Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə26/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   22   23   24   25   26   27   28   29   ...   102

____________________Milli Kitabxana______________________ 

98 


 

SEYİD MİRHƏMZƏ ƏFƏNDİ NİGARİ 

 

XIX əsr Azərbaycan ədəbiyyatında "Seyid Nigari" təxəllüsü ilə tanınan Hacı 



Mirhəmzə əfəndi təriqət şerinin görkəmli nümayəndələrindən biridir. O, 1795-ci 

ildə Qarabağın Cicimli kəndində doğulmuşdur. Gənc yaşlarında  Şirvana gəlmiş

dövrünün görkəmli alimlərindən bilik almışdır. Nigari Rusiya  imperiyasının 

müstəmləkəçilik siyasətinə qarşı yönəlmiş müridizm azadlıq hərəkatının 

öncüllərindən olmuş  və buna görə hökumət onu sürgün etmək istəmişdir.  Şair 

təqiblərdən qurtarmaq üçün Anadoluya getmiş, ömrünün axırına qədər orada 

yaşamışdır. Nigari 1886-cı ildə Xarputda vəfat etmiş  və özünün vəsiyyətinə 

əsasən Amasiya şəhərində  dəfn olunmuşdur. Məzarı indi də orada - Şirvan 

camesindədir. 

Bədii yaradıcılığa gənclik illərində başlayan Seyid Nigarinin şeirlər  divanı 

XX  əsrin  əvvəllərində çap olunsa da sovet dönəmində onun adı, demək olar, 

tamam unutdurulmuş, əsərləri geniş oxucu kütləsinə naməlum qalmışdır. Yalnız 

son vaxtlar şairin  əsərlərindən ibarət "Xaki-payin taci-sərim" kitabı 

"Azərbaycan" nəşriyyatında (2004) çap olunmuşdur. Nigarinin şeirlərindən 

nümunələr həmin kitabdan götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Cahan bağında, ey bülbül, Nigari kimi yar olmaz,  



Mənim tək sinəsi gül-gül bulunmaz, dağidar olmaz. 

 

Yaqılmış atəşə varım, alışmış sinədə narım,  



Yanar canım bu odların, desəm duzəxdə var olmaz. 

 

Dəgil bihudə kim, bülbül, yanar əlbət, qılar qül-qül,  



Vəlakin mən kimi, ey dil, bulunmaz dağidar olmaz. 

 

Yaqılmış odlara varım, dağılmış çöllərə narım.  



Görənlər beylə odlarım, deyər bir belə nar olmaz. 

 

Alıbdır canımı qəmzə, düşübdür könlümə lərzə,  



Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz. 

  



____________________Milli Kitabxana______________________ 

99 


 

* * * 


Bəxtim bana üz verdi, şərabdarə yetişdim,  

Öpdüm ayağın, kaseyi-sərşarə yetişdim. 

 

Hər şamü səhər kaseyi-sərşar ilə ömrüm  



Sərməst keçib, badeyi-əsrarə yetişdim. 

 

Nəqqaşi-əzəl çəkdi bənim nəqşimi aşiq,  



Bu rütbeyi-həq dad ilə didarə yetişdim. 

 

Oldum həme dəm nəqşi-Nigarim ilə məşğul  



Əl dəgmədi bir karə, qələmkarə yetişdim. 

 

Bəxş eylədi ol sərxəti-məşqim bana bir hal,  



Pərkarə nə hacət, elə bir karə yetişdim. 

 

Hər şamü səhər seyri-süluk eylədim axir,  



Xaki-qədəmi-Əhmədi-Muxtarə yetişdim. 

 

Əlminnəti-Lillahi ki, ey Miri Nigari,  



Kamim bana yüz açdı, kərəmkarə yetişdim. 

 

* * * 



 

Nə qəmim var cahan içrə bənim, yar bənim,  

Nəyim əksikdi bənim, yar bənim, var bənim. 

 

Sayeyi ali-əba, badeyi-əshabi-səfa,  



Xərməni-feyzi-bəha, cəzbeyi-əhrar bənim. 

 

Sazü sazəndə qəzəl, çuşü xüruşi-sevda,  



Xubi-şirin hərgəhi, təbi-şəkərxar bənim. 

 

Azu çox, hər nə ki var bəzmi-hərifan içrə,  



Malikanəm, həme dəm kaseyi-dəvvar bənim. 

 

Hər yanə badə fəşan kaseyi-irsal etdim,  



Bəzmlərdə çəkilən sağəri-sərşar bənim. 

 

Bilmədim kim, neçə karim, neçə kirdarim üçün  



Qırdı başimdə bütün bizeyi-dildar bənim. 


____________________Milli Kitabxana______________________ 

100 


 

  

Şükür, ey Miri Nigari ki, xərabat içrə  



Cəngü ahəngü qədəh, şeri-şəkərbar bənim. 

 

* * * 



 

Didəbanam rəhgüzari-şahı gözlər gözlərim,  

Baqmazam qeyri yola, şəhrahi gözlər gözlərim. 

 

Seyr qılam kubəku, avaz verəm babi-bab,  



Barigəhi bəklərəm, dərgahi gözlər gözlərim. 

 

Vaqifi-yarəm, vəlakin bixəbər əğyardən,  



Qafilə göz verməzəm, agahi gözlər gözlərim. 

 

Zərrə mənzurim dəgil, dünya və mafiha, vəli  



Aləmi-dareyndə bir mahi gözlər gözlərim. 

 

Söyləmə sərbəstə, ey Seyid Nigari, aşikar  



Söyləsə kim, bir kərə, Allahı gözlər gözlərim. 

 

* * * 



 

Ey könül, uyma gel, ol türreyi-tərrarlərə  

Bəndəlik etmə Məsihi kimi zünnarlərə. 

 

Yıqar, əlbəttə yıqar, axiri bərbad eylər,  



Versən, ər mənzifi-şəhin şahi əğyarlərə. 

 

Çəkəlim badeyi-səba, tutalım cam ətəyin,  



Can fəda eyləyəlim məsti-qədəhxarlərə. 

 

Söylə, ey peyki-səba, hali-pərişanımızı,  



Nə deyir sultanımız, binəva naçarlərə. 

 

Əcəba, varmı əsrarə xəbərdar, deyin,  



Beylə kim, çarə olurmu bu giriftarlərə? 

 

Neyçün iftadələrin halını sormaz, neyçün,  



İltifat eyləməz ol xəsteyi-didarlərə?! 

 



____________________Milli Kitabxana______________________ 

101 


 

Necə ah eyləyəyim, Miri-Nigari, könlüm  

Mübtəladır ləbi mül, arizi gülnarlərə. 

  

TƏRCİBƏND 

 

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,  



Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.  

Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,  

Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.  

Gövsəri-tubi imiş çayi-çinari-Qarabağ,  

Aləmi-cənnət imiş dar - diyari-Qarabağ.  

İmdi bildim nə imiş vəsfi həzari-Qarabağ,  

Yeridir ki, çəkərəm ah və zari, Qarabağ. 

 

Dağlayıbdır məni bir laləüzari-Qarabağ,  



Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. 

 

Ah, aşüftəligim zülfı-səmənsayə deyin,  



Vah sərgəştəligim kakili-leylayə deyin.  

Bu günü qarəliyim mehrsiz ol ayə deyin,  

Kari-tərsaliqim ol zülfi-çəlipayə deyin.  

Dərdi biçarəligim ləli-Məsihayə deyin,  

Sirri-pünhanımı ol ağzi müəmmayə deyin.  

Dərdimi dilbəri-şirinü dilarəyə deyin,  

Ərz edin mehnətimi, cümlə şəhinşayə deyin.  

Suzişi-könlümi ol qönçeyi-hümrayə deyin,  

Necə ah eyləməyim bülbüli-şeydayə deyin. 

 

Dağlayıbdır məni bir laləüzari-Qarabağ,  



Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. 

 

Gəlin, ey əhli-könül, artıb azarım, eşidin,  



Yox rəvaci, kəsilib bei-bazanm, eşidin.  

Yüzülüb rövnəqi-gülzari-baharım, eşidin,  

Qalmayıbdır, dükənib leylü-nəharim, eşidin.  

Cəm olun bir yerə, azari-həzarim, eşidin,  

İrişib vəqti, qazın dari-məzarım, eşidin,  

Yıqılıb səbr, yanıb nayi-qərarım, eşidin,  

Alışıb suziş ilə mayeyi-varım, eşidin.  

Dağılın kim tutuşub nari-minarim, eşidin,  

Yeridir ərşə çıqarsa ahu zarim, eşidin. 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə