Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə44/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   40   41   42   43   44   45   46   47   ...   102

____________________Milli Kitabxana______________________ 

177 


 

Düşmən içində çünki köməksiz görər məni,  

Eylər Səkinə zülfü əlində dua mənə. 

 

Mən heç kimin inayetinə təkyə etmərəm,  



Bəsdir təvəkkül eyləməyə bir xuda mənə. 

 

Məndən sonra Dəxilimə fürsət ver, ey xuda,  



Dutsun fərağət ilə həmişə əza mənə. 

 

QƏSİDƏLƏR 



 

Xərabə mənzil olub çün əyali-tahayə,  

Yetişdi nalə səsi övci-ərşi-əlayə. 

 

Hənuz hər yeri bir yanda tutmamış aram,  



Bir özgə qəm verib ali-əbli-beyti-Zəhrayə. 

 

Bir-birinə xəbər eyləyib əhaliyi-Şam,  



Ki, dəstə-dəstə gəliblər o dəm təmaşayə. 

 

Bu az cəfadı ki, ol bikəsani-xam tamah,  



Baxıb əsirlərə, düşdülər təmənnayə. 

 

Tamahlanıb birisi istədi imamı qulam,  



Həzar mən bu biabiruyi-dünyayə. 

 

Biri deyirdi satarlar təmamini allam,  



Yezidi razı əgər eyləyəm bu sövdayə. 

 

O vaxtda Zeynəbi-nalənə üz verib riqqət,  



Gümanı çox var idi çün Əliyyi-əlayə. 

 

Buyurdu kur olasız, baxmayın, kənarə durun,  



Nə tənədir, nə tamaşa hərimü alayə? 

 

Zənanü mərdü, kənizü qulamsız bizə siz,  



Qəsəm cənabi-Bətulü Rəsuli-bəthayə. 

  



____________________Milli Kitabxana______________________ 

178 


 

Həmin xərabədə Adəmdi bizlərə dərban,  

Görübdü çün bizi xatun insi-Həvvayə. 

 

Böyük hərəmlərə xadim cənabi-Məryəmdir,  



Bu xırda qızlara Həvvadır aqibət dayə. 

 

Yenə qoyub üzünü bəski aftab göyə,  



Bizik ki, başımıza salmamışdı gün sayə. 

 

Haman cavan ki, sınıq payəyə edib təkyə,  



Onun adı yazılıb ərşə, ta tapıb payə. 

 

Özü mərizdü amma bununla Ruhullah,  



Əbəd həyat verir bir nəfəslə mövtayə. 

 

Zəif can ilə çün əllərin öpübdü əsa,  



Odur əsası verir can əsayi-Musayə. 

 

Çəkiblə darə tənab ilə dari-dünyada,  



Veribdü dari-bəladən nicat İsayə. 

 

Yetişmişık təzə, bir dəm qoyun olaq rahat,  



Salublə bizləri müddətdi kuhü səhrayə. 

 

Qərib ölkə, xərabə məkan ki qırxa yavuq,  



Əsir övrət-uşaq kim düşüb bu səhrayə. 

 

Açıqdı başlarımız, baxmayın sizi Tarı,  



Gedin dəxi dağılın, durmayın təmaşayə. 

 

Nə müşrikü nə yəhudü nə əhli-zünnarıq,  



Nüzul edib bizə Quran ayəbəayə. 

 

Hicab edin, üzümüzdə nə pərdə var, nə niqab,  



Qənaət eyləməyin türreyi-səmənsayə. 

 

Əgər bizi tanısaz hətki-hörm0ət eyləməyin,  



Bizik ki, nisbətimiz var Bətuli-Üzrayə. 

  



____________________Milli Kitabxana______________________ 

179 


 

Edibdi xalqa təvəllanızı xuda vacib,  

Necə rəvadı Xudayə qalam təvəllayə. 

 

Nəvayə gəlməyə var gülşəni-əzadə Dəxil,  



Nə ehtiyac dəxi əndəlibi-şeydayə. 

 

* * * 



 

Tutmuş cahanı naleyi-va qürbəta qərib,  

Güya gəlibdü naləyə bir binəva qərib. 

 

Bilməni nə şüurdur ki, tutub əhli-aləmi,  



Məclis qərib, növhə qərib, həm əza qərib. 

 

Bilməm nədir cəzası bu qürbətdə ölməyin,  



Həm ənbiya qərib olub, həm övliya qərib. 

 

Əvvəl bu möhnəti eləyib şövq ilə qəbul,  



Can verdi Kufədə Əliyü Murtəza qərib. 

 

Qoydu Əli dalınca qədəm nayibi-Əli,  



Oldu şəhid zəhr ilə ol Müctəba qərib. 

 

Heç kəs qərib olmadı billah Hüseyn kimi,  



Ölkə qərib, əyal qərib, əqrəba qərib. 

 

Nəşi qərib, fərşi qərib, ölməyi qərib,  



Həncər qəribü xəncəri-Şümri-dəğa qərib. 

 

Yeddi bacı, beş-altı hərəm, xeymədən çıxıb,  



Həsrətlə can verirdi şəhi-Kərbəla qərib. 

 

Şümri-ləin kəsib başını nizəyə vurub,  



Peykər qəribü baş qəribü cüda qərib. 

 

Dörd dövrəsində nəşi-cavanani-gülüzar,  



Əkbər qəribü Qasimi-növkədxuda qərib. 

  



____________________Milli Kitabxana______________________ 

180 


 

Qolsuz düşüb Fərat kənarında bir cavan,  

Qollar qəribü məşki qəribü ləva qərib. 

 

Zeynəb çəkərdi nalə ki, ya ümmətür-rəsul,  



Öldü bu çöldə sibti-rəsuli-xuda qərib. 

 

Bir kimsə yox məgər edə möminlərə xəbər,  



Ya qövmüs-səlat və nahahüna qərib. 

 

Cəbril tacını götürüb eylədi səda,  



Öldü bu çöldə şəfeyi-ruzi-cəza qərib. 

 

Nə qüsl, nə hənut, nə tabut, nə bir məzar,  



Harda qalıb bu növ ilə bir binəva qərib? 

 

Hansı qərib nəşi qalıb üç gün, üç gecə?  



İsti qum üstə bikəfənü birəda qərib. 

 

Bəs olmadı, əyalini Şamə apardılar,  



Mənzil qəribü nalə qəribü nəva qərib. 

 

Bağdadə get, sorağ elə Musi ibn Cəfəri,  



Zindan qərib kündəvü zənciri-pa qərib. 

 

On yeddi il soruşmadı bir kimsə halını,  



Ümmət qərib, İmam qəribü cəfa qərib. 

 

Qürbət qəmini bir-birinə irs qoydular,  



Ta zülət ilə öldü imam Rza qərib. 

 

Bu gün özünü şahi-Xorasanə sal Dəxil,  



Ağla ki, olsun ağlamağından riza qərib. 

 

  




____________________Milli Kitabxana______________________ 

181 


 

MƏHƏMMƏDƏLİ BƏY MƏXFİ 

 

Bədii  əsərlərini "Məxfi " təxəllüsü ilə yazan Məhəmmədəli bəy Vəlizadə 



1821-ci ildə Şuşada doğulmuşdur. Orada yeni tipli məktəbdə oxumuş, fars və rus 

dillərini öyrənmişdir.  Şuşada və  İrəvanda dövlət idarələrində çalışmış, dövrün 

qabaqcıl ziyalıları ilə dostluq etmişdir. 

1891-ci ildə dünyasını dəyişən Məxfinin Azərbaycan və fars dillərində gözəl 

şeirləri qalmışdır. Filologiya elmləri namizədi Raqub Kərimov onun əsərlərini 

toplayaraq Bakıda "Qəzəllər" (2001) adı ilə  nəşr etdirmişdir. Burada verilən 

örnəklər həmin kitabdan gotürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Mətləbim kuyində didari-cəmalındır sənin,  



Zindəganlıqdan qərəz əlhəqq vüsalındır sənin. 

 

Çeşmeyi-heyvandan sönməz bu könlüm yanqusu,  



Arizuyi-xatirim abi-zülalındır sənin. 

 

Gəl məzarım üstə, sərvim, bir qədəm bas sinəmə,  



Bu sərü tən xaki-payin paymalındır sənin. 

 

Əhli-üşşaqın səlamət olmağı mümkünmüdür?  



Hər qiya baxdıqda can almaq xəyalındır sənin. 

 

Qaşların tağın qoyub, mehraba meyl etməz könül,  



Səcdəgahım eşq ara ol künc-hilalındır sənin. 

 

Söhbəti-xəlqi-cahan yanımda bir əfsanədir,  



Mətləbim şəkkərşekən şirin məqalındır sənin. 

 

Daneyi-əngurudur düşmüş meyi-gülfam ara 



Ləblərində, yoxsa ol hinduyi-xalındır sənin. 

 

 



  


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə