Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə20/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   16   17   18   19   20   21   22   23   ...   83

¹2(3)    èéóí 2012 
 
42 
Xanəgahlıya bütün hadisə aydın oldu. Zülfü sözünü qurtarar-qurtarmaz o  maşından düşdü, 
gedib öz maşınına mindi və general Nərağa müəllimin qəbuluna tələsdi. Bu gün onuncun uğurlu 
gün idi. Bu xəstə qızı elə tapdı ki, elə bil əli ilə özü aparıb qoymuşdu. 
Birinci mərtəbədə növbətçi Nərağa müəllimin köməkçisinə zəng vurdu. Kapıtan Xanəgahlının 
gəldiyini deyəndə saat ikinin yarısı idi. Şıq kostyumda, ətir iyi verən növbətçi bazar adamına 
oxşayan kapitana baxıb təəccübləndi: generalın mədə xorası vardı, günorta çörəyini heç vaxt 
ötürmür, saat birə yaxın yeməyə düşürdü. Amma bu gün nəsə olmuşdu. 
Nərağa müəllim açıq boz kostyumda yerindən durub Xanəgahlı ilə görüşdü, hal-əhval tutdu. 
Axırda mətləbə keçdi: 
–Bu cavanlar bizə əziyyət verir, bularnan məşğul olan yoxdu... Danış görək o uşağın başına nə 
gəlib... 
Xanagahlı ona qulaq asır və ürəyində generala qibtə eləmirdi. Onun deyəcəklərini nəinki o 
boyda Məhərova, heç evdə arvadına da danışa bilməzdi. 
–Cənab general,–Xanəgahlının özündən asılı olmayaraq bir rəsmiləşməyi vardı, çətinliyə 
düşəndə kitab sözləri ilə danışırdı, – qızı srağa gün... 
–Srağa gün?– Nərağa müəllim onun sözünü kəsdi, çünki Novruz ona qızın dünən axşam üstü 
yoxa çıxdığını demişdi. 
–Bəli, srağagün,–Xanəgahlı özündən razı-razı başı ilə  də  təsdiqlədi, –Srağa gün səhər saat 
beşin yarısına yaxın Səməd Vurğunla Bazarlar küçəsinin tinindən götürüblər qızı. Müsəllim 
Quliyev familiyalı serjant mübahisə elədiyinə görə  qızı maşında zorlayıb, bölməyə aparıb raport 
yazıb. Günorta rəis raportu imzalayıb və  qızı  Qızıldaşa, Zöhrəvi xəstəxanaya aparıblar. Bu gün 
səhərə yaxın Tarix adında kefli serjant başqasının əvəzinə səhvən  qıza butulka təcavüzü edib. Qızı 
qan aparıb, gətiriblər şəhərə yaxın xəstəxanaya, orada qan vurublar, tikiş qoyublar, orda qızı aşakar 
elədim... 
General qalxıb zəngi basdı, özü isə bir dəqiqə qırmızı xəlçənin üstündə var gəl elədi, qapıdan 
baxan köməkçiyə “çay gətir” dedi.  
–Novruza bir şey demisən? 
–Heç kəsə heç nə deməmişəm, cənab general...–məxfilik yaratmaq Xanəgahlının sevdiyi  şey 
idi. 
–Düz eləmisən... Qızın adı, familiyası sənədlərə düşüb? 
–Bu qız özü konspiratordur, adını heç kəsə deməyib... Heç kəsnən kəlmə kəsmirmiş, hamı onu 
lal-kar xəstə sayıb... 
–Bir az elə xəstə kimidi...–Nərağa müəllim var-gəl eləyirdi, Xanəgahlı isə boş, amma 15 metr 
uzunu olan  muzey kimi gözəl otağa göz gəzdirirdi,– amma böyük generalın qızıdır, dövlətin nüfuzu 
məsələsi var...Bir daş üstdən, bir daş altdan... 
Sonra köməkçi çay gətirdi. Xanəgahlı anladı ki, söhbət bitib. Amma Nərağa müəllim əsas bir 
şeyi düşünürdü: qızı incidənlər cəzalanmalı idi. Bu iş sakitcə keçib gedə bilərdi. Amma məsələ bir 
gün açıla da bilərdi. Adamlar çiy süd əmib, onda  soruşardılar: o boyda generalın  qızının başına iş 
açanları niyə cəzasız qoyubsuz? Burda risq vardı. Amma cəza da təzə iştirakçılar demək idi, burdan 
da söz-söhbət yayıla bilərdi. 
–Çayını iç,–Nərağa müəllim otaqda var-gəl  eləyə-eləyə Xanəgahlıya dedi. 
Xanəgahlı artıq getmək haqda fikirləşirdi. Armudu stəkanı götürüb içməyə başladı. Hiss 
eləyirdi ki, generalın sözü qalıb, nəsə demək istəyir. 
–İndi biz bunlardan kimi cəzalandıraq? 
-İki xətər yetirən var,– Xanəgahlı generalı anladı,– biri qızı bölməyə aparan, o biri isə 
Qızıldaşda onu incidən, hər ikisi yəqin cəzalanmalıdı... 
–Razıyam sizinlə,–general bunu deyib Xanəgahlıya düşünməyə vaxt verdi,– bəs raportun 
üstünü yazan? 
–O qızı heç görməyib, bu adi praktikadı, mexaniki yazıb raportun üstünü, onu növbətçi 
güdaza verib...–Xanəgahlı bölmə  rəisini müdafiə etdi– o həbs olunsa, məsələni məxfi saxlaya 
bilmərik, sensasiya olar... 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
43
–Razıyam, bölmə rəisinin həbsi yoğun məsələdi,–Nərağa müəllim razılaşdı, bəs necə edək ki
bu cəza qızın itməsi ilə bağlı olmasın? 
–Evlərində axtarış aparaq,– Xanəgahlı bu sözləri deyəndə azca gülümsədi, sonra özünü 
yığışdırdı, o belə işlərin ustası idi– elə bu axşam axtarış aparaq. 
–Yaxşı, saat altıyacan onların ikisini də  gətir bizim komendaturaya.  İfadələrin alıb gedərsiz 
evlərinə axtarışa. İşi də öz prokurorumuz qaldıracaq,–general Xanəgahlı ilə sağollaşmaqçın qırmızı 
xəlçənin üstündə ayaq saxladı. 
Xanəgahlı gedəndən sonra general Novruza zəng vurdu, tapşırdı ki, Xanəgahlı ilə  əlaqə 
saxlasın, Çiçəyi xəstəxanadan çıxarıb evə aparsın. Təcili yardım maşınını isə idarədən götürsün. 
 
*  *  * 
Yarım saat sonra Novruz xəstəxanaya gəlib Çiçəyi tapdı. Onun rəngi ölü kimi göyümtül idi, 
otuz faiz qanı qalmışdı. Qız Novruzu görəndə  ağrıdan qovrula-qovrula durub oturdu, uşaq kimi 
sevindi, gözlərindən yaş süzüldü. Son illər o atasından çox Novruzu görmüşdü, evin böyüyü kimi 
onu sayırdı. 
–Novruz əmi, məni evə apar,– qız yalvardı. 
Novruz isə palatadaki başqa xəstə qadınların qabağında tutuldu, dedi: 
–Özün gedə bilərsən? 
–Gedərəm,–Çiçək çarpayıdan qalxdı, bir qədər baş  hərlənməsinin keçməsini gözlədi. 
Qızıldaşda ona geydirilmiş uzun göy güllü pamazı paltar əynində idi. Onlar koridora çıxdılar. Çiçək 
cərrahiyyədən təzə çıxmış xəstələr kimi qorxa-qorxa addım atırdı. Novruz qızı böyük tibb bacısının 
yanına apardı, dedi: 
–Mən özəl klinikadan təcili yardım maşını gətirmişəm, aparıb özümüz müalicə edəcəyik, mən 
onun əmisiyəm...  Paltarlarını verin geyinsin... 
Novruz həyəti fikirləşdi: orada Çiçək xəstəxana paltarında maşından düşsəydi, qonşular 
arasında söz-söhbət olardı. Böyük tibb bacısı Çiçəyi qonşu otağa apardı, Zöhrəvi xəstəxanadan 
onun dalınca yollanmış  qırmızı    paketi ona verdi. Çiçək öz paltarlarını geyindi, otaqdan çıxanda 
qırmızı paketi Novruza verdi. O bir söz demədən paketi aldı. Onlar koridorla çıxışa sarı gedəndə 
tibb bacısı dedi Novruza: 
–Həkim baxıb, zədəsi var, iynə vurduq qanaxması dayandı, tikiş də qoydu... Bir-iki gün ağır 
şey götürməsin. Bir litr qan vurmuşuq, pulunu vermək lazımdır, başqa xəstənin qanı idi. 
–Nə qədər edir ? –Novruz soruşdu. 
–Səksən manat. 
Novruz pul kisəsindən səksən manat çıxarıb tibb bacısına verdi. Onlar xəstəxanadan çıxıb 
həyətə düşdülər. Novruz Çiçəyi öz maşınına mindirdi. Təcili yardım maşını isə boş qayıtdı. 
 
XYIII 
 
Çiçək evə girəndə saat dördün yarısı idi. Açıq yaşıl ev xələtində olan Xalidə çaşqın  idi. 
Amma Çiçək evə girən kimi ona sarıldı, gözləri yaşardı. Elə bil evdən üç gün yox, üç il qabaq 
çıxmışdı, baxdığı  hər  şeydə  dəyişiklik  axtarırdı.  O bu ev üçün darıxmışdı, başına gələn qəribə 
işlərdən qorxmuşdu. Yeriyəndə qarnının dibində duyduğu küt ağrı da yadından çıxmışdı. O, 
Xalidədən ayrılıb Cabbarın otağına getdi. Uşaq yatmışdı. Çiçək onun yanağından öpdü. Uşağına 
baxa-baxa səssiz ağladı və Cabbarın onun üçün necə əziz olduğunu elə bil indi təzədən hiss elədi... 
Bu dəmdə Xalidəyə tanımadığı idarə həkimindən zəng gəldi. Dedi ki, Çiçək çimə bilər, amma 
su çox isti olmasın. Xalidə gedib hamamda suyu qaydaya salıb Çiçəyi ora saldı. O çimib 
qurtarmamış Lala, sonra Əlfiyyə ilə Nargilə xalası  gəldilər. Çiçək elə bil ziyarətdən gəlmişdi. 
Novruz hamıya tapşırdı ki, qıza sual verməsinlər. Onsuz da cavab vermir, ağlayıb dururdu. Xalidə 
yemək və içkilər yığdı stolun üstünə. O istəyirdi ki, hadisədən danışan olmasın, elə belə söhbət 
getsin. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə