Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə47/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   43   44   45   46   47   48   49   50   ...   102

____________________Milli Kitabxana______________________ 

190 


 

Tükəndi səbri, oldu taqəti taq,  

Bu vüsətlə ona təng oldu afaq. 

 

Qaraldı gözləri, getdi qərari,  



Acından getdi əldən ixtiyarı. 

 

Oalıb evdə özü ac, külfəti ac,  



Xədəngi-ibtilayə oldu amac. 

 

Günü qarə, üzülmüş çarədən əl,  



Əli qoynunda qalmışdı məəttəl, 

 

Müqavvayə dönüb cismi-nəzari,  



Gecə-gündüz edərdi ahü zari. 

 

Töküldü cism, qaldı misli-sayə.  



Əqiqi rəngi döndü kəhrəbayə. 

 

Uşaqlardan biri "acam" deyirdi. 



Bu, yüz batman qəmü qüssə yeyirdi... 

 

BİÇARƏ TÜLKÜNÜN AVARA  



QALMASI HEKAYƏTİ 

 

Xülasə, çün məəttəl qaldı Rubah,  



Töküb göz yaşı, çəkdi naləvü ah. 

 

Qaçıb, səy eyləyib hər səmtgahə,  



Tutub yüz, yollanıb hər şahrahə, 

 

Edib çox hiyləvü əfsunü təzvir,  



Qılıb salusü məkrü fikrü tədbir. 

 

Gedib hər kuçəvü hər rəhgüzarə,  



Girərdi hər evə, olmazdı çarə. 

 

Məcaət dərdi aldı xəstə canin – 



Ki, qoymub İsfəhanda girməmiş hin, 

  



____________________Milli Kitabxana______________________ 

191 


 

Xəyalında toyuq nəqşi çəkərdi,  

Baxıb ol nəqşə göz yaşı tökərdi. 

 

Görəndə göydə bir quş göz yumardı;  



Gözünü yummasaydı, çün umardı. 

 

Xoruz adın eşitsəydi birindən,  



Çəkərdi seyhə, qalxardı yerindən, 

 

Müəzzin səslənəndə göz açardı,  



Xoruza bənzədib pərran qaçardı. 

 

Xəyalinə düşəndə göy fəriklər,  



Ətə guya ki, övrətlər yeriklər. 

 

Yuxusuna əgər gəlsəydi cücə,  



Oyanmazdı yuxudan ta ölüncə. 

 

Keçərdi göylərə ahü füsusi,  



Eşitsəydi əgər bani-xorusi. 

 

Toyuq adın biri yerdə yazardı,  



O ad altını min arşın qazardı. 

 

TÜLKÜNÜN XOŞHAL OLMASI VƏ FAL AÇMASI 



 

Xülasə, Tülkü çün hatif sözünü  

Eşitcək çimçişib açdı gözünü. 

 

Müşəxxəs eyləyib lütfi-xudanı,  



Sevindi, güldü, qıldı şadimani. 

 

O dəm tapdı bir aşıq, oldu falçı,  



Dedi: Tapsam toyuq, üçdən bir alçı. 

 

Sovuracaq aşıbını alçı durdu,  



Sevindi Tülkü şad oldu, qudurdu. 

  



____________________Milli Kitabxana______________________ 

192 


 

Verib təkyə yerə, durdu ayağə,  

O yerdən sallanıb gəldi aşağə. 

 

Yetib bir dərəyə ol zarü əfkar, 



Nə gördü, bir damaqlı kök toyuq var. 

 

Yeyib əzbəs ki, danə har olubdur,  



Sənin tək xeyli nahəmvar olubdur. 

 

Olub sərməst, edib həqqi fəramuş,  



Damağ ilə edər cami-səfa nuş. 

 

Vurar cəh-cəh girəndə laləzarə,  



Deyir bülbül nədir, kəklik nəkarə. 

 

Nə Allah anlayır, nə məzhəbü din,  



Zəlalətdən edibdir tərki-ain. 

 

Qürurundan yerişin azdırıbdır,  



Çəkib qəddin, deyərsən qaz durubdur. 

 

TÜLKÜNÜN YUXU GÖRMƏSİ 



 

Xülasə, çün bu fikrə düşdü Tülkü,  

Qəmü qüssə odunda bişdi Tülkü. 

 

Uşaqların salardı hey xəyalə,  



Tökərdi göz yaşın, eylərdi nalə. 

 

Əyalın fikr edib gəldi fəğanə,  



Ucaldı şölə ahi asimanə. 

 

Düşərdi xatirinə qövmü qardaş,  



Ələrdi gözlərindən müttəsil yaş. 

 

Müsibət riştəsinə bəstə oldu,  



Zibəs döydü özünü, xəstə oldu. 

  



____________________Milli Kitabxana______________________ 

193 


 

Zəlalət mövcünə qərq oldu, batdı,  

Başını qoydu bir daş üstə yatdı. 

 

Yuxuda gördü bir şəxsi-mücəlləl,  



Gəlib lütf ilə çəkdi başına əl. 

 

Mücəlləl çün Kəlimi-adiyi-Tur,  



Dirəklənmiş üzündən göylərə nur. 

 

Buyurdu dur, nədəndir, ey bəlakeş  



Ki, olmuş böylə əhvalın müşəvvəş. 

 

Nə var başında, ey məhzuni-külbaş,  



Tökər daim gözün peyvəstə qan-yaş: 

 

Yaxan parə, gözün yaşlı, pərişan,  



Olub şüğlün dəmadəm ahü əfğan. 

 

Nə dərdin var düşübsən ruyi-xakə,  



Səməkdən övc edib ahın səmakə. 

 

Eşitcək bu sözü Rubahi -xəstə,  



Ayağa durdu ol zarü şikəstə. 

 

Səlam eylüb, buyurdu rəsmi-təslim,  



Əlin qoydu döşünə, qıldı təzim. 

 

Vurub cəlladi-qəm boynuna dürtmə,  



Töküb göz yaşını, çaldı ögürtmə. 

 

Çəkib övzai-əhvalin bəyanə,  



Bu nəhv ilə deyərdi yanə-yanə: 

 

"Tərəhhüm qıl, ağa, didəm yaşınə,  



Məni çöndər uşaqların başinə. 

 

Düşübdür yadıma əhli-əyalim,  



Odur tüğyan edibdir əşki-alim. 

  



____________________Milli Kitabxana______________________ 

194 


 

Atam acdir, anam ac, külfətim ac,  

Müsibət oxlarına oldum amac... 

 

Dedi ol şəxs yatma, dur ayağa,  



Təlaş eylə, dayanma, çıx bu dağə, 

 

Görərsən orda bir qurt, eylə təzim,  



Əlindən hər nə gəlsə, eylə təkrim. 

 

Onunla yoldaş ol, gəz bu aradə,  



Bu tezliklə yetərsən sən muradə. 

 

QURDLA TÜLKÜNÜN SÖHBƏTİ 



 

Dedi Tülkü: "Sənə, ey fəxri-əhrar,  

Mürəxxəs eyləsən bircə sözüm var. 

 

Budur ərzim, nədən böylə pərişan  



Olubsan, şüğlün olmuş ahü əfğan. 

 

Gözündən müttəsil qan-yaş tökərsən,  



Fəlakətlə yaman günlər görərsən". 

 

Dedi Qurd: "Ey oğul, qoy mən cavabın  



Deyim indi, cavabın, ya savabın, 

 

Cavanlıq aləmində şərr idim mən,  



Şəriri-nəfsi-bumi-dəhr idim mən. 

 

Nə çox baş verdi məndən zülmi-bidad,  



Əlimdən göylərə qovzandı fəryad - 

 

Ki, çox çöldə keçi, oğlaq çığırtdım,  



Yelin salmış inəklər qarnı yırtdım. 

 

Müsəlmanları saldım iztirabə,  



Təpildim kömlərə, qoydum xərabə. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə