Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə15/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   11   12   13   14   15   16   17   18   ...   102

____________________Milli Kitabxana______________________ 

52 


 

Xəstədillər nə çəkir bəstəri-möhnətdə, bilir  

Nərgisi-məstə baxan, qərazeyi-xunxarı görən. 

 

Aşiqin halı pərişanü təbah olduğunu  



Fəhm edər zülfi-pərişanü siyəhkarı görən. 

 

Tuta gər Yusifi-gümgəştə nəbati-Misri,  



Eyləməz meyl ləbi-ləli-şəkərbarı görən. 

 

Yanar əhvalına nəvvnəsifət şanələrin,  



Piç-tabü girehi-türreyi-təvvarı görən. 

 

Mütləqa ol məhi-bimehrə dəxi meyl etməz  



Künci-qürbətdə gəlib Zakiri-bimarı görən. 

 

* * * 



Qəsdin budu gər xatiri-biçarə dağılsın,  

Bir şanə çək ol türreyi-tərrarə dağılsın. 

 

Ver zib ruxi-alma, çıx xanədən, ey məh,  



Məh daldalanıb, əncümü səyyarə dağılsın. 

 

Tənha dili-məhzunə həqiqətdə cəfadır,  



Bir parə oxundan de təni-zarə dağılsın. 

 

Açmış bu gün ol sərvi-səhi töhfeyi-hüsnün,  



Xüddamləri müjdeyi-bimarə dağılsın. 

 

Bir ləhzə o birəhmə nihan şərhi-qəmim var,  



Allahı sevərsiz, deyin əğyarə dağılsın. 

 

Vəhmim budu, yol verməyələr ləxti-cigərdən,  



Təqsim eləyim, hər itə bir parə dağılsın. 

 

Göz mərdümi məşqi-xəti-hüsnün həvəs eylər,  



Ey çeşm, bu lövhündə olan qarə dağılsın. 

 

Birənc nə mümkündür ola gənc müyəssər,  



Zakir, dəmi-əfsun oxu şəhmarə, dağılsın. 

  



____________________Milli Kitabxana______________________ 

53 


 

MÜXƏMMƏS 

 

Məni bir şux bu gün xanə-xarab etdi yenə,  



Aldı aramımı, bitaqətü tab etdi yenə,  

Bürqə üzdən götürüb, kəştı-niqab etdi yenə,  

Dili-məcruhü pərişanı kəbab etdi yenə,  

Didəmi əşki-dərun ilə pürab etdi yenə. 

 

Gün kimi şölə verib sinədə əbyəz bədəni,  



Tazədən eşqə salıb məstü cünun etdi məni,  

Saçı canlar yatağı, telləri dillər vətəni,  

Küfr zülfü talayıb Çini, Xətavü Xütəni,  

Ləşkəri-xalü xəti Hində cəvab etdi yenə. 

 

Keçdi əyyami-zimistan, gəlib fəsli-bahar,  



Eyləyib seyri-çəmən naz ilə ol türfə nigar,  

Biləsincə dəfu ney, saqiyü sağər — nə ki var,  

İçibən cami-məhəbbətdən, olub məstü xumar,  

Açıban bəndi-qəba, Lərki-hicab etdi yenə. 

 

Bari-hicr ilə "əlif" qəddimi "nun" etmiş idi,  



Arizusunda qara bağrımı xun etmiş idi.  

Ruzigarimi siyəh xalı zəbun etmiş idi,  

Gərçi əvvəl məni sərməstü cünün etmiş idi.  

Öldürüb, qoymadı, axırda səvab etdi yenə. 

 

Müjəvü qərazəvü göz, bir də kaman əbrulər,  



Hamı bir yanə və bir yanə haman əbrulər,  

Bir qatı yaydürür danənişan əbrulər,  

Zakiri-xəstədilin, gör, nə yaman əbrulər  

Cismi-zarın hədəfi-tiri-şəhab etdi yenə. 

 

QOŞMALAR 

 

Yar demişdi: gələn bayrama gəlləm,  



Ömür başa yetdi il arasında.  

Tutub səri-zülfün, dönüb başına,  

Şanə tək gəzəsən tel arasında. 

  



____________________Milli Kitabxana______________________ 

54 


 

Qaydasıdır, qara çarqat bürünür,  

Siyah zülfün ucu yemən sürünür.  

Nə göyçək yaraşır, nə xoş görünür  

Mina, inci kəmər bel arasında. 

 

Gözümün yaşına qərq oldu tənim,  



Bu hal ilə işim müşküldür mənim.  

Səndən ayrılandan, ey gülbədənim,  

Həq bilir, qalmışam sel arasında. 

 

Piranəsər könül hər kimə yetər,  



Uşaqtəbiətdir, gördüyün istər.  

Onun sözlərinə qatışma, dilbər,  

Dəli yola gedər el arasında. 

 

Zakir, etibarı yoxdu dünyanın,  



Aldanma xeyrinə, şərrinə anın.  

Qoygilən başını bəyaz püstanın  

Can ver şirin-şirin, öl arasında. 

 

* * * 



A ləbləri badə, ağzı piyalə!  

Bir söz desəm olma bidəmaq, sana.  

Yetişibsən, indən belə yaraşmaz  

Yadlar ilə deyib-danışmaq sana. 

 

Əcəb bihəyadır çərxi-kəcrəftar,  



Hər ayda bir hilal eylər aşikar;  

Şəksiz sənin ilə ədavəti var,  

Göstərir düşəndə qaşqabaq sana. 

 

Mədənisən felin, nazü qəmzənin,  



Bərabərin yoxdu aləmdə sənin;  

Təhrik eyləməsə səba, qönçənin  

Ağzı nədir aça dil-dodaq sana?! 

  



____________________Milli Kitabxana______________________ 

55 


 

Cəvahir qolbaqlar bəyaz biləyi  

Gahi qucar, gahi eylər hənəyi,  

Behiştin hurisi, göyün mələyi  

Yetişməz, yüz çala əl-ayaq, sana. 

 

Zakirəm, eylədin əqlimi zayil,  



Olmaz belə surət, belə şəmayıl;  

Elə mən deyiləm hüsnünə mayil,  

Göz dikibdir tamam Qarabağ sana. 

 

* * * 



 

Dost yolunda cəfa çəkdim, can üzdüm,  

Yetişmədim bır məkanə, ay mədəd.  

Sərasər əndamım mum tək əridi,  

Eşq atəşi düşüb canə, ay mədəd. 

 

Muradımız şükufəsi bitmədi,  



Bəlalı sərimdən sövda getmədi,  

Yetər oldu ömür başə, yetmədi  

Əlim zülfi-pərişanə, ay mədəd. 

 

Qalmışam göz yolda, könül intizar,  



Qəm tutub yaxamı hər yana dartar,  

Mən bilmənəm necə bağlanıb yollar,  

Bir gələn yox bu viranə, ay mədəd. 

 

Ayrı düşmək vətənimdən yamandı,  



Diyari-qürbətdə öldüm, amandı.  

İtirmişəm yarı xeyli zamandı,  

Axtarıram yanə-yanə, ay mədəd. 

 

Bir kimsənin yoxdu məndən xəbəri  



O qaşları yayı sevəndən bəri,  

Şikəstə Zakirəm, ahım əsəri  

Od salıbdı asimanə, ay mədəd. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə