Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə33/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   29   30   31   32   33   34   35   36   ...   102

____________________Milli Kitabxana______________________ 

126 


 

Ey üzü gül, boyu sərvü sənubər,  

Vəsfin eyləmişəm dilimdə əzbər.  

Bilməm nə səbəbdən yeganə gövhər,  

Yetişmədi xiridarə, deyən yox. 

 

Bir gülüzlü yara aşiqəm, aşiq 



 Bir şiringöftara aşiqəm, aşiq.  

Mən də bir nigara aşiqəm, aşiq.  

Əndəlib tək gülüzarə deyən yox. 

 

GƏRAYLILAR 

 

Zahid, bir neçə kəlmə sən,  



Eşit şəhri-qiyamətdən.  

Gör nə cəfalər gorübdür  

Könlüm bir sərvqamətdən. 

 

Nə qəddi sərv, sənubərdir,  



Yoxsa şümşadi-Azərdir.  

Ya möcüzi-peyğəmbərdir,  

Zahirdir çox əlamətdən. 

 

Ya məgər xaliqi-sifat,  



Xəlq etmiş bir həbbi-nəbat,  

Ləbləridir abi-həyat,  

Əmmək olmaz lətafətdən. 

 

Olur mənim kimi hər ac,  



Qaşların gəncinə möhtac,  

Görsə bu guşəni həccac  

Üz döndərər ziyarətdən. 

 

Bax mövsümi-novbaharə,  



Əzmi-seyri-gülüzarə  

Əndəlibi-bəxtiqarə  

Söyləsin bu rəvayətdən. 

  



____________________Milli Kitabxana______________________ 

127 


 

* * * 


Eyləyibdir çox cəfalar,  

Məni-binəvayə zülfün.  

İncidib, salmış özü tək,  

Nə uzun sevdayə zülfün! 

 

Dönüb bir sultani-sədrə,  



Təkyə vermiş mahi-bədrə,  

Tən eylər leylətül-qədrə,  

Həm şəbi-yeldayə zülfün. 

 

Olma eşq əhlinə qatil,  



Cahil, sən qədri-qiymət bil.  

Necə ki, göylərdən qəndil – 

Asmış kəlisayə zülfün. 

 

Sənsən, ey şahların şahı,  



Eşq əhlinin qibləgahı,  

Bağışlarlar hər günahı,  

Tutsa əl duayə zülfün. 

 

Eylə Əndəlibi-zari,  



Siyah zülfün giriftari.  

Çox aşiqi-biqərari  

Döndərsin şeydayə zülfün. 

 

HEYDƏRİLƏR 

 

Sanei-qüdrətdən siyəb xalların,  



Arizində nə zindanə duşübdür.  

Birisi həbəşdir, birisi hindu,  

Bəd əməllər xoş məkanə düşübdür.  

Əzizim, nə məkani,  

Dehqanın nəm əkani, 

  



____________________Milli Kitabxana______________________ 

128 


 

Eşqinin avarəsi,  

Nə yeri, nə məkani?  

Aşiq ilen əvvəldən,  

Yediyin nəmək hani? 

 

Pərtovi-cəmalın oldu münəvvər,  



Təəccüb eylərəm, Allahü-əkbər!  

Mehri-rüxsarindən xurşidi-ənvər .  

Bir zərrədir asimanə düşübdür.  

Əzizim, asimanə,  

Zülf üzdən asma yenə.  

Verməz fələk hərifi  

Şah-cənnət asi mənə.  

Həsrətindən fəğanim  

Çulğaşıb asimanə. 

 

Qaşların fitnədir, gözlərin cadu,  



Xədəngi-müjganın mənə tutdu ru.  

Gəlib can almağa kafəri-bədxu,  

Ver nəsihət, bəd gümanə düşübdür.  

Əzizim bu gümani,  

Dərs oxu begu məni,  

Fərağında könlümün,  

Yox idi bu gümani  

Çəkməz hüsnün surətin,  

Gəlsə iki yüz Mani. 

 

Hərami gözlərin salıbdır cəngi, 



Yay qaşların müjgan olub xədəngi. 

Çapdı ingilisi, rumi, firəngi, 

İndi fikri İrəvanə düşübdür. 

Əzizim İrəvani, 

Həccdən İrəvani, 

Nə zülm oldu, görmədin 

Aşiqə irəvani! 

Az qalıb gözüm yaşı 

Yıxa, gəl, İrəvani. 

  



____________________Milli Kitabxana______________________ 

129 


 

Şöleyi-ahimdən tutuşdu aləm,  

Nə səbəbdən sənə yetmədi naləm?  

Əndəlibəm, şükr eylərəm dəmadəm,  

Həsrət gözüm gülüstanə düşübdür.  

Əzizim gülüstani,  

Oxudum "Gülüstan"i,  

Gülşəni-hüsnün görən  

İstəməz gülüstani.  

Səndə olan lətafət  

Bax gör, gül üstə hani? 

 

* * * 



 

Söylə görüm, olum dilin qurbanı,  

Nədən vəfa eyləmədin iqrarə?!  

Vaxt ikən aşiqə etmədin xəbər,  

Bəlkə eyləyəydi dərdə bir çarə.  

Əzizim, dərdə çarə,  

Durmuşam dərdə çarə,  

Dil bilən təbib gərək  

Eyləyə dərdə çarə.  

Çarəsiz xəstələrə  

Bulunur dərdə çarə. 

 

Qorxuram əğyarə olasan həmdəm,  



Qədrini bilməyə dilbilməz adəm.  

Aşiq gərək ləhzə-ləhzə, dəmadəm  

Can qurban eyləyə sən tək nigarə.  

Əzizim, nigarə bax,  

Nəqşə bax, nigarə bax.  

Qanımı güllər alır,  

Etdiyi nigarə bax.  

Həsrət qalan gözlərim,  

Doyunca nigarə bax! 

 

Sən tərk eyləyəli əhdü ilqari,  



Qalmayıb könlümün səbrü qərari. 

  



____________________Milli Kitabxana______________________ 

130 


 

Sənin kimi alagözlü nigari,  

Tanrı nəsib eyləməsin əğyarə.  

Əzizim əğyarilən,  

Bayqular əğyarilən,  

Görüm başa getməsin,  

Səninki əğyarilən,  

Necə görsün gözlərim  

Gəzəsən əğyarilən? 

 

Necə rəva gördün, ey mələkzadə,  



Döndün aşinadan, dil verdin yadə.  

Dərdə tabım yoxdur bundan ziyadə,  

Baş götürüb gedim hansı diyarə?  

Əzizim bu diyarə,  

Yol düşdü bu diyarə,  

Gəlsə loğman sağalmaz,  

Sinəmdəki bu yarə.  

Yetəsən məzarimə,  

Deyəsən budu yarə! 

 

Vəsfində çoxların açılıb dili,  



Əndəliblər sevər sən qızılgüli,  

Nədən tərk edərsən şeyda bülbüli?  

Qızügül tək həmdəm olursan xarə.  

Əzizim xarə bağlar,  

Atlası xara bağlar,  

Məgər bülbül ölübdür,  

Gül meylin xarə bağlar?  

Mən ölləm, yar ağlasın,  

Özgələr xarab ağlar. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə