Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə17/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

____________________Milli Kitabxana______________________ 

61 


 

Rəhm qıl, Allaha bax, qoyma məni bu qəmdə,  

Dərdü qəm kəsrətü-tüğyan eleyib sinəmdə,  

Dil qalıb ahü fəğan içrə, gözüm dərnəmdə,  

Qılır ecazi-Məsihanı qaşın hər dəmdə,  

Bilmirəm sehrdi, ya əhli-kəramətdir bu? 

 

Bir belə şux gözəl görməmişəm dünyadə,  



Rəhm edib aşiqini salmaya heç bir yadə,  

Almağa qaşü gözü can durub amadə,  

Oxşayır xanəxərab can alıcı cəlladə,  

Yoxdur insaf əsəri bunda, nə hikmətdir bu? 

 

Məni-aşüftədili eyləmisən tərki-vətən,  



Necə kim aşiqdir Leyliyə Məcnun gendən,  

Dönməzəm, başın üçün, hərgiz ölüncə səndən,  

Nə müddətdir çəkirəm həsrətivi, simintən,  

Yanıram atəşi-eşqində, mürüvvətdir bu?! 

 

Vədeyi-vəslə əgər sadiq isən, bismillah,  



Ruzi-əvvəl sənə bel bağlamışam, həqqə pənah,  

Eyləmə dəsti-ümidim ətəgindən kutah,  

Eşidəm bizdən əgər, yar, uzaqsan, billah,  

Qılaram şiveyi-tufan, necə söhbətdir bu?! 

 

Müxtəsər, hər nə isə başıma düşdü sevda,  



Kəsrəti-ləşkəri-üşşaqdə qaldım tənha,  

Qaşı tufani-bəla, nərgisı-dür, göz şəhla,  

Olmağım sən kimi Leyla səbəbindən rüsva,  

Mənim, əlbəttə, cünunluğına dəlalətdir bu. 

 

Kuyinə gər desələr var münasib cənnət,  



Huriyü qılman gərək, yoxsa nədir bu söhbət,  

Sən kimi mahliqayə nə bəzək, nə ziynət,  

Qürrətül-mahi qaşın tərhilə çəkmiş qüdrət,  

Xəlqlər əhməq olurmuş nə şəbahətdir bu?! 

 

Nə deyim, eşq təriqində əcəb qaldım zar,  



Ahü fəryadü fəğan rizqim olub leylü nahar, 

 

  




____________________Milli Kitabxana______________________ 

62 


 

Eşq zənciri sərimdə dolanıram bazar,  

Bu nə sözdür, səni hərcayi deyirlər əğyar,  

Tövbə qıl, tərk elə, səndə nə təbiətdir bu? 

 

Hüsni-ruyin dili-üşşaqə fərəhəfzadır,  



Zülfü xalın bir olan ildə şəbi-yeldadır,  

Qamətin sərvi-xuramandı və ya rənadır,  

Qaşların aləm arasında yədi-beyzadır,  

Kilki-təqdir ilə çəkmiş, yədi-qüdrətdir bu. 

 

Rəhi-eşqində, qərəz, bil ki, yetişdim canə,  



Ağlamaqdan gözümün əşki dönüb ümmanə,  

Əql yox, tərqdə Məcnun kimiyəm divanə.  

Ləhzeyi pişi-xəyalımdan ola bir yanə,  

Öldürür Nadim özün, bil ki, qiyamətdir bu. 

 

QOŞMALAR 

 

Neyləmişdim, yarəb, həqq dərgəhində,  



Xəstə olub müdam, cahanə düşdüm.  

Yazıldı naməmiz ölkəbəölkə,  

Yetişdi dillərə, dastanə düşdüm. 

 

Can qurban eylərəm görsəm dustimə,  



Durubdurlar o zalımlar qəsdimə,  

Yengi gəlmiş idi təbib üstümə,  

Qədəm basdı geri, dərmanə düşdüm. 

 

Canü başım olsun yolunda fəda,  



Cavan ömrüm əcəb yanıbdur oda,  

Neyləmişdim məgər, ey Tari, xuda,  

Giriftar oluban, zindanə düşdüm. 

 

Xəstə Baxış, sözün demə bihesab,  



Oxudum Quranda ayətül-kitab,  

Təşnəlikdən oldu cigərim kabab,  

Axtarıban dəşti-bəyanə düşdüm. 

  



____________________Milli Kitabxana______________________ 

63 


 

* * * 


Kimsənəm yox mənə yazsın bir namə,  

Qürbət içrə bu diyarə mənimçün.  

Məlum olsun sizə əhli-məhübban,  

Dua qılım sahibkarə mənimçün-. 

 

Malü əmlakımı etdilər təraş,  



Tökər mərdümlərim müdanı qanlı yaş, 

Əlac edin mənə, ey qövmü qardaş,  

Bir yerdən olmadı çarə mənimçün. 

 

Yetmədin dadıma, ədalət şahım,  



Səndən qeyri bir kəs yoxdur pənahım,  

Dağıldı üstümdən tamam sipahım,  

Dağlar göy geyibdir, qara mənimçün. 

 

Əcəb pozdu fələk xanımanımı,  



Din yolunda qıldım fəda canımı,  

Yığılıb düşmənlər alıb yanımı,  

Yerbəyerdən çəkir nərə mənimçim. 

 

Getdi tamam havadarım qırıldi,  



Ağlayıb dostlarım, düşmənim güldi,  

Qəm çəkib ləşkərin, üstümə gəldi,  

Cəfa çəkdi ol biçarə mənimçün. 

 

Car dedigin o aradə bir mahal,  



Əskik olmaz ondan müdam qiylü qal,  

Fələk əlif qəddim etdi misli-dal,  

Namə yazın havadarə mənimçün. 

 

Miskin Baxış, dərdim eylərəm izhar,  



Sanki könülümdən heç getməz qübar,  

Pənah gətirdim sənə, pərvərdigar,  

Yazılıbdır bəxtim qarə, mənimçün. 

  



____________________Milli Kitabxana______________________ 

64 


 

HEYRAN XANIM 

 

Azərbaycanın görkəmli qadın  şairlərindən olan Heyran xanım XVIII əsrin 



sonlarınnda Naxçıvan şahərində doğulmuşdıır. Əsərlərindən bilinir ki, şairənin 

əsli Cənubi Azərbaycanda məşhur olan Dünbüli tayfasındandır. Rusiya-İran 

müharibəsində (1826-1828-ci illər) məğlubiyyətə  uğrayan  şah qoşunları geri 

çəkilərkən yolüstü yaşayış yerlərinin  əhalisini də  İrana köçməyə  məcbur 

etmişlər. Köçürülən əhali içərisində Heyran xanım və onun ailəsi də var idi. 

Beləliklə,  şairə  gənc yaşlarında doğma yurddan ayrılmış, ömrünün axırına 

qədər Cənubi Azərbaycanda, Təbrizdə yaşamışdır. 

Heyran xanım dövrünə müvafiq fars dilində yüksək təhsil almış,  Şərqin   , 

Firdovsi, Sədi, Hafiz, Nizami, Füzuli kimi ktasaiklərinin yaradıcıhğını oxuyub 

oyrənmişdir. Onun şeirlərində Azərbaycan sənətkarlarından Həsənoğlu, Nəsimi 

və Füzulinin təsiri aşkar duyulur. Şairənin bir sıra qəzəlləri dahi Füzuliiyə 

nəzirə şəklində yazılmışdır. 

Lakin şairənin orijinal şeirləri daha çoxdur. Belə şeirlərində o, bir tərəfdən 

təmiz eşqin, saf məhəbbətin vəsfini verir, digər tərəfdən isə  zəmanə zülmünün 

çoxluğundan bəhs edərək, dövranın möhnətindən, fələyin gərdişindən acı-acı 

şikayətlənir, Heyran xanımın  əsərləri nikbin pafosu, tərənnümün səmimiliyi, 

dilinin sadəliyi və aydınlığına görə XIX əsr Azərbaycan ədəbiyyatında xüsusi yer 

tutur. Onun əsərlərindən örnəklər 20 cildlik "Azərbaycan I Klassik Ədəbiyyatı 

Kitabxanası"nın VIIIcildindən (1988) götürülmüşdür. 

 

QƏZƏLLƏR 



 

Olubdu qəm yatağı, şad gördüyün könlüm  

Dağıldı qüssədən, abad gördüyün könlüm. 

 

Diyari-qəmdə giriftarü dəstgir oldu,  



Kəməndi-firqətə, azad gördüyün könlüm.   - 

 

Fəraq dərdinə axtardı, tapmadı çarə,  



Cəmii hikmətə ustad gördüyün könlüm. 

 

Səriri-vəsldə Xosrovsifət oturmuşdu,  



Olubdu kuhdə Fərhad, gördüyün könlüm. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə