Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə19/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   15   16   17   18   19   20   21   22   ...   102

____________________Milli Kitabxana______________________ 

69 


 

* * * 


 

Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,  

Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb! 

 

Meyü meyxaneyi-eşqin yolun bildirmə əğyarə,  



Bəlalı aşiqə içdir bəla peymanəsin, yarəb. 

 

Çəkib şanə dağıtdı zülfünü məşşateyi-naşi,  



Pərişan könlümü sındırdı, smdır şanəsin, yarəb! 

 

Rəqibim kakilündən könlümü istər rəha qılsın,  



O kim istər yıxa bu xanəni, yıx xanəsin, yarəb! 

 

Həqiqət atəşindən suznak eylə səməndər tək,  



Ki nari-şəmə yandırma könül viranəsin, yarəb! 

 

Xəyali-xalın ilə düşdü dami-zülfünə könlüm,  



Bu nabina quşün sən damdə ver danəsin, yarəb! 

 

Vüsali-yarə yetdi Zikri, amma hiç kəs bilməz,  



Nə növ ilə əda qılsın bunun şükranəsin, yarəb? 

 

** * 



 

Dövri-rüxsarına geysuyi-pərişan düzülüb, 

Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?! 

 

Əsmə, ey badi-səba, pozma nizami-zülfün,  



Ki, nizamilən ona çox dili-viran düzülüb. 

 

Necə tərsabeçədir bu ki, qiyam eyləyibən,  



Qibleyi-hüsnünə min dəsta müsəlman düzülüb. 

 

Gül üzündə görübən daneyi-dürri-ərəqi,  



Belə sandım ki, gül övrağına mərcan düzülüb. 

 

Şərbəti-ləlini bimar könüllər istər, 



Bir içim sudan ötrü, gör necə ətşan düzülüb. 

  



____________________Milli Kitabxana______________________ 

70 


 

Ey kamanqaş, bu qədər atma xədəngi-müjgan,  

Ehtiyat eylə ki, amacına çox can düzülüb. 

 

Bilməzəm, hansı əsir oxlayacaqdır, Zikri,  



Bu sayaq ilə ki, əbrusuna müjgan düzülüb. 

 

* * * 



 

Cadu gözünə rahibü tərsa nə münasib?  

Əyri qaşına taği-kəlisa nə münasib? 

 

Derlər mənə Məcnun, sənə Leyla eşidənlər,  



Məcnun mənə nisbət, sənə Leyla nə münasib? 

 

Can istərisən, eylə bir iyma, verim, amma  



Göytar olan heynidə iyma nə münasib? 

 

Ey simbədən, könlümü nərm eyləmisən sən,  



Ayineyi-büllurinə ara nə münasib? 

 

Dəndarıma gər iqdi-sürəyya dedim, amma  



Lölölərə ol iqdi-sürəyya nə münasib? 

 

Qoy başına bir mən dolanım, çünki olubdur – 



Şəm atəşinə yanınağa pərvanə münasib. 

 

Xof etməgilən, Zikri, o xublar qəzəbindən,  



Sərbadiyeyi-eşqdə pərva nə münasib? 

 

*** 



 

Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz!  

Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz! 

 

Bir gözün şəhlası yüz min səfheyi-Tövratdan,  



Bir qaşın əbrusu min-min mülki-İrandan ləziz! 

 

Gül üzün görmək mənə gülbərgi-həmradan əcib,  



O1 səri-kuyin mənə seyri-gülüstandan ləziz! 

  



____________________Milli Kitabxana______________________ 

71 


 

Zahida, etmə mənə tənə bilibsən, bilmişəm,  

Canı sən canandan, cananı mən candan ləziz! 

 

Abi-heyvan ləblərin şəbdin içibdir, ey sənəm,  



An üçün bir ab yoxdur, abi-heyvandan ləziz! 

 

Abi-beyvan ilə göstərdim o Xizrə ləblərin,  



Onu bundan bisəfa buldu, bunu ondan ləziz! 

 

Zikriya, cananə meyl et, çək cəhan mülkündən əl,  



Yoxdu bir zad bu cəhan mülkündə canandan ləziz! 

 

Məni bir qaşı kəman oxladı müjganı ilə,  



Atdı bir ox ki yarar könlümü peykanı ilə. 

 

O kamanqaş gözəl atdıqca xədəngi-müjəsin,  



Doldu peymaneyi-çeşmim ciyərim qanı ilə. 

 

Bağlayıb boynuna zahid xəmi-zülfün tuqun,  



Gör necə küfr təriqin tutub iymanı ilə. 

 

Könlümüz cəm idi, nagah əsib badi-səba,  



Qıldı pəjmürdə yenə zülfi-pərişanı ilə. 

 

Xublar içrə vəcahətli idi Yusif əzəl,  



Deyin o əzzələ qarşı dura, bu sani ilə. 

 

Aşiqin cismini duzəx odu yandırmaz, elə - 



Ki, elə yandırır od məhvəşi hicranı ilə. 

 

Zikrinin naleyi-əfqanı yetişdi fələyə,  



Yandırar əncüməni-əncümü əfqanı ilə. 

  



____________________Milli Kitabxana______________________ 

72 


 

ABBASQULU AĞA BAKIXANOV 

 

Abbasqulu ağa Bakıxanov Azəbaycan mədəniyyətinin inkişaf tarixinə böyük 

alim, müfəfəkkir, tarixçi, filosof və şair kimi daxil olmuşdur. O, 1794-cu il iyun 

ayının 21-də Bakı qəzasının Əmirhacıyan kəndində doğulmuş, uşaqlıq çağlarını 

doğma yurdda, oraya yaxın olan Balaxanı vəMaştağa kəndlərində yeniyetməlik 

və ilk gənclik dövrunü isə Qubada, atasının  Əmsar kəndindəki malikanəsində 

keçirmişdir. 

1819-cu ilin dekabr ayında Tiflisə gedib orada Qafqazın baş hakimi general 

A.P. Yermolovun idarəsində  Şərq dilləri üzrə mütərcim vəzifəsinə  qəbul 

edişmişdir. Rəsmi dövlət qulluğu Rusiya-İran və Rusiya-Türkiyə müharibələri 

dövrünə  təsadüf etdiyindən o, bir sıra hərbi səfərlərdə  iştirak etmiş, bacarıqlı 

ictimai xadim-diplomat kimi ianınmışdır. Hərbi xidmət sahəsində poikovnik 

rütbəsinə yüksələn A.Bakıxanov rəsmi dövlət qulluğunda çalışmaqla yanaşı elmi 

və ədəbi yaradıcılıqla da məşğul olmuşdur. O, muxtəlij illərdə "Qanuni-Qüdsi", 

"Təhzibi-əxlaq", "Kitabi-nəsihət", "Kitabi-Əsgəriyyə", "Mişkatül- I ənvar " və b. 

əsərlərini yazmışdır. 

1845-ci ildə  Şərqə  səyahət fikrinə düşür. 1846-cı ilin martında səfərə 

çıxaraq,  əvvəl  İrana, oradan Türkiyəyə gedir. Bir ay Ustambulda qalır, Misiri 

gəzdikdən sonra Məkkəyə gedir. Lakin vaxtsız ölüm səyahətini davam etdirməyə 

ona imkan verməmişdir. 

A.Bakıxanov 1847-ci ildə  Məkkə ilə  Mədinə arasındakı "Vadiyi-Fatimə"də 

vəba xəstəlıyindən vəfat etmiş və orada dəfn edilmişdir. Şeirlərindən nümunələr 

"Bədü əsərləri" kitabından (1964) götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Gözlərin kim, aşiqə məxmur şəklin göstərir,  



Əhli-fəqrə mərdümi-məğrur şəklin göstərir. 

 

Bəs ki, çəkdim qamətin yadilə ahi-atəşin, - 



Xatirim nari-şəcərdən Tur şəklin göstərir. 

 

Nəşeyi-meyxarə bais olduğun bildim, kimin  



Bir pərivəş can ara məstur şəklin göstərir. 

 

Kuyi-canandan cüda aşiqlar əhvalın desəm,  



Dəşt ara bikəs qalan rəncur şəklin göstərir. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə