91
Fərraş və ona köməyə göndərilmiş Əbu Səhl Həmdəvi
oğuzların önünə çıxdılar. Tərkibində fillər olan Qəznəvi ordusu
ağır məğlubiyyətə uğradı. Oğuzlar bu döyüşdə altındakı fili
öldürərək Taş-Fərraşı yerə saldılar. Sultan Məsudun gizli
əmrinə əsasən Yağmur bəyi öldürmüş Taş-Fərraşı oğuzlar
qılıncları ilə parça-parça etdilər. Bu döyüşdə Qəznəvi ordusu-
nun bir neçə tanınmış sərkərdəsi öldürülmüş, xeyli sursat və
fillər oğuzların əlinə keçmişdi. Oğuzlar Əbu Səhl Həmdəvini
və reyliləri də məğlub edərək şəhərə girdilər, oranı heç nə
qalmayacaq dərəcədə yağmaladılar. Bu əsnada Reyin müdafiəsi
üçün köməyə göndərilmiş Cürcan əsgərlərinin şəhərə yaxınlaş-
dığını eşidən oğuzlar hücum edərək bu ordunu da darmadağın
etdilər, sərkərdə də daxil olmaqla 200 nəfər əsir aldılar (29, s.
97-98).
Bu müvəffəqiyyətlərə baxmayaraq Arslan Yabqunun elatı
Reydən çıxıb Azərbaycana getdi. Bunun səbəbləri barədə mən-
bələrdə heç bir məlumat yoxdur. Bu hadisələr barəsində Faruq
Sümər yazır: “O zaman Orta və Qərbi İranın bütün bölgələri ya
deyləmi ya da kürd xanədanının əlində idi. Bu deyləmi
ailəsinin üzvü olan Kakuyə oğullarından Əlaüddövlə (İsfahan
və Həmədan hakimi) oğuzların Reydən Azərbaycana getdiklə-
rini eşidib Reyə gəlmişdi. Ancaq o, Əbu Səhl Həmdəviyə qarşı
mübarizədə oğuzların köməyinə möhtac olduğunu başa düşərək
oğuzlara xəbər göndərdi. Oğuz başbuğlarından ancaq Qızıl
geri qayıtdı. Macəraçı ruhlu Göktaş, Buğa və başqaları
yollarına davam etdilər. Qızılın buyruğunda 1500 adam vardı.
Ancaq bir qədər sonra oğuzların Əlaüddövlə ilə araları dəydi və
onlar təkrar talançılığa başladılar”(29, s. 98).
Azərbaycan ərazisinə keçən oğuzlar barəsində Sümər yazır:
“Azərbaycana gedənlərə gəlincə, buranın hakimi kürd Rəvvadi
xanədanından olan Vəhsudan oğuzları dostcasına qarşılamış,
hətta onlardan bir qızla evlənmişdi. Oğuzların təmasda
olduqları müsəlman əmirlərə qız verdikləri tez-tez müşahidə
edilir. Bu işdə bir az da kalım və ya başlıq almaq adətinin rolu
92
olmamış deyil. Vəhsudanın oğuzları dostcasına qarşılaması,
bəlkə onları şəxsən özünün çağırması, düşmənlərə qarşı bu
döyüşkən adamlardan istifadə etmək məqsədini güdürdü.
Oğuzlara Buğa, Gök-taş, Mənsur və Dana rəhbərlik edirdi.
Ancaq Vəhsudanın ümidləri boşa çıxdı; oğuzlar burada da
yağmaçılığa başladılar. Oğuzların Azərbaycana gəlişinin tək bir
faydası oldu. Bu da onların gəldiyini eşidən gürcü (abxaz)
məlikinin möhkəm surətdə mühasiriyə aldığı Tiflisdən
çəkilməsidir. Oğuzların Azərbaycanda ikən ermənilərə də bəzi
zərbələr endirdikləri anlaşılır. Oğuzların heç də hamısı Azər-
baycandan qayıtmamış, Dananın başçılığı altında bir qismi
orada qalmışdı. Yəqin ki, Vəhsudanın evləndiyi qız onun
yaxın qohumu idi. Vəhsudanın saray şairi Qətranın ehtimal ki,
“oğuz padşahı” deyə bəhs etdiyi bəy odur” (29, s. 98-99).
Qədim türk adları ilə yanaşı oğuzların islam dinini qəbul et-
dikdən sonra, ilkin çağlarda ikinci adları da var idi. Bu adlar
əsasən müqəddəs Quran kitabından götürülmə adlardır. Məsə-
lən, Səlcuq bəyin oğlu Arslan Yabqunun müqəddəs kitabdan
götürülmə İsrail, Sultan Toğrulun – Məhəmməd, Çağrı bəyin –
Davud və s. adları məlumdur. Oğuzlar qərbə tərəf məskunlaş-
dıqca bəy, sübaşı, yabqu, təgin, başbuğ kimi titulları əmir, pad-
şah, şah, sultan, xan, kimi titullarla əvəz olunurdu. Məsələn,
Toğrul bəy-Sultan Toğrul, Göytaş-Göyxan, Anasıoğlu-əmir
Anasıoğlu, Dana bəy-Oğuz padşah, Süleyman bəy-Süleyman
Şah kimi tanındılar. Daha sonralar isə bu titullar birbaşa adlara
keçmişdir, məsələn, Davud Çağrı bəyin nəvəsinə, Sultan Alp
Arslanın oğluna Məlikşah adı verilmişdi.
Dananın rəisliyi altında Urmiya ətraflarında məskunlaşmış
oğuzlar 1038-ci ildə ermənilərin üstünə yürüş edib onların
çoxunu qırdılar, xeyli əsir və qənimət ələ keçirdilər. At üstündə
böyük yaylarından sərrast ox atan və sürətlə manevr edən
oğuzlarla döyüşdə ermənilər aciz idilər.
Azərbaycandan İraqi-Əcəmə qayıtmış oğuzlar iki qola ayrıl-
dılar. Göyxan və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədana,
93
Buğanın başçılıq etdiyi oğuzlar isə Reyə getdilər. Buğa ilə
Qızıl birləşərək Rey şəhərini mühasirəyə aldılar. İsfahan və
Həmədan hakimi Əlaüddövlə ordusu ilə Rey şəhərində idi.
Ağır vəziyyətə düşdüyünü görən Əlaüddövlə gecə Reydən
qaçıb İsfahana getdi. Rey şəhəri Qızıl bəyin tabeliyinə keçdi.
Göyxan və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədanı
mühasirəyə aldılar. Şəhərin valisi Əlaüddövlənin oğlu Əbu
Kəlicar idi. Mühasirə uzun çəkdi. Əbu Kəlicar davam gətirmə-
yib Göyxan ilə saziş bağladı və onun əqrəbasından qız aldı.
Əmir Anasıoğlu isə Qəzvin şəhərini mühasirəyə aldı. Qəzvin-
lilər əvvəlcə onunla vuruşsalar da, sonra yeddi min qızıl
verərək onun hakimiyyətini qəbul etdilər. Bir qədər sonra,
1038-ci ildə Arslan Yabqunun elatının üç böyük sərkərdəsi –
Buğa, Göyxan və Qızıl birləşərək böyük və varlı Həmədan
şəhərinə hücum etdilər, şəhəri ələ keçirdilər. Şəhərin valisi
Əlaüddövlə oğlu Əbu Kəlicar bu dəfə müqavimət göstərə
bilməyəcəyini başa düşərək varlı tacirlərlə və şəhərin əyan-
əşrəfi ilə Həmədandan çıxıb yaxınlıqdakı bir qalada gizləndi.
Oğuzlar şəhəri yağmaladılar. Bir müddət sonra oğuzlar hiylə ilə
Əbu Kəlicarı qaladan çıxarıb varını-yoxunu əlindən aldılar.
Qızıl bəy təxminən 1041-ci ildə, döyüşlərin birində yarala-
naraq həlak olmuş, Rey şəhəri kənarında dəfn edilmişdir. Onun
vəfatı haqqında dəqiq məlumat yoxdur. Qızıl qazi Yəhya oğlu-
nun vəfatı haqqında “Oğuzlar” kitabında yazılır: “Toğrul bəy
İraqa gəldiyi zaman İraq oğuzları hələ orada idilər. Qızılı çıx-
maq şərtilə başlarında Gök-taş, Buka, Mənsur və Anasıoğlu du-
rurdular. Toğrul bəyin kürəkəni olan Qızıl, ibn ül-Əsirinin ver-
diyi məlumata görə, 432-ci ildə (1040-1041) ölmüşdür. Toğrul
bəyin Reyə gəlişi onun vəfatı ilə əlaqədar ola bilər” (29, s.
109).
Bir qədər sonra Arslan Yabqunun 4000 çadırlıq elatı Anado-
lunun cənub-şərqinə, müasir Cizrə (Cəzirə) ərazilərinə getdi.
Bəylərdən Mənsur burada qaldı. Buğa, Anasıoğlu və Göyxan
Diyarbəkirə getdilər və bu ərazilərdə yağmaçılığa başladılar.
Dostları ilə paylaş: |