Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə21/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

 

 

 



— 83 — 

(ağı-oxşamalar, ağı-laylalar və s.) mövcuddur. «Fəxriyyə  və 

mədhiyyə kimi, mərsiyənin də müəyyən konkret ədəbi forması 

yoxdur. Çox vaxt qəsidə və məsnəvi şəkilində yazılır. Tək-tək 

hallarda, qəzəl və başqa  şəkillərdə  də  mərsiyələrə  təsadüf 

olunur» (111, 131). 

Aşıq  Əhməd yaradıcılığında mərsiyələrin çeşidli formaları 

vardır. Bu şeirlərdə daha çox folklor üslubu, xalq mərasimlərin-

də söylənən ağı ruhu duyulur: 

 

Gəl gör Kərbibəladə, nə qandı, ya Mühəmməd!  



Bu sirr Ali əbayə, əyandı, ya Mühəmməd! 

Həyalı Zeynəb balan üryandı, ya Mühəmməd!  

Xeymələrimiz oda qalandı, ya Mühəmməd!  

Gəl gör Kərbibəladə nə qandı, ya Mühəmməd!  

Özün yetiş haraya, amandı, ya Mühəmməd!(16, 131) 

 

Aşıq  Əhmədin mərsiyələri məzmunundan da göründüyü 



kimi, müqəddəs imamlara, peyğəmbərin nəvələrinin faciəli ölü-

münə həsr olunmuşdur. Şirvanın şiə mühitlərində keçirilən Kər-

bəla faciəsinin ildönümünə həsr olunmuş matəm mərasimlərin-

də Aşıq Əhmədin mərsiyələri çox populyardır və mərsiyəxanlar 

tərəfindən böyük şövqlə oxunur. Nümunələrdən də göründüyü 

kimi Aşıq Əhməd poeziyası janr əlvanlığına görə də seçilir; bir 

tərəfdən yazılı ədəbiyyat digər tərəfdən xalq şeirindən qaynaq-

lanır, amma bütün hallarda xalq şeirinə xas ruhu qoruyub sax-

laya bilir. 

Şeirin emosional effektinin əsas  şərti də budur. Aşıq 

Əhməd poeziyasının əksər nümunələri aşıq şeiri janrları çevrə-

sindədir. Bu şeirlər janr və  şəkil baxımından rəngarəngdir. 

Onun  şeirləri içərisində qoşma və onun müxtəlif  şəkilləri, gə-

raylılar, müxəmməslər, bayatılar çoxluq təşkil edir. 

Azərbaycan folklorşünaslığında qəbul olunduğu kimi, 

 

 



 

— 84 —


«xalq şeirinin ən geniş yayılan şəkillərindən biri qoşmadır. Qə-

dim şeir şəkillərindən biri olan qoşma, eyni zamanda Azərbay-

can yazılı poeziyasında da özünə möhkəm yer tutmuşdur. Hələ 

M.P.Vaqifdən əvvəllər də klassik Azərbaycan şairləri öz qələm-

lərini qoşma formasında sınamış  və  bədii cəhətdən samballı 

əsərlər yaratmışdır» (138, 180). 

P.Əfəndiyev və İ.Babayev də aşıq poeziyasının janr və şə-

kil rəngarəngliyini qeyd edərək yazırlar: «Aşıq poeziyasının 

növləri olduqca çoxdur. Bütün bunlar dilimizin qayda-qanunla-

rına daha çox uyğun olan heca vəznində yaradılmışdır. Məsə-

lən, qoşma, gəraylı, təcnis, cığalı təcnis, deyişmə, bağlama, us-

tadnamə, qıfılbənd, dodaqdəyməz, diltərpənməz, divani, mü-

xəmməs, cığalı müxəmməs, bayatı, hərbə-zorba və s.» (97, 139-

146; 64, 125; 48, 167) 

«Azərbaycan aşıq yaradıcılığı tarixində qoşma janrında şeir 

yaratmayan şair-aşığa təsadüf etmirik. Eyni zamanda, xalq poe-

ziyası ilə üzvi surətdə bağlanan, doğma ana dilində yazıb-yara-

dan görkəmli Azərbaycan şairlərinin əksəriyyəti xalq şeiri janr-

larında, o cümlədən də qoşma və gəraylı şəklində əsər yazmış-

lar» (137, 79). 

Məlumdur ki, «qoşma 3,5,7 bənddən, hər misrası 11 heca-

dan ibarət olur. Burada qafiyələr belə düzülür: a-b-v-b, q-q-q-b, 

d-d-d-b, e-e-e-b və s. Bir qayda olaraq aşıqlar qoşmaların so-

nunda öz təxəllüslərini qeyd edirlər» (48, l67). 

Qoşmaların mənşəyi haqqında folklorşünaslıqda konkret fı-

kir yoxdur. Amma adından da göründüyü kimi «qoşma» düzüb-

qoşmaq, söz qoşmaq kimi xalis türk mənşəli bir termindir. Qə-

dim türk abidələrində adı çəkilən «qoşuq»la heç şübhəsiz ki, bir 

termin, bir anlayış olaraq qohumluğu vardır. Amma forma ba-

xımından biri digərinin eyni deyildir. 

Aşıq Əhmədin yaradıcılığında qoşma janrı geniş işlənmiş-

dir. Bəndlərinin sayına görə 3,4,5,6,7 bəndlik qoşmalar müşa-




 

 

 



— 85 — 

hidə olunur. Amma əksəriyyəti 3,5,6 bəndlik qoşmalardır. Qoş-

manın bəndlərinin saylarının, heç şübhəsiz ki, ənənə ilə bağlı-

lığı vardır. Çünki, klassik aşıq sənətinin Qurbani, Xəstə Qasım, 

Abbas Tufarqanlı kimi nümayəndələrinin yaradıcılığında da 

qoşmaların daha çox bu şəkildə olduğunu əldə olan mətnlərdən 

müşahidə edirik. 

 

Tale tərəqqidən salsa insanı, 



Atılıb düşməyin nə mənası var? 

Bir bulaq gözündən qurusa, onu 

Min yerdən eşməyin nə mənası var? 

 

Yüz rənglə naxış vur, min yolla bəzə, 

Sabah köhnələcək bu günkü təzə, 

Taleyin hökmüylə bağlanan gözə, 

Qızıldan çeşməyin nə mənası var? 

 

Hər kəsin taleyi xoş keçsə əgər, 

Əyninə bez geysə, «atlas» deyərlər,  

Bəxti kəm alimə nadan atsa şər,  

İnciyib küsməyin nə mənası var? 

 

Əhməd, el məsəlin gəl eşit sən də,  

Daş düşər qürbətə yük əyiləndə.  

Zərdən şeş istəyib, yek gətirəndə,  

Qovrulub-bişməyin nə mənası var?(16,22-23) 

 

Bu dörd bəndlik qoşmada forma və məzmun vəhdətinin nə 



qədər mükəmməl olduğunu görmək olar. Şeir ustadnamədir, us-

tad sözüdür, insan və onun taleyi haqqında müdrik kəlamdır. 

«Görmüşəm», «Dəyməz», «Eylər», «Eyləsin», «Getdi», 

«Gəlmək üçündü», «Ola biləydim», «Dilim», «Faydası yoxdur», 

 

 

 



— 86 —

«Səni», «Mərdi», «Başqadır», «Şikayət etməz», «Nəsihət», «Çə-

tindir», «Olsun» və s. qoşmaların  poetik sistemi mükəmməlliyi 

ilə klassik aşıq  şeirindən seçilmir. Burada təkcə forma sabitliyi 

yox, həm də  tərənnüm olunan ideyanın dəyişməzliyi müşahidə 

olunur. Hər yerdə yüksək mənəvi dəyərlər, əxlaq, ədəb-ərkan, tə-

mizlik, saflıq, ülvilik və  nəciblik kimi etik kateqoriyalar poetik 

formların içindən, məğzindən keçir. Müdrik kəlamlar, atalar sözü 

və  zərb məsəllər, xalq deyim və ifadələrinin çeşidli növləri bu 

janrın qəlibləri çərçivəsinə daxil olur, sənətkar düşüncəsindən və 

duyğusundan keçir, nikbin birləşmələr şəklində yeni poetik həyat 

qazanır: 

 

Bu sonsuz dünyanın qeylü-qalından,  

Hər vərəqdə bir əfsanə görmüşəm,  

Çox aşıq möhnətin ruzigarından,  

Düşüb çöllü-biyabana, görmüşəm (16, s.17) 

 

Aşıq  şeirinin araşdırıcıları «qoşma janrınm müxtəlif  şəkil-



lərinin olduğunu göstərirlər: qoşayarpaq qoşma, güllü qoşma, 

təkrar misralı qoşma, qoşma-müstəzad,  əvvəl-axır zəncirləmə, 

ayaqlı qoşma və s.» (99, 196). 

Folklorşünas S.Qəniyev  Şirvan aşıqlarının yaradıcılığında 

qoşmaların çeşidli forma xüsusiyyətlərindən bəhs edərək yazır: 

«Şirvan aşıqlarının  yaradıcılığında qoşmanın bu şəkillərinin bir 

çoxuna aid kamil örnəklər vardır»(99, 196). 

Qoşayarpaq qoşmaya Aşıq  Əhmədin poeziyasında da rast 

gəlinir: 

 

Əhmədi yandıran, qaçıb yan duran, 



Məhəbbət andıran, vüsal qandıran, 

Boynunu gəc buran, baxıb göz vuran, 

Ceyran duruşuna mail olmuşam. (16, 11) 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə