Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə24/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   20   21   22   23   24   25   26   27   ...   102

____________________Milli Kitabxana______________________ 

89 


 

MİRZƏ  ŞƏFİ  VAZEH 

  

Azərbaycan ədəbiyyatının maraqlı Şəxsiyyətlərindən biri Mirzə Şəfi Vazehdir. 

Milli mədəniyyətimizin inkişaf tarixinə o, istedadlı şair, mahir xəttat və müəllim 

kimi daxil olmuşdur. 

Mirzə  Şəfi Vazeh 1894-cü ildə  Gəncə  şəhərində dünyaya gəlmişdir.  İlk 

təhsilini mollaxanada alan şair 1840-cı ildə Tiflisə köçərək qəza məktəbində 

şəriət və Azərbaycan dili müəllimi vəzifəsinə düzəlmişdir. 1846-cı ilda Gəncə 

şəhər məktəbinə  dəyişilmiş, dörd il burada çalışdıqdan sonra yenidən Tiflisə 

qayıdaraq, şəhər gimnaziyasında kiçik müəllim vəzifəsini tutmuşdur. O, ömrünün 

axırına kimi bu vəzifədə  işləmiş  və 1852-ci ildə  yəfat etmişdir.  Şair Tiflisdə 

müsəlman qəbiristanlığında dəfn olunmuşdur. 

Vazeh Tıflisdə yaşayarkən alman şərqşünas-alimi Fridrix fon Bodenştedtlə 

tanış olmuş, ona Şərq dillərini öyrətmişdir. Onların münasibəti getdikcə dostluğa 

çevrilmiş  və Mirzə  Şəfi öz əsərlərindən ibarət  şeir dəftərini Bodenştedta 

bağışlamışdır. F.Bodenşdet həmin dəftəri Almaniyaya aparmış  və oradakı 

şeirlərin tərcüməsini 1850-ci ilda Berlində çap etdirdiyi "Şərqdə min bir gün " 

əsərində vermişdir. 

Sonralar müxtəlif  dillərə çevrilərək, demək olar ki, dünyanın hər yerinə 

yayılan bu əsərlərin orijinalı tam halda əldə yoxdur. Onların az bir qismini 

məşhur Azərbaycan alimi Salman Mümtaz, bir hissəsini isə professor Həmid 

Məmmədzadə tapıb, oxuculara çatdırmışdır. Buradakı nümunələr şeirin "Şeirlər 

məcmuəsi" (1987) kitabından götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Nə qədər kim, fələyin sabitü səyyarəsi var,       



Ol qədər sinədə qəmzən oxunun yarəsi var. 

 

Deyil əflakdə kövkəb görünən, çərxi-bülənd  



Oluban didə, sərapa sənə nəzzarəsi var. 

 

Ruzigarı tirə, daim ki şəbi tar keçər,  



Hər kimin eşqdə bir yari-sitəmkarəsi var. 


____________________Milli Kitabxana______________________ 

90 


 

 Necə xun cuşə gəlib, eyləməsin ahü fəğan?  

Könlümün dideyi-giryan kimi fəvvarəsi var! 

 

Ol qəzəldir ki, bu, Vazeh dedi, bir dərd əhli,  



Zahirən lalə otağında qonaq-qarəsi var. 

 

* * * 



 

Bizə həmsöhbət olan özgə kitab almaz ələ,  

Sən də zahidliyin ol dəftərini tulla selə. 

 

Mən yarın xəstəsiyəm, eşqdən özgə demə söz,  



Məni dildarımın eşqi beləcə saldı çölə. 

 

O zamandan ki, mənim qəlbimə yol tapdı o yar,  



Unuda bilməyirəm mən onu bir an da belə. 

 

Bu fələk kim, sənə ulduzla bəzənmiş görünür,  



Bəlkə aşiqdir o da sirrini faş etməz hələ? 

 

İndi gül fəslidi, çöllərdə tamaşa dəmidir, 



Çıx çəmən seyrinə, mey məclisi qur, şadlıq elə. 

 

Yardan versə xəbər Vazehə o badı-səhər,  



Qəbrdə olsa əgər bil ki, gələr bir də dilə. 

 

* * * 



 

Xoş olsun ol könül, eşqə məkandır,  

Var olsun ol fikir, eşqə həyandır. 

 

Susuz çeşməyə bənzər ol ürək kim,  



Nə eşqin dərdini, nə qəm duyandır. 

 

Bax, öyrən gör necə pərvanə, bülbül  



Olublar eşq şeydası zamandır. 

 

Məhəbbət əhlinə bu kafidir kim,  



Öz eşqiylə o, rüsvayi-cahandır. 

  

 




____________________Milli Kitabxana______________________ 

91 


 

 

Məhəbbət mürği cövlan etsə harda,  



O eşq ovlar, xəbərdar ol, amandır. 

 

İki dünyanı verrəm sən baxanda,  



Mənə eşqin bu sövdası əyandır. 

 

Necə, Vazeh, əsiri olmayım mən  



Bu eşqin qarşısında Qaf yalandır. 

 

MƏKTUBUN İNTİZARINDA 

 

Məsnəvi 

 

Məhəbbət bağının sərvi-rəvanı,  



Məlahət bağının tazə fidanı, 

 

Ucaboylular içrə fəxri-dövran,  



Şikəstə qəlblərə munisü dərman, 

 

Zamanın ən seçilmiş nocəvani,  



Gözəllərin gözəli, mehribani, 

 

Şəfəqdə, mehridə göylərdə bir ay,  



Vəfadə, əhdidə yoxdur sənə tay. 

 

Xoşəndamsan, xoşiqbal, xoşəməlsən,  



Zəmanə görməmiş nazlı gözəlsən. 

 

İlahi, sən uzaq et bədnəzərdən,  



Yanında bədnəzər düşsün kəsərdən, 

 

Səni Allah görüm ki, hifz qılsın,  



Könül aynan həmişə aydın olsun, 

 

Kamınca gərdişə gəlsin bu dövran,  



Sənə sağlıq dilər qəlb ol xudadan. 

  



____________________Milli Kitabxana______________________ 

92 


 

Deyirəm, dost ayağına dəyən daş,  

Ona yox, sinəmə dəysin mənim kaş, 

 

Əbədi ömür qıl sən bu cahanda,  



Həyatım olmasın sənsiz bir an da. 

 

O tazə qönçətək ətrin var olsun.  



Başında daima sövdalar olsun. 

 

Məhəbbət şərtinin itmamı yetdi,  



Bizim ərzi-halın əyyamı çatdı. 

 

Bizə qafil olubsan, bu nədəndir?  



Cövrə mayil olubsan, bu nədəndir? 

 

Fərağında gözüm qanla dolubdur.  



Biri Qülzüm, biri Ceyhun olubdur. 

 

Bütün kirpiklərin xəncərsayağı,  



Tökər qəlbim qanın üzüm aşağı. 

 

Dövrəm Dəclə olub gözüm yaşından,  



Oturmuş qan içində min-min insan. 

 

Ürək göylər kimi əfğana gəlcək,  



Gözümdən yaş axar gürşad yağıştək. 

 

Mənim göz yaşlarım, himmət edin siz,  



Yarın məskəninə axıb gedin siz. 

 

Ayağına düşüb nazlı nigarın  



Yetirin ərzini bu biqərarın. 

 

Ürəyim parçalanmış qəm əlindən,  



Məgər zülfü əsir sübhün yelindən? 

 

Hardan bir qafilə gəlsə, qərarsız  



Sürünnəm mən, sürünnəm ixtiyarsız. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə