Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə22/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   18   19   20   21   22   23   24   25   ...   102

____________________Milli Kitabxana______________________ 

81 


 

  

CAN YAXAN EŞQİN İŞIĞINDAN BİR ŞÜA 



 

Salam sizə, ey sevdanı bilən əhli-mərifət,  

Səlamətlik guşəsinə çəksin sizi məhəbbət. 

 

Məhəbbətsiz bu dünyada nəşə yoxdur, bu şəksiz,  



Eşqi isə duymaq olmaz saf duyğulu ürəksiz. 

 

Ürəklərin rahatlığı eşq ilədir hər zaman,  



Hər kəs olmuş öz eşqilə bu dünyadə kamiran. 

 

Bu dünyada yoxdur ancaq məhəbbətin adəmi,  



Başdan-başa o qəm-kədər olsa belə, nə qəmi?! 

 

Onun qəmi elə qəmdir ki, üstündür şadlıqdan,  



Onun bəndi içindəsə sad olar hər insan. 

 

Dərd içində nalan cdər o qədor cismü canı,  



Unudarsan həmişəliksən hər iki dünyanı. 

 

Dərhanından yaxşı olan dərdi çəksin qoy ürək,  



Bil əbədi yaşamaqdan xoşdur bu dərdlə öhnək. 

 

Bu xərabə yerə düşüb can çəkişən hər insan,  



Öz kədərli ürəyini istər edə şadiman. 

 

Lakin yoxdur bir nəfər də bu dünyada bəxtiyar,  



Şadlıq, şöhrət, xoşbəxtliyin ancaq quru adı var. 

 

Hərənin bir dərdi vardır, deyin kimdə qəm yoxdur?  



Bir fərq ilə: birində az, o birində çox-çoxdur. 

 

Başdan-başa bu dünyanın işləri qəm, kədərdir,  



Lakin insan bu işlərdən qafildir, bixəbərdir. 

 

Bu dünyada bir iş yoxdur, olsun tamam zərərsiz,  



Bir şirin bal tapılmaz ki, olsun tamam zəhərsiz. 

  



____________________Milli Kitabxana______________________ 

82 


 

Hər bir işin mənasını axtarırlar səbəbdə,  

Əziyyətsiz tapılmaz bu aləmdə bir səbəb də. 

 

Cəhd eyləyər hər kəs tapsın bir az şadlıq dəmini,  



Şadlıq tapmaz, o daha da artırar öz qəmini. 

 

Bu dünyada möhnətdən başqa yoxdur səadət;  



Eşq olsun o aşiqə kim, ona gülür məhəbbət. 

 

Bu qəmlərdən, kədərlərdən, işgəncədən, əzabdan,  



Ancaq bir eşq xilas edər ürəkləri hər zaman. 

 

Olmasın qoy can evində yar qəmindən başqa qəm,  



Dərd bir olsa, tez tapılar o dərdinə bir məlhəm. 

 

Sənin dərdin o vaxt çatar istədiyin dərmana – 



Ki, qovuşsun könül yara, can vəfalı canana. 

 

Bu mətləbi yaxşı dərk et: Məhəbbətdir azadlıq,  



Onun qəmi, kədəri də olar xoşluq və şadlıq. 

 

Həqiqətdən bəhs edərkən yada düşdü bir məcaz,  



Bir cavandan deyim sizə ki, olmuşdu eşqbaz: 

 

EŞQDƏ TƏMİZLİK HAQQINDA 



 

Eşqdə nə küfr vardır, nə də dinə uyan var,  

Rindlik, məstlik olan yerdə təmiz və saf vicdan var. 

 

Fisq ilə zöhd insanlara qurulmuş bir duzaqdır,  



Huşyar olan şübhəsiz ki, bu kələkdən uzaqdır. 

 

Səfsətədir hər müddəa, fikirləri müəmma,  



Məsələlər məlum olmur, hər şeydə var bir əmma. 

 

Aşiqlərdə təqlidə heç olmaz zərrə etimad,  



Ancaq vardır hər bir işdə öz gücünə etiqad. 

  

 



 


____________________Milli Kitabxana______________________ 

83 


 

Boş laqqırtı nəyə lazım xoş gəlsə də hər avaz,  

Göz gördüyün qəbul edər, quru sözə inanmaz. 

 

Eşq hədisi başqa şeydir, tələbi də bir başqa,  



Gəl dolanaq indi biz də bu hədisin başına. 

 

Sözə yeni məna ilə yeni şəkil verərək,  



"İstincanı", "İstibranı" biz başqa cür şərh edək. 

 

Bunlar nədir ki, bunlarsız taət həram sayılır,  



Onlar olsa insan ğəflət yuxusundan ayılır. 

 

Burda daha yada düşdü bu sözlərin izahi  



Ki, demişdi fazillərin başçısı Şeyx Bəhayi: 

 

Yaramazlar, bu əməldən, hərəkətdən utanın  



Ki, istinca daşlarıni gizlərsiniz şeytanın. 

 

İstincadan qərəz budur ki, qəlb təmiz olmalı,  



Alçaq tiynət məhv edilib paklıq əziz olmalı. 

 

İstibrasa o deməkdir, gizli saxla hər sözü,  



Sirr deyilən xəzinəyə məxzən olsun qəlb özü. 

 

Şərab içsən şərabla da apararsan xumarı,  



Su olmasa bəs təmizlik nə cür olar, bil barı! 

 

Əbədiyyət badəsilə sərxoş olan hər adam,  



"Vəlləzinə amənu"dən alar qüvvət və ilham. 

 

Bu söz ilə təmizlənsə hər ürəyin qubarı,  



Cəmalında şəfəq salar könüllərin ilğarı. 

 

Bu bədxahlıq, yaramazlıq, xəbisliklə, ey cahil,  



İbadətin mənasızdır, qəbul olmaz duan bil. 

 

Bu hərəkət çox bənzəyər dərgahında üsyana,  



Zahirdə həqq, batindəsə bağlanmışsan şeytana. 

  



____________________Milli Kitabxana______________________ 

84 


 

Bu riyakar itaətdən susmaq daha yaxşıdır,  

Üsyankarlıq kafirlikdən hər mənada yaxşıdır. 

 

Pis sifətdən çəkin, həqqə istinad et, ey insan! 



Bir an belə üz döndərmə "gəl-gəl" deyən Allahdan. 

 

Alın açıq hər işini eşqə bağla həmişə, 



Qoy eşq olsun dil əzbərin sənə yüksək bir peşə. 

 

Məhəbbətdən başqa yoxdur sənə düz yol göstərən,  



Odur səni xeyir işlərə çəkib - qorxma, gəl, - deyən. 

 

Ey qəfəsdə çırpınan quş, tənbəllikdən iş aşmaz,  



Sən qartalsan, milçək işi qüdrətinə yaraşmaz. 

 

Öz nəfsinin məhbəsindən qurtar, azad qanad çal,  



"Leysə lil-insanə illa ma səa"dən ibrət al! 

 

Əqlin varsa puç eyləmə ömrünü qıl ehtiyat,  



Qoyma boş-boş kefcilliyə hədər olsun bu həyat. 

 

Bir düşünsün əbədiyyət dövlətinə sahibsən,  



Müvəqqəti ləzzət üçün uçurursan əlindən. 

 

Asiliklə əziz ömrü göylərdən yerə saldın,  



Uşaq kimi çirk içində batıb qaldın, qocaldın. 

 

Azad doğan ürəyini özün saldın zindana,  



Yaradıliş mənasından xəbərsizsən, qansana! 

 

Həqq yaratdı özü kimi səni, verdi min zinət,  



Bu qamətlə dedi bizə etməlisən itaət. 

 

Ta ki, səndə olsun əlaməti, cəlalı, 



Dil və candan istəyəsən ta ki, o zülcəlalı. 

 

Xəlvətdən bir mənzil verdi sənə möhkəm, mükəmməl,  



Sonra dedi öz əqlinlə bizə tərəf qayıt, gəl. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə