— 95 —
Səni mən tək sevənə,
Bil ki, azdır bu da, yar!
Məni Məcnundan da betər eyləyib,
Əgər dolandırsan bu dağı yar, sən!
Sevirəm ruhunda mən yaraşığı,
Hicrinlə qəhr etmə mən yar aşığı!
Aşıq deyir oda sən,
Saldın məni oda sən,
Ya öldür, ya rəhm elə,
A yar, bu mən, o da sən! və s. (16, 106-107)
Yenə süzdü, axdı ala gözlərin,
Saldın aşiqi nə hala yar, a yar?
Qırdın ürəyini, aldın canını,
Çıxartdın köksündən yara-yara, yar! (16, 107)
Nümunələrdən də göründüyü kimi Aşıq Əhmədin yaradıcı-
lığı janr və şəkil baxımından da geniş əhatəlidir. Buraya təbii
ki, aşığın «deyişmələri», «hərbə-zorbaları», «qıfılbəndləri» də
daxildir.
Aşıq Əhmədin «deyişmə» formasında olan şeirlərində də
forma və məzmun mükəmməlliyi özünü təsdiqləyir və varisi ol-
duğu klassik Azərbaycan aşıqlığını layiqincə təmsil edir.
ŞEİRLƏRİN BƏDİİ SƏCİYYƏSİ
Azərbaycan aşıq sənətinin əsas aparıcı bölmələrindən biri
türk bədii düşüncəsinin ümumi tarixi inkişafı kontekstində for-
malaşıb inkişaf etmiş aşıq poeziyasıdır. Aşıq poeziyası istər öz
ideya-məzmun, istərsə də forma poetika özəllikləri baxımından
olduqca orijinal sənət hadisəsidir. Türk xalq şeiri üslubunda or-
ta əsrlərin müxtəlif dini-ideoloji axınlarının, xüsusən təsəvvüf
— 96 —
təriqətlərinin yaxından iştirakı ilə formalaşıb inkişaf etmiş aşıq
şeiri bu sənətin ağırlığını öz çiyinlərinə alıb aparan ayrı-ayrı ko-
rifey sənətkarlar silsiləsinin davamçılığı nəticəsində daim inki-
şaf etmiş, yeni-yeni üslubu, forma-poetika özəllikləri vasitəsilə
zənginləşmişdir. Bütün digər sənət növləri ilə müqayisədə aşıq
şeirində konkret məzmun və forma çərçivəsində orijinal bədii
üslubi xüsusiyyətlər yaratmaq məharətilə seçilir. Əslində zən-
gin inkişaf tarixinə malik aşıq sənətinin ayrı-ayrı korifeyləri –
Qurbani, Miskin Abdal, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər
və s. mövcud poetik qəliblər çərçivəsində öz orijinal poetik
özəllikləri vasitəsilə bir-birindən fərqlənmişdilər.
Azərbaycan aşıq sənətinin XX əsrin ortalarına təsadüf edən
mərhələsi də özünə qədərki zəngin ənənəyə əsaslanaraq yeni-
yeni orijinallıqların yaranması baxımından diqqətəlayiqdir. Bu
mərhələnin ağırlığını öz üzərinə götürən bir çox sənətkarlar
vardır ki, onların da adı Azərbaycan aşıq sənətinin ustadları sı-
rasındadır. Belələrindən biri də Aşıq Əhməd olmuşdur. Aşıq
Əhməd poeziyasının bədii üslub özəlliklərini dəqiq müəyyən-
ləşdirmək üçün ilk növbədə belə bir suala cavab vermək lazım-
dır ki, Aşıq Əhməd poeziyasının digərlərindən fərqləndirən ən
başlıca keyfiyyət hansıdır?
Aşıq Əhməd poeziyası öz bədii pafosu, ümumi poetik into-
nasiyası etibarilə poetik forma sadəliyi ilə məzmun mürəkkəbli-
yinin vəhdətindən ibarətdir. Onun poeziyası dil-üslub baxımın-
dan olduqca sadədir və bu sadəlik dərin bir istedad bulağından
qidalandığından primitivlik yox, poetik şəffaflıq kimi təsir ba-
ğışlayır. Bəli, Aşıq Əhməd poeziyası şəffaf poeziyadır. Bu xü-
susiyyət, xüsusən, aşığın fikir yükündən sarvanı olan ustad-
namə tipli əsərlərində deyil, gözəllikdən doğan emosionallığın-
dan yaranan gözəlləmələrində daha çox hiss olunur.
Ay qız, düşüb diyar-diyar,
Axtarıram müdam səni.
Qaşın, gözün canlar alır
— 97 —
Unudarmı adam səni?!
Qız oğlana olsa əsir,
«Mən səni sevirəm» demir,
Yoxsa xəbərdar eyləmir,
Ahım, ünüm, sədam səni?! (16, 14)
Nümunə gətirilən bu gəraylıda aşiqin məşuqəyə olan incə
hissləri olduqca poetik bir mükəmməlliklə oxucuya çatdırılmış-
dır. Bu poetik mükəmməlliyin başlıca şərti ifadə olunan arzu-
suna səmimi insani xüsusiyyətində və sadəliyindədir. Hissin
poeziyaya çevrilmə mərhələsində meydana çıxan poetik forma
özəllikləri məzmunun diktəsindən gəldiyindən olduqca orijinal-
dır. Xüsusən, mətndə bədii sualdan şair olduqca məharətlə isti-
fadə etmiş, real insan gözəlliyinə olan həsrətin dərəcəsini fikri
təsdiq vasitəsilə çatdıra bilmişdir. Aşığın səmimi hissləri özünü
həm də fikri tam aydınlığı ilə, qənaətə gəldiyi poetik pafosla
təqdim etməsində göstərir. «Axşam layla çalıb sazla, səhərlər
oyadam səni» – deyən aşıq «axşam-səhər» qarşılaşdırması va-
sitəsilə olduqca mükəmməl bir lövhə yaratmışdır.
Yaxud:
Gül, danış, qurbanın olum,
Sənə baxmağa gəlmişəm.
Müştaq olub gül üzünə,
Yenə baxmağa gəlmişəm.
Mən nə deyim bəxt yazana,
Yaxşını verir yamana,
Gül üzündə şeh dumana,
Çənə baxmağa gəlmişəm (16, 13).
Misal gətirilən nümunədə də olduqca zəngin bədii təsvir və
ifadə vasitələri, sənətkarın fərdi özəlliklərindən, istedadından
irəli gələn sənətkarlıq xüsusiyyətləri vardır. Belə ki, sənətkarın
— 98 —
təsvir etdiyi gözəlin üzündəki kədər olduqca yüksək bədii sə-
nətkarlıqla təqdim olunmuşdur. Məlumdur ki, üzərinə qəsdən
şeh düşmüş çiçək adi halda olduğundan qat-qat gözəl təsir ba-
ğışlayır. Aşıq böyük sənətkarlıqla gözəlin üzündəki kədər ifa-
dəsini çənə, göz yaşını şehə, gözəlin üzünü isə çiçəyə bənzət-
mişdir. İlk baxışdan o qədər də sezilməyən bu bəndlərdə olduq-
ca mükəmməl bir poetik ovqat vardır. Təbiətin bir parçası olan
çiçəyin gözəlliyi insanın gözəlliyi ilə müqayisə olunur. Bəndin
poetik modelini aşağıdakı kimi qurmaq olar.
Təbiət ---------- İnsan
(bənzədilən) ---------- (bənzənən)
Gül --------------------- Üz
Şeh --------------- Göz yaşı
Çən -------------- Sifətin kədəri
Bu poetik modeldən göründüyü kimi, Aşıq Əhmədin bən-
zətmələr sistemi aşıq poeziyasının çoxəsrlik ənənəsinə uyğun
olaraq öz bənzətmə obyektlərini ana təbiətdən, onun dəyişməz
gözəlliklərindən götürmüşdür. Sənətkarın poeziyası öz metafo-
rik sistemi etibarilə ilə çoxəsrlik ənənəyə söykəndiyi üçün özü
də əbədilik, həmişəyaşarlıq keyfiyyəti qazanmışdır.