Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə39/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   35   36   37   38   39   40   41   42   ...   102

____________________Milli Kitabxana______________________ 

155 


 

* * * 


 

Saqi, mənə bir cam o meydən ver, ver,  

Bir türfə xəbər o bəzmi-Keydən ver, ver,  

Mütrüb, dur əyağə, rəqs qıl məstanə,  

Dadi-dilimi nəvayi-neydən ver, ver. 

 

QOŞMALAR 

 

Susuyubdur genə kimin qanına,  



Xumar-xumar baxar hara gözlərin?  

Nola bir də dolanaydım başına,  

Qurbanı olaydım qara gözlərin! 

 

Müqəvvəs qaşların etginən kaman,  



Çəkginən müjgandan tiri-cansitan,  

Bu xəstə canımı qılginən nişan,  

Qoy etsin köksümü para gözlərin. 

 

Sənubər qamətin, ey sərv rəftar,  



Şümşadü ərəri etdi şərmsar,  

Nə yalqız etmisən məni xarü zar,  

Çoxları gətirib zara gözlərin. 

 

Arizin dövründə zülfi-müşginab,  



Qoymaz şəfəq salsın türsi-afitab,  

Hökm qıl götürsün sayəsin səhab,  

Bu dərdə eyləsin çara gözlərin. 

 

Üzün şəşəəsi ey şəmi-Çəkil,  



Xurşidi-xavəri etdi münfəil,  

Belə ki, eşq odu oldu müştəil,  

Çəkdirə həqq məni dara gözlərin. 

 

Xədəngi-xunrizin, ey şirin mənzər,  



Xosrovu təxtindən etdi dərbədər,  

Həlqə edib əldə zülfi-müənbər,  

Nə sehr oxur genə mara gözlərin? 

  



____________________Milli Kitabxana______________________ 

156 


 

Təzə gültək açılıbsan səhərdən,  

Müzəyyən olusan ləlü gühərdən,  

Yaxşı saldın Nəbatini nəzərdən,  

Əcəb mail olmuş xara gözlərin! 

 

* * * 



 

Səba, məndən söylə o gülüzara,  

Bülbül gülüstanə gəlsin, gəlməsin?  

Bu hicran düşgünü, illər xəstəsi  

Qapına dərmanə gəlsin, gəlməsin? 

 

Mən qurbanı olum ənbər tellərin,  



Qönçə dodaqların, püstə dillərin,  

O lalə rüxsarın, mişkin xalların  

Oduna pərvanə gəlsin, gəlməsin? 

 

Gözüm çox həsrətdir xumar gözünə,  



Günəş camalına, şəkər sözünə,  

Utanıram, necə deyim üzünə,  

Dərdin xəstə canə gəlsin, gəlməsin? 

 

Dolaşdır boynuma şümşad qolunu,  



Qucaqlayıb qucum incə belini,  

Ləli-ləbin əmim, sorum dilini,  

İstər ölü canə gəlsin, gəlməsin? 

 

Nəbati istəməz sənsiz dünyanı,  



İzzəti, hörməti, şövkəti, şanı,  

Bir zada qalmayıb daha gümanı,  

Bu baş o meydanə gəlsin, gəlməsin? 

 

TƏCNİSLƏR 

 

Başına döndüyüm, bu necə haldır,  



Dinməmiş deyirsən: ay nədir, nədir?  

Başım çıxmaz mənim sənin dilindən,  

Buyurginən görüm ay nədir, nədir? 

  



____________________Milli Kitabxana______________________ 

157 


 

Qurban olum üzündəki həyayə,  

Qəmzə oxun mindirginən hey yayə,  

Nə baxırsan maral kimi hey ayə?  

Cəmalın yanında ay nədir, nədir? 

 

Gözüm qan kasası, ürəyim şişə,  



Məni kabab kimi çəkmisən şişə,  

Rəqibi görüm ki, dam kimi şişə!  

İllər-illər çəkə, ay nədir, nədir 

 

Nə baxırsan o sultanə, bu xanə?  



Çox adamlar gəldi getdi bu xanə.  

Genə bu gün işıqlanıb bu xanə,  

Bilmirəm görünən ay nədir, nədir? 

 

Həmd olsun Allaha, getdi a çillə!  



Nəbati, az qaldı güllər açilə,  

Bu müşgülüm, yarəb, kimdən açilə?  

Yar dəstində tutan iynədir nədir? 

 

* * * 



 

O tərlan baxışın qurbanı canım,  

Boy çəkib gözlərin gözlər, nə gözlər!  

Amaci-sinəmi novki-müjganın  

Qoyub nişanəyə gözlər, nə gözlər! 

 

Nə qələtdir düşüb üz arasına,  



Onu bilmək olmaz üz, arasına,  

Əgər qəvvas isən, üz arasına,  

Bir gör axır ondan gözlər, nə gözlər! 

 

Təcəllasan, buyur Sina dağına,  



Əğər görsən məni, Sinada, qına,  

Qoyma rəqib baxsın sinə dağına,  

Yamandır gözləri, gözlər, nə gözlər! 

 

Yeni aydı, amma nə sövdası var,  



Nöqsanına bax, gör nə sovdası var, 

  



____________________Milli Kitabxana______________________ 

158 


 

Heç bilmənəm başda nə sevdası var,  

Ağlar-ağlar, deyər gözlər, nə gözlər! 

 

Nəbati kül oldu, yandı Sinada,  



Bu alovdan bir od düşsün sana da,  

Deyəmməzəm, necə deyim sına da,  

De görüm görmüsən, gözlər, nə gözlər! 

 

Əhvəl olma, bir nöqtədir hər ucu,  



Bir dövrdə dolanırlar hər üçü,  

Nəbatinin sultanıdır hər üçü,  

Bu idi mən deyən gözlər, nə gözlər! 

 

GƏRAYLILAR 

 

Genə fələklər ünüşdü  



Qurban-qurban sədasından.  

Məəttəl qalmışam, billah,  

Aşiqlərin ədasından. 

 

Mövcə gəldi gözüm yaşı,  



Alışdı bağrımın başı.  

Səs götürüb dağı-daşı,  

Bu Məcnunun nəvasından. 

 

Getdi gözümün qarası,  



Getməz sərimdən havası,  

Elə bil, tərlan balası  

Cüda düşüb yüvasından. 

 

Kəsildi könlümün zarı,  



Tükəndi səbrü qərarı,  

Bir yol öldür qurtar bari,  

Bu hicranın bəlasından. 

 

Gəldi Nəbati divanə,  



Kənar durun, qaçın yanə,  

Baxmaz o xanü sultanə  

Həzər qılın xətasından. 

  



____________________Milli Kitabxana______________________ 

159 


 

   * * * 

Genə gəldi bahar fəsli  

Bülbül gəldi dadə, dadə,  

Əhməri güllər açıldı,  

Saqi, gətir badə, badə! 

 

Genə səbz oldu çəmənlər,  



Güldən bəzəndi gülşənlər,  

Cıxmış seyrə gülbədənlər  

Hamı üzü sadə, sadə. 

 

Vəh vəh güldür bu ya lalə,  



Gül üzünə qonub jalə,  

Saqi, dur, ver bir piyalə  

Dəli Fərhadə, Fərhadə. 

 

Yar yolunda verdim başı,  



Yastıq etdim qara daşı,  

Döndü, billah, gözüm yaşı  

Şətti-Bağdadə, Bağdadə. 

 

Dəli könül, qəm zamanı,  



Çox etmə ahü fəğanı,  

Çağır Şahi-lafətanı,  

Yetsin fəryadə, fəryadə. 

 

Saqi, dur, ver bircə cağər,  



Dindən döndüm, oldum kafər,  

Tapammadım, qaldı gövhər,  

Qəri-dəryadə, dəryadə. 

 

Nəbati, dur hər səhərgah,  



Oxu həmdü qülhüvvəllah,  

Qalmadı əlhəmdülillah,  

Arzun dünyadə, dünyadə. 

 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə