Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə44/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   40   41   42   43   44   45   46   47   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
97
 
И Л К   А Д Д Ы М Л А Р
 
 
 
 
 
NAMİQ  ŞABAN 
  
 
        
 
 
 
GƏNC  YAŞLARINDAN  İSTİSMAR 
ùåêàéÿ 
 
Həddən artıq biliklilik, başqa insanlar üzərində hakimiyyətin ən ibtidai, formasıdır. Bilik tabe 
etmək vasitəsidir, sitat gətirmək qarşıdakını alçaltmaq üçün zəmin hazırlamaq, sitatın müəllifinin 
qarışıq adını, milliyyətini, doğum tarixini, peşəsini dəqiq tələffüz etmək qarşıdakını tam olaraq 
özünə tabe etmək anlamına gəlir. Oxumuş adamlara ona görə nifrət edirəm ki, ibtidai hakimiyyət 
instinktlərinin köləsidirlər. Bu baxımdan bütün bəlaların biliksizlikdən törənməsi  əslində nisbidir, 
çünki bilikliliyin özü də bizim indiki dövrdə çəkdiyimiz bəlaların mənbəyidir. 
Bir şeyi bilirdim ki, mənim kitab bazam çox zəifdir. Kitab oxumağa vaxt yoxdur, kitab almağa 
pul. Stolumun üstündə onun-bunun hədiyyə verdiyi çoxlu kitablar var idi ki, heç birini 
oxumamışdım. Bundan əlavə evdəki ayrı-ayrı yeşiklərdə, kitab rəflərində, bağ evindəki taxçalarda 
kitablarımın sayı- hesabı yox idi. 
Evimizdə  əlimə düşən  ən maraqlı kitab 1952-ci ildə çap olunmuş Bakı  şəhərinin  əhalisinin 
soyad ardıcıllığı ilə düzülmüş telefon nömrələri və ünvanlarından ibarət sorğu kitabı idi. Həmin 
kitabda olduqca az azərbaycanlı soyadına, olduqca çox isə erməni və rus soyadlarına rast gəlmək 
olardı. 
Evimiz köhnə bir erməni evi olduğundan burda ermənilərdən çoxlu kitablar qalmışdı. Mən 
onların çoxunu vərəqləmişdim,  şəkillərinə göz atmışdım, amma gözəl günlərin birində böyük 
qardaşım anamın da təkidi ilə ermənicə kitabların hamısını yandırmışdı. O zamandan bizdə 
ermənilərlə bağlı  cəmi bir kitab qalmışdı ki, bu da azərbaycanca-ermənicə lüğət və erməni dilinin 
azərbaycanca qrammatikasından ibarət qalın bir kitabdır. Doğrusu, həmin kitabdan ermənicə 
öyrənməyə nə həvəsim, nə vaxtım olub. 
Erməni qızı ilə azərbaycanlı  oğlanın sevgisindən olduqca çox danışılıb, bu bir növ çox 
işlənmiş mövzudur. Bax bir dəfə  mən özüm Tiflisdə  təsadüfən Gevorq Suborb adlı  qədim bir 
erməni kilsəsinə bir neçə foto çəkmək məqsədilə girmişdim, orda mən həyatda  ən çox ürəyimə 
yatan qızı görmüşdüm. O sanki bütün bədəni, saçı, üzü, gözləri, geyimi ilə  mənim standartlarıma 
uyğun yaradılmışdı. Yeri gəlmişkən ondan sonrakı yerdə  mən müğənni Sevda Yahyayevanı, 
pornoaktrisa Hande Ataizini, hind aktirsası Aişvarya Ray, bir də köhnə bir dostumun sevgilisi olan 
Nuranəni sevgili kimi seçərdim. 
İş orasındadır ki, mənim gözəllik anlayışım başqadır.  Əgər praktiki olsaq gözəllik  əlçatmaz 
olanda anlamsızdır. Gözəllik qismən  əlçatan olanda ancaq masturbativ obrazdır. Gözəllik tam 
əlçatan olanda isə əsl bayramdır, karnavaldır (bəlkə də cəhənnəmdir).  


¹2(3)    èéóí 2012 
 
98 
Ümumilikdə indiyə qədər beş-altı erməni qızı görmüşəm ki, hamısında da insanı maqnit kimi 
cəlb edən qara bir enerji hiss etmişəm. Bir dəfə Moskva barlarından birində Qafqaz mahnılarına çox 
həvəs göstərən və qafqazlı müsəlman oğlanlarla yanaşmağa çalışan qaraşın bir qızı gözümə 
kəsdirmişdim. Onun haqqında yadımda qalan o olub ki, o da mən də çoxlu içmişdik və qucaqlaşıb 
rəqs etmişdik. Onun saçlarının inanılmaz gözəl qoxusu var idi ki, sonralar heç bir qızın saçlarından 
həmin qoxunu hiss etməmişdim. Yadımda bir də o qalıb ki, mən onun ətli belindən tutub, əsl 
müsəlman kişisi kimi özümə  sıxanda haralı olduğunu soruşmuşdum, o da “armyanka” demişdi. 
Həmin gecə çox içdiyimdən belə bir günaha görə narahat olmamışdım sonra. Hətta uzun müddət 
yadıma salmamağa çalışmışdım onu. 
Ümumilikdə baxanda məni nə ermənilər nə də azərbaycanlılar heç vaxt maraqlandırmayıb. Bir 
fərd kimi həm türkçülük, həm erməniçilk ideyalarına nifrət etmişəm. Hər ikisi mənim üçün intiqam 
almağa, baş kəsməyə, qan tökməyə, qulaq kəsməyə, yandırmağa, qadın zorlamağa yönəlmiş ibtidai 
ideologiyalar kimi gəlir. 
İkinci dəfə dünyaya gələndə  əsla Qafqazda doğulmaq istəməzdim, həmçinin Afrikada, 
Əfqanıstanda, Kolumbiyada, Şimali Koreyada, Kambociyada da doğulmaq istəməzdim. 
Mən bu gün baş verən dəhşətlərin bir çoxunu əvvəlcədən görmüşdüm və susmuşdum. Sonra 
hamı ilə birlikdə  ağlamışdım susaraq. Mən  İraqdakı  Əbu-Qureyb Həbsxanasını  dəfələrlə görmüş-
düm, xəyalımdan onun dəhlizlərində sürünmüşdüm, mən üzünə öz nəcisi yaxılmış adamları gör-
müşdüm, mən itlərin qabağına atılan köməksiz adamları görmüşdüm. Aylarla yatağımdan çıxma-
mışdım. Eşitdiyim bütün dəhşətli xəbərləri yorğanımın altında qarşılamışdım, orda ağlamışdım.  
Əlbəttə ki, öncəgörücülük və buddist susqunluğuna sahib olduğunu iddia etmək  əsl bəsitlik 
nümunəsidir. Ancaq, bu yaxınlarda anlamağa başlamışam ki, öz təkrarsızlığını, orijinallığını  və 
yeniliyini göstərmək yazıçılarda bir növ öz dəyərliliyini sübut etmək xəstəliyidir. Yazıçılar tez-tez 
ekssentrik kimliklərini romantik şəkildə qabartmaq üçün dəlilikdən alət kimi istifadə edirlər. 
Çox təəssüf edirəm ki, mən də artistizm dövrünün qurbanıyam, mən bir deyil bir neçə, bəlkə 
də onlarla ideologiyanın köləsiyəm. Kütləvi  İnformasiya Vasitələrinin və Reklamların qarşısı-
alınmaz təbliğatları mənim beynimdə bəsirətli düşüncə üçün bircə qarış da olsun yer qoymayıb.  
Mənim dayım  ən  əziz adamımdır, o insanlar içində  ən  şərəflisi, kişilər içində  ən namuslusu, 
adamlar içində ən kamilidir. Mən dayımı sevirdim. Biz onunla dost kimiydik, sirrlərimizi bölüşmü-
şük, birlikdə bazlıq eləmişik. Dayım mənim idealım idi. 
Biz 90-cı illərdə birlikdə qaranlıq küçə ilə mitinqdən qayıdanda, o demişdi ki, bizi heç bir 
böyük  şey gözləmir. O demişdi ki, ay oğul bizi hazırlayıblar, idarə edirlər, oynadırlar, uçuruma 
aparırlar. 
Mən heç nə anlamamışdım. O ona görə deyirdi ki, mən nə vaxtsa bunları yazım, kitablarımda 
çıxsın. O məni görmüşdü, o gələcəyi bilirdi. 
O hündür, enli kürəkli, sıx saçlı kişi idi. Onun qarnının yanından, ayaqlarına gedən damarlar 
tam dərinin üstünə  çıxmışdı, sinəsi və kürəyi anormal tüklənsə  də qurşaqdan aşağısı, daha çox da 
ayaqları tamamilə tüksüz idi. Mən ona “qız ayaqlı” deyirdim, onun bundan xoşu gəlirdi. 
Mən demişdim ki, müharibə-zad boş şeydir, biz müharibə eləsək də, eləməsək də uduzmuşuq. 
Dayımsa durub Qarabağa müharibəyə getmişdi, ad çıxarmışdı, OMON-da olmuşdu, silah alverinə 
girişmişdi.  
Dayım Xocalı soyqırımını böyük dəhşətlə danışırdı. O müharibələrdə  hər iki tərəfdən çoxlu 
sivil adamların cürbəcür yerlərdə  əsgərlər tərəfindən tutulub işgəncə verildiyini göz yaşları ilə 
danışırdı. Mən hər dəfə ağlayırdım və bir qədər də vətənpərvərləşirdim. Böyüyəndən sonra məndə 
vətənpərvərlikdən əsər-əlamət qalmadı.  
Mənim dünyada dayımdan başqa heç kimin yoxdur. Həm ata, həm ana, həm dost olub mənə. 
Məni görməyə gələndə qaçıb onun boynuna atılırdım, onun bərk-bərk hər iki üzündən öpürdüm. O 
isə məndən ehtiyatlanırdı. Müharibə dəhşətləri görmüşdü, çoxlu günah törətmişdi, adam aldatmışdı, 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə