Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə20/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   16   17   18   19   20   21   22   23   ...   102

____________________Milli Kitabxana______________________ 

73 


 

Qamət üzrə taqği-geysudən asılmış, həqqi var,  

Dil "ənəlhqq" söyləsə, Mənsur şəklin göstərir. 

 

Asimanda kövkəbi-səd olsa, Əsəd yerdədir,  



Bu səbəbdən yer səvadi nur şəklin göstərir. 

 

Töhfeyi-babi-Süleyman söyləsəm, Qüdsi, nolur,  



Bu qəzəl rani-mələxlə mur şəklin göstərir. 

 

* * * 



Arizu eylər könül dildar gəlsin, gəlmədi,  

Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi. 

 

Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim  



Dilrübalər fövcinə sərdar gəlsin, gəlmədi. 

 

Canə gəldim bivəfalar ülfətindən, istərəm  



Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi. 

 

Dərdü möhnət keçdi həddən, bəs ki, çəkdim intizar,  



Gözlədim ol şux gülrüxsar gəlsin, gəlmədi. 

 

Ləhceyi-canpərvərindən şur salsın aləmə,  



Əndəlibi-şaxeyi-gülzar gəlsin, gəlmədi. 

 

İstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərin,  



Kuşiş etdim, zineti-göftar gəlsin, gəlmədi. 

 

* ** 



Dil eşq yolunda zar olubdur,  

Bir gül həvəsində xar olubdur. 

 

Xunabə dönübdü rəngi-zərdim,  



Bu gülşən üçün bahar olubdur. 

 

Dövrani-fələk müxalif olmuş,  



Can düşməni-ruzigar olubdur. 

  



____________________Milli Kitabxana______________________ 

74 


 

Dilbər qəmi, dustlər fəraqi,  

Dərdim bir ikən bəzar olubdur. 

 

Mən etmə, kəlamım olsa dilsuz,  



Söz mənşəyi pürşərar olubdur. 

 

Xunin ciyərim bəsani-lalə,  



Əfsurdəvü daği-dar olubdur. 

 

Qəm bihədü dərd binihayət  



Möhnət dəxi bişümar olubdur. 

 

Hicran sitəmi alıb qərarım,  



Gün nuri gözümdə tar olubdur. 

 

Hicrində düşüb bəlayə,  



Qüdsi Sərgəştəvü biqərar olubdur. 

 

* * * 



Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,  

Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə. 

 

Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,  



Nə məharət eləmiş saqiyi-yarım bu gecə! 

 

Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var,  



Almasaydı əgər o, səbrü qərarım bu gecə. 

 

Üzünü yad eləyib gözlərimə axdı qanı,  



Batinü zahir olub güllü baharım bu gecə. 

 

Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,  



Nə qiyamət eləyir laləzarım bu gecə. 

 

Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm,  



O çəmənzarı dilər bülbüli-zarım bu gecə. 

 

Kakilindən hələ mən bircə dügün açmamışam,  



Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə. 

  

 




____________________Milli Kitabxana______________________ 

75 


 

 

Pisləyirsən gözəli sən necə hər an, ey şeyx?  



Bu necə əql, nə insaf, nə iman, ey şeyx? 

 

Sevgini xəlqə həram etdin əzəldən, lakin  



Qəlbini çaldı sənin huriyi-qılman, ey şeyx! 

 

Hər nədən məst olursan, nə təfavüt, məstsən,  



Məstliyinlə bizi sən eylədin heyran, ey şeyx! 

 

Nə üçün inciyəsən, üzr varındır hər an,  



Olmusan cümlə təriqətlərə nadan, ey şeyx! 

 

Bir baxaq biz içirik, məst oluruq bir meydən,  



Söylə verdik bu işilə kimə nöqsan, ey şeyx! 

 

De görək ki, nə olub hasilin ol məsciddən,  



Nə verib ömrünə bu naləvü əfqan, ey şeyx! 

 

Qüdsiyə vermə nəsihət belə boş baş ilə sən,  



Onu almış ələ bir zülfi-pərişan, ey şeyx! 

 

MÜXƏMMƏSLƏR 

 

Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür,  



Əyyami-vüsalın şəbi-hicranə dönübdür.  

Bülbül tək işin naləvü əfqanə dönübdür,  

Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür.  

Hər bir gözəli afətü cananə dönübdür. 

 

İrs ilə yetib bunlara asari-vəcahət,  



Geysuləri sünbül tək alıb tabü təravət  

Qamətləri dünyaya salıb türfə qiyamət,  

Hər dilbərə bir növ verib rəngi-nəzakət,  

Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür? 

  



____________________Milli Kitabxana______________________ 

76 


 

Hər şuxi-pəripeykər açıb türreyi-tərrar,  

Dildadələri etmək üçün damə giriftar.  

Səyyadi-sitəmgər bu güzərgahda çox var,  

Ahubeçələr tək doludur kuçəvü bazar,  

Çin mülkimə bu mənzili-viranə dönübdür. 

 

Hər kim gələ Tiflisə tamaşa tələbindən,  



Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,  

Görməz əsəri-rahəti-can ruzü şəbindən,  

Xoşləhcə pərizadələrin ləli-ləbindən,  

Bu kişvəri-pürşur Bədəxşanə dönübdür. 

 

Bunlarda bu yarəb, nə səfadır fərəhəngiz,  



Hər sərvqədin şiveyi-rüxsan bəlaxiz,  

Rüxsari-niku, türreyi-mişkini dilaviz,  

Hər əbruyi-xəm şəkildə bir xəncəri-xunriz,  

Qan tökmək üçün hər müjə peykanə dönübdür. 

 

Hərçənd bu gülzardə çox dilbəri gördüm,  



Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,  

Arizləri mehtaba bərabərləri gördüm,  

Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,  

Aya bu mələkdir, dedim, insanə dönübdür. 

 

Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəüa,  



Tən eylər idi görsə birin valehü-şeyda,  

Tərk eyləmiş islamı görüb bunları hala,  

İstər ola çarubkeşi-səhni-kəlisa,  

Zünnar salıb boynuna, Sənana dönübdür. 

 

* * * 


Dila! Əzm eylə sən bülbül sifət gülzarə, bismillah,  

Muradın olsa meyl etmək fəğanü zarə, bismillah,  

Gər istərsən müdam olmaq cigər sədpara, bismillah,  

Qərəz fikrin tamaşadır əgər dildarə, bismillah,  

Nəzər qıl ləli-canbəxşi-rüxi-gülnarə, bismillah. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə