Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə2/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   2   3   4   5   6   7   8   9   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
5
              
КИТАБ  ТЯГДИМАТЫ,  САТЛЫГ 
ОЛМАЙАН ГЯЗЕТ,  МЯДЯ САНЖЫСЫ... 
 
(Baş redaktorun qeydləri) 
   
Bir yazıçının kitabının təqdimatı idi. Bizlərə nisbətən  əli isti  birisiydi. Amma insaf naminə 
deyim ki, qələmi olan adamdı. Nəsə, orda çoxlu tanış üzlər, tanış sifətlər gördüm.  
Biz belə görmüşdük ki, yazıçı qələm dostlarına kitabını hədiyyə edər, avtoqraf yazar. Bu dəfə 
fərqliydi. Kitabı elə yerə qoymuşdular ki, ordan keçən hökmən pulla almalı idi, ya da içəri keç-
məkçün “çornı xod”dan istifadə etməliydi. Bir-iki qələm dostum elə ordan keçdi, düzü cibimdə iki 
kitabın pulu olsa da, mən utandım və 5 manat verib kitabı alaraq əsl girişdən dik keçdim.  
Nəsə, orada verilən pulsuz çaydan içə-içə söhbətləşirdik. O biri girişdən sivişən  şair dostum 
qulağıma pıçıldadı: “Kitabı pulnan aldın? Neçəyədi?” 
Cavabımı  eşidəndən sonra o da gedib kitabdan birini aldı  və yazıçıya yaxınlaşıb avtoqraf 
yazdırdı. Sonra yazıçıyla  şəkil çəkdirdik, sonra yenə ordan-burdan danışdıq. Hər  şeydən danışdıq, 
təkcə ədəbiyyatdan və elə o kitabdan da danışmadıq. Tək bir yazıçıdan başqa hamı qaşqabaqlı idi. 
Bu o yazıçıydı ki, yaşı filan qədər olsa da cavan qalmışdı, həmişə cavanların içindəydi və üzündən 
gülüş əskik olmazdı. Mənə də söz atdı və özü də güldü, məni də güldürdü: “Ağdərəli, xoş gördük!” 
Vəssalam.  
 Buranın bir yaxşı cəhəti vardı ki, cəbhələşmə götürülmüşdü. Həm o tərəfdən (AYB), həm bu 
tərəfdən (məlum tərəf və  hələ  məlum olmayan tərəflər) adamlar bir yerə  yığışıb burun-buruna 
danışır, hərdən xısın-xısın gülüşürdülər də. Bu, bir növ fərqli təqdimat idi. Çıxış-filan yoxdu. Eləcə 
kitab satılır və imzalanırdı. Təkcə müəllifin arabir şən səsi eşidilirdi – təzə qonaqlarını qarşılayır, 
nəsə deyirdi. Və tez-tez qulağıma dəyən səs: “Heç yaxşı olmadı, sizləri bu gün mən xərcə saldım.” 
(O biri qələm dostlarımı bilmirəm, mənim hərdən əlimi aparıb yerində olub-olmadığını yoxladığım 
düz  5 manatım vardı ehtiyatda) 
Bayaqkı şair dostumla kitab rəflərindəki təzə kitablara həsrətlə baxa-baxa “gör bir kənar adam 
var, hamısı  qələm sahibləridir” kimi giley-güzar edirdik ki, bir nəfər qəfil aldı başımın üstünü: 
“Müəllim, salam! Bu nə şölənd belə?” Düz eşitdiniz, “şölən” dedi. Mən də bu qalstuklu “şölənbaza” 
bir söntəmsiz cavab axtarırdım ki, birdən onun kimliyini  xatırladım və üzünə gülümsəməkdən 
başqa çarəm qalmadı. Axı o gileyləndiyimiz yeganə adam idi – OXUCU! Və ikiəlli onunla görüşüb 
dedim ki, dostumuzun kitabının təqdimatına yığışmışıq. O da qayıtdı ki, bəs sənin (deyəsən “sizin” 
dedi axı?!) kitabının belə şöləni havaxt olacaq? 
Tərsliyə bax, düz bir il əvvəl təqdimatı olmuş kitablarım iki metrliyimizdə qalaqlanaraq bizə 
baxıb “gülümsəyirdi”. Və  mən o yığın-yığın kitablarımı  şəstlə  “şölənçiyə” göstərdim. O da şəstlə 
birini götürüb arxasına – qiymətinə baxdı, sonra “arvad-uşaq burda alış-verişdədir, sizi görüb 
gəldim, üstümdə xırda yoxdur, gəlib alacam” deyərək aradan sivişdi. 
Bu cansıxıcı  tədbir isə qurtarmaq bilmirdi.( Dostum gərək bağışlasın, vallah beləydi.) Və  ən 
qəribəsi də buydu ki, heç kim getmək istəmirdi. Səbəbini... Qoy bu elə belə qalsın: bir daş altda, bir 
daş üstdə... 
Təzə açılmış bu alış-veriş  mərkəzinin həyətində (tamam unutdum, tədbir elə burdaydı) 
təxminən otuzacan adam vardı  və hamısı da ciddi-cəhdlə  qəzet oxumaqla məşqul idi. Çaşmışdım. 
Bura bizim şəhərdir, bu, bizik? Hamı eyni vaxtda niyə  qəzet oxusun ki!? Bəyəm biz rusuq?  Ya 
hansısa avropalı-zadıq? Diqqətlə baxanda gördüm ki, hamı deyəsən eyni bir qəzeti oxuyur. Elə bu 
çaxna-vaxnada ikən bir qız aldı başımın üstünü: “Pulsuz qəzet!” deyib hamının oxuduğu rəngli 
qəzeti zor-xoş əlimə dürtüb uzaqlaşdı. Adını oxumağa macal tapmamış, “satılmırıq” sözü diqqətimi 
çəkdi. “Nə yaxşı, nə yaxşı” deyib mən də girişdim bu qəzeti vərəqləməyə. Və gördüm ki, həqiqətən 
satlıq deyilmiş...  
Amma hamı qəzet oxuyurdu... 
Metroda 5 manat verib aldığım kitabı vərəqlədim. İnsafən dəyərdi.  
Üç şey yol boyu fikrimdən çıxmırdı: “şölənçi” kitabımı aldımı? Bizdə satılmayan  varmı? Ora 
yığılanlar dağılışdılarmı? Və bu vaxt mədəm bərk sancdı: yemək vaxtı idi.  


¹2(3)    èéóí 2012 
 

    
    
   
A N Ы M 
        
 
 
Ì.ß.ÑÀÁÈÐ – 150 
 
 
 
SABİR ÖZÜ, SÖZÜ 
VƏ DÖVRÜ HAQQINDA 
 
Bu il böyük Sabirin 150 yaşı tamam olur – 
M.F.Axundovdan 50 yaş cavan, bizlərdən 150 yaş 
böyük Sabirin. Təkcə 150 yaşmı? Xeyr. Sabirdən 
soruşublar ki, Səhhət böyükdür, siz? Ustad Sabiranə 
cavab verib: “Yaşca mən böyüyəm, başca o.” Gözəl 
cavabdır, deyilmi? Bəli, o bizdən yaşca da, başca da 
böyükdür.  Əgər 150 ilin problemlərini tənqid et-
məkdə o bizdən cəsarətliydisə  və bu problemlər bu 
gün də həll edilməyibsə, günahkar Sabir deyil, bizik. 
“Daş qəlbli insanları neylərdin, ilahi?” deyən Sabirin 
acığına analarımızın  bu gün  doğduğunun onda yeddisi daşdırsa, Sabir buna neyləsin?  Ən gözəl 
adətlərimizdən olan daş-qalağı, daşlamanı Sabir misralarında  əbədiləşdirəndən 150 il sonra 
(“Adətimiz daş idi dava günü, Tullar idik əldə sapand qıjhaqıj!”) biz yenidən o adətə qayıtdıq : biri 
yaltaqlıq etməyəndə, sözü üzə deyəndə,  əl öpməyəndə, kiminsə adamı olmayanda, yuxarıların 
ətəyində namaz qılmayanda daşqalaq eliyirik, anasından əmdiyini burnundan gətiririk və həkəza. 
Sabirin bir hekayəsi var. Hekayə deyəndə,  əslində o vaxtın qəzetlərində gedən bir xəbərdir, 
amma Sabir onu əsl hekayə kimi işləyib. Yazır ki, bir gün bir kişi gecə vaxtı  əlacsızlıq ucundan 
birinin hündür hasarın aşıb həyətindən oğurluq etmək istəyir. Və  nə yazıq ki, qəfil ayağı  pərtir, 
düşür bir ucu sivri payanın ystünə. Paya bu bədbəxtin bədəninə elə batır ki, ondan xilas ola bilmir. 
Di gəl ki, xəcalətindən səsini çıxartmır. Səhərəcən onu qan aparır və ölür. 
Ibrətamiz hekayədir, deyilmi? Yenə bu günün oğruları yada düşür. Elə bil Sabirin acığına 
bunlar  şüdd eləyirlər. Oğurluğu, karrupsiyanı, rüşvəti qanuniləşdiriblər sanki. Nə sanki?! Daha 
sankisimi qalır! Eh, dərd bir olar birin deyərsən... Elə bu dərdlər Sabiri çərlətmədimi? “Arizi qəmlər 
əlindən” ürəyini  şişdirmədimi? Bəsdir, gəlin sözü Sabir şeirinə verək. Özünü, sösünü, dövrünü, 
dövranını (elə bizləri də!) ondan başqa kim tanıya bilər ki? 
 
À.ÃÀÐÀÄßÐßËÈ 
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə