Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə8/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   4   5   6   7   8   9   10   11   ...   83

¹2(3)    èéóí 2012 
 
18 
Sonra tələsmədən, güc işlətmədən Çiçəyi  əvvəlcə çarpayıda oturtdu, sonra uzandırdı. O, 
uzananda anladı: daha bu mehriban kişidən qorxmurdu. Onun hərəkətləri həm oyuna oxşayır, həm 
də  Xalidəni xatırladırdı, elə bil onun qılığına girmək istəyirdi. Onun uzun saçları qaşlarının üstünə 
düşürdü, qadına oxşadırdı onu. Çarpayının ayaq tərəfindən  əli ilə neçə qarışsa ölçdü, sonra qızın 
dizinin üstdən tutub qarışının axırıncı yerinə sarı aşağı çəkdi. Ehtiyatla dəmir çarpayının qırağında 
oturdu. Ciçək gözlərini yummuşdu,  əlini kişinin qasığına sarı aparmaqdan özünü güclə saxlayırdı. 
Onun əlləri qadının bədənində gəzməyə başladı. O nəsə pıçıldayırdı, ona xoş sözlər deyirdi: 
–Sənnən müşk iyi gəlir, mənim ağ  mərmərim... Yırğa –dünyanın  şirinniyidi...Onu da bizə 
qadın verir... 
Çiçək sözləri eşidirdi, amma mənasını  kəsdirə bilmirdi. Kişi  əlini götürüb qoyanda onun 
göbəyinin altı səksənirdi. Nəfəsi də daralırdı, ağrılar da yox olmuşdu. Axır ki, Teymur özünü qızın 
üstünə saldı. Amma tez də düşüb Könülün çarpayısına tərəf getdi, onun adyalını götürüb dəmir 
çarpayının ayaq tərəfinə qoydu. Təzədən qadının üstünə qalxıb ayaqlarını dayamaq üçün yer 
rahladı... 
 Gözləri yumulu olsa da Çiçəyin əli onun şeyində idi... Bir hovur sonra qadının göbəyinin altı 
göynədi. Teymurun zirkilərindən  dəmir çarpayı cırıldadı, kişi çarpayını elə bil sındırmaq istəyirdi
heç yırğa eləmirdi. Sonra Çiçəkdən qiyyə  çıxdı, Teymur əvvəlcə  səksəndi, bir an dayandı, sonra 
hərəkətə keçib boğula-boğula dedi: 
–Sənün qiyyön də varmış, abi quşum,–  burada nəfəsi kəsildi, dalını deyə bilmədi, qadının 
üstünə çökdü. Ağır-ağır tövşüyürdü, Çiçək dərisində onun sinəsinin, üzünün tərini hiss elədi. 
Qalxıb tələsmədən geyinəndə kişi daha bir kəlmə  də danışmadı. Heyi qalmamışdı, 
mehribanlığı yoxa çıxmışdı. Çiçək isə uzandığı yerdə elə bil uçurdu, elə yaxşı uçurdu ki, gözlərini 
də yummuşdu, Teymurun varlığı da yaddan çıxmışdı.  
Pencəyi geyib kepkasını qoyandan sonra kişi əyilib Çiçəyin balışının altına nəsə qoydu. Sonra 
qadına son nəvazişini göstərdi: hərəkətsiz lüt uzanmış qadına baxdı, belə cavan və belə abırsız 
olmağına görə başını buladı, adyalı üstünə saldı. Ürəyində heyfsiləndi: qaranlıqda gözü heç nə 
seçmirdi, bu ağ bədəndən yaddaşında heç nə apara bilməyəcəkdi.  Könülün adyalını yerinə qoydu. 
Otağın kandarında geri dönüb üzünü seçmədiyi uzanmış qıza sarı bir də baxdı,  heydən düşmüş səsi 
ilə dedi: 
–Sən gedincə pensiyamı alsam, bir də gəlləm. Səni bura salannarın atası-anası ölsün... 
Çiçək onun uzaqlaşan ayaq səslərini eşitmədi... 
On dəqiqə sonra otaqda işığı yandırdılar. Çiçək qalxmadan əlini balışın altına saldı. Orada 
balaca bir qırmızı alma, iki inək şəkilli konfet və iki əzik manat var idi. Konfetləri görəndə Çiçək 
möhkəm ac olduğunu hiss elədi.  Əvvəlcə konfetləri, sonra almanı yedi, amma doymadı. 
Qasığındaki ağrılardan necə uçduğunu təzədən xatırlamaq üçün gözünü yumdu. 
–A qəhbə, o nə qiyyədi çəkdin, polislər eşitdi, qonşular da eşitdi.. Özüvü mələk kimi 
aparırsan.. Gör səni necə minəcəklər...Qızlar da saçuvu yolacaq... 
Çiçək adyalı üzünə  çəkdi, o həm utanırdı, həm də gülmək istəyirdi. Öz qiyyəsi isə yaxşı  
yadına  gəlmirdi. Ancaq yırğa vaxtı boğulmağı yadında idi, az qaldı bağrı çatlasın, hə, nəfəsi qıyyə 
ilə birdən açıldı. İçi nə iləsə doldu, onu çəkisiz elədi, sonra uçurtdu, lap quş kimi uçurtdu. Qulaqları 
da səssiz fışıldayırdı. 
–Nə qədər verdi? 
Çiçəkdən səs çıxmadı. Könül sualını neçə  dəfə  təkrarlayandan sonra axır ki, Çiçək üzünü 
açmadan əlini balışın altına salıb iki əzik manatı tapdi, qaldırıb başının üstündə bayraq kimi yellədi, 
adyalın altda öz hərəkətinə güldü. Pulu təzədən balışın altına qoydu. Bu anda o, son iki gündə 
gördüyü pis şeylərin hamısını unutmuşdu, onun üçün maraqlı  və gülməli həyatı görürdü. Bunlar 
görüb-eşitmədiyi təzəlik idi, o təzə bir qapıdan harasa girmişdi,  haralığın  onuncun fərqi yox idi, 
əsas o idi ki,  onun  balaca uşaq aləmi böyüyürdü... 
Könül  onu başa düşmürdü. Çiçəyin qiyyəsi ona deyirdi: bu qız çoxdanın  qəhbəsidi, amma 
uşaqyana hərəkətləri bunun əksini göstərirdi, onda sadəlövhlük olduğunu deyirdi. Könül sayırdı ki, 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
19
adamları tanıyır, yaxşı tanıyır. Amma bilirdi ki, bu yolda olanların hamısında nəsə qəribəlik var idi. 
O özünü ağıllı sayırdı, bircə qorxurdu ki, Çiçək ondan ağıllı və çoxbilmiş çıxmasın. Çiçəyin qiyyəsi 
ilə susmağı düz gəlmirdi, burda nəsə sirr vardı.  
Könül bunu fikirləşəndə Çiçəyin qonşu çarpayının başına atılmış göy güllü pamazı xəstəxana 
köynəyi və göy xələtı gözünə dəydi. Qalxıb geyinməmişdi. Bu da qəribəlik idi. Könül tələsmədən 
qalxıb Çiçəyin çarpayısına yanaşdı,  çünki gördüyünə inanmaq istəmirdi, onun adyalının ucunu 
qaldırdı, yenə çaşıb qaldı. Qadın yataqda lüt idi. Könül o biri çarpayıdan köynəyi və xələtı götürdü, 
sonra Çiçəyin üzünə çəkdiyi adyalı qaldırıb əlindəkiləri qadının üstünə atdı: 
–Dur geyin, burda özüvü belə göstərmə, minərlər səni...– dedi, –tez, bu gecə yenə kliyentlər 
olacaq... Köynəyini geyin, sonra uzan... 
Birinci dəfə bura düşənnən Könül bilirdi: təzə  gələn günlər burda kliyentlər olur, hamı  təzə 
qızlarnan olmaq istəyir. Ona görə  təzə  xəstələrin gəlməyi burada balaca hadisə olurdu. Buranın 
müştəriləri çox deyildi: yaxın qəsəbənin cavan, həmişə kefli  işsizləri və bura işləyən bir necə 
anaşaxor, ya iynə vuran taksi sürücüləri və onların  ətrafı idi. Onlara buranın xəstəxana olmağı bir 
şey demirdi. Amma qapıda duran polislərin xəstələr haqqında dəqiq məlumatları vardı: xəstələrin az 
bir qismi digər xəstəxanalardan bura müalicəyə göndərilirdi. Onlar həqiqətən xəstə idilər, gəldikləri 
yerdə bu xəstəliklər aşkar edilmiş olurdu. Bunların əksəriyyəti ərlərindən yoluxmuş ev qadınları idi, 
fahişə deyildilər. Onlarla heç kimin işi olmurdu, olanda da qalmaqaldan başqa nəticə vermirdi. 
Ikinci cür xəstələri polis bura göndərirdi. Bunların hamısı peşəkarlar, daimi yaşayış yeri 
olmayan, haradansa Bakıya gəlmiş qadınlar idi. Bunlarda heç vaxt ciddi xəstəlik tapılmırdı, ancaq 
bütün qadınlarda olan bakteriyalar aşkar olurdu. Bunlar sahibsiz və köməksiz idilər. 
Çiçək tənbəl-tənbəl qalxıb uzun köynəyi və  xələti geydi, təzədən uzandı. Peysərindəki ağrı 
keçməmişdi. Amma Könülün “təzə klieyntlər”  deyəndə  nəyi nəzərdə tutduğunu başa düşmədi. O 
yatmaq istəyirdi, yuxuda vaxt tez keçirdi. Həm də istəyirdi səhər açılsın və Novruz gəlib onu evə 
aparsın, bu qara günlər bitsin. Hə, mütləq bitməli idi, mütləq. Amma o evdə deyildi, heç nəyə 
oxşamayan xəstəxanada idi, bircə gün tanıdığı Könülün yanında idi. Təzə hadisələrin olacağı ona 
aydın idi. 
–Yat dincəl, təzə kliyentlər saat birdən sonra gələcək. Taksilər  əl-ayaq çəkiləndən sonra 
gəlir...– könül  palatanın işiğını söndürüb öz yerinə uzandı. 
Binada sakitlik idi. Çiçək bilmirdi Teymurnan belə davrandığına necə baxsın: yaxşı ya pis? 
Qızlar pis baxırdılar, bunu görürdü. Amma özündə də bir günah görmürdü.  Necə aparası idi özünü? 
Bir də kişini o çağırmamışdı, heç tanımırdı onu. Könül də bir tərəfdən onu fağır olmağa təhrik 
edirdi. Polislər gələr, sənə belə elər, helə elər. O nə eləsin, başına nə kül töksün, kömək istəməyə 
adam da yoxdur. Çiçək xlor iyi verən bu xəstəxanadan qaçmaq, pis  vəziyyətdən uzaqlaşmaq 
istəyirdi. Gözünü uyman kimi  huşa getdi. O bilirdi ki, onu bir necə saata gəlib aparasıdılar, bu 
təsadüfi macəra bitməlidi. Ona görə heç kəslə kəlmə kəsmirdi, bu adamlarla özü arasında ortaq bir 
şey görmürdü. Həm də o vaxt anası döyüləndə, evdə mərəkə düşəndə Novruz ona demişdi: susmaq 
həyatda  ən yaxşı  şeydi. Bir də narazı olanda, etiraz bildirmək istəyəndə dili bağlanırdı, lal kimi 
olurdu. Bu, şok kimi bir şey idi. Könülün şübhələri əsaslı idi, onda normaya uğun gəlməyən şeylər 
vardı.  
Bu fikirlərlə yuxuya getdi. Koridorun zəif işığı palatanın yarıörtülü qapısından otağa düşürdü. 
Birazdan Könül qadının mışıltısını  eşitdi. Özü yata bilmirdi. İstəyirdi kliyentlər mütləq gəlsin və 
ona pul versinlər. O, sabah kərə yağı və mineral su almalı idi. Bunların olmağı burada seçmə adam 
olmağa bərabər idi.  
İki saat sonra Könül ayaq səsinə , kiminsə palatada işığı yandırmağına oyandı. Bu bayaq gəlib 
Könülü aşağı aparan gonbul qadın idi. Onun enli bədəninə görə  ətsiz, girdə sifəti, iri, səbəbsiz 
gülümsəyən gözləri vardı. Yaşı otuzu ötmüş olardı. Könülün çarpayısına yanaşıb dedi: 
–Könülka, dur gedək aşağı, balaca iş var... 
Könül gözünü açıb üzünü turşutdu, gonbulun üzünə baxdı. Təzəcə yuxuya getmişdi. 
Gonbulun  əlində telefon vardı. Könül bilirdi : özününkü deyildi, polislər  əlaqə saxlamaq üçün 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə