Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə41/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   37   38   39   40   41   42   43   44   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
89
Nəhayət qız qayıdır. Restoranın sahibi hirslə ona deyir: 
- Qulaq as, harda qalıbsan? 
Qızsa cavabında: 
- Qoqi, axı sən bilirsən, mən dəfndə idim. Bu da bütöv bir ritualdır və vaxt tələb eləyir. 
Restoranın sahibi bir az da hirslənir: 
- Nədi, mən dəfn görməmişəm? Girdin, təbrik elədin və çıxdın!  
  Çevirən Aslan Quliyev 
         
      
         
 
 
   
ALBER KAMYU
 
 
     
 
PROMETEY CƏHƏNNƏMDƏ 
ESSE 
 
Müqavimət göstərən olmayanda Allah mənə “natamam” görünür (Prometey Qafqazda). Bu 
günün insanı üçün Prometey kimdir? Hərçənd ki Allahlara müqavimət göstərən bu adam çağdaş 
insan üçün də örnək sayıla bilər. Deyə bilərik ki, min illər əvvəlki bu üsyan bu gün tarixin əvəzsiz 
sarsıntısı ilə sona çatır. Amma bir yandan da adama elə gəlir ki, bu alçaldılmış insan bizim aramızda 
da əzilə-əzilə yaşayır, onun dünyaya saldığı lərzəyə, insanı dəyişdirmək istəyinin əks-sədasına qarşı 
hamımız karıq. Həqiqətən, bu gün saysız-hesabsız insan “sürüləri” bu dar dünyada əzab çəkirlər. 
İstilikdən, yeməkdən məhrum insan üçün azadlıq çox da tələsik olmayan bir lüksdür.  İnsanların 
çətin günləri hələ qabaqdadır, azadlıq və onun müdafiəçiləri get-gedə azalacaq. Prometey insanlara 
atəşi və azadlığı, texnikaları  və  sənətləri birgə verməyə qadir olan qəhrəmandır. Bügünki bəşər 
əhlisə yalnız texnikaya ehtiyac duyur, ancaq onun qayğısındadır. Dünya öz inqilabını makinasının 
içində eləyir.  İnsanlar hesab eləyirlər ki, sənət və ona bağlı olan hər  şey bir maniyə  və köləlik 
nişanəsidir. Prometeyin fərqliliyi isə,  əksinə, makinanı (aləti) sənətdən ayırmağındadır. Həmin 
bədənlər və ruhlar bir yerdə də azadlığa qovuşa bilərlər. Bu günün insanı düşünür ki, əvvəlcə bədən 
xilas olmalıdır. Bu yöndə ruhun müvəqqəti ölməsinə  də razıdırlar. Amma ruh müvəqqəti ölə 
bilərmi? Düzünü bilmək istəyirsinizsə, Prometey yenidən dünyaya qayıtsa, bugünki insanlar ona 
Tanrıların etdiyini edərdi. Simvolu olduğu “insanlığ”a görə onu qayaya mismarlayardılar. Bu 
məğlub olmuş  insana  küfr  edəcək insan səsləri, Esxilin tragediyasıyla birgə zarıyan səslərlə eyni 
olardı. Gücün və məcburiyyətin səsləri... 
Görəsən, məni barsız mövsümlərdə  çılpaq ağaclar, yoxsa bu dünyanın qışımı  məhv edir? 
Amma bu işıq həsrəti mənə haqq qazandırır. Bir başqa dünya mənə, mənim həqiqi yurdum 
haqqında danışır. Başqa insanlar üçün hələ də bir mənası qalıbmı o dünyanın? Müharibə başlayan il 
Odisseyin izinə düşüb gəzmək üçün gəmiyə minmək üzrəydim. O günlərdə kasıb bir cavan belə 
dənizi keçib işıqlı dünyalara gedə bilərdi. Amma mən də o vaxt hamı necə eləyirsə elə etdim. 
Minmədim gəmiyə. Cəhənnəmin açılan qapısından təpilib küncdə özümə yer elədim. Hamımız 
yavaş-yavaş girdik və öldürülən birinci günahsızın qışqırığı ilə arxamızdakı qapı bağlandı. Artıq 
cəhənnəmdə idik, bir də  heç vaxt cəhənnəmdən çıxmadıq. Qurtarmaq bilməyən altı il ərzində ona 
vərdiş eləməyə çalışdıq. Xoşbəxt adaların xortdanları çox uzaqlardan, atəşsiz və gün işığı düşməyən 
uzun illərin arxasından da görünürdü bizə.  
Bu islaq və qaranlıq Avropada insan necə ola bilər ki, yaşlı Şatobriyanın Yunanıstana gedən 
Amperə dediyi bu sözləri xatırlayanda hüznlə ürpənməyə, eyni dərdi bölüşməyə: “Mənim Attikada 
gördüyüm heç bir şeyi tapa bilməyəcəksiniz. Nə o zeytun ağaclarının bircə yarpağını, nə  də 


¹2(3)    èéóí 2012 
 
90 
üzümlərin bir giləsini. Mən zamanımın otunun belə  həsrətini çəkirəm. Lakin bir kolu belə 
yaşatmağa gücüm çatmadı”.  
Biz də  təzə-tər qanımıza qarşılıq kimi bu son yüz ilin qorxunc yaşlılığına basdırılmış bütün 
çağların otunu, ancaq görmək istədiyimiz zeytun yarpağını axtarırıq. Hər yerdə, hər tərəfdə onun 
qışqırıqları, ağrıları və qorxuları var... Bu yığın-yığın varlıqlar arasında böcəklərə artıq yer yoxdur. 
Tarix üstündə süpürgəgülü bitməyən bəhərsiz torpaqdır. Bugünün insanları yenə  də tarixi seçdi, 
ondan özbaşına ayrıla bilməzdilər, ayrılmağa heç ehtiyac da yox idi. Amma tarixi öz buyruğu altına 
alacaq yerdə, hər gün bir az daha onun köləsi olmağa razı olur. Bax bu məqamda insan Prometeyə
“bu vəfasız düşüncəli və  zəif ürəkli” adəm övladına xəyanət edir. Bu günün insanı buna getmir, 
Prometeyin xilas etmək istədiyi insanların yazıqlığına qayıdır.  O insanlar ki, həyatı “xəyallarında 
canlandırdıqları kimi görür, eşitməyərək dinləyirdilər”. 
Provenseda bir axşam, dümdüz bir təpə, bir parça dənizin maviliyi insana hər  şeyin təzədən 
yaradılmalı olduğunu təsdiq etməyə  bəs edir. Bədənin ehtiyaclarını ödəmək üçün atəşi təzədən 
tapmaq, dəzgahları  təzədən qurmaq məcburiyyətindəyik. Attika, azadlıq  və meyvələr və ruhun 
qidasını bir başqa vaxta saxlamalıyıq.  Əlimizdən nə  gəlir? Özümüzə baxmaqdan savayı  nə edə 
bilərik, onları heç vaxt tapa bilməyəcəyik, ya da başqaları tapacaq deyə  vəziyyət belədir. Heç 
olmasa,  çalışmaq lazımdır ki, başqaları onlardan məhrum olmasın, qeyri çarə yoxdur. Neyləyə 
bilərik? Bunlar artıq heç olmayacaq, ya da başqalarının olacaq deyə  təəssüflənməkdən və heç 
olmasa, başqalarının onlara qovuşmasına çalışmaqdan savayı  əlimizdən nə  gəlir ki? Bunu  
kədərlənərək dərk edən, yenə  də küsməyərək yaşamağa çalışan bizlər, bu həyata çox gec gəldik, 
yoxsa çox erkən? 
Kolluqları yetişdirməyə gücümüz çatacaqmı? Dövrümüzdə aktuallaşan bu suala Prometeyin 
münasibət bildirəcəyini düşünün.  Əslində, bu cavabı o çoxdan verib: “Sizə yeni rahatlığı  və 
tərəqqini vəd edirəm, ey ölümlülər”. O halda ki siz bunu öz əlinizlə edəcək qədər usta, dəyərli, 
gözəl və güclüsünüz”. Xilas olmağın bizim öz əlimizdə olduğu doğrudursa, dövrümüzün bu sualına 
bir neçə insanda gördüyüm idraki gücə və intellektual cəsarətə güvənərək “bəli” deyəcəyəm. 
“Bəli, düzgünlük” deyə  qışqırır. Prometey, ey  əzizim mənim” Görürsən də, mənə  nə 
əziyyətlər verirlər!”. Hermes isə  qəhrəmanı lağa qoyur: “Sənə  təəccüblənirəm,  əgər kahin idinsə, 
niyə  əvvəlcədən bu əzab-əziyyətlərimi görmədin?”. Asi Prometey “bilirdim” deyə cavab verir. 
Mənim haqqında danışdığım insanlar da ədalət tərəfdarlarıdır. Onlar bilə-bilə hamının dərdini dərd 
edirlər. Bilirlər ki, onun gözləri yoxdur, Prometeyin və onun ədalətini bir kənara atıb,  əvəzinə 
düzgün hesab elədikləri  ədaləti qoymalı olduqlarını bilirlər. Prometey bu yolla zəmanəmizin 
insanına çevrilir. 
Fikirlərin öz yaşama dövrü yoxdur. Onlar bizim can və qan verməyimizi gözləyirlər, yer 
üzündə onların çağırışına bircə insan cavab verən kimi, özlərini bizə tamam yeni görkəmdə təqdim 
edirlər. Bizim işimiz isə bu əsası qorumaq və onun yenidən dirilməsi üçün ölüm yuxusuna 
getməməyini təmin etməkdir. Bəzən bu günün insanını xilas etməyin lazımsız bir şey olduğunu 
düşünürəm. Amma bu insan övladı ruh və cisim sarıdan hələ də xilas edilə bilər. Onlara xoşbəxtlik 
və gözəlliyin yollarını aça bilərik. Gözəlliksiz və azadlıqsız yaşamağa razı olsaq, Prometeyin dediyi 
fikirlər daha başqaları ilə birlikdə bizə insanın ancaq müəyyən zaman üçün parça-parça edilə 
biləcəyini, insanların hamısına yararlı olmadıqca heç bir şeyə lazımlı olmayacağını xatırladır. İnsan 
çörək və kol istəyirsə, əgər çörəyin daha zəruri olduğu doğrudursa, onda kolun xatirəsini qorumağı 
öyrənək. Tarixin ən qaranlıq günlərində Prometeyin insanları, çətin işləri, torpaqla və dayanmadan 
bitən otla hansı məqamdasa əlaqələrini itirməyəcəklər. Zəncirlənmiş qəhrəman Tanrının ildırım və 
şimşəklərini də, insana olan o rahat inamını da itirə bilməz. Ona görə Prometey bağlandığı qayadan 
daha sərt, dalağını yeyən qırğıdan daha səbirlidir. Tanrılara baş qaldırmaqdan daha vacib olan hal 
bizə görə bu mübarizədir. Və bir də heç bir şeyi ayırd etməmək və atmamaq gücüdür ki, o da 
insanların dərdli ürəyini dünyanın ilk baharı ilə uzlaşdırıb və bundan sonra da uzlaşdıracaq. 
 
Çevirən Fərid Hüseyn 
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə