Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
103
FEYZİYYƏ HACIYEVA
* * *
vətənmi
anadan əzizdi,
ya anamı vətəndən? -
əcəb gülməli sualdı,
ağladım gülməkdən.
vətən anamdan əziz olsaydı,
anamı yox,
vətəni dalıma alıb,
qaçardım Qarabağdan.
* * *
Qarabağa nəsihət
gözəl qızım,
qismətləri sən olmayan igidlərin
gözləri hələ də səndədir.
nə olsun ki,
«qaçırılmış qızı geri qaytarmazlar» - deyib
səni qaytarmağı özlərinə ar bilirlər.
amma düşmənə yar olmağını ar bilmirlər.
yüz qızdan birini seçdilər,
yolunda candan keçdilər,
“bala, bala, gəl”
- dedilər,
“qaçma, gözəl” - dedilər,
“hardan olsan səni taparam,
alıb qaçaram” - dedilər.
gözlərin arxada qalmasın, qızım,
arxanca gələn olmayacaq.
dilini şirin elə, yerini rahat.
barı çalış özün xoşbəxt ol,
balalarından muğayat.
* * *
sən qürbətdə doğulmusan,
sən qərib övladısan
sən vətəndə doğulmusan,
sən vətən övladısan.
bu torpaqlar -
atan üçün yurd yeridi,
anan
üçün qürbətdi,
o torpaqlar anan üçün yurd yeridi,
atan üçün qürbətdi,
bu torpağın insanları
atanın doğmaları,
ananın yadlarıdı.
o torpağın adamları
ananın doğmaları,
atanın yadlarıdı.
o torpaqda da, bu yurdda da
qürbətdəsən, qəribsən.
o torpaqda da, bu yurdda da
vətəndəsən, vətənsən.
qürbətlərin, vətənlərin arasında
qalan balam,
nə qürbəti, nə vətəni olan balam.
qalmısan yolayrıcında,
arzu ayrıcında.
kimin doğma, kimin yaddı, seçəmmirsən,
nə doğmandan, nə yadından keçəmmirsən.
haça yollar qollarında uyuyanım, ovunanım,
qalmısan, ağlaya-ağlaya
önündə doğma yadların,
arxada yad doğmaların.
göz yaşının damlasına qurban olsun
bu vətən də, o vətən də,
o qürbət də, bu qürbət də.
sənin yurdun,
sənin evin
o üzdə də, bu üzdə də
doğma yadlarının,
yad doğmalarının sevgisidi, qayğısıdı.
gör nə qədər sevənin var, başına dönənin var,
körpə balam,
bu diyardan, o diyara körpü balam.
¹2(3) èéóí 2012
104
ŞƏHRİYAR DEL GERANİ
Müharibədən qayıdandan 3 il sonra yazacağım şeir
bağışla əzizim,
qollarım yoxdu
səni qucaqlayam...
düşüb əcəb qarışdı
Kəlbəcər çöllərinə...
bağışla... görüşünə yubandım
Bakıda kasaddı
əlil arabasına
uyuşan yollar...
sağ ayağımı Zəngilana verdim,
yeriyə bilmirdi yazıq Zəngilan...
gördünmü aldıq torpaqları
işğal olmuş bədənlərimizlə?!
gördünmü hasarladı nazirlər
Cıdır Düzünü...
bəzədilər küçələrin
çapılmış üz-gözünü
yaraşmadıq
vətənə
bürüdülər hər tərəfi
Röyanın şəkillərinə,
həvədiş idmançıların
çılpaq bədənlərinə...
ancaq, bilirsənmi,
qollarımın tutmadığı
hava boşluqlarında
həmişə yağış yağar,
külək əsər ayağımın
düşmədiyi iz yerindən,
deyirəm, son dəfə 3 il öncə
olmuşam o yerlərdə,
görəsən qollarımın üstündə
tikilən binaları görə
biləcəmmi heç...
görəsən,
özündən qovulmuş
vətəndaşlarımızı,
qaçqın düşmüş bədəndaşlarımızı
hara köçürdəcəklər heç...???
SƏRDAR TAĞIYEV
“ZORLAMAYIN” ŞAİRLƏRİ
Sol yumruğu başından yekə şair dostlarıma
Bəlkə də ən böyük arzuları bal arısını öpməkdi
Bir şıltaq qız dilindən şeirlərini eşitmək onlarçın xoşbəxtlikdi
Nəyi var bu yetimlərin?
Qürurludurlar?
Yalandı.
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
105
Qürurları bir cüt ala göz qarşısında aciz qalandı.
Düşüncələri anormal olsa da, normal qucağa ehtiyacları var.
Nəyi olmasa da ehtiyacları var.
Şair olan gündən ailələrinə xəyanət ediblər.
İndi toxunduqları yerdən “hamilə” qalırlar.
Sonra şeirlərini sakitlikdə “doğurlar”.
Eynən bioloji doğuş kimi
Ahlarını pıçıltılarla boğurlar
Bu zaman heç də analardan az əziyyət çəkmirlər
Ana bətnində gəzdirdiyi tək onlar da qəlbində gəzdirir
böyüdür şeirlərini
Mamaçaları qaranlıq gecələr.
Bəzilərinin şikəst doğulacağından qorxub çarəni “obort”da görürlər
Onları Feysbuk qəbirstanlığında status qəbirlərində gömürlər.
Birini sağlam doğurlar, birini xəstə
Biri bir əsr yaşayır, biri bir həftə
Hə, övladlarının atası da var: Cəmiyyət
Odur ki, “zorlamayın” şairləri
ki, övladlarının adı olmasın Əziyyət, Xəyanət, Nifrət!
Olsun Duyğu, Sevgi, Əmanət.
P.S Təvəllüdü: 06.12.11
TOĞRUL İBRAHİMLİ
GİZLİ ŞƏHƏR
.. Mövsüm payız
Üzümdə sarımtıl bir hüzn
Yeriyirəm səkilərində
Bu
möhtəşəm şəhərin
Nələr gizli bu gecə qoynunda?
Hansı yalana aldandı uşaqlar?
Kim kimi öldürdü?
Titrəyən əllərini bu gün kim öpdü?
Baxıram axıb gedənlərə.
Çaşqınam içimə dolan sözlərə
Bir başqa doğacaq gün yenə.
Körpənin balaca əlləri ilə möhkəm-möhkəm
tutduğu
Bir barmaq qədər köməksiz ruhum.
Daxilimi yandıran qoxunla
Xatirələrimi buraxıram hər addımda
Ardımda bir qadının ayaq izi.
Bu yorğun gecəni qarşılayıb qonaq edən
Bütün yalnızlıqların içindəkiləri süzüb,
Sənə eşq, sənə şeir yazan
Yoxsul bir adamam.
Bir
daha bil
Bu şəhəri və səni sevirəm...