Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə12/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   8   9   10   11   12   13   14   15   ...   102

____________________Milli Kitabxana______________________ 

39 


 

Çuxam çula dönüb, yırtılıb kürküm,  

Keçib boğazıma sürtülmüş börküm.  

İnsafdan, mürvətdən danışsa hər kim,  

Tökülər yüz yerdən çomaq üstünə. 

 

Kimin ki başından aşardı varı,  



Tapılmaz evində bir çanaq darı.  

Yollanaq Tiflisə, tapaq sərdarı,  

Hərəmiz bir yandan cumaq üstünə. 

 

GƏRAYLI 

 

Nə müddətdi o biilqar  



Mənimlə göz-gözə gəlməz.  

Boş, bihudə sözdən ötrü,  

Yar yarınnan sözə gəlməz. 

 

Eşqinə can verə-verə,  



Müştaq idim o dilbərə,  

Tor qurmuşam nahaq yerə,  

Ahu olub düzə gəlməz. 

 

Az qalıb ki, fitnə-feli, 



Şakiri eylə dəli 

Qapı-qapı gəzər eli 

Şakın eləyə dəlı, 

Yön çevırıb bızə gəlməz. 

 

TƏNQİDİ ŞEİR 

 

QUBERNİYA BİNA OLANDAN BƏRİ 



 

Quberniya bina olandan bəri,  

Oğrunun hər biri bir xanə dönüb;  

Yox yetişən ərzə, divan eyləyən,  

Dağılıb vilayət, viranə dönüb. 

  



____________________Milli Kitabxana______________________ 

40 


 

Murovlar buyurur oğurlayın at,  

Naçalnikdən eyləməyin ehtiyat,  

Olmaz urusluqda eyləmək isbat,  

Onunçün tülkülər aslanə dönüb. 

 

Dəxi bizdə qalmayıbdır day, dana,  



Gedirik sərdarə yetişdik cana,  

Olubdu oğrular sahibi-xana  

O ki ev sahibi, mehmanə dönüb. 

 

Var idi on atım, iyırmi malım,  



Qərəz, bir tövr ilə keçirdi halım,  

Yığıb bir hal ilə apardı zalım,  

Qapımız sovrulmuş xırmanə dönüb. 

 

Bu əsrdə olan sahib-ixtiyar,  



Tamam oğurluqda olubdur pərgar,  

Yatmayıb sübhədək dartar nə ki var,  

Qarabağın malı bostanə dönüb. 

 

Qalmışıq məəttəl sultanlı, xanlı,  



Əgər belə keçsə, qalmaz bir canlı,  

Kürün o tayında olurdu qanlı,  

Şimdi bu dağılmış Şirvanə dönüb. 

 

Deyirlər bu saat Qanlı İsmayil  



Bir milyon dövlətə olmayır qayil,  

Kəsib Əriklini misli-Əzrayü,  

Bac alır hər gələn karvanə dönüb. 

 

Rəsuldan şərm yox, Allahdan da bim,  



Allah rizasına danışmaz heç kim,  

Qarabağ düzəlməz, mənim əzizim,  

Çünki öz əhlimiz şeytanə dönüb. 

 

Əmiraslan idi əvvəl talançı,  



Gecə-gündüz qırqə gəzən dilənçi,  

Uzun nəfəs, mütəqəllib, yalançı,  

Şimdi aləm Əmiraslanə dönüb. 

  



____________________Milli Kitabxana______________________ 

41 


 

O ki Şahnazoğlu hamıdan başdı,  

At Rəhmin oğlu ilə yoldaşdı.  

Kələntərli Göyüş, şirvanlı Daşdı,  

Ağamməd qardaşı Qurbanə dönüb. 

 

Bu dörd-beş dananın əlində zarıq,  



Apardı hər nə var qüttaüttəriq,  

Zülm ifrat, mənzil irağ, at arıq,  

Qaradağlı bizə Tehranə dönüb. 

 

Murovlar oğrunu buyurur gündə,  



Girin pusqusuna, gözləyin gendə,  

Görün sala bilirsizmi kəməndə,  

Heç deməz, it oğlu ceyranə dönüb. 

 

Bu nə qubernator, bu necə sərdar?!  



Dağılıb vilayət, oldu tarımar;  

Cəldlənibdir rüşivətə murovlar,  

Xəlqin işi ahü əfqanə dönüb. 

 

Bundan əqdəm ellər gedərdi dağa,  



Məhəbbət eylərdi düşən qonağa,  

Şimdi gedə bilməz evdən irağa,  

Kişiyə dövləti zindanə dönüb. 

 

O ki Əfətlinin özgədir karı,  



Tamam olarındır ölkənin varı,  

Razıyıq verələr bizə bir xarı,  

Bir ədna gədəsi sultanə dönüb. 

 

Qarabağın həramisi, yalanı,  



Üstə düşsən danışmazlar yalanı,  

Şimdi derlər təqəllübdə  

Kolanı Cəmilliyə, Kürdüstanə dönüb. 

 

Rzaqulu oğlu Şirvanlı Səfi,  



Nəsibin, əlbəttə, veribdir dəfi,  

Dağıdır əqmişə, alır əşrəfi,  

Hər biri bir tülək tərlanə dönüb. 

  



____________________Milli Kitabxana______________________ 

42 


 

İmirlilər-Sübhanverdi uşağı  

Bir gecə evində yoxdu yatmağı,  

Kəm olmaz evində oğru qonağı,  

Hamsı İsmayıla, Zamanə dönüb. 

 

Qızılhacılılar gəzər eşşəkli,  



Altı köhlən atlı, yanı yedəkli,  

Sarbanlı, Şatırlı, həm Rəcəbbəgli,  

Gəncəli Sadığa, Qurbanə dönüb. 

 

Səsindən guşumuz batıb atlının,  



Kimdir yetə fəryadına kəndlinin,  

Küllühüm Qarabağ, Bayəhmədlinin  

Əlində bendeyi-fərmartə dönüb. 

 

Piriməli, Həsənli, Nayibalılar,  



Qovzanlı mülkündə olan nə ki var,  

Gəlir hər tərəfdən misali-bazar,  

Mal alan, mal satan meydanə dönüb. 

 

Şərm, həya qalmayıbdır bizlərdə,  



Oğurluq, xudkeşlik olub bipərdə,  

Onunçün düşmüşüz hərə bir dərdə,  

Tapılmayır çörək, dərmanə dönüb. 

 

Deyil burda olan işlərdən agah,  



Belə məlum, ədalətli padişah,  

Xalqın fəryadına yetişsin Allah.  

Bu dövran bir özgə dövranə dönüb. 

  



____________________Milli Kitabxana______________________ 

43 


 

KAZIM AĞA SALİK 

 

XVIII  əsrin sonları, XIX əsrin birinci yarısında yaşamış Kazım ağa Salik 



istedadlı  şairlərdan biridir. O, Azərbaycan  ədəbiyyatında həm klassik poeziya 

üslubunu, Füzuli ənənələrini, həm də Vaqif ədəbi məktəbini davam və inkişaf 

etdirmişdir. 

Əsli  Şəmkir vilayətindən olan Salik 1781-ci ildə Qazax mahalının  Şıxlı 

kəndində anadan olmuş, ilk təlim və  tərbiyəsini də orada almışdır. Uşaqlıq 

illərindən yaşadığı mühitdə dərin hörmət qazanan şair gənclik illərini də fərəhli 

və  şən keçirmiş, heç bir maddi sıxıntı görməmişdir. O, həyata həmişə nikbin 

gözlə baxmış, müasirlərini dünya nemətlərindən zövq almağa çağırmış, 

əsərlərində  şən yaşamağı, mənalı ömür sürməyi təbliğ etmişdir. Lakin qoca 

vaxtlarında  əvvəlcə qardaşı Mustafa ağa Arifin, az sonra qızı Xeyrannisənin, 

daha sonra isə yaxın dostu və həmdəmi Yəhya bəyin ölümü Salikin səhhətinə ağır 

təsir göstərmiş, o, bədbinləşərək həyatın etibarsızlığından, ömrün 

vəfasızlığından şikayətlənmişdir. 

Kazım ağa Salik 1842-ci ildə  vəfat etmişdir.  Əsərlərindən nümunələr 20 

cildlik "Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası"nın VIIIcildindən (1988) 

götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Yenə bır mahlıqa şolə salıb bag içrə,  



Sanki tavusi-çəmən çətr vurub zağ içrə. 

 

Demə, bu bağə yaraşmaz bu kəmalü bu cəmal,  



Mədəni-zər tapılır, gər arasan, dağ içrə. 

 

Zülfu xab görünür ruyi-səmən üzrə nə xoş,  



Nə əcəb, türfə düşüb rəngi-qarə ağ içrə. 

 

Yandı canım, bədən içrə şəbi-hicrində bunun,  



Necə kim şəm yanar hər gecələr yağ içrə. 

 

Baxma, Salik, qocalıbsan, gözələ, fikr elə kim,  



Kim qoyar ruzi-bəhadə aruği çağ içrə. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə