Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə10/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   6   7   8   9   10   11   12   13   ...   83

¹2(3)    èéóí 2012 
 
22 
–Ay qız o xəstədi, uşaq kimidi, –Könül etiraz elədi. 
–Siz ortağsız? 
–Yox, o bizim məhəllədə qalır... 
–Cəhənnəmə qalır, biz bəyəm  şey görməmişik?  İki manata elə anqırmaq olar?–Gonbul 
deyəsən Çiçək üçün məhkəmə qurmaq planı düzəltmişdi gecə.  
Buranın bekarçılığından hər cür arvad hoqqası olurdu. Bunu Könül də başa düşürdü. Amma 
fahişələrin yazılmamış qaydası vardı: kliyentə qarşı əsil hiss-filan olmamalı idi. Ona görə ki, onların 
sənəti pul qazanmaq idi, ancaq öz işlərini görməli idilər. Məhəbbət, dostluq onların işi deyildi. 
Köhnə, qoca fahişələrdə kişilərə qarşı  qərəzli bir münasibət olur. Çünki onların yaxşı  hərəkətləri, 
səxavəti tez yaddan çıxır həmişə. Pis, qəddar, qadının pulunu kəsməklə bağlı hadisələr nağıl olub 
illərlə onların dilində gəzirdi. Bir də fahişəlik ovçuluğa bənzəyirdi: məqsəd çox pul qopartmaq idi. 
Kişi də  əbədi ov rəqibi sayılırdı. Bu qadınların  ən romantik xatirələri havaxtsa qazanılan böyük 
puldan olurdu. Pis xatirələri də itirilən pullardan. Ona görə bu sənətdə bir neçə illik işdən sonra 
fahişələrdə bütün kişilərə qarşı şəkkak bir münasibət yaranırdı. Əsil ustalıq təkcə yataqda düz və tez 
işləmək deyildi, həm də kliyentə inanmamaq, onunla mütləq saxta olmaq idi. Fahişənin sevdiyi kişi 
də ola bilər, amma bu, kliyentlərdən ola bilməz. Ona bircə kəlmə də düz, səmimi söz demək, busə 
bağışlamaq olmaz. Axı yazılmamış qanunda bunlar və bunların dəyəri yoxdur. Ona görə Çiçəyin 
qiyyəsi qaydaları pozmaq kimi də qəbul edilmişdi. Heç bir bəhanə buna haqq qazandıra bilməzdi. 
Ona görə Könül onu bura təsadüfi düşmüş adam kimi təqdim eləməyə çalışdı. 
–O bizim işin adamı döyür, başa düş, o uşaq kimidi, xəstədi,– Çiçək təkid elədi,– soruşsan 
özünün də yadına gəlməz, uşaqlar həyətdə qaçışanda qıy çəkmirlər, bax elədi, mama canı, yəqin o 
özü bilməyib... Yəqin həkim onu saxlamayacaq burda... 
Könülün sözləri öz işini gördü, qadınlar hərəsi bir söz dedi, amma qəzəb aradan çıxdı. Könül 
yuxarı qalxıb Çiçəyi yataqdan qaldırdı. O key halda idi, hanan-hana özünə gəldi.  
–Gedək çay içək, sonra acarsan, əziyyət olar sənə... 
Çiçək key-key ayağının altına baxırdı, deyəsən fikrini toplamaq istəyirdi, gecə baş verənləri 
yadına salmaq istəyirdi. Amma peysərindəki ağrı, çiyinlərindəki ağırlıq ona mane olurdu. Könül 
onun üzünə baxdı, yaxınlaşıb əlindən tutdu, yeməyin vaxtını keçirmək olmazdı. Qız qalxdı, Könül 
çarpayının başından göy xələti ona uzatdı, geyinməyini gözlədi. Sonra yüngülcə onun qoluna girib 
qapıya tərəf apardı. Palatadan bir az uzaqlaşandan sonra Könül bütün qılığını toplayıb dedi: 
–Qızlar qiyyədən danışsa, heç nə demə...– Könül bunu deyib dayandı  və diqqətlə Çiçəyin 
üzünə baxdı,– başa düşdün? 
Çiçək başı ilə hə dedi, amma sonra Könülün üzünə baxmadan yavaşdan soruşdu: 
–Qiyyə nədi? 
Könülün boğazı qurudu. Bu,  Çiçəyi gördüyü vaxtdan ondan eşitdiyi ilk söz idi. O xeyli 
Çiçəyin üzünə baxıb fikrə getdi. Bu qızdan heç cür baş çıxara bilmirdi. Çiçək lal deyildi, amma bu 
qədər susmağı  necə bacarırdı, Könül mat qalmışdı. O özü bunu bacarmazdı, bu qız da artistlik 
eləyənə oxşamırdı. 
–Hamı səni lal sayır,– Könül yenə pıçıltı ilə danışırdı,– aşağıda cinqıruvu çıxartma, bəlkə səni 
burdan buraxdılar. Sən birinci kliyentnən olanda kayfdan qışqırmısan. Yadında yoxdu? 
Çiçək çiyinlərini çəkdi, sonra qızardı, deyəsən nəsə xatırladı. Amma heç nə demədi. Onlar 
pilləkənə tərəf  bir-iki addım atandan sonra Könül qızın qulağına dedi: 
–Bütün bina eşidib... 
Könül belə deyəndən sonra Çiçək nəsə  ədəbsiz iş gördüyünü hiss elədi, yenə  qızardı. Könül 
başını buladı. Çiçəyin  uşaqyana köməksizliyi onu hami roluna girməyə  məcbur edirdi. Səhranın 
ortasındaki bu xəstəxanada, həbsə oxşar həyatın içində bu onun xoşuna gəlirdi, onun mənasızlıqdan 
bir az xilas eləyirdi.  
Onlar pılləkənlə birinci mərtəbəyə düşüb yeməkxanaya girdilər. Stollarda oturan yeddi-səkkiz 
qızın nəzərləri onlara dikildi. Amma Könül heç kimə baxmırdı, Çiçəyi stola oturdub sıyıq və çay 
gətirmək üçün qapının solundakı stola yanaşdı. Yemək elə axşamkinin eyni olan sıyıq idi. Əlavə 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
23
doğranmış çörək də vardı. Könül əvvəlcə çay süzüb Çiçəyin qabağına qoydu, sonra sıyıqdan iki pay 
qoyub çörəklə stolun üstünə gətirdi. 
–Könülka, yumurtdayan toyuq kimi qiyyə  çəkən budur?–bunu gonbul dedi, qızlar da işarə 
gözləyən kimi bir ağızdan güldülər. 
–Dilüvi farağat qoy, yəqin qulağıvuza səs dəyib, – Könül soyuq səslə dedi, sonra piçiltı ilə 
Çiçəyə dedi– çayuvu iç... 
–Hamımız birdən yuxuda eşitmişik...– qızlar təzədən gülüşdülər.... 
Çiçək xəstələrin gülüşündən azca qızardı, amma başını qaldırmadı, özünü o yola qoymadı. O 
acmışdı, amma qabağındakılar onun yeməyi deyildi. Könül bir-iki qaşıq sıyıq yedi və yavan 
çörəkdən dişləməyə başladı. Çiçək də ona təqlid eləməyə çalışdı. Beş-altı qaşıqdan sonra onun 
sıyıqdan ürəyi bulandı. Könül çörəyin üstünə duz səpib yeyirdi. Çiçək də bir dilim çörək götürüb 
üstünə duz səpdi və dişlədi. Düz-çörək dadlı gəldi ona. Çiçək ikinci dəfə çay süzəndə ağ xələtlı tibb 
bacısı yeməkxanaya girib onların stoluna yanaşdı: 
–Təzə xəstələr sizsiz? 
–Həə. – Könül cavab verdi. 
–İynə otağına gələrsiz... 
Onlar ikinci stəkan çaylarını içib iynə otağına getdilər. Bu, binanın sol əlində balaca otaq idi. 
Nizamla Çiçəyin söhbətləşdiyi otaq. Tibb bacısı xəstələrdən analiz üçün qan götürməli idi, hər şeyi 
hazırlamışdı. Könül Çiçəyi irəli buraxdı. Tıbb bacısı Çiçəyin venasını tapmaqçün xeyli əlləşdi, qanı 
götürəndən sonra ondan soruşdu. 
–Ad-familiyanız? –Çiçək xeyli susdu, Amma Könül onu xilas elədi, əvəzinə cavab verdi: 
–Əhmədova Gülşən, polis başını zədələyib, döyənnən, pis danışır, –sonra uydurma ünvanı da 
dedi. 
Tibb bacısı  nə Könülün, nə  də Çiçəyin üzünə baxdı, xəstəlik tarixçəsini doldurub Könüldən 
qan götürdü. Sonra yenə onların üzünə baxmadan soruşdu: 
–Bədəninizdə, ağzınızda yara-xora yoxdu? 
–Allah eləməsin...– Könül tez cavab verdi, Çiçəyin qoluna girib onu qapıya sarı yönəltdi. 
 Onlar  yuxarı, öz palatalarına qalxdılar, orda Könül xələtin cibindən iki dilim çörək çıxarıb 
Çiçəyə uzatdı, dedi: 
–Mən cuhud qızıyam, hər şeyi bilirəm, qan götürüləndən sonra mütləq nəsə yemək lazımdır, 
birazdan yemək istəyəcəksən. 
Çiçək dilimi alıb nə edəcəyini bilmirdi. 
–Qoy xələtin cibinə... Gördün necə allatdım sestranı? Sən dinməsəydin, o polisi çağıracaqdı, o 
da səni döyəcəkdi... 
Çiçək döymək sözündən pərt kimi olub qızardı. O polisdən qorxmurdu, Könülün onu bu sözlə 
qorxutmağı da acığına gəlirdi. Amma bunu Könülə deyə  bilmirdi. Sonra xələtnən çarpayıda oturdu. 
Fikirləşdi ki, onun yəqin axtarırlar, günortayacan mütləq tapacaqlar. Nərağa müəllim bilsə, onu tez 
tapar. Novruz, Xalidə  yəqin  əldən-ayaqdan düşüb. Birazdan Çiçəyin narın-narın ürəyi bulanmağa 
başladı. Uzanıb gözlərini yumdu. Xəstəxanada gecəki kimi sakitlik idi. 
 
XY 
 
Xalidə  səhər oyananda Çiçəyi evdə görmədi: nə otağında, nə tualetdə, nə  mətbəxdə yox idi. 
Balkona çıxıb həyətə boylandı: orada da gözünə  dəymədi. Xalidəni tər basdı, bu qız hara gedə 
bilərdi? Saat doqquzun yarısı idi. Cabbar hələ yatmışdı. Evin qapısı açıq, açarlar da qapının üstündə 
idi. Axşam qapını bağlamağı  dəqiq yadında idi. Çiçək açarı soyuducunun üstündən, salfetka 
topasının altından götürmüşdü. Fikirləşdi ki, yatanda evin açarlarını bundan belə yastığının altına 
qoysun. İndi o çox suala cavab verəsi olacaqdı.  Qapını açıb liftin qabağına baxdı. Heç kim yox idi. 
Qapını örtüb kilidlədi, amma sonra açdı: Çıçək harada olsa, qayıtmalı idi. 
Xalidənin fikrindən yenə pensiyasız işdən qovulmaq təhlükəsi keçdı.  İstədi Novruza zəng 
vurub desin, amma ürək eləmədi. Fikirləşdi ki, bir az gözləsin. Çiçəyin icazəsiz evdən çixması 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə