Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə28/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

____________________Milli Kitabxana______________________ 

106 


 

Kəmali-eşqə kim eylədin iman,  

Göstərdi üz sana yəqini-canan.  

Sərvəri-xubanə bəxş eylədin can,  

Bəxş eylədi sana ruhu-şəmail. 

 

Girdin kim, meydanə mərdi-mərdanə,  



Vermədin bac Təhəmtəni-dastanə.  

Eylədin kim, ta xidməti-şahanə,  

Şahənşahdan gəldi sana həmail. 

 

Oynadarsan ki, top, qılırsan cövlan,  



Çəkərsən ki, çilə, atarsan peykan.  

Ey Seyid Nigari, ey mərdi-meydan,  

Ey fənni-hünərdə ustadi-kamil. 

 

GƏRAYLILAR 

 

Aşıq oldum gene tazə  



Bir növ cavanə, cavanə  

Hanı bir əhli-dil yazə,  

Ərzəm cananə-cananə. 

 

Qəm əlindən getdim dadə,  



Dərdimdir həddən ziyadə.  

Yalvarıram, vermə badə  

Zülfin Səlmanə, Səlmanə. 

 

Cüda düşdüm ellərindən,  



Kəsmədim göz yollarından.  

Zülfi-Leyla əllərindən  

Gəzdim divanə-divanə. 

 

Bilməzəm ki, ol kərəmkar,  



Əfv edərmi, günahım var.  

Yalvarıram, mar kimi zar  

Hərdəm yalmanə-yalmanə. 

  



____________________Milli Kitabxana______________________ 

107 


 

Qurdum ülfətin binasın,  

Yıqdım dünyanın esasin.  

Nigari, eşq səhrasın  

Gəzdim mərdanə-mərdanə. 

 

* * * 



 

Əqlimi ey güli-xəndan,  

Atdın həvayə-həvayə.  

Eylədin bülbül tək əfqan,  

Düşdüm ah-vayə, ah-vayə. 

 

Qeydi-zülfində, ey mahim,  



Ərşə yetişibdir ahim.  

Mürəxxəs et, padişahim  

Məni bir ayə, bir ayə. 

 

Ləlindir ömrüm səfası,  



Ağzındır dərdim şəfası  

Ey sənəm, zülfin həvası  

Əldə sərmayə, sərmayə. 

 

Bəndi-bənd gəldim xuruşə,  



Zövqi yetirdim suruşə.  

Mayıl oldum cuşə-cuşə,  

Ləbi həmrayə, həmrayə. 

 

Dərsin almış rahibərdən,  



Müshəfi-ruyi-dilbərdən.  

Nigari hərdəm əzbərdən  

Oxur min ayə, min ayə. 

  



____________________Milli Kitabxana______________________ 

108 


 

MOLLA QƏDİR NACİ 

 

Molla Qədir Nacinin doğum və ölüm tarixi haqqında dəqiq məlumat yoxdur.   

Əsərlərindəki işarələrə və tədqiqatçıların söylədiklərinə istinadən demək olar  ki

o, XVIII əsrin lap sonlarında, ya da XIX əsrin əvvəllərində Şamaxıda  doğulmuş, 

təxminən 70 il yaşamışdır.  Şeirlərindən məlum olur ki, yaxşı  mədrəsə  təhsili 

almış, klassik Şərq  ədəbiyyatına, xüsusilə  Məhəmməd Füzulinin yaradıcılığına 

yaxından bələd olmuşdur. O, şeirlərinin bir çoxunu Füzulidən ilhamlanaraq 

yazmışdır. 

Əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, təzkirə  səhifələrini 

bəzəmişdir. Bir sıra şeirləri Seyid Əzim Şirvaninin təzkirəsində, Hüseyn  Əfəndi 

Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" kitabında 

qorunub saxlanmışdır. Buradakı nümunələr Seyid Əzim təzkirəsinin çap 

nüsxəsindən (1974) götürulmüşdür. 

 

QƏZƏLLƏR 

 

Nədir bais ki məndən şəfqətin kəm etmisən, cana!  



Məni məhrum edib, əğyan məhrəm etmisən, cana! 

 

Əgər Fərhad gəlsə, rəxnə salmaz zərrə miqdarı  



Yetən nakəslə əhdin öylə möhkəm etmisən, cana! 

 

Sərəfraz eylədin əvvəl məni yüz lütflər birlə,  



Bu layiqdirmi, axır xakməqdəm etmisən, cana! 

 

Salıbsan canıma firqət odundan bir şərarət kim,  



Ləbim xüşk ol şərarətdən, gözüm nəm etmisən, cana! 

 

Əgər aləm fərax olsa sərasər, girməgə yer yox,  



Könül məmurəsin bir gunə pürğəm etmisən, cana!.. 

 

Sitəmkeş Nacini xaki-dərindən eylədin ixrac,  



Rəqibani-cəfacuni mükərrəm etmisən, cana! 

  



____________________Milli Kitabxana______________________ 

109 


 

* * * 


Səbadən- gül üzarın üzrə zülfi-müşkbar oynar,  

Gülün yanında guya sünbili-pü tabdar oynar. 

 

Edən təhrik ruyində niqabi-əbrgundurmu,  



Və yaxud aftab üzrə gəzər əbri-bahar oynar?! 

 

Sənin tək bibədəl şuxi gətirmiş dəhri-həftaba,  



Nişatü zövqdən daim fələkdə biqərar oynar. 

 

Görüb öz mehrini zäyil, fələk salmış sənə mehrin,  



Dolanır başuva yüz şövq ilə leylü nəhar oynar. 

 

Niqabım kəşf edib yüzdən əgər ərzi-cəmal etsən,  



Olub məczuu bihuş hər nə kim, aləmdə var oynar. 

 

Nəsimi-zülfünü bulsa məşami-Naciyi-xəstə  



Olub pakubi-dəstəfşan məstvar oynar. 

 

* * * 



 

Dil bəla hicrində çəkməkdən vüsalındır qərəz,  

Ağlamaqdan didə didari-cəmalındır qərəz. 

 

Mərdümi-çeşmim dəmadəm kim, cigər qanın içər,  



Röyəti-xakü xətü rüxsari-alındır qərəz. 

 

Təc dilər üftadeyi-dərgahın olsun kim, ona  



Ol mübarək yerdə olmaq payimalındır qərəz. 

 

Cismi-zarım dərd çəkməkdən dönübdür mulərə - 



Kim, ona vəsli-miyam-mumisalındır qərəz. 

 

Xah əhvalım sual et, xah qıl qətlimə hökm,  



Canə ancaq ləli-nabından məqalındır qərəz. 

 

Safi olmaq istərəm fikrü xəyali-qeyrdən,  



Könlüm içrə arizu fikrü xəyalındır qərəz. 

 

Naciyi-biçarə ömrün eşq ara qılmış tələf.  



Kim tamaşayi-rüxi-fərxəndəfalındır qərəz. 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə