Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə13/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   9   10   11   12   13   14   15   16   ...   102

____________________Milli Kitabxana______________________ 

44 


 

* * * 


 

Möhnətindən daima halım pərişandır, fələk!  

Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk! 

 

Var isə bir özgə dövramn, onu göstər bizə,  



Yoxsa ki, yaxşı dolanmaz bu nə dövrandır, fələk? 

 

Bu nə sövdadır edirsən, ona kim razı olub?  



Verdiyin dərdü bəladır, aldığın candır, fələk! 

 

Sudi yox, nöqsanı çox, bir bibinadır sərmayəsiz,  



Gər hesab etsən, ziyadə xəlqə nöqsandır, fələk! 

 

Sən dəxi bir etdiyindən etiraz et, etiraz,  



Cümlə aləm gərdişindon didəgiryandır, fələk! 

 

Sən nə afətsən ki, səndən hiç can bulmaz rəha.  



Ya gəda, dərvişü ya soltanü ya xandır, fələk! 

 

Salikəm, əl çəkmişəm mən böylə sövdadən, yəqin  



Çox çətin sövda edirsən, sanma asandır, fələk! 

 

Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl,  



Gunə-gunə tər şükufə, laləzarın fikr qıl! 

 

Asimanə qıl tamaşə, mehrü məh seyrinə bax,  



Munca kuhi Bisütuni-bərqərarın fikr qıl! 

 

Gah qırağında qərar et, mövc edən dəryanı gör,  



Gah dərya içrə əyləş, həm kənarın fikr qıl! 

 

Əbrü badü bərfü baranın qamusun qıl xəyal,  



Bu kəmalı qıl təfəkkür, fəsli-çarın fikr qıl! 

 

Gah dərdü qəm verir könlə, gəhi zövqü sünır,  



Gündə yüz gunə dalanan ruzigarın fikr qıl! 

  



____________________Milli Kitabxana______________________ 

45 


 

Dövlətü mal ilə nadan dəstini qılmış fəraq,  

Təngdəst etmiş cahanda huşyarın, fikr qıl! 

 

Demə kim, quşlar həvadə pər ilə pərvaz edər,  



Yerdə xoş rəftar edən bipay marın fikr qıl! 

 

Kimsə baş açmaz xudanın etdiyi əfaldən,  



Sirrinə yetməz fərasət ruyi-karın fikr qıl! 

 

Həqq özün ayinəvəş rövşən qılıbdır aləmə,  



Leyk anı bilməyə qəlbinin qubarın fikr qıl! 

 

Fikr qılma kim, görüm dünyada ol ayinəni,  



Hiç kəs görməz bu gün, bəs, razi-yarın fikr qıl! 

 

Öylə pünhandir ki, pünhanlıqda olmuşdur əyan,  



Etmə pünhanın təxəyyül, aşikarın fikr qıl! 

 

Müxtəsər, elmi-lədünni hikmətin bilməz bəşər,  



Əmrinə eylə itaət, zicrü narın fikr qıl! 

 

Pənc ruzin, Salika, pəncahə yetmiş, eylə şükr,  



Etibar etmə cahana, etibarın fikr qıl! 

 

MÜXƏMMƏSLƏR 

 

Agah et, ey bad, məndən ol vəfalı həmdəmi,  



Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,  

Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmim nəmi,  

Vəqtdir, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi,  

Yoxsa bu tufana sənsiz çarəsaz olamaz gəmi. 

 

Hanı Rüstəm Zal, yəni pişvayi-pəhləvan?  



Hanı ol divi-səfidə vurduğu gürzi-giran?  

Hanı ol Əfrasiyab, İsfəndiyari-qəhrəman?  

Cümləsin qüllabinə çəkmiş qəzayi-asiman,  

Leyk qılmış sənglax çərx Rəxşi-Rüstəmi. 

  



____________________Milli Kitabxana______________________ 

46 


 

Aləmi təxsirə salmış fitnəvü ali-fələk,  

Aləmə məlumdur kim, böylədir hali-fələk,  

Aqilü nadan olubdur cümlə pamali-fələk,  

Sərvqədlər qədini əymişdir ol zal fələk,  

Gör necə zali-fələk təsxirə salmış aləmi. 

 

Düşmənidir bu zamanda hər kişi öz canının,  



Fərqi yoxdur bir-birindən aqilü nadanının,  

Vay, yüz nıin əlindən ədlsiz dövranının.  

Dərd üçün heç bir təbibin sudi yox dərmanının,  

Bu zəmanə zəxminin yox bir müvafiq məlhəmi. 

 

Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi,  



Məlhəmi-vəslət dilər bu tiği-hicran yarəsi,  

Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi,  

Olmuşam dəşti-fənadə Arifın avarəsi,  

Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi. 

 

* * * 


Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm,  

Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,  

Lətafət mədənində gövhəri-yektayə həsbəndəm,  

Səbahət aləmində bir mələksimayə həsbəndəm,  

Budur, xislətdə bir şuxi-qədi-rənayə həsbəndəm. 

 

Alıbdır aqlimi məndən, edib Məcnunü divanə,  



Salıbdır tazədən rəxnə bu gün həm dinü imanə,  

Tərəhhüm eyləməz zalim məni-bisəbrü səmanə,  

Ləbi-ləlin həvasindən dönübdür bağrımız qanə,  

Əcəb şuxi-qəmərtələt, cahanarayə həsbəndəm. 

 

Tərəhhüm et, məni qılma cahan mülkündə avarə,  



Məni məcnun edən sənsən, kim etsin dərdimə çarə?  

Ləbi-nuşin dəvasindən tələttüf eylə bimarə,  

Xədəngi-tiri-müjganın edibdir sinəmi yarə,  

Billuri-safü simin gərdəni-minayə həsbəndəm. 

  



____________________Milli Kitabxana______________________ 

47 


 

Qaşın qövsi-qüzehdir, ya hilali-eydi-əzhadır? 

Dü zülfün türreyi-Leyla və ya zülfı-çəlipadır? 

Üzün gündür və ya atəş və ya nuri-təcəlladır? 

Ləbin yaquti-biqiymət və ya ləli-Mosihadir? 

Mən an çeşmani-məftun, nərgisi-şəhlayə həsbəndəm. 

 

Olubdur mürği-dil məhbus daim zülf damanında,  



Edər ləlin təmənnasın həmişə şövqi-canında,  

Əgər küstaxlıq etsəm, zərafatlıq məqamında,  

Hərəc yoxdur mərizə, həq buyurmuş öz kəlamında,  

Mərizi-eşqəm əvvəldən, ruxi-zibayə həsbəndəm. 

 

Sərasər cüstcu etsən, əgər şövq ilə dünyani,  



Tapılmaz mən kimi aşiq sana, ey Yusifi-sani,  

Mənə bihudə cövr etmə ki, tərk etməm bu sövdani,  

Olur ya mətləbim hasü və ya ömrüm olur fani,  

Riza ver, ya ki, cəng eylə ki, mən dəvayə həsbəndəm. 

 

Qələm divanəyə yoxdur, mənəm Məcnuni-bipərva,  



Edib əşkim məni aləmdə həm bibakü həm rüsva,  

Alıbdır dinü imanım, edibdir ömrümü yəğma,  

Bu yolda Salikəm, billah, vurubdur başıma sövda,  

Nə bakim var bu aləmdən ki, mən üqbayə həsbəndəm. 

 

QOŞMALAR 

 

Ey Leyli, mən səni görəndən bəri  



Məcnun olub biyabanə düşmüşəm.  

Ləbi-lolin rəngi getməz fikrimdən,  

Müxtəsər ki, əcəb qanə düşmüşəm. 

 

Mən müştağam onun nazü cəncinə,  



Tab eylərəm cəfasına, rəncinə,  

Əl yetirdim yaxasının gəncinə,  

Gör nə bağə, nə bostanə düşmüşəm. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə