Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə15/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   11   12   13   14   15   16   17   18   ...   83

¹2(3)    èéóí 2012 
 
32 
Amma Könül bunu görmədi, çünki gonbulun üzünə baxmırdı, sayırdı, qızlar ona tərəf 
olmalıdı. Gonbul bir qədər gözlədi ki, Könül ona sarı baxsın, nəsə desin. 
–Yaxşı...–Könül qalxıb xələtını geyə-geyə bunu dedi və gonbula sarı baxmadı. 
 Gonbul isə bir az pərt olub palatadan çıxdı. Onun Könülə bir az ürəyi yanırdı. Amma deməyə 
isti sözlər bilmirdi. Xəstə qadınlar hamısı bilirdi ki, şikayətdən sonra gecə  nəsə olacaq. Könül 
görürdü– şikayəti  gonbulun xoşuna gəlməyib. Amma can-candan ayrıdı, Könül özünü haqlı sayırdı, 
çünki Tarix gecə ancaq ona xətər yetirməyə söz vermişdi. O da özünü qorumalı idi, bu xarabadan 
əlil olub çıxmaq istəmirdi. Heçdən əlil, bədbəxt olmuş çoxlu qadın taleləri görmüşdü. 
Könül təşviş içində palatadan çıxıb binanın sol əli ilə birinci mərtəbəyə, Nizamın daimi yeri 
olan iynə otağına düşdü. Qapını döyüb içəri baxdı: ürəyində çox istəyirdi ki, heç olmasa bu serjant 
onun tərəfində olsun. Nizam dünən gecəki kimi  iynə otağının pəncərəsi yanındakı  kətildə 
oturmuşdu. Balaca stolun üstündə külqabı,  plastmas su butulkası  və qara dəmir külqabı, yazılı 
vərəq və qələm vardı. Otaq anaşa  tüstüsü ilə dolu idi. 
–Gəl-gəl,– Nizam demək olar ki, gülürdü,…– Otur… 
Könül onun üzünün ifadəsini görüb bir az toxtadı. 
–Salam Nizam, başımıza işlər gəlib… 
–Canın sağ olsun, düzəlməyən iş yoxdu.. Otur,–Nizam əlindəki papirosu Könülə uzatdı. 
Könül papirosu aldı,  oturub ayağını ayağının üstünə qoydu, dərin bir qullab vurdu. Nizam 
onu danışmağa qoymadı: 
–Xəbərim var hər  şeydən,– dedi, əlini cibinə salıb bir ovuc pul çıxardı, arasından dörd əzik 
manat ayırıb Könülə uzatdı, qızın pulunu verərsən... Bu eşşək Tarix bizə də baş ağrısı olub. Sənin o 
qızın bizim xəstəmiz döyür... Baş  həkim də narahatdı, bu gün-sabah sahibi çıxacaq. Gəlib 
aparacaqlar...Sonra da ora-bura şikayət eləyəcəklər... 
Könül qalxıb papirosu qaytardı, Nizamın uzatdığı pulu alıb xələtinin cibinə qoydu, dedi: 
–Qazdı  gəlmişdi üstümə, qızın pulunu götürdü, dedim qaytar, yazıqdı, xəstədi.  İkimizi də 
təpiklədi. Qız zornan yeriyir... 
–Yaxı eləyib baş  həkimə demisən, danışıb rəisimizlə, burdan götürəcəklər onu, axırıncı 
smenidi, – Nizam Könülü müdafiə elədi. 
Amma qadın bilmirdi ki, Nizamın yekəpər serjantdan zəhləsi gedir. Nizam burda bütün 
qaydaları pul üzərində qurmuşdu və  işin belə davam eləməsini istəyirdi. Puldan hamı razı qalırdı. 
Amma zorakılıq səs-küy yaradır, xəstəxanaya kənar müdaxilələrin yaranmasına səbəb olurdu. Bu 
isə artıq xərc idi: yoxlayanlar da, rəislər də, həkimlər də pul istəyirdilər. Nizam ürəyində bu 
hadisəyə sevinirdi. Baş həkimin dediyinə görə, Tarix buradakı növbədən çıxarılacaqdı. Belə şeylər 
Nizamın mövqeyini bərkidirdi, amma işin, al-verin də zəifləməsinə səbəb olurdu. 
–O qız  fağırdı, şikayət eləyən döyül, – Könül də Nizamı arxayınlaşdırmaq istədi. 
–Şikayəti özü eləmir ki... Onun da pis-yaxşı sahibi var. Düzdü, yaxşı sahibi olan gərək bura 
düşməsin... Amma belə  şeyləri çox görmüşük. Ana-bacısını çölə atannar birdən qeyrət davası da 
eləyir...Bu qəliz işdi, problem yazannar deyil, problem yoxlayannardı, qanımızı içirlər, amma 
xəstəyə görə yox, pula görə... 
–Yox, arxayın ol, o lal-kara oxşayır... 
–Lal-kar döyül, bilirik...– Nizam söhbəti dəyişdi, –Sən gecədən qorxursan?–o, cavab 
gözləmədən davam elədi,– O eşşək piyanisgədi, içsə, nə desən eləyə bilər. Əgər o içgi aldırsa, gəlib 
burda qalarsan, o biri  serjant mən olmasam da sənə deyəcək. Qapını içəridən bağla yat... 
–Allah köməyin olsun, ay Nizam,–Könül razılıq elədi, ayağa qalxdı. 
–Hə, yaddan çıxmışdı, –Nizam stolun üstündən yazılı  vərəqi götürüb qələmlə birgə Könülə 
uzatdı, –bunu baş  həkim xahiş eləyib, birtəhər bu kağızda yazılanı  qız öz xətti ilə köçürsün. Mən 
burdayam, heç hara getmirəm, amma öz xətti ilə, gözləyirəm kağızı. 
–Yaxşı, bir təhər yazdırram,– Könül qələmi və  kağızları götürüb otaqdan çıxdı. 
Pilləkənlə palataya tərəf qalxdı və fikirləşdi: əgər o otaqda yatmasa qızın taleyi necə olacaq?  
Birdən gəlib qızı incidər? Amma Könül bundan o yanı düşünməyə ürək eləmədi. Çiçək palatada 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
33
pəncərə  qırağında durub bayıra, bir-birinə oxşayan  şifer damlara baxırdı. Könül öz çarpayısına 
oturub Çiçəyi yola gətirmək üçün sözlər axtarmağa başladı.  
Sonra baş həkimin adına yazılmış kağızı oxudu.  
“Dünən gecə çoxdan tanıdığım bir tanışım, sürücü yanıma gəlmişdi. Bir butulka pivə içib  
mehribançılıq elədik. Gedəndə mənə 4 manat pul verdi. Səhər təzə növbəyə gələn Tarix adlı serjant  
yatağımda axtarış aparıb pulu götürdü, ona dedim qaytarsın, amma məni təpiklədi.  İndi axsayıb 
gəzirəm. Palata yoldaşım Könülü də təpiklədi. Xahiş edirəm mənim pulumu serjant Tarix qaytarsın.  
İmza. Gülşən Əhmədova “ 
–Pulunu qaytardılar,– Könül ayağa qalxmadan Çiçəyə tərəf baxıb dedi, sonra qalxıb pəncərə 
qabağında duran qıza sarı getdi. 
Çiçək palata yoldaşının nə dediyini anlamadı, Könülə  tərəf baxdı. Könül yanaşıb sol əlini 
onun çiyninə qoyub xələtin cibindəki dörd əzik manatı qıza uzatdı. O təəccüblə pula baxırdı. 
–Sənin pulundu, serjantın götürdüyü, –Könül onun yadına saldı, üzünə baxanda gördü ki, 
Çiçək bayaqkı kimi göz yaşı tökür.  
Burda saatlar keçdikcə o, evi üçün dada çox darıxır, ürəyi sıxılırdı. O qəribsəmişdi, gözləyirdi 
ki, bu gün mütləq onun ardınca gələcəklər. Pula isə laqeyd idi, çünki özü pulla hərəkət eləməmişdi, 
pulsuz da olmamışdı, ona görə bu əzik kağızların gücü ona aydın deyildi. Könül onun sol əlini tutub 
manatlıqları ovcuna qoydu, sonra onu bağrına basdı. Çiçək uşaq kimi ona qısıldı, Könülün 
gözləmədiyi sözləri dedi: 
–Neynim bu pulu?– soruşdu. 
Bu onun Könülə dediyi ikinci deyimi idi. Sonraki kəlmələr onun niyyətin aydınlatdı: 
–Sən yaxşı qızsan,– Çiçək palata yoldaşına isti sözlər demək istəyirdi,– mən getmək istəyirəm 
burdan. Evdə pulum çoxdu, sənə də verəcəm.. 
Çiçək ağlayırdı. Könül hiss elədi ki, onun da gözləri yaşarır. Kim burdan getmək istəmirdi? 
Yəqin qızlar hamı istəyirdi. Könülün yadına Nizamın xəstələrin  sahibi olması  haqqında sözləri 
düşdü, dedi: 
–Az qalıb, gəlib səni aparacaqlar,– özü də bilmədi nəyə görə belə dedi, – uzan dincəl – əlavə 
elədi və qızın qoluna girib onu dəmir çarpayısına sarı çəkdi. 
Çarpayıya yanaşanda Çiçək yastığı qaldırıb  əzik manatları onun altına qoydu. Sonra uzanıb 
gözünü yumdu. O yatmaq, hər şeyi unutmaq istəyirdi. Könül isə öz çarpayısına yanaşanda kağızları 
gördü və Nizamın xahişi yadına düşdü. Kağızları götürüb Çiçəyin çarpayısının qırağında oturdu, 
dedi: 
–Bu kağızı yazmaq lazımdı, gərək özün yazasan, baş həkim xahiş edib... 
Çiçək gözlərini açdı, kağızın nə olduğunu düşünmədən dedi: 
–Mən yaxşı  yaza bilmirəm... 
–Bacı qurban, dur pəncərənin qırağına qoyaq, köçür, ordakı yazını öz əlinnən köçür, yoxsa 
gecə serjantdar bizi döyər... 
Serjant sözünü eşidəndə Çiçək qalxıb kağızı Könüldən aldı, pəncərəyə yanaşdı. Könül onun 
tez yola gəlməyindən razı qaldı. Çiçəyin kağızı köçürməyi on dəqiqədən çox çəkdi. Qurtarıb 
Könülə uzatdı. Könül kağızı alıb baxdı. Çiçəyin xətti üçüncü sinif uşağının xətti idi. İmza yerinə 
orada olan ad familiyanı köçürmüşdü.  
Könül daha qıza heç nə demədi, kağızları alıb aşağı Nizamın yanına düşdü. Nizam onu əli 
kağızlı görüb gülümsədi, yavaşdan dedi: 
–Sənnən yoxdu ki... – sonra iynə sərgəcinin üstünü göstərib əlavə elədi, –adyal da qoydurdum 
ki yuxarıdan heç nə gətirməyəsən, çalış ki, görən olmasın. 
Könül yatacaq dəstinə baxdı: bir balış  və iki adyal idi. Dıl-ağız eləyib Nizamın yanından 
çıxdı. O, palataya qayıdanda axşam yeməyinə yarım saat qalırdı. Uzanıb qorxulu axşam barədə 
fikirləşməyə başladı. Amma Çiçəyə heç nə demədi. O buranın reallıqlarını başa düşmürdü. Bəlkə 
bir ay qalandan sonra başa düşəcəkdi. Amma indi ona izah eləməyin mənası yox idi. Könülün içi 
qorxu ilə dolu idi, amma qorxu söz-söhbətini Çiçəyə rəva görmədi.  


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə