Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə52/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   48   49   50   51   52   53   54   55   ...   83

¹2(3)    èéóí 2012 
 
114 
İzləyirik, bilirik: ədəbi dairələrdə (orda və burda!) yenə Tənqidə qarşı bir aqressiya var; amma 
bu dəfə, deyən, Tənqidin yoxluğundan yox, gözgötürməzlikdən, qısqanclıqdan mayalanır bu. 
Seymur Baycan bir müsahibəsində  Tənqidə (!) loyallığını reklam eləyəndən (http://www.azadliq. 
org/content/article/16794854.html) az sonra Aqşin Yenisey daha da irəli gedərək, bir Tənqid 
yazısında (!), heç dəxli olmadan Tənqidçiləri Yazarlarla müqayisədə yarıtmazlıqda suçladı 
(
http://kultaz.com/2011/05/12/kagizdan-dasa-dogru/
)!  Əgər nidalayırıqsa, müqabilində real hədəf, 
var olan Tənqidi-tənqidçiləri görürük demək; bu mənada Kulis.az-ın yönəltməni Qan Turalı daha da 
açıq-konkret danışdı (
http://www.kulis.az/xeber_%3Cb%3ERoman_qatili_%3C_b%3E__1507.html
 
), mövcud Tənqidin (!) qəlizliyi-gərəksizliyi-səmərəsizliyinə misal Azadlığın Oxu zalında, 525-ci 
qəzetdə, Kultaz-da gedən Roman müzakirələrini göstərdi... 
 Aha!, diqqət edin, bu ki, son zamanlarda sırf tənqidçilərin, Tənqid yazarların iddia-mövqe və 
Tənqid rakurslarından asılı olmayaraq bir araya gəlib, yaranan Ədəbiyyatımızı – romanları ardıcıl 
təhlilə  çəkdiyi məqamdır. Təkcə elə Oxu zalı bir il ərzində 10 romana dair 50-dən çox Tənqid 
yazısı-məmulatı-kütləsi ortaya qoymuş! Tənqiddən  şikayət elədiyimiz bir dəmdə  əməlli-başlı 
ictimai rezonans demək olar buna!  
Yazarların dərdi bəlli; roman müzakirələri də göstərdi ki: hər hansı yeni yaranan əsərin 
Tənqidi Ədəbiyyatın içdən refleksiyasıdır və ədəbiyyat-ətrafı (çöldən) reaksiyalardan fərqli olaraq, 
ucuz populyarlığın qarşısını xeyli ala bilir. Bir baxın, Azadlığın Oxu zalından keçəndən sonra 
özlüyündə heç də dəyərsiz olmayan həmən o 10 romandan hansı birisi əvvəlki şiddətlə Oxucunun 
gözünə kül üfürə bilir: Aqşininmi, Pərvizinmi, ya Əli  Əkbərin? Doğrudur, romanlar-ətrafı ucuz 
effektlər yaratmaq cəhdləri yenə də bol; amma ağa durur, ağacan durur: Romanlar varsa, Tənqidi də 
var ortada, sonrasını Oxucu bilsin...  
Yazarlara güc düşür, bazarlarına nırx qoyulur – danışırlar, yaxşı  bəs Qan Turalı  nə istəyir? 
Çox qəribədir,  əslində,  ədəbi Tənqid Qanturalıdan dad-aman qılmalıydı;  əlinə fürsət keçmiş: 
klassikasından tutmuş gündəminəcən  Ədəbiyyatın civarlarında ucuz meydan sulamada, naşıcasına 
Nizami(si)ni Ekoya calaşdırır,  Şərifi(ni) Cahandar ağaya, publisist qələmin ucunda Sabir demir, 
Mirzə Cəlil demir, nə oxuyur-bilirsə, elə onu da deyir... Bu da bir növ maarifçilikdir – deyib, məhəl 
qoymuruq; çün Tənqid həm də Mədəniyyətin refleksiyasıdır; bu barədə Qanturalıya şəxsən hədiyyə 
elədiyim Tənqid.net-in 7-ci sayında Rahid Uluselin məqaləsi getmiş, baxa bilər. Olmamasından 
olması yey, indi neyləməli ki: az qala 20 ildir, bizim Mirzə  Fətəli-Mirzə  Cəlil-Sabir... 
(N.Nərimanov-Məhəmməd  Əmin-C.Əfqani...) irsinə  mətbu münasibətimiz hər dəfə  qıcıq 
səviyyəsindən (Qanturalımı olsun, ya bugünlərin Rafiq Tağı  Həmid Herisçi dartışması) o yana 
getmir... Yəni hər dəfə qaldırılan problemi yerindəcə, Mirzə  Fətəlini-Mirzə  Cəlili isə yenə bizdən 
irəlidə görürük...  
Bu ki, öhdəsinə maarifçi missiya götürmüş dosta məsləhət: “qəliz” bildiyi şeyi yaxşı olar ki, 
burunlamasın;  ələlxüsus da öz (publisist) bazarına bu qədər arxayındırsa; bəzən onun kitabdan-
kitaba  ərsəyə  gətirdiyini  ədəbi Tənqidin bircə cümləsi- eyhamı- işarəsi heçə endirə bilər... Zatən 
Ədəbiyyat mədəni-kütləvi olduğu qədər də elitar bir sahə; və  məhz Tənqidin borcudur ötəri 
konyukturu ictimai sifarişdən ayıra bilə. 
Gəldik “sifariş” məsələsinə... Yox, göydən gəlməmişəm, mən də bu Cəmiyyətin övladıyam və 
haçan, nədən, hansı “sifariş”dən danışıldığını da bilirəm.  Əksinə, bihudə  və yanlış düşünənlərə 
həmişə deyirəm: bəsdirin, Cəmiyyətdə hamının bazara kökləndiyi halda bircə  Ədəbiyyatdan 
entuziazm gözlədiyiniz!; hər bir sahə kimi, bugün Tənqidin də varlığı-gəlişməsi ictimai sifarişə - 
Cəmiyyət sifarişinə bağlı. Və  həmişə  də öz həyatımdan misallar gətirməklə, qıcıq yaratmağı 
sevirəm: 1995-1996 və 2000-ci illərdə press-Fakt qəzetində, 1998-1999-cu illərdə “Rezonans”a, 
1999-da “Ekspres”ə, 1999 və 2001-2002-ci illərdə “Bizim əsr”ə, 2003-cü ildə “Yeni Azərbaycan”a 
yalnız və yalnız müəyyən qonorar müqabilində silsilə Tənqid yazıları yazmış, Tənqidçilik peşəsinə 
sırf iş yeri kimi baxmışam. Məxsusi onu da vurğulayım ki: həmişə  də  Qəzetlər özləri Tənqidçiyə 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
115
hacət bulmuş, məni arayıb-tapmış, təbii, mənim də istəyim-sövdələşməm-razılaşmamla yazmağa 
başlamışam. Absurd görünə bilər, 1996-2004-cü illər  ərzində stabil maaş aldığım AYB-nin 
“Ədəbiyyat qəzeti”ni də burda Tənqidçi fəaliyyətinə hacət (ictimai sifariş) olmadığını görüb, tərk 
eləmişəm...  
Tənqidə sifariş! – deyəndə öz təcrübəmdən (başqa həmkarlarımda ola bilsin bir qədər 
başqadır) mən məhz bunu bilirəm. İndi qələminə hörmət duyduğum Natiq Məmmədli post tutduğu 
və  Ədəbiyyatın da xeyrinə xeyli gözəl işlər gördüyü “Kaspi” qəzetindən: “Azərbaycanda  ədəbi 
tənqidin səviyyəsinə, tərəfsizliyinə və vicdanlılığına” sanki şübhə-ironiya edirsə, öz haqqı, bununla 
işim yox... Amma daha sonra eyham vurduğu mənzərə ki: guya cəmi məmləkət Tənqidçiləri 
“ortabab qonaqlıq” eşqinə “sifarişlə yazı yazmaq növbəsinə” düzülmüş... – acınacaqlı olduğu qədər 
də, ciddi bir ittiham. Nəmənədir, nə dərəcədə “ictimai sifariş”dir bu, görən? Üstəlik, bu növ fikirlər 
asanca, mədəniyyət portalları  və sosial şəbəkələrdə, elə sözarası  səslənir və heç bir etiraz 
doğurmursa, demək, həm də təqdir olunurmu? Hə, elə bugünlərdə Şərif Ağayar da hardasa acı bir 
zarafat eləmişdi; təzəcə yazdığı romanının ictimai məzənnəsinə  işarəylə:  Əgər “Haramı”dan 
yazmasalar, sifarişlə, qonaqlıq verib də yazdıracağam... – yazmışdı (təxminən belə) Paho...  
Axı bəlli ki: Cəmiyyət vacib (bu halda Ədəbiyyat) münasibətlərini ali mədəni səviyyədə həll 
edə-qura bilməyəndə beləcə primitiv, qaba məişət formaları  işə düşür. Bir beş-on il əvvəlin 
anekdotu yadıma düşdü lap: dedilər, bir deputat-yazıçı barəsində kitab yazdığına görə bir şairə (!) 
maşın bağışlamış; inanmadım, dedim: əgər həqiqətən də Tənqidin məzənnəsi bu qədər yüksəkdirsə, 
niyə maşını  mən-tənqidçiyə yox, tənqidçilik edən  şairə versinlər?!. Ya da bu halda söhbət 
Ədəbiyyat və onun Tənqidindən yox, nəsə başqa  şeydən gedir... Bu hesabla belə  çıxırmı ki, indi 
məzənnə tamam ölmüş: bir qonaqlıq dəyəri olan ədəbiyyat və tənqid (!) Kimə lazımdır bu ədəbiyyat 
və kimə lazımdır onun tənqidi?! 
Sonrakı misalları da özümdən deyim ki, həmkarlarım incinməsin. Bir Şair dostumun (diqqət 
edin: “dostum Şairin” demirəm-ha) yaradıcılığına dair kitab yazmışdım; kitab çıxar-çıxmaz, bir 
acıdil publisist sevincək yazırdı ki: aha, bu da tənqidçi Tehran Əlişanoğlu!; bəs kitabdan mətbəx 
qoxusu gəlir-filan.  Şair dostum yamanca əsəbiləşmişdi, mən isə çox sakit idim; düşünürdüm: belə 
olmasın gərək, belədirsə - bu pisdir; Tənqiddən parçası olduğu  Ədəbiyyatın qoxusu-rayihəsindən 
özgə nəsə duyulmamalıdır...  
Təzəcə tanış olduğum bir Yazar: bir çay içək, - dedi, amma belə oldu ki, çörək də  kəsdik; 
paho... Qələmdən savayı, həm də Cəmiyyətdə post tutan təzə dostum ədəbi aləmin qarasınca nələr 
söyləmədi; demə, katibindən, redaktorundan, şöbə müdirindən tutmuş  tənqidçisinəcən AYB-də 
hamı onun Yaradıcılığına müntəzirmiş, növbəti əsərini gözləyirmişlər ki, çarəsini qılsınlar; onun isə 
əsl Tənqidə, həqiqi Tənqidçi sözünə hacəti varmış... Səmimiyyətinə inansam da, doğrusu, pisimə 
gəldi; çün az əvvəl tənqidçi-həmkarlarımın adı çox ucuz anılmışdı: Rafiq Tağı demiş, “ilham 
atlarının mehtəri”-filan; kəsdiyim loğmaya dəyər verənəmsə  də, bunun boğazda ilişib-qalmağı da 
var axı...   
J.Derrida “dar” – “vergi-qabiliyyət-istedad...” (rusca oxumuşam deyə, ruscasından da çıxış 
edirəm) və “darit” – “vermək-bağışlamaq-hədiyyə etmək...” sözlərini qurdalayaraq, göstərir ki: 
“dar”-“qabiliyyət” verilmişlikdir (biz deyərdik:  İlahidəndir!)... Elə ki, onu verirsən, bağışlayırsan, 
lap təmənnasızlıq iddiası ilə  hədiyyə edirsən, demək, nədən ötrüsə verirsən, burda artıq təmənna 
başlayır...  Əlavə edim: hələ bunun kobud forması, istedadı-qabiliyyəti nəyəsə-niyəsə (bir 
qonaqlığamı?) xərcləməyi-verməyi-dəyişməyi-satmağı... demirəm.  
Belə ki, möhtərəm “Kaspi” qəzetinin baş mühərriri, Tənqidçini heç nahaq vicdan məhkə-
məsində azdırıb qəribliyə salmaq gərək deyil; o da haqqında yazdığınız “Quqark”ın Yazar 
qəhrəmanı kimi birisidir; o da Ədəbiyyatın sərgərdanlığını edib, Yazar kimi Cəmiyyətdə yerini (İş 
yerimi?) axtarır... Bəli, razıyam, qəhrəmanı kimi, Seymur Baycan da ömrünü büsbütün qələmə 
verməklə,  əslində, fədailik edir; oturub kitablarını yazır, sonra bunu az qala olmayan Ədəbiyyat 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə