Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

____________________Milli Kitabxana______________________ 

56 


 

** * 


Həqdi, gözəl çoxdu cahan içində,  

Gözəldə bir neçə nişanə gərək.  

Əvvəl, aşiqinə mehriban ola,  

Ondan qeyrilərə biganə gərək. 

 

Gözəlin büllur tək gərək bədəni,  



Eyləyə özünə heyran görəni,  

Yarlı-yaraşıqlı boyu. gərdəni,  

Nə uzun, nə gödək, miyanə gərək. 

 

Ənbər xəcil ola zülfü buyindən,  



Qəmər rüxsarından, şəms ruyindən;  

Canlar təzələnə göftüguyindən.  

Sözünün hər biri dürdanə gərək. 

 

Mərifətdə kamil, sinndə uşaq,  



Qədirbilən, özü doğru, sözü saq.  

Quzu quyruğu tək nazikü yumşaq.  

Lərzə verə cismi hər yanə gərək. 

 

Zakir, nə yamandır halı dünyanın,  



Əskik olmaz qalmaqalı dünyanın,  

Dərdü sərdi mülkli malı dünyanın,  

Can üçün bir belə cananə gərək. 

 

** * 



 

Bir saat havada qanad saxlayın, 

Nizam ilə gedən quşa durnalar!  

Qatarlanıb nə diyardan gəlirsiz  

Qaqqıldaşa-qaqqıldaşa, durnalar? 

 

Mən sevmişəm onun ala gözünü,  



Nəsib ola bir dəm görəm üzünü;  

Yoxsa danışırsız dilbər sözünü,  

Veribsiniz nə baş-başa, durnalar?! 

  



____________________Milli Kitabxana______________________ 

57 


 

Diyari-qürbətdə müddətdi varam,  

Gecə-gündüz canan deyib ağlaram;  

Mən də sizin kimi qəribü zaram,  

Eyləməyin məndən haşa, durnalar! 

 

Laçın yatağıdı bizinı məkanlar,  



Yavaş-yavaş gedin, səsiniz anlar,  

Qorxuram toxuna ötən zamanlar,  

Sürbəniz dağılıb çaşa, durnalar! 

 

Zakirəm, od tutub, alışıb cigər,  



Var isə canandan sizdə bir xəbər,  

Təğafül etməyin, Allahı sevər,  

Dönməsin bağrınız daşa, durnalar! 

 

GƏRAYLILAR 

 

Cəfa çəkdim, bağ yetirdim,  



Gülşəni xarə tapşırdım.  

Bunca fikrü xəyal etdim,  

Tapmadım çarə, tapşırdım. 

 

Ölsəm qoyun, sizi tarı,  



Yönümü dilbərə sarı.  

Özüm öz əlimlə yarı  

Bu gün əğyarə tapşırdım. 

 

Nə qədər eylədim minnət,  



Vəslinə vermədi fürsət,  

Lailac olub, aqibət  

Gənci şəhmarə tapşırdım. 

 

Qaldım misali-pərvanə,  



Eşq oduna yanə-yanə,  

Canı göndərdim cananə,  

Dili dildarə tapşırdım. 

 

  




____________________Milli Kitabxana______________________ 

58 


 

Xəstə Zakir kimi hanı  

Könlü olan qəm məkanı?  

Mən öldüm, ahü əfqanı  

Bülbüli-zarə tapşırdım. 

 

** * 



 

Neyləmışəm, incımısən  

Yenə, ey gülbədən, məndən?  

Zahirən, vardır təzədən  

Sənə bir söz deyən məndən? 

 

Qəm evində zar olalı, 



Eşqə giriftar olalı, 

Yarımadıq yar olalı, 

Nə mən səndən, nə sən məndən. 

 

Mailəm çeşmi-ğəzalə,  



Olmuşam dərdə həvalə.  

Əl götürməz ahü nalə  

Gecələr sübhədən məndən. 

 

Pərişan etdin halımı,  



Əyibsən qəddi-dalımı;  

Nə deyim, tanrı zalımı  

Xəbər alsa, görən, məndən? 

 

Yox olub Zakirin varı,  



Günbəgün artar azan;  

Xəbərdar eyləyin yarı,  

Ey Allahı sevən, məndən. 

 

** * 



Keçdi növbəti-zimistan,  

Yenə fəsli-bahar oldu.  

Əndəlibi-binəvanın  

Sənəti ahü zar oldu. 

  



____________________Milli Kitabxana______________________ 

59 


 

Yasəmənü gülü lalə  

Bir çəməndə qurub halə;  

Ərğovan tutub piyalə,  

Nərgis içib xumar oldu. 

 

Əmr olundu, abi-neysan,  



Cansızlara bəxş etdi can;  

Yenə təzələndi dövran,  

Nə gözəl ruzigar oldu! 

 

Səbzpuş olub çəmənlər,  



Qaldırdı hər şükufə sər.  

Oyan, ey bəxti-bixəbər,  

Yatan hamı bidar oldu. 

 

Əlac oldu hər bimarə,  



Tapıldı dərdinə çarə.  

Elə həsrət qalan yarə  

Zakiri-dilfikar oldu. 

  



____________________Milli Kitabxana______________________ 

60 


 

MİRZƏ BAXIŞ NADİM 

 

Mirzə Baxış Nadim tənqidi-satirik şerin görkəmli nümayandələrindən biridir. 



O, 1785-ci ildə Navahıda doğulmuşdur. Atası Molla Əsədulla dövrünün 

gözüaçıq, məktəbdar adamlarından olmuşdur. Şair ilk təhsilini ailədə atasından 

almış, sonra Şamaxıya gedərək mədrəsədə oxumuş, fars və  ərəb dillərini 

oyrənmişdir. 

Nadim 1878-ci ildə Navahıda vəfat etmişdir.  Əsərlərindən nümunələr 20 

cildlik "Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası "nın VIII cildindən (1988) 

götürülmüşdür. 

 

MÜXƏMMƏS 

 

Ey mənim canım alan, səndə nə adətdir bu?  



Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,  

Səni yaxşı deməyir xalq, məlamətdir bu,  

Sizə hərcayi desəm mən, nə ləyaqətdir bu?  

Demə boş söz danışır, cayi-şikayətdir bu! 

 

Kimdir olsun bu gözəllik əməlinə məğrur,  



O1 qədər çəkməyəcəkdir, olacaq ondan dur,  

O zaman faidə verməz kim, olursan məzur,  

Kəsbi-fürsət edibən guşeyi-xəlvət tuta gör,  

Gəl eşit pəndimi bir rahi-səadətdir bu! 

 

Sübh fəryadü fəğan hasil olur bülbüldən,  



Əsəri-ülfət ilə dostluq umardı güldən,  

Eşq peyvənd olunub cisminə ta əvvəldən,  

Tutuban çaki-giribanını, qoymur əldən,  

Göstərir aşiqinə, rəsmi-məhəbbətdir bu! 

 

Sən kimi görməmişəm mahvəşi-dünyani,  



Zibü zinət, bu deyil həddi-gözəllik, tani,  

Ey vüsali-hərəmin aşiqə can dərmani,  

Yenə pünhani baxıb hərdəm alırsan cani,  

Eyləmə, aləmi-dostluqda xəyanətdir bu! 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə