Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya
İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur
Müəllif, tədqiqat işi prosesində dəyərli məsləhətlərinə görə Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
direktoru, tarix elmləri doktoru Maisə xanım Nurbala qızı Rəhimovaya,
elmi işlər üzrə direktor müavini Nəcəf Museyibliyə, memarlıq doktoru
Nəriman Əliyevə, tarix elmləri doktoru Cəbi Məmmədova, filologiya
elmləri doktoru Firudin Ağasıoğluna, tarix elmləri doktoru Tərlan
Ağayevə, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimliyə, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Abbasqulu Nəcəfzadəyə dərin minnətdarlığını bildirir.
Elmi redaktor:
tarix elmləri doktoru, professor
Arif Məhəmməd oğlu Məmmədov
Rəyçilər: Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Şərq
Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının
müxbir üzvü
,
Azərbaycan Respublikasının Əməkdar Memarı, memarlıq
doktoru, professor
Nəriman Əşrəf oğlu Əliyev;
tarix elmləri doktoru, professor
Arif Məhəmməd oğlu Məmmədov
Mehman Firudin oğlu Məmmədovun vəsaiti hesabına çap edilir.
Rəfail Oğuztürk Dağlı. Xızı-Siyəzən bölgəsinin tarixinə dair (arxeoloji-
etnoqrafik tədqiqat).
Təqdim olunan monoqrafiya dərin və ətraflı elmi-tədqiqat işinin nəticəsidir.
Bu vaxta qədər bu ərazilər haqqında söylənilən fikirlərin əsasən “ötəri baxış”
xarakterli olduğunu nəzərə alsaq, indiki Xızı və Siyəzən rayonlarının tarixi,
etnik tərkibi, toponimləri ilk dəfə tarixi faktlar əsasında araşdırılmış, dağlıların
qədim oğuztürk mənşəli olduğu və sonradan (XI-XVII əsrlərdə) bu ərazilərə
gəlmiş səlcuq oğuzlarının, şahsevənlərin bu camaatın təşəkkülündə iştirakı
sübuta yetirilmişdir. Monoqrafiyada qədim As-ər ölkəsi və onun paytaxtı, As
istehkamı, Xız (Quz) qalası, As-Van (Hun-Çin) müharibələri, Xızır və Musa
peyğəmbərlərin tarixi görüşü haqqında müqəddəs İncildə, Quranda, skandinav
saqalarında, Çin əfsanələrində, “Nart” eposunda, qədim oğuznamələrdə verilən
məlumatlar bir araya gətirilmiş, tarix ədəbiyyatında verilən məlumatlarla,
faktlarla uzlaşdırılmışdır. Monoqrafiya tarixçi mütəxəssislər, tələbələr və bu
mövzu ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.
Qrifli nəşr
© Rəfail Oğuztürk Dağlı
,
2011
3
ÖN SÖZ
Bildiyimiz kimi, ümummilli liderimiz Heydər Əliyev 9 aprel
2000-ci
il tarixində, “Kitabi-Dədə Qorqud” dastanının 1300 il-
liyinə həsr edilmiş təntənəli yubiley mərasimində demişdir:
“Biz bu gün böyük iftixar hissi keçiririk. Çünki bizim “Kitabi –
Dədə Qorqud” kimi böyük tarixi abidəmiz vardır. Çünki biz bu
gün sərbəstik, azadıq, müstəqilik və öz tarixi keçmişimizi, öz
mənəvi dəyərlərimizi, öz mədəniyyətimizi olduğu kimi təhlil
edib xalqımıza, millətimizə və gələcək nəsillərə çatdırmağa qa-
dirik”. Ümummilli liderimiz çıxışında Azərbaycan alimləri,
tədqiqatçıları, yazıçıları, ictimai xadimləri tərəfindən
bu sahədə
görülmüş işləri yüksək qiymətləndirmiş və elmi işlərini bundan
sonra da davam etdirərək gələcək nəsillərə və bütün türk dün-
yasına çatdıracaqlarına əmin olduğunu söyləmişdir. Son za-
manlar müstəqil Azərbaycanımızın tarixi keçmişini, mənəvi
dəyərlərini, mədəni irsini olduğu kimi təhlil edib xalqımıza,
millətimizə və gələcək nəsillərə çatdırmaq sahəsində böyük iş-
lər görülmüşdür. Mədəni, sosial, elmi-texniki tərəqqi yolunda
yüksək nailiyyətlər əldə etmiş vətənimizin şərəfli
tarixinin daha
ətraflı öyrənilməsi sahəsində elmi-tədqiqat işləri bu gün də da-
vam etdirilir və sözsüz ki, daha böyük uğurlarımız hələ qarşı-
dadır.
Sevindirici haldır ki, monoqrafiyada türk dünyasının ən bö-
yük ozanı Dədə Qorqudla bağlı çox dəyərli açıqlamalar da öz
əksini tapmışdır. Beşbarmaq dağı ətrafında yaşayan əhalinin
Dədə Qorqudla bağlı bilgilərini 1636-1638-ci illərdə Azərbay-
can torpaqlarından keçmiş alman alimi Adam Oleari “Mosko-
viya və Moskoviyadan keçməklə İrana, oradan da geriyə səya-
hətin təsviri” kitabında yazmışdır.
4
Rəfail Oğuztürkün (Rəfail Salman oğlu Mustafayevin)
“Xızı-Siyəzən əhalisinin tarixinə dair” mövzusunda yazdığı
monoqrafiya dərin və ətraflı elmi-tədqiqat işinin nəticəsidir. Bu
vaxta qədər bu ərazilər haqqında söylənilən fikirlərin əsasən
“ötəri baxış” xarakterli olduğunu nəzərə alsaq, indiki Xızı və
Siyəzən rayonlarının tarixi, etnik tərkibi, toponimləri ilk dəfə
tarixi faktlar əsasında araşdırılmışdır. Nə üçün bu vaxta qədər
Xızı və Siyəzən əhalisi barəsində söylənilən fikirləri “ötəri
baxış” xarakterli hesab edirik? Fikrimizi əsaslandıraq. Tarix
ədəbiyyatında dağlıların etnik mənsubiyyəti barəsində müxtəlif
fikirlər söylənilmişdir. Bu camaatı türkmənşəli hesab edənlərlə
yanaşı fərqli mülahizələr yürüdənlər də vardır. Məsələn, bəzi
tədqiqatçılar Xızı və Siyəzən dağlılarının tatlara aid olduqlarını
söyləmişlər. “Tat” sözünün bir neçə mənası vardır. Dağlıları
oturaq əhali kimi tat adlandırmaq tamamilə yanlış fikirdir. Belə
ki, bu camaatın ən qədim zamanlardan XX əsrin ortalarına
qədər mükəmməl tərəkəmə həyatı yaşadığı çoxlarına
məlumdur. Dağlıların hamısının deyil, yalnız bir qisminin – bu
camaatın etnik formalaşmasında iştirak etmiş səlcuq
oğuzlarının və şahsevənlərin fars dilini bilməsi səbəbindən
onların “tatdilli” olmalasını düşünürlər. Aydın məsələdir ki,
əsrlər boyu qonşu olmuş tatlarla ünsiyyətdə bu dil Xızı və
Siyəzən oğuzlarının köməyinə gəlmiş və bu dili “tat” dilinə
uyğunlaşdırmağa çalışmışlar. Bütün
bu məsələləri faktlarla
sübuta yetirən Rəfail Oğuztürk haqlı olaraq qeyd edir:
“Dağlılar məskunlaşdığı ərazilərdə tat dilini öyrənməklə
yanaşı, təbii olaraq, türk dilinin yayıcıları idilər və ən qədim
zamanlardan bəri Azərbaycan ərazisində türk dilinin vahid
ünsiyyət dili olmasında “dağlılar” adlandırılan bu oğuz
qisminin də iştirakı danılmazdır”. Bu da məlumdur ki, Azər-
baycanda Xızı və Siyəzən oğuzlarını heç
bir başqa adla deyil,
məhz “dağlı” kimi tanımışlar. Ən böyük mahallarına “Göyxan”
demiş dağlılar Oğuz xanın oğlu Dağ xanın nəslindəndirlər.