Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə51/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   47   48   49   50   51   52   53   54   ...   83

¹2(3)    èéóí 2012 
 
112 
Şah Xətai gəştə çıxdı, açdı Hürrün qəbrini,
 
Bar ilahi əfv qıl, kim tövbə karəm doğrusu.
 
  
Şah  İsmayılın farsca və türkçə  şeirləri qarşılaşdırıldığında önəmli bir gerçək ortaya çıxır. 
Farsca  şeirlərdə  şiə, türkçə  şeirlərdə  ələvi dünyagörüşü hakimdir. Türkçə  şeirlərdə Anadolu ələvi-
liyinin duyquları yansımaqda ikən, farsca şeirlərdə İran şiə zehniyəti daha ağırlıq təşkil etməkdədir. 
Sanki bunları eyni adam yazmamışdır. Ayrıca,  İsmayılın dil bilinci şəkilləndiyi zaman tam olaraq 
fars-gilək mühitində yaşamışdır. Eytimini farsca almış, türkçənin incəlikləri yayqın olan ortamda 
böyüməmişdir. O zaman Bu şeirləri necə yaza bilmişdir? Türk dilinin dərinliyini bilməyən türkçə 
necə şeir yaza bilər? Şeirin əski çağlarda siyasətlə dərin ilişkisi olmuşdur. Petroşeviski yazır ki, Orta 
Çağlarda günümüz media işlərini  şeir öz üzərinə götürmüşdü.  İqtidarların mədhi  şeirlə edilir və 
şeirlə şahlar xalq içində bəyəni (sempati) toplayırdılar. Bu açıdan baxdığımızda İsmayılın tanrılığını 
təbliğ etmək üçün ona tapınan ozanlar Anadolunun coşqulu ələvi-bəktaşilərini daha da coşdurmaq 
üçün Xətai adına  şeir yazmış ola bilərlər. Çünkü bu şeirlər ideoloji xarakterlidir. İsmayılın 
timsalında qızlıbaşlıq ideolojisini təbliğ etməkdədir. Ömrü savaşlarda keçən Şah İsmayılın, özəlliklə 
iqtidara gəldiyi ilk illərdə bu qədər şeir yaza biləcəyi mümkün deyildir. İlk illərdə yazılan şeirlərin 
amacı  Səfəvi dövlətinin qurulmasını gerçəkləşdirmək üçün təbliğatdan başqa bir şey olmamışdır. 
“Xətai” ləqəbi ilə Anadoluda şeir yazan bir çox ələvi-bəktaşi ozanlar olmuşdur.  İrene Məlikoff 
yazır: Xətai nüsxələri çox çabuq kopyalar yapıldığı üçün pozuldu. Ona aid olmayan şeirlər içinə 
qatıldı. Digər tərəfdən daha çox aşırı dini fikirləri daşıyan şeirləri yazmalardan çıxarıldı. Bu nədənlə 
Anadolu bəktaşi və  ələviləri arasında  şeirlərin daha çox qarışdığı görülməkdədir. Fuad Köprülü 
yazır: “Xətai, bütün təzkirələrin rəvayətinə görə “Şah İsmayıl Səfəvi”nin təxəllüsüdür. Buna baxıb 
da bütün “Xətai” təxəllüslü əsərlərin Şah İsmayıla aid olduğu düşünülməməlidir. Klasik şairlərimiz 
arasında nasıl eyni təxəllüsü daşıyan müxtəlif adamlar mövcud isə, bu təkyə şairləri arasında eyni 
duruma təsadüf olunur. Özəlliklə  Bəktaşilərdə, tarixi vəsiqələrin  əksikliyindən dolayı, bu kimi 
məsələləri qəti surətdə  həll etmək mümkün deyildir. Ziya Gürəl yazır:  Şah Xətai təxəllüslü bu 
deyişin  əsil “Xətai”nin,  Şah  İsmayıl Xətainin olamayacağı  və bu təxəllüsü bu biçimdə qullanan 
başqa bir kimsə bulunduğu ap-açıq ortaya çıxmış bulunmaqdadır.  Bu  da  Xətai təxəllüsünün bir 
ünvan bir sifət  əkləmək yolu ilə  pərvasızca örnəklərindən biri olmaqdadır. Xətai divanındakı 
şeirlərin həpsi  əruzla yazılmış. Kəndindən öncəki Azəri  şairlərinin də  əruzla yazdıqları diqqətə 
alınırsa, Şah İsmayıl Səfəvinin onları izləməsi doğru görülməlidir. Bu baxımdan qoşma tərzindəki 
nfəslər istər Sultan Xətai olsun istər  Şah Xətai olsun heç biri İsmayıl Xətainin olamaz. Dil və 
anlatım yönündən başqa Azəri  şairlərinə  də mal ediləməz. Bunların gerçək sahibləri 16-20-ci əsr 
arasında Anadolu xətailəridir. Qul Xətai, Can Xətai, Dərdmənd Xətai, Dərviş  Xətai, Sultan Xətai 
tapşırmalı  nəfəslər  ən çox Toqat, Sivas, Yozqat, Çorum, Malatya, Elazığ  və Tunceli yörəsində 
düzənlənən cönklərdə yer almaqdadır. Bu şairlərin də o çevrələrdə yaşaması icab edər. Özəllikllə 
Ələvi köylərində yapılacaq araşdırmalar qonuya açıqlıq gətirəcəkdir.  Şah  İsmayıl Xətai həm pir
həm də bir mürşiddir. Onun başqa bir pirə xitabən  şeir yazması düşünüləməz.  Anadolu Xətailəri 
bölümündə 219 heca, 23 qəzəl olmaq üzərə 242 şeir yer almaqdadır.
 
 
Anlaşıldığı kimi “Xətai” adı ilə şeir yazan bir tək kişi olmamış, başqaları da olmuş və amac 
isə, qızılbaşlıq fikirlərini bu yolla təbliğ etmək olmuşdur. Bu şeirlərin estetik dərinliyi də olma-
mışdır. Hətta 19-cu əsrin  Ələsgər, Alı,  Şənlik kimi ozanlarının da qoşmaları  şeiriyət baxımından 
xətailərin yazdıqlarından daha anlamlı və etkiləyici olmuşdur. Anadoluda öz tarixi yerini bulmamış 
ələvi kütləsini coşduraraq siyasi səfərbərliyə hazırlamaq üçün təbliğat içərikli  şüarlardır. Geniş 
bəşəri məzmundan yoxsundur. Qapalı bir inanc sisteminin sirlərini anlatan siyasi şüarlar bütünüdür. 
Sırf siyasi həyəcana xidmət etdiyindən bu şeirlərin bir çox xətaiyə aid olması doğaldır. Xətailərin 
ortaq siyasi çalışmalarının ürünüdür. Sırf siyasi bir ideolojinin mənzum olaraq bəyanatıdır. Eyni 
dönəmdə yazıb yaratmış Füzulidə var. Füzuli adına  şeir yazmaq mümkün olamazdı. Bunun üçün 
fəlsəfi dərinlik,  şeirlə düşüncənin, musiqinin və varlığın sənət duyumunda bütünləşməsi gərəkir. 
Ancaq xətailərdə bu imkan olmamışdı. Çünkü xətailərin yazdığı şeir deyil, nəzmdir, şüardır.
 
  


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
113
Şah  İsmayılın oğlu Sam Mirzə “Töhfə-i Sam” adlı  əsərində atasına aid olan farsca bir beyt 
örnək  şeir vermişdir. Orta Çağlarda və indi də böyük bir imperatorluğun başında duran adam şeir 
yazası olsaydı, onun şeirinə onlarca təqdirlər, təşviqlər, mədhlər və yaltaqlanmalar yazılardı. Həm 
də imperatorun yazdığı dildə.  Şah  İsmayıl bu qədər türkçə  şeir yazmış, ancaq çevrəsindəki 
məddahlar və yaltaqlar, vəzifəyə göz dikmiş olanlar, nədənsə onun yazdığı türkçə  şeirləri təfsir 
etməmiş, haqqında onlarca deyil, yüzlərcə kitab yazmamışlar. Şah İsmayıl yazmış və çevrəsindəki 
təzkirə yazanlar, hətta oğlu da buna işarə etməmiş! İskəndər bəy Türkmən öz əsərində sadəcə Şah 
İsmayılın “Xətai” təxəllüsü ilə şeir yazdığına kiçik bir işarə edər: Şeir yazmaqda o həzrətin yüksək 
yetənəyi vardı. Ancaq türkçə şeir yazmağa meyli daha çoxdu. Təxəllüsü “Xətai” idi. Şah İsmayılın 
bu  şeirləri  əzbər söylədiyi və Anadoludan axın edən qızılbaşları coşdurmaq istədiyi ola bilər və 
olmuşdur. Ancaq bu, onun əzbər söylədiyi  şeirlərin kəndisinə aid olduğu anlamına gəlməz.  Şah 
İsmayıldan çox öncələr Anadoluda bu tür şeir yazmalar yayqın idi. Bu şeir türü və dünyagörüşünün 
Azərbaycanda kökləri olmamışdı, bütünüylə Anadolu ələvi-bəktaşilərinin dünyagörüşüdür. Bu 
dünyagörüşünün doğruluğu və ya yanlışlığı söz qonusu deyildir. Səfəvilik iki əsas üzərində 
qurulmuşdur: 1- İrançılıq. 2- Şiəilik. Hər ikisi də fars kimliyinin təməllənməsinə xidmət etmişdir. 
Səfəvilikdə  ələvi-bəktaşiliyin siyasi sürəkliliyi olmamışdır. Səfəviyət bir şüubiyə zehniyətidir. Bu 
üzdən də Azərbaycan-türk kimiliyi hər tərəfdən sıxışdırılmışdır. Kitabi-Dədə Qorqudda övülən 
bayındırlı türk kimliyi yox edilərək üzərinə  şiə-fars kimliyi təsis edilmişdir. Azərbaycan tarixində 
ən milli özəlliklər daşıyan bayındırlılar dövləti olmuşdur. Kitabi-Dədə Qorqud da bayındırlı 
varlığının ürünüdür. Əsər “Xanlar xanı Bayındır xan...” ifadəsi ilə başlar. Qaraqoyunlu və 
Bayındırlı kültür uzantısının ürünü olan Həqiqi, Kişvəri, Həbibi, Füzuli kimi şairlər Səfəvilər 
dönəmində, daha sonrakı dönəmlərdə  də yetişmədi, yetişəməzdi. Çünkü Cüneydlə sapdırılaraq 
siyasətə arac edilən səfəvilik Azərbaycanda soyu olmayan köksüz bir ideoloji idi.
 
  
 
 
 
 
 
TEHRAN  ƏLİŞANOĞLU 
 
 
 
 
 
 
E-HEYYY TƏNQİDÇİLƏR! 
 
Imzasına hörmət duyduğum yazarlardan Natiq Məmmədlinin “Quqarka qədər və Quqarkdan 
sonra” yazısına müqəddimə verdiyi böyük bir abzas əməlli-başlı  məni  şaşırtdı: “Digər tərəfdən 
Azərbaycanda  ədəbi tənqidin səviyyəsinə, tərəfsizliyinə  və vicdanlılığına bələd olduğumdan yaxşı 
bilirəm ki, bu kitab haqqında müəllifin dost-tanışından başqa kimsə  nəsə yazmayacaq. Çünki 
«Quqark»ın müəllifi sifarişlə yazı yazmaq növbəsinə dayanan tənqidçilər üçün cəlbedici obyekt 
deyil, nə onun vəzifəsi var, nə də ortabab qonaqlıq verib hansısa mirzənin cibinə pul basacaq qədər 
imkanı və ürəyi...” (http://kultaz.com/2011/08/15/quqarka-qeder-ve-quqarkdan-sonra/)  
Yəni bu belədirmi? Görən, hardan yaranır zəmanəmizin həmin bu – yalnız və yalnız sifarişlə 
yazan (həm də necə ucuz!) Tənqidçi obrazı? Hövlnak həmkarlarıma səslənirəm: e-heyyy 
tənqidçilər!, könüllü ya naçar adımıza Tənqidçi titulunu yaraşdırıb Ədəbiyyatın bu daim keçilməz, 
xam sahələrində  qələmlə torpaq çevirən bizlərikmi həmin karikaturun yiyəsi?! Ya nəsə burda bir 
yanıltmaqlıq-yanıltmaclıq var? 
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə