Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə23/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   19   20   21   22   23   24   25   26   ...   83

¹2(3)    èéóí 2012 
 
48 
yazanda Xanəgahlı otaqda var-gəl eləməyə başladı. Bir yandan onun burda havası çatmırdı, üstəlik 
serjantın hansındansa nəcis iyi gəlirdi, yəqin özünü bulamışdı. O biri tərəfdən də hövsələsi çatmırdı. 
Xanəgahlı  əvvəl Tarixin, sonra Müsəllimin  ərizəsini gözdən keçirdi. Hər ikisi səmimiyyətlə 
cinayətlərini etiraf edir və bağışlanma xahişi edirdilər. 
Saat onda  Təpəüstü idarənin növbətçisi axtarış aparmaq üçün əməliyyat qrupunun onu 
gözlədiyini dedi. Onlar Sulutəpədəki Gecəqondu məhəlləyə yollandılar. Hər iki cinayətkar  orda 
yaşayırdı. Axtarış  səhərə yaxınacan davam elədi. Hər iki serjantın mənzillindən hal şahidlərinin 
iştirakı ilə yüzə yaxın avtomat patronu və anaşa aşkar edildi. 
Xanəgahlı öz evinə çatanda səhər altıya qalırdı. 
 Çicəyin  tapıldığı gün daha bir hadisə oldu. Bu, A3 saylı polis bölməsində görünməmiş 
yığıncağın keçirilməsiydi.İclas gecə saat 1-də  başladı. İclasa gələn kənar rəislərin sayı bölmənin öz 
zabitlərinin sayından çox idi. Nəhayət, lap yuxarıdan bir polkovnik gəldi. Sonra bilindi ki, kadrlar 
idarəsindəndi.  Təkcə kürsüyə qalxıb salam-kəlamsız danışmağa başladı. O, hündür, arıq, dəli 
gözlərinə oxşar iri, yerində oynayan gözləri olan əhəng kimi ağ  rəngli kişi idi.  Polkovnik on bir 
dəqiqə danışdı, amma zabitlər iclasın səbəbini  genə başa düşmədilər. O, əvvəlcə dövlətin xalq üçün 
gördüyü işlərdən, sonra dağıdıcı müxalifətdən danışdı, axırda polis sıralarında xainlərin və kriminal 
elementlərin olmasını pislədi. 
 Lap  axırda polkovnik A3 saylı bölmənin üstünə düşdü, onun ləkə  və  xəyanət yuvası 
adlandırdı. Bildiyi bütün xidməti ittihamları deyəndən sonra Sərdarlı adlı təzə bölmə rəisini təqdim 
elədi. Sərdarlı oturandan sonra polkovnik davam edib dedi ki, bölməyə təzə əməliyyat üzrə zabit, üç 
təzə sahə müvəkkili, üç təzə növbətçi zabit, əxlaqsızlıqla mübarizə üzrə bir təzə zabit təyin olunub. 
– Azad olunan bütün əməkdaşlar barədə xidməti təhqiqat gedir...–axırda polkovnik belə dedi 
və bununla iclasın bitdiyini bildirən sözü   dedi,– sağ olun.... 
Çuxurlu rayonunun idarə rəisi məruzəçi polkovniki xidməti maşına mindirəndə ondan nə baş 
verdiyini soruşdu: 
–Cənab polkovnik, nə baş verib, axı, bilək də... 
–A kişi, mən kiməm axı, gecə vaxtı  məni də evdən çağırıb poxa salıblar...–bunu deyib 
sürücüsünə çımxırdı,– sür evə... 
 
XX 
 
Nərağa müəllim  serjantların həbsindən sonra rahat nəfəs aldı. Amma hər dəfə  Məhər 
Məhərova zəng vurmaq istəyəndə içində  nəsə onu saxlayırdı, özünə deyirdi: tələsmə, günahkarlar 
içəridə, Xanəgahlı da hazır. Prokuror da cinayət işini qaldırıb qovluğu ona vermişdi. Amma iş 
qovluğu boş idi. Olan sənədlər Xanəgahlıda idi. Belə yaxşı idi, vəziyyət dəyişsə, böyük general 
reaksiya vermək istəsə, kağızları lazımi formaya salmaq olardi.  
Məhər qəflətən, onun xəbəri olmadan general-leytenant rütbəsi alanda Nərağa müəllim 
səksənmişdi: kimsə onun adamını qaldırırdı.  O saat sual doğurdu: kim qaldırır və niyə qaldırır? Bu 
malotaran kimə  gərək olmuşdu? Amma əsil həqiqətin necə olduğunu heç kəs bilmirdi. Nərağa 
müəllim qərara gəlmişdi ki, bu, böyük generalın müxaliflərə nifrəti ilə bağlı  məsələdi. Onları 
cəzalandıranların başında Məhər dururdu, elə buna görə də böyük general ona qayğı göstərə bilərdi. 
Hərçənd ki, belə qayğıkeşlik ona xas deyildi və söz söhbətlər də buradan doğurdu. Hamının adi 
əyyaş saydığı Məhər müəllim birdən əziz-xələflərin siyahısına düşmüşdü. Daha siyasət, hiylə, filan 
axtaran yox idi yuxarılarda, hamı ancaq  gücə, zora inanıb ümid bağlayırdı. Nərağa müəllim kimi 
təcrübəli işçi ilə  təsadüfi adamlar, dünənki danaotaranlar yuxarılar tərəfindən bərabər tutulurdu. 
Ona görə  Nərağa müəllim Məhər Məhərovla daha ehtiyatlı  və  səmimi olmağa başlamışdı. Axır 
vaxtlar yuxarıda məntiqsiz qərarlar, təyinatlar çoxalmışdı, ona görə hər şey gözləmək olardı, hətta 
Məhər müəllim Nərağanın rəisinin yerinə  də  gələ bilərdi. Amma bunlar bədbin gümanlar idi. 
Nərağa bilirdi ki, onun yerişini heç kəs yeriyə bilməz. Elə bu qızın itməyi məsələsində o yeganə tam 
məlumatlı adam idi. O özünü məxfiliyin zərgəri sayırdı. Xanəgahlı kimi adamlardan istifadə özü də 
peşəkarlıq və təcrübədən gələn uğur idi, onun uğuru idi. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
49
Nərağa müəllimin bir nigaranlığı da qəzetlərdən idi. Orqanlarda incik, ambisiyalı adamlar 
çoxalmışdı, hamısı  xəyanət yolu tutmuşdu. Burun qurdalamaq mümkün deyildi, ən məxfi söhbətlər 
mətbuata gedib çıxırdı. Düzdü, çox zaman təhrif olunmuş  şəkildə yazılırdı, ağ quşla qara quş 
qarışdırılırdı. Amma bu barədə nə qədər daxili təhqiqat aparılsa da, adamlar cəzalansa da, xeyri yox 
idi. Mətbuatda informasiya terroru davam edir, dövlətin bağlı söhbətləri açılıb tökülürdü. 
Çiçəyin özü də  təhlükə idi. Nərağa general bilirdi ki, gec-tez hamının dili açılır, onunku da  
açıla bilər. Ona görə Novruza və Xalidəyə xüsusi təlimat verilmişdi: qız kənar adamlarla 
görüşməsin, bütün görüşlərində ya Novruz, ya da Xalidə iştirak eləsin. Məhər müəllimə bu barədə 
nəsə demək məsələsi Novruzun üstünə qoyuldu. O isə işi Əlfiyyəyə tapşırmağı təklif elədi. Nərağa 
general ərlə arvadın küsülü olduğunu bilsə də, bununla razılaşdı. Novruz Əlfiyyə bacıya xala xətrin 
qalmasın dedi: 
–Əlfiyyə baji, qəzetlər Çiçək barədə yazsa, gərək siz ona deyəsiz ki, yıxılıbdı,  bulvarda 
yıxılıbdı... 
–Allah məni öldürsün, – Əlfiyyə    açıq etirazını bu sözlərlə bildirib öz otağına getdi, qapını 
çırpdı yüngülcə. 
Xanəgahlı isə bu işlərə öz marağına görə baxırdı. O da tələsmirdi, bilirdi ki, bu iş şişə bilər, 
onda istintaqı ondan alacaqdılar. Əsas sənədləri hazırlamışdı: axtarış protokolları hazır idi. Qalırdı 
serjantların özlərindən etiraf ifadələri almaq. Bunu istədiyi vaxt edə bilərdi. Birinci,  obrabotka 
onların ağlını başına gətirmişdi.  İkinci də evdə sursat saxlamaq zorlamadan yüngül maddə idi, 
günahkarlar da bunu başa düşəcəkdilər. 
Bir gün sonra Xanəgahlı  Qızıldaşa getdi. Baş  həkimlə görüşüb Könülün xəstəxana haqqında 
dediklərini qısaca ona danışdı. Həkimin parıldayan üzü göyərdi. Gedəndə  həkimə bildirdi ki, əgər 
rəisi həkim ya əməkdaşlar haqda iş qaldırmaqda təkid eləsə, o aciz olacaq. 
Səhəri gün Xanəgahlı  qız Qızıldaşa göndərilən gün növbətçi olmuş podpolkovnikı sahə 
müvəkkilinin otağına çağırdı. Ona dedi ki, xəstə  qızı araşdırmadan Qızıldaşa yollamaq üçün 
Müsəllimin raportunu yoxlamadan rəisə  təqdim etdiyinə görə, rəis isə araşdırmadan onu 
imzaladığına görə qanunu pozublar. Onlar barədə ayrıca iş açılması barədə qərar qəbul olunacaq.  
Sonra isə Müsəllimin növbə yoldaşı, sürücüyə  zəng edib ona da istıntaqın harada getdiyini 
dedi  və onun  iştirakçı kimi cəlb olunacağı barədə xəbərdarlıq elədi. Serjantla açıq danışdı: 
–Get bir az pul düzəlt, xilas eləyək səni... 
Serjant suyu süzülə-süzülə getdı. Xanəgahlı isə səkkiz gün gözlədi. Amma ara sakitlik idi. Hər 
yerdə pıçıltı ilə orqandan qovulanlardan danışırdılar. Hətta qəzetlərdən biri yazdı ki, böyük Avropa 
dövləti ölkədə demokratiyanı artırmaq üçün  hökumətə təzyiq göstərir. 
O biri qəzet isə yazdı ki, A3 bölməsinin təzə rəisi bu yerə gələndə o qədər çox pul verib ki, 
bütün yerləri də alıb. Ona görə indi bütün işçiləri dəyişir ki, xərcini çıxarsın. Qəzetlər başqa şeylər 
də, lap ağ yalanlar və uydurmalar da yazdılar. 
Həbsdən on iki gün sonra Xanəgahlı Nərağa müəllimi narahat etməmək üçün prokurora  zəng 
vurdu, serjantların izahatlarını almaq lazım olduğunu dedi. 
–Haçan istəsəz gəlin, hər cür şərait yaradılacaq...– prokuror mehriban idi. 
Səhəri gün saat on birdə Xanəgahlı komendaturada idi. Onu hörmətlə qarşıladılar. Tarixi 
dindirmə otağına gətirib salanda o gözlərinə inanmadı: Tarix təmiz ağ köynəkdə  və nazik qara 
pencəkdə idi. Amma üzündə  əziklərin izləri qalırdı. Xanəgahlı fikirləşdi ki, onun geyimi yəqin 
xristian ölülərinə geydirilən ucuzlu paltarlardandı. Sonra bir də Tarixin üzünə baxdı, dedi: 
–Otur...  
Onun üzündə artıq  əzab və peşmançılıq vardı. Xanəgahlı qara meşin qovluğu açıb ordan 
qələm və ifadə almaq üçün ağ kağızlar çıxardı... 
Serjantların həbsindən iyirmi dörd gün sonra “Doğurçu müxalif” qəzetinin bloqçusu Dilicanlı  
A3 bölməsindəki hadisələrə öz münasibətini bildirdi: onun versiyası inandırıcı idi. Dilicanli 
müəyyən etmişdi ki, A3 bölməsinin  əvvəlki rəisi köklərinə görə Qara Çöllü, sonraki rəisi isə  Ağ 
Çöllü idi. Bütün ölkə bu iki bölgədən olan oliqarxların mübarizəsini bilirdi. Bütün intriqalar bu 
oliqarxların amansız mübarizəsinin nəticəsi idi. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə