Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə37/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   33   34   35   36   37   38   39   40   ...   83

¹2(3)    èéóí 2012 
 
78 
illərdən sonra niyə  hələ  də öz yerindədi, mənim yarıcanım niyə  hələ  də o kənddədi?  
Yazılarımın çapını illər uzunu ləngidən də hər şeydən çox, elə o işıq oldu. Əfsus ki, indi çox aydın 
görünən bir gerçəyi o zaman dərk edə bilmədim: istedadsız olmaq çapın qarşısını  nə  qədər alırsa, 
bəzən istedadlı olmaq da adama elə bir o qədər mane olur. Nə az, nə çox, tənbətən.  
Zamanla ölçüləndə otuz beş sənəlik yaradıcılıq dövründə ömrümün üst-üstə, bəlkə də, on beş 
ilini müntəzəm bu işlə məşğul olmadım. Onu da yalnız qələm əhli bilər ki, inamsızın yazı yazmağı 
ac adamın dağ aşmağı kimi bir şeydi. O üzdən yazılarımın böyük əksəriyyətini puç olmuş ümidlərin 
və sarsılmış inamın zəif közərtisində  qələmə aldım. Hazırda da qəti qənaətimdi ki, bu vaxtacan 
yazı-pozu aləmində pis-yaxşı duruş  gətirə bilmişəmsə, bu hələ orta məktəb illərindən özümdə 
tərbiyə etdiyim inad, inam və iradənin hesabına olub. Əbləhlərə görə haqq bildiyin yoldan dönmək? 
Nə də olsaydı, bircə bu olan deyildi. 
Hayıfsılandığım bir odu ki, şəhərin min cür xırdalıqlarından, məişət qayğılarından oğurlaya 
bildiyim vaxtı və olub-qalan gücümü, sənət yanğısını, yaradıcılıq şövqünü yazı yazmağa, dəyərli bir 
şey yaratmağa yox, daha çox onları çap etməyə  və murdar məxluqlarla «amansız mübarizəyə» 
xərcləyəsi oldum: 80-də tamamlanan «Köhnə kişi» 88-də, 82-də yazılan «Gözmuncuğu» 89-da, 83-
ün məhsulu olan «Gümüşü gecələr» 89-da, 87-də qələmə alınan «Güdaz» isə 93-də işıq üzü görüb. 
Təəssüf ki, o acı tale boy-buxunu bu yazıların üçdə, dörddə biri qədər olan hekayələrimdən də yan 
keçməyib.  
İndi bunu gizlətməyim nəyi dəyişəndi ki: kirayələrdə, onun-bunun qapısında can çürütdüyüm 
illərdə mənim təkbaşına şəhərdə edə bilmədiklərimi sözü və ərki keçən bir sanballı kişi kimi məhz 
«Köhnə kişi» elədi. Ondan ötrü illərlə  çəkdiyim  əziyyətlərin  əvəzini borclu qalmağı  şəninə  və 
qeyrətinə sığışdırmayan bir insan tək vaxtında və artıqlaması ilə geri qaytardı: ilk iki kitabım onun 
hesabına işıq üzü gördü, Yazıçılar İttifaqının qapısını üzümə o açdı, şəhərdə ev almaq kimi əlahiddə 
bir xoşbəxtliyə  də onun sayəsində çatdım. Çapından ötrü ləlik-giryan olduğum o əsər mənə 
xeyirxahlarım arasında həm də köhnə kişi adı qazandırdı. Amma bunu necə deməyim ki, o əsər həm 
də canbir qəlbdə olduğum, intəhası əlli beş ilə tanıya bilmədiyim bir sıra dostlarımı da mənə qəvi 
düşmən elədi.  
Yazı-pozu aləminə gəlməyim belə olub.  
Bu sənətdən yarıyıb-yarımadığım, onun mənə nə verib, əvəzində nə aldığı bir içlər acısı... Di 
gəl, onunla məşğul olmayacağım halda, özgə daha hansı bir işin qulpundan yapışa biləcəyim də bu 
günədək cavabını tapa bilmədiyim suallar sırasındadı.  
Mən öz işini yenə  də heç bir təmənna güdmədən, sədaqətlə görən vicdanlı  qələm  əhlinə bu 
gün bir az ayrı gözlə baxıram.  İndi o mənimçün mağardan qıraqda, eləcə  eşitdiyi toy havasına 
oynayan uşaq kimidi. Toyun tamadası, zurnaçıları, oynayanları, tamaşaçısı, bəyi, gəlini,  şabaş 
verənləri… mağarın o üzündə isə heç nəyi vecinə almadan oynayan uşaq… O, heç fərqində də deyil 
ki, oynadığı hava öz havasıdı, ya onun sifarişçisi bir başqasıdı. Ona Allahın quruca şabaşını belə 
verən yoxdu, o isə öz işindədi, eləcə oynayır, oynayır… 
Ömrünü cənglə, güləşlə başlayıb,  əcaib oyun havası ilə davam etdirənlərdən biri olmaq nə 
qədər ağırsa da, savaşın hələ də bitmədiyini bilmək ondan da ağırdı. İllah da ömür anlamına gələn 
vaxtı da yoxsulun pulu kimi qənaətlə, qədrini bilə-bilə  işlətdiyin bir vaxt ola… Bu qədər  əzilib, 
sındırılıb, məşəqqətlərə sinə  gərib də gecə-gündüz  əsəblə  pəncələşdiyin bir məqamda nəyə  əsasən 
ümid eləyə bilərsən ki, ömrün növbəti dayanacağına çatmağa həyat bəs edəcək, ya yox? Dəqiq olan 
bircə odu ki, o, bir daha geri qayıdası, yeri nə iləsə doldurulası bir nəsnə deyil.        
  
  
 
 
 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
79
 
ПОЕЗИЙА
 
 
CAMAL YUSİFZADƏ 
“Ïîåçèéà” êèòàáûíäàí èêè øåèð 
 
1. DOST VAR 
 
Dost var 
Məndən öncə - 
Qəfil güllə sıçrasa 
Ondan ötə, ötməyə. 
 
Tənha yol var 
Tənha adamdan öncə. 
Bu iplik-iplik yolun 
Əvvəli yox, sonu yox. 
Yüyür, yüyür ölüncə -  
Ya bitə, ya bitməyə. 
 
Sevda var 
Ölümdən öncə, 
Sol əli sol döşündə 
İçinə çökənlərə 
Ya yetə, ya yetməyə. 
 
2. KOR GÖRDÜ, KAR EŞİTDİ 
 
Açdımı sədəf düyməsini 
közərən məhəbbətin; 
        Kor gördü, kar eşitdi. 
        Yüyürdü şil, dindi lal. 
         Bu nə dünya, bu nə hal?! 
Bir az işığından, 
Bir az rəngindən. 
Alovundan da bir az, 
Kədərindən də az-maz, 
Yuxusundan bir çimir, 
Nağılından bir əlçim
Həsrətindən bir içim, 
Çəkdim başıma – içdim! – 
Havalandı arzu, qəm, 
Qəfil dəyişdi aləm! 
Bu havalı başlı, 
Bu dürlü yaşlı 
ölmək çətin olacaq! 
Bu oddan, kədərdən, ehtirasdan, 
Deyəsən həzin bir ağrı qalacaq!? 
 
 
A.UĞUR OLQAR 
 
1951-ci  İldə Türkiyədə Kayseri şəhərində doğuldu. Sivaslı ata tərəfinin 
Azərbaycandan Türkiyəyə qaçqın olduğu deyirlər. Uşaqlıq illəri Kayseri və 
İstanbulda keçdi. Liseyi Bakırköydə, Universiteti İstanbul Hüquq Fakültə-
sində tamamladı. Gömrük təşkilatında uzun illər işlədi. Sinopda, Kuşa-
dasında və  əsgərlik vəzifəsi səbəbiylə  də Qarsda oldu. Mersin Silifkedə 
1990-cı ildə başladığı  Xəzinə  Vəkili vəzifəsini hələ  də davam etdirməkdə. 
Orta yaşlar;nda şeirə könül verdi. İndiyə qədər 8  şeir kitabı nəşr olundu. 
 
 
 
BİR MƏN QALDIM  QOVUŞMASIZ 
  
ah, külək şərqdən əsir 
gəlincik tozları qaçır  gözlərimə 
ağrıdan dayana bilmirəm, qapıldığımdan bəri 
daşlı bir çayın həsrət axan sularına 
  
qar çiçəkləri yığıram xülyalarımda 
saxlayıram kənar gecə yarısına qədər 
dan vaxtına qızıram ağardığı üçün 
  
bu küləyə güc göstərirmi bu gəlincik 
tac yarpaqlarını verirmi bir gün 
ümidin ağ küçələrinə 
cızır
mı 
çarəsiz ayrılığın şəkilini 
  
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə