¹2(3) èéóí 2012
112
Şah Xətai gəştə çıxdı, açdı Hürrün qəbrini,
Bar ilahi əfv qıl, kim tövbə karəm doğrusu.
Şah İsmayılın farsca və türkçə şeirləri qarşılaşdırıldığında önəmli bir gerçək ortaya çıxır.
Farsca şeirlərdə şiə, türkçə şeirlərdə ələvi dünyagörüşü hakimdir. Türkçə şeirlərdə Anadolu ələvi-
liyinin duyquları yansımaqda ikən, farsca şeirlərdə İran şiə zehniyəti daha ağırlıq təşkil etməkdədir.
Sanki bunları eyni adam yazmamışdır. Ayrıca, İsmayılın dil bilinci şəkilləndiyi
zaman tam olaraq
fars-gilək mühitində yaşamışdır. Eytimini farsca almış, türkçənin incəlikləri yayqın olan ortamda
böyüməmişdir. O zaman Bu şeirləri necə yaza bilmişdir? Türk dilinin dərinliyini bilməyən türkçə
necə şeir yaza bilər? Şeirin əski çağlarda siyasətlə dərin ilişkisi olmuşdur. Petroşeviski yazır ki, Orta
Çağlarda günümüz media işlərini şeir öz üzərinə götürmüşdü. İqtidarların mədhi şeirlə edilir və
şeirlə şahlar xalq içində bəyəni (sempati) toplayırdılar. Bu açıdan baxdığımızda İsmayılın tanrılığını
təbliğ etmək üçün ona tapınan ozanlar Anadolunun coşqulu ələvi-bəktaşilərini daha da coşdurmaq
üçün Xətai adına şeir yazmış ola bilərlər. Çünkü bu şeirlər ideoloji xarakterlidir. İsmayılın
timsalında qızlıbaşlıq ideolojisini təbliğ etməkdədir. Ömrü savaşlarda keçən Şah İsmayılın, özəlliklə
iqtidara gəldiyi ilk illərdə bu qədər şeir yaza biləcəyi mümkün deyildir. İlk illərdə yazılan şeirlərin
amacı Səfəvi dövlətinin qurulmasını gerçəkləşdirmək üçün təbliğatdan başqa bir şey olmamışdır.
“Xətai” ləqəbi ilə Anadoluda şeir yazan bir çox ələvi-bəktaşi ozanlar olmuşdur. İrene Məlikoff
yazır: Xətai nüsxələri çox çabuq kopyalar yapıldığı üçün pozuldu. Ona
aid olmayan şeirlər içinə
qatıldı. Digər tərəfdən daha çox aşırı dini fikirləri daşıyan şeirləri yazmalardan çıxarıldı. Bu nədənlə
Anadolu bəktaşi və ələviləri arasında şeirlərin daha çox qarışdığı görülməkdədir. Fuad Köprülü
yazır: “Xətai, bütün təzkirələrin rəvayətinə görə “Şah İsmayıl Səfəvi”nin təxəllüsüdür. Buna baxıb
da bütün “Xətai” təxəllüslü əsərlərin Şah İsmayıla aid olduğu düşünülməməlidir. Klasik şairlərimiz
arasında nasıl eyni təxəllüsü daşıyan müxtəlif adamlar mövcud isə, bu təkyə şairləri arasında eyni
duruma təsadüf olunur. Özəlliklə Bəktaşilərdə, tarixi vəsiqələrin əksikliyindən dolayı,
bu kimi
məsələləri qəti surətdə həll etmək mümkün deyildir. Ziya Gürəl yazır: Şah Xətai təxəllüslü bu
deyişin əsil “Xətai”nin, Şah İsmayıl Xətainin olamayacağı və bu təxəllüsü bu biçimdə qullanan
başqa bir kimsə bulunduğu ap-açıq ortaya çıxmış bulunmaqdadır. Bu da Xətai təxəllüsünün bir
ünvan bir sifət əkləmək yolu ilə pərvasızca örnəklərindən biri olmaqdadır. Xətai divanındakı
şeirlərin həpsi əruzla yazılmış. Kəndindən öncəki Azəri şairlərinin də əruzla yazdıqları diqqətə
alınırsa, Şah İsmayıl Səfəvinin onları izləməsi doğru görülməlidir. Bu baxımdan qoşma tərzindəki
nfəslər istər Sultan Xətai olsun istər Şah Xətai olsun heç biri İsmayıl Xətainin olamaz. Dil və
anlatım yönündən başqa Azəri şairlərinə də mal ediləməz. Bunların gerçək sahibləri 16-20-ci əsr
arasında Anadolu xətailəridir. Qul Xətai,
Can Xətai, Dərdmənd Xətai, Dərviş Xətai, Sultan Xətai
tapşırmalı nəfəslər ən çox Toqat, Sivas, Yozqat, Çorum, Malatya, Elazığ və Tunceli yörəsində
düzənlənən cönklərdə yer almaqdadır. Bu şairlərin də o çevrələrdə yaşaması icab edər. Özəllikllə
Ələvi köylərində yapılacaq araşdırmalar qonuya açıqlıq gətirəcəkdir. Şah İsmayıl
Xətai həm pir,
həm də bir mürşiddir. Onun başqa bir pirə xitabən şeir yazması düşünüləməz. Anadolu Xətailəri
bölümündə 219 heca, 23 qəzəl olmaq üzərə 242 şeir yer almaqdadır.
Anlaşıldığı kimi “Xətai” adı ilə şeir yazan bir tək kişi olmamış, başqaları da olmuş və amac
isə, qızılbaşlıq fikirlərini bu yolla təbliğ etmək olmuşdur. Bu şeirlərin estetik dərinliyi də olma-
mışdır. Hətta 19-cu əsrin Ələsgər, Alı, Şənlik kimi ozanlarının da qoşmaları şeiriyət baxımından
xətailərin yazdıqlarından daha anlamlı və etkiləyici olmuşdur. Anadoluda öz tarixi yerini bulmamış
ələvi kütləsini coşduraraq siyasi səfərbərliyə hazırlamaq üçün təbliğat içərikli şüarlardır. Geniş
bəşəri məzmundan yoxsundur. Qapalı bir inanc sisteminin sirlərini anlatan siyasi şüarlar bütünüdür.
Sırf siyasi həyəcana xidmət etdiyindən bu şeirlərin bir çox xətaiyə aid olması doğaldır. Xətailərin
ortaq siyasi çalışmalarının ürünüdür. Sırf siyasi bir ideolojinin mənzum olaraq bəyanatıdır. Eyni
dönəmdə yazıb yaratmış Füzulidə var. Füzuli adına şeir yazmaq mümkün olamazdı. Bunun üçün
fəlsəfi dərinlik, şeirlə düşüncənin, musiqinin və varlığın sənət duyumunda bütünləşməsi gərəkir.
Ancaq xətailərdə bu imkan olmamışdı. Çünkü xətailərin yazdığı şeir deyil, nəzmdir, şüardır.
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
113
Şah İsmayılın oğlu Sam Mirzə “Töhfə-i Sam” adlı əsərində atasına
aid olan farsca bir beyt
örnək şeir vermişdir. Orta Çağlarda və indi də böyük bir imperatorluğun başında duran adam şeir
yazası olsaydı, onun şeirinə onlarca təqdirlər, təşviqlər, mədhlər və yaltaqlanmalar yazılardı. Həm
də imperatorun yazdığı dildə. Şah İsmayıl bu qədər türkçə şeir yazmış, ancaq çevrəsindəki
məddahlar və yaltaqlar,
vəzifəyə göz dikmiş olanlar, nədənsə onun yazdığı türkçə şeirləri təfsir
etməmiş, haqqında onlarca deyil, yüzlərcə kitab yazmamışlar. Şah İsmayıl yazmış və çevrəsindəki
təzkirə yazanlar, hətta oğlu da buna işarə etməmiş! İskəndər bəy Türkmən öz əsərində sadəcə Şah
İsmayılın “Xətai” təxəllüsü ilə şeir yazdığına kiçik bir işarə edər: Şeir yazmaqda o həzrətin yüksək
yetənəyi vardı. Ancaq türkçə şeir yazmağa meyli daha çoxdu. Təxəllüsü “Xətai” idi. Şah İsmayılın
bu şeirləri əzbər söylədiyi və Anadoludan axın edən qızılbaşları coşdurmaq istədiyi ola bilər və
olmuşdur. Ancaq bu, onun əzbər söylədiyi şeirlərin kəndisinə aid olduğu anlamına gəlməz. Şah
İsmayıldan çox öncələr Anadoluda bu tür şeir yazmalar yayqın idi. Bu şeir
türü və dünyagörüşünün
Azərbaycanda kökləri olmamışdı, bütünüylə Anadolu ələvi-bəktaşilərinin dünyagörüşüdür. Bu
dünyagörüşünün doğruluğu və ya yanlışlığı söz qonusu deyildir. Səfəvilik iki əsas üzərində
qurulmuşdur: 1- İrançılıq. 2- Şiəilik. Hər ikisi də fars kimliyinin təməllənməsinə xidmət etmişdir.
Səfəvilikdə ələvi-bəktaşiliyin siyasi sürəkliliyi olmamışdır. Səfəviyət bir şüubiyə zehniyətidir. Bu
üzdən də Azərbaycan-türk kimiliyi hər tərəfdən sıxışdırılmışdır. Kitabi-Dədə Qorqudda övülən
bayındırlı türk kimliyi yox edilərək üzərinə şiə-fars kimliyi təsis edilmişdir. Azərbaycan tarixində
ən milli özəlliklər daşıyan bayındırlılar dövləti olmuşdur. Kitabi-Dədə Qorqud da bayındırlı
varlığının ürünüdür. Əsər “Xanlar xanı Bayındır xan...” ifadəsi ilə başlar. Qaraqoyunlu və
Bayındırlı kültür uzantısının ürünü olan Həqiqi, Kişvəri, Həbibi, Füzuli
kimi şairlər Səfəvilər
dönəmində, daha sonrakı dönəmlərdə də yetişmədi, yetişəməzdi. Çünkü Cüneydlə sapdırılaraq
siyasətə arac edilən səfəvilik Azərbaycanda soyu olmayan köksüz bir ideoloji idi.
TEHRAN ƏLİŞANOĞLU
E-HEYYY TƏNQİDÇİLƏR!
Imzasına hörmət duyduğum yazarlardan Natiq Məmmədlinin “Quqarka qədər və Quqarkdan
sonra” yazısına müqəddimə verdiyi böyük bir abzas əməlli-başlı məni şaşırtdı: “Digər tərəfdən
Azərbaycanda ədəbi tənqidin səviyyəsinə, tərəfsizliyinə və vicdanlılığına bələd olduğumdan yaxşı
bilirəm ki, bu kitab haqqında müəllifin dost-tanışından başqa kimsə nəsə yazmayacaq. Çünki
«Quqark»ın müəllifi sifarişlə yazı yazmaq növbəsinə dayanan tənqidçilər üçün cəlbedici obyekt
deyil, nə onun vəzifəsi var, nə də ortabab qonaqlıq verib hansısa mirzənin
cibinə pul basacaq qədər
imkanı və ürəyi...” (http://kultaz.com/2011/08/15/quqarka-qeder-ve-quqarkdan-sonra/)
Yəni bu belədirmi? Görən, hardan yaranır zəmanəmizin həmin bu – yalnız və yalnız sifarişlə
yazan (həm də necə ucuz!) Tənqidçi obrazı? Hövlnak həmkarlarıma səslənirəm: e-heyyy
tənqidçilər!, könüllü ya naçar adımıza Tənqidçi titulunu yaraşdırıb Ədəbiyyatın bu daim keçilməz,
xam sahələrində qələmlə torpaq çevirən bizlərikmi həmin karikaturun yiyəsi?! Ya nəsə burda bir
yanıltmaqlıq-yanıltmaclıq var?