Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə13/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   9   10   11   12   13   14   15   16   ...   83

¹2(3)    èéóí 2012 
 
28 
Koridorda gözləyən ikinci polis səsə içəri girib pəzəvəng serjantı qucaqladı. O bilirdi ki
arvadların yava ağzı açılanda dayandırmaq çətindir, artıq qalmaqal bu xəstəxanada heç kəsə lazım 
deyildi. Serjant iş yoldaşını qapıya tərəf çəkəndə  pəzəvəng lap kandarda dayandı. Çiçəyin 
çarpayısına tərəf qayıdıb onun yastığını qaldırdı, altındaki dörd əzik manatı götürüb cibinə qoydu və 
qapıya tərəf getdi. Amma palatadan çıxmamış Könül qışqırdı: 
–Qızın pulunu niyə götürürsən? Qaytar! 
Bu xəstəxanada pul hamının qəbul etdiyi bir güc idi. Bütün  bağlı yerlərdə olduğu kimi, burda 
da pul adi həyatda olduğundan bir baş yüksək idi, hər şeyə qadir və hər şeyi idarə edən qüvvə idi. 
Formal olaraq xəstələrə pul gəzdirmək qadağan deyildi. Amma polislərin təlimatında “yoluxucu 
xəstələrin müalicə yerindən qaçıb  başqalarını yoluxdurmaması üçün bütün qanuni vasitələrdən 
istifədə etmək”, xəstələrə göz qoymaq kimi şeylər var idi. 
–Sən mana yol göstərirsən, dayan, gecə sənə budulka soxacam,– manatları götürəndən sonra 
serjantın səsi sakit çıxırdı. O, otaqdan karidora çıxıb getdi. 
–Gedəcəm baş həkimin yanına!– Könül arxadan serjantı şikayət edəcəyi ilə hədələdi.  
Sonra yıxıldığı yerdən qalxmayan, üzüqoyulu ağlayan Çiçəyə baxdı. O, ovuc içində böyü-
müşdü, bədən cəzası görməmişdi. Həmişə üstündə  əsmişdilər, o yan, bu yanına keçmişdilər. Ona 
görə Çiçək ağrıdan və qəzəbdən ürəkdən elə ağlayırdı ki, elə bil ətini kəsirdilər. Könül burda belə 
ürəkdən ağlamağı başa düşmürdü, axı köməyə gələsi, ovundurası bir adam yox idi. Amma qızın sə-
bəbsiz bu hala salınmağı Könülün də ürəyini yandırırdı. Onun özünə dəyən təpik və şapalaq yadın-
dan çıxmışdı. Çiçək öz xoşuna döşəmədən qalxmaq istəmirdi. Qoluna girib onu qaldırdı, öz çarpa-
yısına tərəf apardı. Çiçək sol ayağını ağrıdan çətinliklə atırdı. Onu çarpayıda oturdub üzündən öpdü: 
–Ağlama, pulu ondan alacağam...–Könül qızın yanında oturub göz yaşı qurumamış fikrə getdi. 
 Şikayətə getsin, yoxsa yox? Öz pulu olsaydı, rahat gedərdi. Pul onun deyildi, onun 
şikayətindən Çiçək çək-çevirə düşə bilərdi. O biri tərəfdən, bir yəhudi qızı kimi onun üçün bir 
manatla bir milyon arasında fərq yox idi, pulu qaytarmaq lazım idi. Hesabda düzlük onun zəif yeri 
idi. Uşaqlıqdan evlərində  qəpik söhbətləri  ən mühüm mövzu idi. Yarım saat götür-qoydan sona 
Çiçək baş  həkimin yanına getməyə  qərar verdi. Axı serjant onun şikayət etməyib geri 
çəkilməyindən ürəklənib gecə onun üstünə  gələ bilərdi, onu butulka ilə incidə, xəstələrin arasında 
alçalda bilərdi. O çox görmüşdü qəddar polisləri, çox. 
Könül Çiçəyi uzadıb üstünə adyal saldı  və ona pulu mütləq qaytaracağından danışmağa 
başladı. Amma Çiçək onu eşitmirdi, indi pul hayında deyildi, serjantın hərəkətinə  qəzəblənmişdi. 
Gözləri bərəlib böyümüş, dodaqları gömgöy olmuşdu.  Burdan çıxmaq, xilas olmaq istəyirdi. İstə-
yirdi ki, atası ağır əsgər çəkmələrində  bura gəlsin, o nataraz serjantı yerə yıxıb təpikləsin.  Könül, o 
biri xəstələr, polislər onun atasının sərhədsiz hökmünü hiss etsinlər, nəhayət, ondan qorxsunlar... O 
gözünü yumanda elə bil ağrının içində itirdi, amma tez də ayılıb gözünü açır, dalınca  hələ  gələn 
olmadığını görüb təəssüflənirdi, təzədən gözünü yumub ağrıları qovmaq istəyirdi, çimir vururdu. 
Pul söhbəti onuncun maraqsız idi. Amma Könül bunu başa düşmürdü. O həm qızı, həm də 
özünü qorumağa məcbur idi. Özünü toplayıb palatadan çıxdı, sağ əldəki pilləkənlər düz baş həkimin 
kabinetinin qabağına çıxırdı. Qəbul otağının qapısı açıq idi. Amma üstündə köhnə kompüter olan 
stolun dalında  heç kim oturmamışdı. Könül qulaq verdi, içəridən də səs gəlmirdi. Kandardan içəri 
girəndə baş  həkimin sol əldəki kabinəsinin qapısını gördü. İçəri boylandı, baş  həkim qəzet 
oxuyurdu. Könül qapının girəcəyində durub dilləndi: 
–Doktor, gəlmək olar? 
Həkim gözünü qəzetdən çəkib qapıya tərəf, göy xələtə bürünmüş Könülə təəccüblə baxdı. Bu 
xəstəxanada xəstələrin bu kabinetə gəlməyi nadir hadisə idi. Könülü yarım dəqiqə süzdü.  
–Gəl,– baş həkim maraqla Könülə baxırdı,– noolub? 
Həkim yaşı  qırxı keçmiş, təmiz ağ dərili, iri şabalıdı gözləri olan hündür qadın idi. Onun iri 
yanaqları  işıq saçırdı, üzündə  rusluğa çalan nəsə vardı. Onun otağı  bəzəkli idi, başının üstündə 
prezidentin balaca şəkli vardı, bahalı ətir iyi gəlirdi. 
–Təzə smenin serjantı palatadaki qızın pulunu götürüb qaytarmaq istəmir,– Könül söhbətə 
başladı,– hələ qızı elə təpiklədi ki, indi yeriyə bilmir, sözdə... 
–Qızın pulunu götürüb sən niyə gəlmisən?–həkim Könülün sözünü kəsdi. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
29
Könül bir an çaşdı, sonra əsas mətləbə keçdi. 
–Dedim qızın pulunu qoy yerinə, məni də döydü, deyir gecə sənə butulka soxacam, indi mən 
qorxuran...–Könül utancaq uşaq kimi ayağının altına baxdı... 
–Pul hardandı sizdə?–həkim bir qədər susub dedi,– sizdə pul olmamalıdı, pullarınız böyük 
tibb bacısında olmalıdı... 
Həkimin səs-küydən xəbəri vardı, amma özünü o yola qoymurdu. Tarix adlı pəzəvəng serjant 
iki həftə  əvvəldən növbəyə  çıxmağa başlamışdı. Həkim də ondan narazı idi. O xəstəxanada öz 
qaydalarını qoymaq istəyir, hər növbədə  nəsə  səs-küy salırdı.  Əlbəttə, o pul qazanmaq istəyirdi. 
Amma nə bunun yolunu bilirdi, nə  də öz səlahiyyətlərini. Xəstəxananın polisləri də  iş vaxtı baş 
həkimə tabe idilər, o bunu yaxşı bilirdi. 
–Bəs pul hardandı?,– həkim sualını bir də təkrar elədi.  
Könül çoxbilmiş olsa da, pul söhbətinin ciddiliyini anlamırdı. Amma həkim birdən qəzəbnən 
danışanda o təəccüblənmədi, çünki, bilirdi: baş  həkim hər  şeydən– qanuni olandan da, qanunsuz 
olandan da xəbərdardı. Bilirdi ki, bunun da çörəyi zülmdən çıxır. Amma pulun haradan olmağı 
barədə onun sözü yox idi. Könül anlayırdı ki, həkim pulun nədən çıxdığın bilir. Amma indi onun 
pulun hardan gəlməyi barədə düz söz deməyi  satqınlıq olardı. Həm Nizamın yanında, həm də 
qızların yanında. O bunu özünə yaraşdırmırdı. 
–Polislər günaşırı  şikayətlənir ki, gecələr sizin tanışlarınız hasardan həyətə düşürlər... –
Həkimin parıldayan sifəti qızarmışdı,– bir ay özüvüzü saxlaya bilmirsiz, bura axı  xəstəxanadı... 
Bura dəlixana deyil...O xəstə  qızı  gətirib salıblar bura, sabah dalınca min dənə zurna gələcək... 
sonra biz bulara cavab verməliyik... 
Çoxbilmiş Könül baş  həkimin hər  şeydən xəbərdar olmağına, hər xırdalığı bilməyinə 
təəccübləndi. O, Çiçəkdən danışırdı, deməli, onun əslində buranın xəstəsi olmadığını bilirdi. Amma 
baş  həkim də polisə qarşı gedə bilməzdi,  əvvəla, qorxurdu, ikincisi, xəstəxana polisin sayəsində 
işləyirdi. Onlar şəhər fahişəxanalarından qızları tutub bura gətirməsəydilər, buranın qapısı 
bağlanardı. Hərdən pulsuz, ünvansız, polisə ağ olan qadınları bura bir cəza kimi  gətirirdilər, Çiçəyi 
də elə gətirmişdilər. Baş həkim bunlara göz yumurdu, bunsuz işləmək mümkün deyildi. Amma bu 
professional olmayan xəstələr daimi baş ağrısı idi. Onlar fağırca bir aylarını burda qalıb gedirdilər. 
Amma on haldan  iki-üçündə sonradan şikayətçi olur və ya başqa bir əngəlləri çıxırdı. 
–Siz tilsimkarsız? –Həkim həvəssiz səslə deyinirdi,– telefonsuz-zadsız öz tanışlarınızı bura 
necə çağırırsız? Belə müsibət olar, dözün də, ölməzsiz  ki, dözün bir ay... 
Həkimin sözündən belə  çıxırdı ki, gecələr gələn kliyentlər həyətə  və binaya polisin xəbəri 
olmadan, hasarın üstündən gəlirdilər. Əlbəttə, bu ola bilərdi. Amma Könül belə bir şeyi burda görüb 
eşitməmişdi. Xəstələrin yanına gündüz vaxtı  gəlmək qadağan deyildi. Amma bu da nadir hallarda 
olurdu, çünki adamı olanlar bura heç düşmürdülər. 
–Alo, İsrafil müəllim, Ayna xanımdı, –həkim kiməsə zəng vurdu,– bu təzə serjant, adı gaavar 
Tarixdi, burda oyun çıxarır, xəstələri döyür, hədələyir, pulunu alır. Siz allah, onu babat bir adamnan 
dəyişin. Bura axı xəstəxanadı, biz müalicə eləyirik, burda adam döymək olar?! Qadına əl qaldırmaq 
olar?...Bir dənə  ərizə  də  gətiriblər üstümə... xahiş eləyirəm,  İsrafil müəllim.  Əvvəlcədən 
minnətdarlığımı bildirirəm.. çox sağ olun... 
Həkim telefonu söndürüb yorğun səslə dedi: 
–Get starşı sestradan kağız al, mənə dediklərüvi yaz ora mənim adıma... 
–Doktor mən satqınçılıq... 
–Qorxma, elə belə yaz ,–həkim Könülün sözünü kəsdi,– bu Tarixi rədd eləyək, sizin də 
canınız qurtarsın. Qorxma, dəftərə salmaqcün yox, kağız olsun əldə... Qorxma, qorxma... Dörd 
manat da qaytarılacaq... 
Həkim pulun miqdarını da bilirdi. Onun diribaşlığı Könülün xoşuna gəldi. O aciz arvadları heç 
xoşlamırdı. Pulun qayıdacağını eşidən kimi ürəyi yerinə gəldi: 
–Sağ ol, həkim. Çox sağ olun Ayna xanım... –Könül otaqdan çixanda bir az rahatlaşdı. 
 Şikayətə  gəlməkdə düz eləmişdi. Gecə qorxulu bir şey olmamalı idi. Qəbul otağından çıxıb 
koridorun o biri başına, böyük tibb bacısının hamamın yanındaki kabinetinə tərəf getdi. İndi onun 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə