Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə39/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   35   36   37   38   39   40   41   42   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
83
Ч Е В И Р М Я
 
         
 
SERGEY DOVLATOV 
 
 
Åòöäëÿð 
 
Bir dəfə necə oldusa, mənə «Zvezda» jurnalının tənqid  şöbəsindən zəng elədilər. Həm də 
tənqid şöbəsinin müdiri Dudko: 
- Seryoja!  Siz niyə  zəng eləmirsiniz?! Siz niyə  gəlmirsiniz?! Təcili bizim üçün rəy yazın. 
Sizdə olan kəskinliklə. Sizdə olan müşahidəçiliklə. Sizdə olan incə duyum qabiliyyəti ilə! 
Növbəti gün redaksiyaya gedirəm. Gözəl, yaşlı qadın hədsiz qaşqabaqla soruşur: 
- Sizə məxsusən nə lazımdır? 
- Bilirsiz, rəy yazmaq… 
- Siz məyər tənqidçisiniz? 
- Yox. 
- Siz rəyi hər bir adamın yaza biləcəyinimi düşünürsünüz? 
Mən heyrətləndim və evə qayıtdım. 
Üç gündən sonra yenə zəng eləyir: 
- Seryoja! Siz bəs niyə gəlmirsiniz? 
Gedirəm redaksiyaya. Qaşqabaqlı halda soruşur: 
- Sizə nə lazımdır? 
Bu yeddi dəfə  təkrarlandı. Nəhayət mən ağlımı itirmək üzrə olduğumu  hiss elədim. Nəsr 
şöbəsinə, Titovun yanına getdim. Ondan soruşuram: bütün bunlar nə deməkdir? 
- Sən nə vaxt gəlirsən? – o soruşur. – Hansı saatlarda? 
- Səhərlər. Saat on birdə. 
- Aydındır. Bəs Dudko özü sənə neçədə zəng eləyir? 
- Saat ikidə. Nə olsun? 
- Hər  şey aydındır. Sən onun yanına sərxoşluqdan sonra başının çatlayan vaxtında gəlirsən. 
Dudko isə sənə  nahardan sonra zəng eləyir. Yəni formada olanda. Sən saat ikidə gəlməyi sına. 
Mən saat ikidə gəldim. 
- A! – Dudko qışqırdı. – Mən kimi görürəm!  İndicə  rəyi yazın. Sizdə olan müşahidəçiliklə! 
Sizdə olan kəskinliklə… 
Bundan sonra mən doqquz  il «Zvezda» ilə  əməkdaşlıq elədim. Lakin saat ikidən tez ora 
getmədim. 
*   *   * 
Çox istedadlı  şair olan Henrix Sapgir özünü «gələcəyin  şairi» adlandırırdı. Lev Xalif öz 
kitabını ona bağışlamışdı. Belə bir avtoqraf yazmışdı: 
«Gələcəyin şairinə əsl şairdən!» 
*   *   * 
DTK-nin himni və çağırışı: 
«Vətən eşidir, vətən bilir…» 
*   *   * 
Bir dəfə biz İvan Fedoroviçlə içirdik.  Çoxlu araq və  şərab var idi. İvan Fedoroviç  
şənlənmişdi. Şair Reyndən nəvazişlə soruşdu: 
- Bağışlayın, siz hansı millətdənsiniz? 
- Yəhudiyəm, - Reyn cavab verdi, - pardon, bəs siz, hansı millətdənsiniz? 
 


¹2(3)    èéóí 2012 
 
84 
İvan Fedoroviç  dostcasına cavab verdi: 
- Mən rusam… yəhudi millətindən. 
*   *   * 
Jenya Reyn Moskvaya gəlir. Kiminsə ayrıca mənzilinə yerləşir. Gənc qadını qonaq dəvət 
eləyir. Ona deyir: 
- Mənim bir şüşə arağım və 400 qram kolbasam var. 
Qadın gəlməyə söz verir. Ünvanı soruşur. Reyn ünvanı diqtə eləyir  və deyir: 
- Mən səni pəncərədən görəcəyəm. 
Həyəcanla gözləməyə başlayır. Gənc qadın onun yanına yollanır. Sergey Volfla rastlaşır. 
«Gedək mənimlə, - ona deyir. – Reynin bir şüşə arağı və 400 qram da kolbasası var». Gedirlər. 
Reyn onları  pəncərədən görür. Hədsiz  hirslənir. Stola cumur. Bir şüşə arağı içir. 400 qram 
hisdə möhkəm qurudulmuş kolbasanı yeyir. Qonaqları liftlə qalxana kimi o bu işin öhdəsindən 
gəlir. 
*   *   * 
Şair Oxapkin evlənməyi qərara aldı. Sonra da nişanlısını qovdu. Səbəbi: 
- Başa düşürsən, ləng tərpənir, başlıcası isə  - hər gün tıxışdırır! 
 
*   *   * 
Vera Panovanın ad günü idi. Qonaq dəvət eləməmişdilər. Yaxınları  və xidmət adamlarından 
bir neçəsi gəlmişdi. Mən də o cümlədən. Məclis  şəhər  ətrafındakı Yaradıcılıq evində idi. 
Oturmuşuq, çay içirik. Qan qaraldan ab-hava var. Panova xəstədir. 
Birdən qapı açılır, Fedor Abramov içəri girir. 
- Oy! – deyir. – Heç münasib olmadı. Sizin burda məclisiniz var, mənsə dəvətsiz… 
Panova deyir: 
- Nə danışırsan, Fedya! Biz hamımız  şadıq. Bu gün mənim ad günümdür. Əyləşin, qonaq 
olun. 
- Oy! – Abramov daha da həyəcanlanır. - Ad günü! Mənsə bilmirdim! Bax, hədiyəsiz 
gəlmişəm… 
Panova: 
- Bunun nə əhəmiyəti var?! Əyləşin, mən çox şadam. 
Abramov əyləşdi, bir qədər içdi, üstündən yedi, qızışdı. Yenidən içdi. Amma araq tez qurtardı. 
Bizsə, demək, tortla çay içirik. Abramov iztirab çəkməyə başladı. Sonra birdən deyir: 
- Bir saat bundan əvvəl  ərzaq dükanının yanından keçirdim. Düşünürəm, bir şüşə «Stoliçni» 
arağı götürüm. Necə olsa, Vera Fedorovnanın ad günüdür… 
Və Abramov cibindən bir şüşə araq çıxartdı. 
 
*   *   * 
Böyük bir qonaqlığın səhərisi mən Sergey Volfa ərz elədim: 
- Sən özünü çox pis aparırdın. Çəkməçi kimi ana söyüşü verirdin. Bundan əlavə, mənim tanış 
qızımın alışqanını götürdün. 
Volf cavab verdi: 
- Ana söyüşü söyməyəcəyəm. Alışqanı qaytararam. 
 
*   *   * 
-Tolya, - mən Naymana deyirəm, - gəl Lev Druskingilə qonaq gedək. 
- Getmərəm, - deyir, - o nə cürsə sovetçidir.  
- Necə yəni sovetçidir? Siz səhv eləyirsiniz! 
- Di, antisovetçidir. Nə fərqi? 
 
*   *   * 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
85
Kostya Belyakov uğur qazanmış jurnalist hesab olunurdu. Bir dəfə onu vilayət partiya 
komitəsinin konfransına göndərirlər. Kosta konfransa yüngülcə  şənlənmiş halda gəlir. Gözləriylə 
konfrans iştirakçılarından ən görkəmsizini axtarır. Sonra onu kənara çəkib deyir: 
- Alyo, mujik, iş var. Mən nəfəs verəcəyəm, sənsə mənə deyirsən- araq iyi gəlir, ya yox… 
Görkəmsiz vilayət partiya komitəsinin ikinci katibi imiş. Kostyanı redaksiyadan qovdular. 
 
*   *   * 
Hansısa içki məclisinin gedişində Saşa Qubarevin arvadı yoxa çıxır. Qonaqlardan kiməsə 
qoşulub gedir. Əyər səhv eləmirəmsə, jurnalist Vasya Zaxarkova. Onun dostu Ocaqov özünü 
Qubarevin qarşısında  yöndəmsiz hiss edir, belə deyir: 
- Vasya bəlkə də bilmirdi ki,  sən bu qadının ərisən. 
Qubarev qaşqabaqlı halda cavab verir: 
- Axı İrina ki bilirdi. 
*   *   * 
Bu iyirminci illərdə olub. Müstəntiq Şeynin bir yəhudini çağırır. Ona deyir: 
- Özünüzdə olan briliyantları könüllü təhvil verin. Yoxsa sizinlə prokuratura məşğul olacaq. 
Yəhudi fikrə gedir və soruşur: 
- Yoldaş Şeynin, siz yəhudisiniz? 
- Bəli, mən yəhudiyəm. 
- İcazə verərsinizmi, mən sizə bir yəhudinin yəhudiyə deyə biləcəyi bir şey deyim? 
- Deyin. 
- Yoldaş  Şeynin, mənim qızım var. Düzünü deyim, Meri Pikford deyil. Bax, qızım özünə 
adaxlı tapıb. Ona toyunda bu briliyantlarla oynamağa icazə verin. Mən onları qızıma bir miras kimi 
verəcəyəm. Qoy o ərə getsin. Sonra bu briliyantlarla nə istəyirsinizsə, onu da eləyin. 
Şeynin yəhudiyə diqqətlə baxır və deyir: 
- Olarmı, mən sizə bir yəhudinin yəhudiyə deyə biləcəyi bir şey deyim? 
- Əlbəttə. 
- Demək, belə. Adaxlı- bizdən olacaq. 
 
*   *   * 
Yaradıcılıq evində Aleksandr Bek mənə yaxınlaşdı: 
- Mən sizin Tomas Mannın «İosif və onun qardaşları» romanını əldə elədiyinizi eşitmişəm… 
- Elədi, - deyirəm, - lakin özüm hələ oxumamışam. 
- Əvvəlcə mənə verin. Mən tezliklə gedirəm. 
Kitabı verdim. Sonra Qrışin gəldi: 
- Ver Tomas Mannı oxuyum. Mən Bekdən götürərəm, yaxşı? 
- Yaxşı. 
Sonra Ravski gəldi. Sonra Barten. Və beləcə davam elədi. Roman üç aydan sonra mənə çatdı. 
Oxumağa başladım. 9-cu səhifədən sonra bitişmiş vərəqlərin arası açılmamışdı. 
Çətin kitabdır. Amma yaxşıdır. Belə deyirlər. 
 
*   *   * 
Qubarev Aryevlə mübahisə elədi: 
- Antisovet əsər , - o dedi, - yaxşı  əsər də ola bilər. Amma pis də ola bilər. Pis əsər,  əyər o 
hətta antisovet əsərdisə də, pis əsərdir. 
- Pisdir, amma doğmadır, - Aryev qeyd elədi. 
 
*   *   * 
Bitov və Sıbin bir məclisdə mübahisə edirdilər. Bitov deyir: 
- Əclaf, mən sənin əngini əzərəm! 
Sıbin cavab verir: 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə