Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə22/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   18   19   20   21   22   23   24   25   ...   83

¹2(3)    èéóí 2012 
 
46 
O, Çiçək üçün altı dərman, iştah iynələri, sistem üçün vitaminlər yazdı, hər gün qan yaradan 
qırmızı çaxır içməsini tövsiyə elədi. Bunların hamısını kağızda yazıb Xalidəyə verdi. Xalidə bir 
kəlmə də danışmırdı. Bu, həkimin diqqətindən yayınmadı və o başa düşdü ki, həddən artıq danışır, 
bir az özünü yığışdırdı və Xalidə ilə mehribanca sağollaşıb getdi. 
Xalidə Çiçəyi qaldırıb çarpayısında uzandırdı. Səhər yuxudan duranda qız lap key kimi idi. O, 
əvvəlki kimi fikirləşə bilmirdi, heç nəyə marağı yox idi, ancaq ağırlaşmış başını yastığa qoyub 
dincəlmək istəyirdi. Bir də yadına yuxusu düşürdü. Hər gözünü açanda özünü qaranlıq palatada 
görür, uzaqdan kiminsə qətiyyətli ayaq səslərini eşidirdi.  
Həkim işdə  rəisinin tapşırdığı kimi rəyini  rus dilində  və çox sərt yazdı. Çiçəyin nədən qan 
itirdiyini bilmədiyi üçün  yazdı ki, xəstə ciddi qulluq olmasa, ölə  də bilər. Onun rəisi də  təşvişə 
düşdü və həkimin rəyini Nərağa müəllimə göndərdi. 
Bu iş həm Nərağa müəllimə aid idi, həm də aid deyildi. O rəyi oxuyub xeyli fikirləşdi. İstədi 
Çiçəyi hökumət bağına göndərsin. Amma fikrindən daşındı. Oradaki nazir arvadları qeybət 
mövzusu axtarır. Qərara gəldi ki, Çiçək üçün kənar bir yerdə, amma dənizə yaxın bir bağ tapılsın və 
qanı normaya gələnəcən qız orda qalsın. Bu qərara gəlib  Novruzu yanına çağırdı: bir həftəyə dənizə 
yaxın yaxşı və sakit yerdə bağ tapmağı tapşırdı. 
 
XIX 
 
Xanəgahlı generalın yanından çıxanda saat üçə  işləyirdi. Binadan çıxıb maşına oturdu:  
Nərağa müəllimin idarəsində  işin  açılması pis xəbər idi. Bu o demək idi ona “sağ ol”– deyib bu 
işdən kənar edə bilərdilər. Amma bu güman idi, bəzi hallarda olduğu kimi, işi orda açıb istintaqı 
ona tapşıra bilərdilər. Özünə  təskinlik üçün düşündü: yəqin elə belə  də olacaq. Çünki Məhər 
Məhərov boyda generalın qızına görə açılan iş başqa adla aparılacaqdı.  
Xanəgahlı  əsas işi görmüşdü: bu hadisədə ona yaxın iştirakçı vardı, o isə  Nərağa müəllimlə 
ancaq ikisinə həbs cəzası vermək haqda razılığa gəlmişdi. Qalan səkkiz, bəlkə də çox iştirakçı onun 
cəngində qalırdı – onları cinayət işi ilə qorxudub hərəsindən bir şey qopara bilərdi. Axı neçə adamın 
işi məhkəməyə gedəcək?– bunu ancaq o və  Nərağa müəllim bilirdi. Ona görə fikirləşdi: sən işini 
gör, ruzi allahdandı, qapı özü açılacaq. 
Kapitan Könülün sahə  müvəkkilinə zəng vurdu, tapşırdı ki, saat dördə işləmiş qadını  otağına 
çağırsın. Müvəkkil “baş üstə” dedi. Sonra mühafizə polkunun növbətçisinə  zəng vurdu: Qızıldaş 
Zöhrəvi xəstəxanasında növbəli mühafizə xidməti aparan Tarix adlı serjantı yerin dibindən də olsa 
tapmağı  və saat  6-nın yarısında Könülün Sahə müvəkkilinin otağına – kapitan Xanəgahlının 
hüzuruna yollamağı tapşırdı.  Müsəllimə isə özü zəng vurdu. Sonra günorta  yeməyə getdi. 
Qırx dəqiqə sonra Xanəgahlı sahə müvəkkilinin kabinetində idi. Könül orada onu gözləyirdi. 
Qara paltar, yaşıl gödəkcə geymişdi, bir az yaşlı görünürdü. Sahə müvəkkili ilə birgə iki-üç 
dəqiqəlik söhbətdən sonra Xanəgahlı müvəkkilin onları tək qoymasını xahiş etdi. Müvəkkil getdi. 
Xanəgahlı qara qovluğunu açıb Könülün izahatını almağa başladı.  İşin ümumi mənzərəsini 
ancaq bu qadın bilirdi. Serjantların evində axtarış aparmamış onun izahatı lazım idi.  Xanəgahlı saat 
yarım ərzində Könüldən  ətraflı ifadə aldı. Könül epizodları bir-bir nəql edirdi. Sonra onun dedikləri 
əsasında Xanəgahlı epizodu cümlə-cümlə Könülə imla edirdi ki, vaxt itməsin. Həm də özünü 
maraqlandıran adamların qanunsuz hərəkətlərinin  vurğulanmasına çalışırdı. Qızın ifadəsi bitəndə 
Xanəgahlı öz işindən razı idi: Müsəllimin sürücü  yoldaşının, A3 bölmə növbətçisinin, rəisinin, 
Qızıldaşdakı  işçilərin hamısının, xüsusilə polislərin hərəkətlərində formal cinayət tərkibi var idi. 
Axırda Xanəgahlı Könüllə vidalaşanda ona on manat pul verdi, əl telefonunu götürdü və dedi: 
–Haçan səni şərriyib eləsələr, mənə zəng vur... 
–Allah eləməsin,– Könül müstəntiqin qara məntiqinə mat qaldı.  
Onda doğrudan da məntiqlə məntiqsizliyin sərhədi bəlli deyildi. Amma Könül onu tanımırdı. 
O müstəntiqin son sözündən lap əsəbiləşdi, otaqdan çıxanda  hara gedəcəyini bilmədi. Yadına 
memar Seyidin emalatxanası düşdü. Uzaqda deyildi. Piyada ora addımladı. Mağazaya girib 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
47
Xanəgahlının puluna bir araq aldı. İçmək onun zəif yeri idi. O, üç-dörd gündə olan ağır hadisələri 
yaddan çıxarmaq istəyirdi. 
Könül çıxandan iki dəqiqə keçməmiş Xanəgahlının əl telefonuna zəng gəldi, nikbin  səslə hal-
əhval tutdu,  sonda dedi: 
–Xanəgah müəllim, mən Nərağa müəllimin tapşırığı ilə  zəng vururam, prokuroram, adım 
Afətdi. O serjantların ad familiyası, ünvanı və doğum ilini bilmək istəyirəm. Axtarış orderlərini sizə 
gətirəcəklər. 
–Anladım Afət,– Xanəgahlının gözündə prokurorlardan pis adam yox idi,– on dəqiqəyə zəng 
vurub deyərəm... 
Telefonu söndürəndə qapı döyüldü, Xanəgahlı  yerindən dəbərmədən “gəl” dedi. Qapıda 
Müsəllim göründü, o irişir, iri qızıl dişlərini göstərirdi.  
–Əleyk,– Xanəgahlı sallaqqarın serjantın salamın alıb quru səslə dedi, –O biri hanı? 
–Kim? Mənə tək deyiblər rəis... 
–Bayırda Tarix adlı bir serjant da olmalıdı, bax bir... 
Müsəllim bayıra çıxdı və yarım dəqiqə sonra özündən bir baş hündür, amma özü kimi kök o 
biri serjantla içəri girdi. Hər ikisi polis formasında idi. Xanəgahlı Tarixin üzünə nifrətlə baxdı, dedi 
ona: 
–Sənin ağlın var? 
–Kefli olmuşam rəis... 
Xanəgahlı Tarixin ağ dərili, ətli üzünə baxdı. Bu üzdə qorxu və peşmançılıq yox idi.  
–Vəsiqələrinizi verin... 
Hər iki serjant həm polis, həm də  şəxsiyyət vəsiqələrini Xanəgahlının stolunun üstünə 
qoydular. O, vəsiqələrə baxdı və serjantlara dedi: 
–Bayırda gözləyin.. 
Onlar çıxan kimi Xanəgahlı prokuror Afətə  zəng vurdu: serjantların  şəxsiyyət vəsiqələrini  
ona imla elədi. Axırda dedi: 
–Afət müəllim, mən cansız-çəlimsiz bir adamam... Arxayınlıq üçün bir alayı maşın göndərin... 
–Problem yoxdur, göndərrəm...Orda gözləyin, düz deyirsiz..– prokuror mehriban idi, onların 
toqquşması sonralar olacaqdı. 
İyirmi dəqiqə sonra 600 markalı göy mersedesdən iki mülki geyimli pəzəvəng  düşüb 
Xanəgahlının yanına girdi. Onların böyüyü özünü təqdim elədi. Xanəgahlı girişsiz-filansız dedi: 
–Əvvəl Tarixi çağır qandalla, sonra o birsini çağırarsan... Mən obrabotkada iştirak 
etməyəcəm. Növbətçinin yanında olacam. Elə eləyin ki, sonra yazılı ifadə ala bilim...– Xanəgahlı 
serjantlardan Çiçəyə qarşı elədikləri cinayətin etitafı barədə yazılı  ərizə almaq istəyirdi. Bu, işə 
tikilməyəcəkdi, ancaq Xanəgahlının özünə lazım idi. Yazının  ərizə kimi verilməsi də guya bu 
hərəkətin könüllü olduğunu vurğulamalı idi.  
–Baş üstə  rəis,–mülki paltarda olan gizir Xanəgahlıya dedi, cibindən qara eynəyini çıxarıb 
taxdı, sonra bayırdan Tarixi çağırdı. 
Tarix içəri gəldi. Xanəgahlı onun üzünə baxmadan quru səslə  dedi: 
–Qandalla bunu! 
Tarix bir an çaşdı, sonra gizirin əlindəki gümüşü qandala baxa-baxa  əllərini gizirə uzatdı. 
–Üzünü divara çevir,– gizir əmr elədi. 
 Tarix müti idi, deyəsən  şokda idi. Gizir onun əlini arxaya qandallayıb, stola oturtdu. Sonra 
Müsəllimi çağırdılar, qandalladılar. İki dəqiqə sonra qara mersedes serjantları apardı.  
İki saat sonra Xanəgahlı  Təpəüstü idarənin istintaq hərəkətləri üçün olan iri boş otağında  
Tarix və Müsəllimlə birgə görüşdü. Hər ikisi avtomobil qəzasından çıxmış adama oxşayırdı: üst-
başlarında  qan ləkəsi, sifətlərində göy şişlər vardı. Fikirləşdi: Nərağa generalın qəddarlığı da 
varmış. Xanəgahlı onların halına baxmadan qara qovluğundan ağ kağızlar və  qələm çıxardı. Hər 
ikisini oturdub izah eləməyə başladı: 
–Başlığı dediyim kimi yazıb, dalını öz sözünüznən yazın. Qızı harada görübsüz, başına nə 
oyun açıbsız, qısa, dəqiq yazın. Düzünü və  səmimi yazsaz, rəis bəlkə sizi buraxdı...–Serjantlar 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə