, 

M.Tərbiyət XVIII əsrin sonlarında,  Ə.Hüseyni isə XIX əsrin ilk illərində 

doğulduğunu qeyd edirlər. Məlum həqiqət budur ki, Nəbati Cənubi Azərbaycanın 

Üştibin kəndində anadan olmuş, bir müddət  Əhər  şəhərində, sonra Muğanda 

yaşamışdır, Qoca yaşlarında doğma yurdu Üştibinə gayıtmış  və orada vəfat 

etmişdir. 

Həm doğma Azərbaycan türkcəsində, həm də fars dilində yazıb -yaradan 

Nəbatinin  əsərləri pərakəndə olsa da, hələ öz sağlığında divan şəklində 

hazırlanınış, şairin ölümündən sonra bu divan Təbrizdə daşbasma üsulu ilə çap 

olunmuşdur. 1935-ci ildən başlayaraq Nəbati irsi "Seçilmiş  əsərlər" adı ilə 

Bakıda bir neçə  dəfə çap edilmişdir. XX əsrin 60-cı illərində  Nəbatinin 

"Əsərləri" müxtəlif əlyazma nüsxələri və çap kitabları əsasında tərtib olunaraq 

nəşr edilmişdir (1968). Həmin kitab digər nəşrlərlə müqayisədə daha mükəmməl 

olduğu üçün hazırkı antologiyada verilən nümunələr və şair haqqında məlumat 

oradan götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva  



Ki, görüm onda nagəh bir əcayib surəti-ziba. 

 

Miisəlsəl zülf çiynində, mürəssə tövq boynunda,  



Firəngi ətləs əynində, başında məcəri-həmra. 

 

Mələkmənzər, pəri-peykər, süxəngüstər, vəfapərvər,  



Büti-məhru, güli-xəşbu, sözü şəkkər, gözü şəhla. 

 

Səmənrüxsar, müşkinmu, şəlayin qaməti-dilcu,  



Dağıldı əql başımdan, alışdı atəşi-sevda. 

  



____________________Milli Kitabxana______________________ 

152 


 

Pərişan oldu əhvalım, tükəndi səbrü aramım,  

Giriban çak edib durdum yerimdən valehü şeyda. 

 

Məni görcək bu halətdə o sərvi-baği-dilbəndi,  



Gəlib yanımda əyləşdi əlində sağəri-mina. 

 

Kərəm qıldı mənə bir cam, alıb mərdanə nuş etdim,  



Durub öpdüm ayağından, dedim: ey saniyi-Leyla! 

 

Əgər görmək dilərsən surəti-Məcnuni-şeydanı,  



Uzaq gəzmə, tamaşa qıl, budur ol aşiqi-rüsva! 

 

Şikəstəxatirü məhzun, sözü aşüftə, digərgun,  



Tutub nəqşi-rəhi-Məcnun, gəzər vəhşi kimi səhra. 

 

Nəbati, həmd qıl Allahə, min şükrü səna eylə  



Ki, Məcnunun məqamatın sənə ruzi edib mövla. 

 

* * * 



 

Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!  

O cami-ləlfam ilə bu xamı bir xumar eylə! 

 

İrəm bağın tamaşa eylədim deyri-müğan içrə,  



O darül-eyşi sən, yarəb, həmişə laləzar eylə! 

 

Vərə vaxtı deyil, zahid, bu təsbihi qoy əldən bir.  



Gətir səccadəni, ver meyfüruşə bir qərar eylə! 

 

Ləbi-meyguni-saqi, sağər ilə həlqeyi-rindan,  



Bu cəmin içrə, yarəb, sən məni bir meygüsar eylə. 

 

Qüruri-ruzə xüşk etmiş səni, zahid, nə qafilsən,  



Bu təzviri riyadən keç, xudadan bircə ar eylə. 

 

Bihəmdillah, gözün var, kor deyilsən, cənnət istərsən,  



Qədəm qoy bir xərabətə səhərdən, bir nahar eylə. 

 

Nəbati, aşiqəm mən rindlər bəzmindəki halə,  



Bəli, billah, bu qövmün itlərinə can nisar eylə. 

  



____________________Milli Kitabxana______________________ 

153 


 

* * * 


Sərməst yıxıldım genə meyxanələr içrə,  

Oldum genə rüsva neçə fərzanələr içrə. 

 

Yaxdım oda səccadəvü dəstarü ridanı,  



Bir ad elədim mən dəxi pərvanələr içrə. 

 

Ey şuxi-pəritələtü, ey sərvi-güləndam,  



Gəzmə, səni tari, belə biganələr içrə. 

 

Ol nərgisi-məstin nə füsungərdi, xudaya,  



Saldı məni Məcnun kimi divanələr içrə. 

 

Gəl ver mənə bir cam də, ey saqiyi-gülfam,  



Ta məst yazım bu sözü əfsanələr içrə. 

 

Billah, bu büti-lalərüxün yoxdu nəziri,  



Baxdım neçə min surətə bütxanələr içrə. 

 

Ol gənci-xəfidən bir əsər bilmədim axir  



Canım çürüdü heç yerə viranələr içrə. 

 

Ey kövsər üçün ah çəkən zahidi-əbləh,  



Meyxanədə gəl gör onu peymanələr içrə. 

 

Qəvvas kimi qutə vurub bəhrə Nəbati,  



Ol gövhəri istər tapa dürdanələr içrə. 

 

* * * 



 

Eşq camından içən kimsə huşyar olmaz,  

Nə bu dünyadə, qiyamətdə də bidar olmaz. 

 

Qorxu bilməz, eləməz şahü gədadən pərva,  



Məsti-məstanə gəzər, kağəzü tumar olmaz. 

 

Buteyi-hicrdə bülbül kimi əfğanə gələr,  



Qeysi-biçarə kimi vəslə xəridar olmaz. 

  



____________________Milli Kitabxana______________________ 

154 


 

Tərk edər ləzzəti-dünyanı, keçər canından,  

Sikkəni dağ qılar, talibi-dinar olmaz. 

 

Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa,  



Zilləti fəxr bilər, zərrəcə bizar olmaz. 

 

Alışı şəm kimi, odlaşı pərvanə kimi,  



Can verər yarə Nəbati kimi, biar olmaz. 

 

RÜBAİLƏR 

 

Ey badi-səba, güzar qıl Təbrizə,  



Aləmdə qalıb ümidimiz bir sizə,  

Ol sərvqədin kuyinə düşsə güzərin,  

Bu naməni ver o zülfi ənbərrizə. 

 

* * * 



Saqi, gətir ol cami-zərəfşanı görək,  

Sal gərdişə bir o rahi-reyhanı görək,  

İsgəndərə söylə getməsin zülmatə,  

Göstər ona bir o abi-heyvanı görək. 

 

* * * 


 

Divanə könül, bəsdi fəğan eyləmə çox,  

Razi-dilimi xəlqə əyatı eyləmə çox.  

Xamuş otur, feyzi-əzəl tap, özünü  

Əbnayi-zəmanə həmzəban eyləmə çox. 

 

* * * 



 

Saqi, genə əyyami-gülüstan oldu,  

Gül təxtə çıxıb, çəməndə sultan oldu.  

Hər rindü gəda deyir mənəm şahi-cahan,  

Hər qübbərə bir bülbüli-xoşxan oldu. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə