Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə11/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   7   8   9   10   11   12   13   14   ...   102

____________________Milli Kitabxana______________________ 

35 


 

Çərx rəhm eyləmədi dideyi-giryanımıza,  

Qoydu həsrət bizi ol şəmi-şəbistanımıza,  

Atəşi-bicr ilə od saldı bizim canımıza,  

Sancılıb navəki-qə sineyi-suzanımıza,  

Guşeyi-çeşmdən ol kipriyi peykan gedəli. 

 

Çıxdı çün Şişədən ol mahliqa misli-gülab,  



Şişə əhlinə bu vəclı ilə həram oldu şərab,  

Sındı başlarda həva şişəsi manəndi-hübab,  

Oldu aləmdə fərəh gülşəni bümərrə xərab,  

Üzü gül, kakili sünbül, xəti reyhan gedəli. 

 

Çəkəli bəzmdən ol ləbləri meygun ətəyin,  



Doldurub qan ilə sağər dili-pürxun ətəyin,  

Əşk seylabı tutar aşiqi-məhzun ətəyin.  

Nalə fəryadü fəğanım tuta gərdun ətəyin – 

Ki, qara oldu günüm ol məhi-taban gedəli. 

 

Mənəm ol qumriyi-miskin ki, salıb aləmə səs,  



"Sərv ku-ku" deyərəm hüzn ilə ta qəti-nəfəs,  

Abü danəm ələmü qüssə, yerim künci-qəfəs,  

Bir zaman eyləməzəm seyri-gülüstanə həvəs,  

Səhni-gülzardan ol sərvi-xuraman gedəli. 

 

Məqsədim rövzeyi-kuyində budur şamü səhər – 



Ki, bula feyzi-vüsalında ziya dideyi-tər,  

Ola xaki-qədəmin sürmeyi-ərbabi-bəsər,  

Qılasan gülşəni-kuyində olan murə nəzər,  

Görəsən kim, necədir halı Süleyman gedəli. 

 

* * * 


 

Ey ki, zülmətgəhi-zülf içrə üzün misli-çıraq,  

Məstü sərxoş gözünə qarşı yaman gözlərə ağ,  

Olmasın xaki-dərin guşeyi-çeşmimdən uzaq,  

Ləblərindən dəhənim dərdə dəva etdi soraq,  

Söylədi: ağzıma innabi-ləbü sibi-buxaq. 

  



____________________Milli Kitabxana______________________ 

36 


 

Baxdı mərdüm yüzinə, saldı nəzərdən ayi,  

Qıldı xəm şöhrəti-əbruyi-lətifin yayi,  

Qədrü qiymətdə deyil ləl ləbin həmtayi,  

Həvəsi-zülfi-siyahınla olub sövdayi – 

Ki, çəkib silsileyi-kakili-tərrarə daraq. 

 

Görünür çöhrələrin laləyə gülgun, gülə al,  



Qoymadı al ilə ruyin dili-ayinədə hal,  

Sürmeyi-şux gözün fitnəyə saldı filhal,  

Qıldı izhari-şərəf Kəbeyi-rüxsari də xal,  

Vərəq üz sürtdü qədəmgahına gülgunə yanaq. 

 

Kakilin şanələnir zinəti-duş etmək üçün,  



Xoş gəlir xəlqə ləbin hərfi nüyuş etmək üçün,  

Dil dilər şərbəti-göftarını nuş etmək üçün,  

Xəlqdən vəsfi-bənaguşunu guş etmək üçün,  

Bəhr açdırdı sədəfdən düri-qəltanə qulaq. 

 

Gül xitab etsə sənə, qönçə ona eylər itab,  



Qönçə kimdir ki sənə qarşı durub verə cavab?  

Baxsa hər dəm üzünə şərmdən olmazmı gülab,  

Nədir ayinə görən dəmdə səni eyləyə tab,  

Əksi-ruxsarın ona olmasa mənada dayaq?! 

 

Dursa ayinə, müqabil üzünə qılsa nəzər,  



Ona üz vermə, nəzərdən sal onu şamü səhər,  

Tazədən qoyma ola dövri-yənağında əsər,  

Vəsməvü sürmə gözü qaşına meyl etsə əgər,  

Sürməni seyrə salıb vəsməyə qıl qaş-qabaq! 

 

Hüsnünə aşiqi-sadiq demə hər gümrahi,  



Aşiq olduryaxa çərxi dili-atəşgahi.  

İmtəhan eylə şəbi-hicrdə Abdullahi,  

Şöleyi-ahına gər yanmasa çərxin mahi,  

Tiğ çək, başım kəs, şəm kibi atəşə yaq. 

  



____________________Milli Kitabxana______________________ 

37 


 

BABA BƏY ŞAKİR 

 

Baba bəy  Şakir təxminən 1780-cl ildə Qarabağ mahalının Mehriban 

kəndində  bəy ailəsində doğulub, 1845-ci ildə ölmüşdür. Qasım bəy Zakirin 

qohumu və yaxın dostu olmuşdur, Zakir Baba bəyin vəfatı münasibəitilə məşhur 

Maddeyi-tarixi-Baba bəy"  şerini yazmışdır. Baba bəyin bədii irsindən çox az 

miqdarda satirik və lirik əsərləri məlumdur. Önların bir qismi əruz, digər qismi 

heca vəznindədir. Satiralarında fitnəkar bəylər, mövhumat və  cəhalət yayan 

ruhanilər, rüşvətxor, zülmkar məmurlar, komendant, qubernator, sərdar və b. ali 

rütbəli dovlət qulluqçuları kəskin tənqid olunurlar. 

Şairin  əsərlərindən örnəklər onun "Seçilmiş  əsərləri" (1985) kitabından 

götürülmüş, mətnlər  şeirlərin  əvvəlki nəşrləri (Məhəmməd ağa Müctəhidzadə 

Riyazül-aşiqin.  İstanbul, 1910; Baba bəy  Şakir.  Şeirlər. Bakı, 1927) ilə 

tutuşdurulmıış, tərtibçinin "müasirləşdirmələri " aradan qaldırılmışdır. 

 

QOŞMALAR 

 

Mürği-ruhum təndə durmaz, dövr edər,  



Yenə canan düşdü yada, ay mədəd!  

Qərib ölkə, baş yastıqda, göz yolda,  

Kimim var ki, yetə dada, ay mədəd! 

 

Diyari-qürbətdə mən bəxtiqarə,  



Bir dərdə düşmüşəm, bulunmaz çarə;  

Bilsəm, badi-səba yetirər yarə,  

Çəkərəm bir qəlbi səda, ay mədəd! 

 

Sübhü şam gözümdən tökərəm qanlar,  



Görüb yar, müsahib üzümti danlar...  

Hər diyara qəflə işlər, yaranlar,  

Gələn yoxdur bu bərbada, ay mədəd! 

 

Gözdən saldım gözəllərin cəmini,  



Yəqubun bağladım dərdü qəmini,  

Seyü-əşkim tutdu ruyi-zəmini,  

Tapmadım, əyləşəm, ada, ay mədəd! 

  



____________________Milli Kitabxana______________________ 

38 


 

İzn olmadı, qucam incə belindən,  

Öpəm dodağından, əmam dilindən.  

Mən Şakirəm, bir zalımın əlindən,  

Cavan ömrü verdim bada, ay mədəd! 

 

* * * 



Şamü səhər qan süzüldü didəmdən,  

Razi-dilim pərizada yetmədi.  

Gah yalvardım, gah döşəndim payinə,  

Kar guşinə nalə, səda yetmədi. 

 

Tora saldı canan könül quşumu,  



Aldadıban sərdən aldı huşumu.  

Qatdı fələk qovğalarla başımı,  

Rəhmə gəlib yar imdada yetmədi. 

 

O gözləri şəhla, qaməti bəstə,  



Anlamaz, nə çəkir Şakir şikəstə,  

Didari şövqündən düşübdü xəstə,  

Ömür keçib, bir murada yetmədi. 

 

* * * 



 

Qaradır üzümüz haqq dərgahında,  

Kef üstə kef gələr damaq üstünə.  

Vilayət məğşuşdu, zülm bihesab,  

Bir üz də salarıq yamaq üstünə. 

 

Bu dövranda hünər söhbəti bitdi,  



Bərəkət qeyb oldu, kişilik itdi,  

Kərəmli kişilər rəhmətə getdi,  

Kələf çözələndi yumaqüstünə. 

 

Naiblər mahalı xali tapdılar,  



Bəyzadələr kənd - kəsəyi çapdılar,  

Daşdan yumşaq nə gördülər, qapdılar,  

Qapqara yaxdılar dümağ üstünə. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə