Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə34/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   30   31   32   33   34   35   36   37   ...   102

____________________Milli Kitabxana______________________ 

131 


 

LEYLİ VƏ MƏCNUN 

 

məsnəvi 

 

DİBAÇƏ 



 

 ...Gənclik günlərində on dörd yaşında ikən Qaracadağ mahalının  Əhər 



qəsəbəsində Leyli kimi bir gözəl sənəmə düçar olub, ona eşq yetirdim. Rəhmsiz 

eşq o dərəcədə tüğyan elədi ki, onu təsəvvür etmək qeyri-mümkündür. Mənim 

kamil ustadım eşq oldu. Allah taalanın qüdrətindən mənə söz söyləmək (şeir 

demək) nitqi verildi və mən aləmdə bülbül kimi tərənnümə gəldim. Əndəlib adı 

ilə  məşhur oldum. İşin  əvvəlində  məzəli türkülər (seirlər) yazdım. Mənimlə 

məşuqənin arasında ittifaq düşən  şeydən "Leyli və  Məcnun " səyağında inşa 

eləmişəm ki, yadigar olaraq qalsın və oxuyanlar məni bir dua ilə yad və  şad 

eləsinlər. 

 

Məşşateyi-feyzi-süni-bari  



Zinətlədi şahidi-bahari. 

 

Dilbər kimi geydi rəxti-əhmər,  



Saldı başa məcəri-muşəccər. 

 

Gülşən geyinib libasi-diba,  



Hürani-behişt tək sərapa. 

 

Sərvi-çəmən oldu miri-məhfil,  



Geydi qədinə qəbayi-yaşil. 

 

Qumruyü təzərv olub həmavaz,  



Ahəngi-müxalif etdilər saz. 

 

Gülşəndə niqab açanda çün gül,  



Bu şeri müdam oxurdu bülbül. 

 

MÜXTƏSƏR SAQİNAMƏ 



 

Ey saqiyi-gülüzar, bəsdir,  

Naz etmə, keçir bahar, bəsdir. 

 

Ver badeyi-xoşgüvar, içirmə  



Zəhri-qəmi-nagüvar, bəsdir. 


____________________Milli Kitabxana______________________ 

132 


 

Tökdü meyi-ərğəvan üçün qan  

Bu dideyi-əşkbar, bəsdir. 

 

Ver badəni, rəfi dərdsər qıl,  



Öldürdü məni xumar, bəsdir. 

 

Ey saqiyi-səngdil, kərəm qıl,  



Azari-dili-fikar, bəsdir. 

 

Qurbanın olum, sən etmə barı,  



Qıldı mənə zulm yar, bəsdır, 

 

Hüsnün çəmənində Əndəlibəm,  



Ey gül, məni etmə xar, bəsdir. 

 

MƏŞUQƏ HAQQINDA MÜXƏMMƏS 



 

Gördüm Əhərdə bir güli-rəna, əcəb-əcəb,  

Cəlladü cansitanü dilara, əcəb-əcəb,  

Olmuş nişani-hüsn hüveyda, əcəb-əcəb,  

Salmış cahanə şurişü qovğa əcəb-əcəb,  

Vəh-vəh, nə xoşmuş büti-ziba, əcəb-əcəb! 

 

Ol bivəfa qılar nə qiyamət qiyaməti,  



Hər baxış ilə məhv edər əhli-səlaməti,  

Billah, bu zinətin yenə var çox əlaməti,  

Hər dilşikəstə kim, görüb ol sərvqaməti,  

Fəryad çəkdi, söylədi vah-va, əcəb-əcəb! 

 

Qıldın düçar dərdə, fələk, bivəfaləri,  



Gətdin bəlalı başıma yüz min bəlaləri.  

Ey bivəfa, yolunda nə çəkdim çəfaləri,  

Tərk eylədim rəfiqləri, aşinaləri,  

Oldum qəribü bikəsü tənha, əcəb-əcəb! 

 

Pəjmürdə qıldı sərsəri-qəm novbaharimi,  



Əyyami-hicr əlimdən alıb ixtiyarimi, 

  



____________________Milli Kitabxana______________________ 

133 


 

Kəsdi fəraq rişteyi-səbrü qərarimi,  

Bidərdlər eşitdi mənim ahü zarimi,  

Tən ilə qıldılar nə tamaşa, əcəb-əcəb! 

 

Ey Əndəlib, gülşəni-hicranü dərdü qəm,  



Cövri-bəlakəşideyi-dövranü bəxti kəm,  

Göz yaşını gülab kimi tökmə dəmbədəm,  

Müşkülguşa Əmiri-ərəb, Xosrovi-əcəm,  

Həll eyləsin bu müşgülü mövla, əcəb-əcəb! 

 

Mənzilgəhi-hurdan qayıtdım,  



Öz mənzilimdə qərar tutdum. 

 

Gər dəşt mənimçün oldu zindan,  



Məhbusu müqəyyədü pərişan. 

 

Hər kimsəyə dərd qıldım izhar,  



Gördüm ki, əlac yoxdu, zinhar! 

 

Birisi deyir: Cünun olubdur,  



Dindirmə ki, qeyrgun olubdur. 

 

Birisi qılar bu növ tədbir:  



"Divanələrə gərəkdi zəncir". 

 

Az qaldı məni-şikəstəvü zar,  



Zəncirə düşüb olam giriftar. 

 

Qalmadı nə atəvü, nə anə,  



Vurdum qamusin imtəhanə. 

 

Biri mənə olmadı mədədkar.  



Hicran günü qəmlərimə qəmxar. 

 

Bica yerə cümlə döndü məndən,  



Ayırdı fələk məni vətəndən. 

 

Düşdüm yola bərkənar getdim,  



Vəhşilər ilə qərar tutdum. 

  



____________________Milli Kitabxana______________________ 

134 


 

Əql ayinəsinə daş vurdum,  

Məcnun yerinə baş vurdum. 

 

Çəkdim gecələr bəsi fəğani.  



Oldu adım Əndəlibi-sani. 

 

Bir gün dolanıb şikar edirdim,  



Fikri-qəmi-ruzigar edirdim. 

 

Tikdim gözümü səvadi-rahə,  



Söylərdim o badi-sübhgahə: 

 

- Key badi-səba, apar pəyamim,  



Dildarə yetir mənim səlamim. 

 

Dərgahinə Əndəlibi-şeyda,  



Söylə, neçə beyt etdi inşa. 

  



____________________Milli Kitabxana______________________ 

135 


 

MİRZƏ MEHDİ NACİ 

 

Mirzə Mehdi Naci 1805-ci ildə Gəncədə doğulmuşdur. "Divani-hikmət'in fəal 



üzvlərindən olan Naci dövrünün tanınmış  şairi, xalq təbabətini gözəl bilən 

həkimi həm də mahir həkkak-xəttatı olmuşdur. Onun hazırladığı gözəl 

ornamentli qəbir daşları indi də  Gəncə  qəbiristanlığında qalmaqdadır. Naci 

Qarabağ,  Şəki, Qazax, Şamaxı  şairləri ilə yaxından  əlaqə saxlamış, tez-tez 

onlarla məktublaşmışdır. O, 1882-ci ildə Gəncədə vəfat etmiş, şəhərin İmamzadə 

qəbiristanlığında, hələ sağlığında özü üçün hazırladığı  məqbərədə  dəfn 

edilmişdir. 

Bəzi cünglərdə  şeirləri qalmışdır. Burada verilən nümunələr Firidun bəy 

Köçərlinin "Azərbaycan  ədabiyyati"(IIcild, 1981) və "Yazıçı"'nəşriyyatının çap 

etdiyi "Poetik məclislər" (1987) kitabından götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Yandı canım hicrdən, ruhi-rəvanım gəlmədi,  



Çıxdı əflakə fəğan, ol əl-amanım gəlmədi. 

 

Keçdi-ömrüm, natəvan oldu tənim də, vay kim,  



Bu təni-rəncurimə bir dəxi canım gəlmədi. 

 

Keçdi əyyami-baharım, gözlərim gözlər yolu,  



Noldu, yarəb, bülbüli-şirinzəbanım gəlmədi? 

 

Gəlmədi, aya, səbəb noldu, vücudim səhhəti?  



Deməyə bir kimsə yox sirri-nihanım gəlmədi? 

 

Dinü imanım nə müddətdir gedib məndən uzaq,  



Çünki yarım gəlmədi, dinü imanım gəlmədi. 

 

Seyli-qəm peyvəstə qıldı, münhədim dil mülkünü,  



Mülki-dil təmirinə ol mehribanım gəlmədi. 

 

Getdi tab ilə təvanım cümlə əldən, Naciya,  



Bu təni-zarə neçün tabü təvanım gəlmədi! 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə