Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə24/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

 

 

 



— 95 — 

Səni mən tək sevənə

Bil ki, azdır bu da, yar! 

Məni Məcnundan da betər eyləyib,  

Əgər dolandırsan bu dağı yar, sən! 

 

Sevirəm ruhunda mən yaraşığı,  

Hicrinlə qəhr etmə mən yar aşığı! 

Aşıq deyir oda sən,  

Saldın məni oda sən,  

Ya öldür, ya rəhm elə,  

A yar, bu mən, o da sən! və s. (16, 106-107) 

 

Yenə süzdü, axdı ala gözlərin,  

Saldın aşiqi nə hala yar, a yar? 

Qırdın ürəyini, aldın canını, 

Çıxartdın köksündən yara-yara, yar! (16, 107) 

 

Nümunələrdən də göründüyü kimi Aşıq Əhmədin yaradıcı-



lığı janr və  şəkil baxımından da geniş  əhatəlidir. Buraya təbii 

ki, aşığın «deyişmələri», «hərbə-zorbaları», «qıfılbəndləri» də 

daxildir. 

Aşıq  Əhmədin «deyişmə» formasında olan şeirlərində  də 

forma və məzmun mükəmməlliyi özünü təsdiqləyir və varisi ol-

duğu klassik Azərbaycan aşıqlığını layiqincə təmsil edir. 

 

 

ŞEİRLƏRİN BƏDİİ SƏCİYYƏSİ 



Azərbaycan aşıq sənətinin  əsas aparıcı bölmələrindən biri 

türk bədii düşüncəsinin ümumi tarixi inkişafı kontekstində for-

malaşıb inkişaf etmiş aşıq poeziyasıdır. Aşıq poeziyası istər öz 

ideya-məzmun, istərsə də forma poetika özəllikləri baxımından 

olduqca orijinal sənət hadisəsidir. Türk xalq şeiri üslubunda or-

ta  əsrlərin müxtəlif dini-ideoloji axınlarının, xüsusən təsəvvüf 

 

 

 



— 96 —

təriqətlərinin yaxından iştirakı ilə formalaşıb inkişaf etmiş aşıq 

şeiri bu sənətin ağırlığını öz çiyinlərinə alıb aparan ayrı-ayrı ko-

rifey sənətkarlar silsiləsinin davamçılığı nəticəsində daim inki-

şaf etmiş, yeni-yeni üslubu, forma-poetika özəllikləri vasitəsilə 

zənginləşmişdir. Bütün digər sənət növləri ilə müqayisədə aşıq 

şeirində konkret məzmun və forma çərçivəsində orijinal bədii 

üslubi xüsusiyyətlər yaratmaq məharətilə seçilir. Əslində  zən-

gin inkişaf tarixinə malik aşıq sənətinin ayrı-ayrı korifeyləri – 

Qurbani, Miskin Abdal, Xəstə Qasım, Aşıq Alı, Aşıq  Ələsgər 

və s. mövcud poetik qəliblər çərçivəsində öz orijinal poetik 

özəllikləri vasitəsilə bir-birindən fərqlənmişdilər. 

Azərbaycan aşıq sənətinin XX əsrin ortalarına təsadüf edən 

mərhələsi də özünə  qədərki zəngin  ənənəyə  əsaslanaraq yeni-

yeni orijinallıqların yaranması baxımından diqqətəlayiqdir. Bu 

mərhələnin ağırlığını öz üzərinə götürən bir çox sənətkarlar 

vardır ki, onların da adı Azərbaycan aşıq sənətinin ustadları sı-

rasındadır. Belələrindən biri də  Aşıq  Əhməd olmuşdur. Aşıq 

Əhməd poeziyasının bədii üslub özəlliklərini dəqiq müəyyən-

ləşdirmək üçün ilk növbədə belə bir suala cavab vermək lazım-

dır ki, Aşıq Əhməd poeziyasının digərlərindən fərqləndirən ən 

başlıca keyfiyyət hansıdır?  

Aşıq Əhməd poeziyası öz bədii pafosu, ümumi poetik into-

nasiyası etibarilə poetik forma sadəliyi ilə məzmun mürəkkəbli-

yinin vəhdətindən ibarətdir. Onun poeziyası dil-üslub baxımın-

dan olduqca sadədir və bu sadəlik dərin bir istedad bulağından 

qidalandığından primitivlik yox, poetik şəffaflıq kimi təsir ba-

ğışlayır. Bəli, Aşıq Əhməd poeziyası şəffaf poeziyadır. Bu xü-

susiyyət, xüsusən, aşığın fikir yükündən sarvanı olan ustad-

namə tipli əsərlərində deyil, gözəllikdən doğan emosionallığın-

dan yaranan gözəlləmələrində daha çox hiss olunur. 

 

Ay qız, düşüb diyar-diyar, 



Axtarıram müdam səni. 

Qaşın, gözün canlar alır 


 

 

 



— 97 — 

Unudarmı adam səni?! 

 

Qız oğlana olsa əsir,  

«Mən səni sevirəm» demir,  

Yoxsa xəbərdar eyləmir,  

Ahım, ünüm, sədam səni?! (16, 14) 

Nümunə  gətirilən bu gəraylıda aşiqin məşuqəyə olan incə 

hissləri olduqca poetik bir mükəmməlliklə oxucuya çatdırılmış-

dır. Bu poetik mükəmməlliyin başlıca  şərti ifadə olunan arzu-

suna səmimi insani xüsusiyyətində  və sadəliyindədir. Hissin 

poeziyaya çevrilmə mərhələsində meydana çıxan poetik forma 

özəllikləri məzmunun diktəsindən gəldiyindən olduqca orijinal-

dır. Xüsusən, mətndə bədii sualdan şair olduqca məharətlə isti-

fadə etmiş, real insan gözəlliyinə olan həsrətin dərəcəsini fikri 

təsdiq vasitəsilə çatdıra bilmişdir. Aşığın səmimi hissləri özünü 

həm də fikri tam aydınlığı ilə, qənaətə  gəldiyi poetik pafosla 

təqdim etməsində göstərir. «Axşam layla çalıb sazla, səhərlər 

oyadam səni» – deyən  aşıq «axşam-səhər» qarşılaşdırması va-

sitəsilə olduqca mükəmməl bir lövhə yaratmışdır.  

Yaxud: 

 

Gül, danış, qurbanın olum, 



Sənə baxmağa gəlmişəm. 

Müştaq olub gül üzünə, 

Yenə baxmağa gəlmişəm. 

 

Mən nə deyim bəxt yazana,  

Yaxşını verir yamana,  

Gül üzündə şeh dumana,  

Çənə baxmağa gəlmişəm (16, 13). 

 

Misal gətirilən nümunədə də olduqca zəngin bədii təsvir və 



ifadə vasitələri, sənətkarın fərdi özəlliklərindən, istedadından 

irəli gələn sənətkarlıq xüsusiyyətləri vardır. Belə ki, sənətkarın 

 

 

 



— 98 —

təsvir etdiyi gözəlin üzündəki kədər olduqca yüksək bədii sə-

nətkarlıqla təqdim olunmuşdur. Məlumdur ki, üzərinə  qəsdən 

şeh düşmüş çiçək adi halda olduğundan qat-qat gözəl təsir ba-

ğışlayır. Aşıq böyük sənətkarlıqla gözəlin üzündəki kədər ifa-

dəsini çənə, göz yaşını  şehə, gözəlin üzünü isə çiçəyə  bənzət-

mişdir. İlk baxışdan o qədər də sezilməyən bu bəndlərdə olduq-

ca mükəmməl bir poetik ovqat vardır. Təbiətin bir parçası olan 

çiçəyin gözəlliyi insanın gözəlliyi ilə müqayisə olunur. Bəndin 

poetik modelini aşağıdakı kimi qurmaq olar. 

 

Təbiət ---------- İnsan 



(bənzədilən) ---------- (bənzənən) 

Gül --------------------- Üz 

Şeh --------------- Göz yaşı 

Çən -------------- Sifətin kədəri 

 

Bu poetik modeldən göründüyü kimi, Aşıq  Əhmədin bən-



zətmələr sistemi aşıq poeziyasının çoxəsrlik  ənənəsinə uyğun 

olaraq öz bənzətmə obyektlərini ana təbiətdən, onun dəyişməz 

gözəlliklərindən götürmüşdür. Sənətkarın poeziyası öz metafo-

rik sistemi etibarilə ilə çoxəsrlik ənənəyə söykəndiyi üçün özü 

də əbədilik, həmişəyaşarlıq keyfiyyəti qazanmışdır.  

 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə