Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə37/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

____________________Milli Kitabxana______________________ 

146 


 

* * * 


Dedim mərqum edəm ol yarə kağız,  

Mənə bəlkə qıla bir çarə kağız. 

 

Səvadi-çeşmim ilə namə yazdım,  



Baxa ta ol gülruxsarə kağız. 

 

Yazıb bu kağızı, qıldım həsədlər  



Ki, məndən tez yetər didarə kağız. 

 

Dilərsən rəf ola bu intizarım,  



Yazıb tərsim qıl həmvarə kağız. 

 

Əcayib ncməti-biintəhadır,  



Gələ dildardan dildarə kağız. 

 

Nə müddətdir o dilbərdən yetişməz  



Xəzani, xəstəvü bimarə kağız. 

 

  




____________________Milli Kitabxana______________________ 

147 


 

MƏHƏMMƏD XƏLİFƏ ACİZ 

 

Məhəmməd Xəlifə Aciz XIX əsrin birinci yarısında yaşayıb-yaratmış 



sənətkarlardandır. O, Sərabda anadan olmuşdur. Təvəllüd və ölüm tarixi məlum 

deyildir, 72 yaşında vəfat etdiyi güman edilir. Şeirlərindən nümunələr "Cənubi 

Azərbaycan ədəbiyyatı antologiyası "nın I cildindən (1981) götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Al şanə dəstinə, sənəma, darə tellərin,  



Könlüm kimi dağıt yenə rüxsarə tellərin. 

 

Tutmuş günün qabağını zülfün, kənarə çək,  



Etmiş əcəb qəra günümü qarə tellərin. 

 

Bimari-eşq, xöstəvü rəncurəm, ey təbib,  



Etməz nədən bu dərdimə bir çarə tellərin?! 

 

Axırda aşikar olub, sirri-eşqə bax,  



Yusif kimi salıb məni bazarə tellərin. 

 

Bülbül kimi nəvayə gəlib, eylərəm xüruş,  



Etmiş əsir hər gülü bir xarə tellərin. 

 

Ey mahi-gülüzarü ey şuxi-dilrüba!  



Qoymuş məni bu dəhrdə avarə tellərin. 

 

Od tutdu pərlərim bu zaman, nıahi-gülüzar,  



Salmış məni nə növ ilə, gör, narə tellərin. 

 

Əbruyi-tiğ, qəmzeyi-tir, afəti-cahan,  



Əzbəski vurdu sinəmə, ol yarə tellərin. 

  



____________________Milli Kitabxana______________________ 

148 


 

Bilməm səbəb nədir genə, ey yari-mehriban,  

Mənsur tək çəkib məni ol darə tellərin. 

 

Bilməm yovuncu eyləyək axır, ey sənəm,  



Sənan kimi bu Acizi, zünnarə tellərin. 

 

* * * 



 

Mənzur budur: Ol dili-divanə dağılsın,  

Bir şanə çək ol zülfi-pərişanə, dağılsın. 

 

Könlüm quşu seyd olmağa gər olsa muradı,  



Tök tellərini, hər biri bir yanə dağılsın. 

 

Bir daneyi-xali-siyəhin sevmədin axır,  



Zahid, görüm ol səbheyi-səddanə dağılsın. 

 

Göstər qaşını, aç ləbi-meygunə dəmadəm,  



İstərsən əgər məscidü meyxanə dağılsın. 

 

İçdikcə mənim bağrımı qan etdi bu badə,  



Bir dövr elə, saqi ki bu peymanə dağılsın. 

 

Hər cövr ki çəkdin şikəni-zülfdən,  



Aciz, Sən yaz onu, qoy səfheyi-İranə dağılsın. 

 

* * * 



 

Çəkəndə zülfünü, ətrafə, mahitab çıxar,  

Qürub göydən edər, yerdən afitab çıxar. 

 

Bu bəzmə qoysa qədəm afitabi-aləmtab,  



Edər bu bəzmi münəvvər ki, biniqab çıxar. 

 

Gələndə naz ilən ol sərvnazü bəndənəvaz,  



Bir əldə zülf bir əldə şərabi-nab çıxar. 

 

Əgər cəmalını bir ləhzə görməsə, dindən – 



Təmami-zahidü abidlə, şeyxü şab çıxar. 

  



____________________Milli Kitabxana______________________ 

149 


 

Tökübdü zülfünü çin-çin o mah rüxsarə,  

Misali-türreyi-şəbrəng bir üqab çıxar. 

 

O məst gözlərinə, dilbəra, fəda Aciz – 



Ki, məst xaneyi-xəmmardan xərab çıxar. 

 

GƏRAYLILAR 

 

Ey zalım, navəki-qəmzən,  



Vurubdur yarə könlümə,  

Gözlərimdən axar qanı,  

Gəl eylə çarə könlümə. 

 

Vurub qəmzən zəxmi-karı  



Qoyma olsun qanı carı,  

Gətir zülfi-miskbarı  

Basgilə yarə könlümə. 

 

Sallanıb naz ilən gedən,  



Mənə rəhmin gəlməz nədən?  

Səndən qeyrı çarə edən,  

Yoxdu biçarə könlümə. 

 

Gəl insafa səni tarı,  



İncitmə Acizi-zarı,  

Göstər xurşidi-rüxsarı,  

Bu günüqarə könlümə. 

 

* * * 



 

Xalxal Siyəhkəmərdə bir – 

Siyəhtelli pəri gördüm.  

O gözlərə Ayı, Günü,  

Zöhrəni, Müştəri gördüm. 

 

* * * 



Bir mələkdir enib yerə,  

Bənzəməz hərgiz bəşərə,  

Pəri göründü nəzərə,  

O mələkmənzəri gördüm. 

  



____________________Milli Kitabxana______________________ 

150 


 

Nə Şamda, var, nə Hələbdə,  

Nə əcəmdə, nə ərəbdə.  

Müxtəsər zülməti-şəbdə,  

Xurşidi-ənvəri gördüm. 

 

Demə, o sərvi-qaməti,  



Qiyamında qiyaməti,  

Qiyamətdir əlaməti,  

Şurişi-məhşəri gördüm. 

 

Ox kirpiyin, zülfün pürçin,  



Acizin qanına rəngin,  

Həmi bir alıcı laçin,  

Həmi kəbki-dəri gördüm. 

 

* * * 



 

Haçanacan aman çəkim,  

Bu zalım hicran əlindən.  

Bu ev yıxan sitəmkarın  

Aman, əlaman əlindən. 

 

Qəm evində xəstə qaldım,  



Bərgi-xəzantək saraldım,  

Könlümü zülfündən aldım,  

Qurtardım ilan əlindən. 

 

Sevdim bir zülfi-kəməndi,  



Olubdur könlümün bəndi,  

Qocaldım, ömrüm tükəndi,  

Bir tazə cavan əlindən. 

 

Sevdim bir yari-bivəfa,  



Sitəmi Acizə rəva,  

Yemişəm yüz tiri-cəfa,  

Bu qaşı kaman əlindən. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə