Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə18/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   14   15   16   17   18   19   20   21   ...   83

¹2(3)    èéóí 2012 
 
38 
Amma Nərağa müəllimin göstərişinə qarşı    başqa  söz demədi və öz otağına  şəkil qutusuna 
baxmağa getdi. Novruz özünə çay süzüb gözləməyə başladı. Əlfiyyə xanım qayıdıb Çiçəyin şəklini 
stolun üstünə qoydu. Bu, qızın  on birinci sinfi bitirəndə çəkdirdiyi idi. Bu şəkilin çəkildiyi vaxtdan 
sonra Çiçək uşaq da doğmuşdu. Amma Novruz bir söz demədi. Şəkli götürüb: 
–Mən gedim Əlfiyyə xanım, bir iki işim qalıb hələ... 
–Get, allah səbəb salsın, balam tez tapılsın... 
Novruz evin lap kandarına çatanda Əlfiyyə xanım arxadan sual verdi: 
–A Novruz, mən Nargilə bacımı çağırmaq istəyirəm... 
–Çağırın, çağırın,– Novruz razılıq verdi, bir qədər susub əlavə elədi, –Amma bir şey deməyin. 
Gələr evdə deyərsiz, amma yayılmasın  xəbər... Qız bir-iki sata harda olsa tapılacaq... 
–Allah ağzınnan eşitsin, birliyi xatrına...– Əlfiyyə razılıq elədi. 
Novruz evdən çıxdı, liftdən Nargilə xalaya zəng vurdu və bacısının onu çağırdığını dedi. 
Sonra həyətə  çıxıb maşına mindi. Saat ona işləyirdi. Fikirləşdi ki, Nəqliyyat və  Dəniz polisinin 
qərargahına da  dəysin. Maşını işə salanda zəng gəldi. Tanımadığı bir nömrə idi. Cavab verdi. Bu, 
Nərağa müəllimin tərəfindən axtarışa qoşulan Xanəgahlı idi. O, Novruza A3 saylı bölmədən zəng 
vururdu. Elə orda görüşməyə qərar verdilər. 
Xanəgahlı  şəhər polisindəki istintaqın müstəntiqi idi. Nərağa müəllim  əvvəllər bir şey 
araşdırmaq lazım olanda bu idarənin rəislərinə zəng vururdu. Amma hər dəfə  operativ tapşırıqların 
icrasını ona tapşırırdılar. Bu dəfə  Nərağa müəllim onun özünü yanına çağırıb küy qaldırmadan 
Çiçəyin axtarışına qoşulmağı tapşırdı. Xanəgahlı orta boy, arıq, qara üzü sümüklü kapıtan idi. 
Üzündə Dağıstan cizgiləri var idi. Çox tərs adam olduğu üçün rəisləri onu sevmirdilər, rütbəsi də 
hələ kapitan idi. Amma fərasətli adam idi. Ona iş tapşırandan sonra dayanmaq bilmirdi: adi 
vaxtlarda rəhbərliyi söyürdü, amma ona xüsusi iş tapşırılanda, bu işlər yuxarılara bağlı olanda qurda 
dönürdü. Açılan işi çözələyirdi, rəisləri ona dəfələrlə  xəbərdarlıq eləməyincə dayanmır, geri 
çəkilmirdi. Çoxları deyirdi ki, işləri çözələyəndə o pul qazanırdı, amma dəqiq bilən yox idi. O öz 
axtarış  işlərini həmişə  məxfi aparırdı. Nəzarətçi prokurorlara tabe olmur, işin sirlərini onlara da 
demir, sənədlərin hamısını  təqdim etmir, istintaq prosesini istədiyi kimi pozurdu. Buna görə 
prokurorlar onun özünə qarşı dörd dəfə  iş açmışdılar. Nəticədə onu müstəntiqlikdən kiçildib 
daznovatel – araşdırıcı keçirmişdilər. Amma bütün dolaşıq işlər onun icraatında qalmışdı, çünki 
onun yerişini yeriyə bilən yox idi. 
Xanəgahlı səhər birbaş A3 saylı polis bölməsinə gəldi. Bu,  Çiçəyin yaşadığı ünvanın ən yaxın 
bölməsi idi. Tezdən gəldi ki, təzə növbətçi gəlməmiş o birini danışdırsın. O növbətçinin üz-gözünə 
baxanda  bildi ki, gecə yatıb. O, üz-gözü şişmiş, balaca boylu, arıq, eynəkli bir kişi idi. Xanəgahlı 
fikirləşdi ki, bunun böyrəkləri xəstədi, çünki üzündəki  şiş  həddən artıq çox idi. Növbətçinin 
danışmağa həvəsi də yox idi: 
–Bu axşam bizə nə kişi, nə də arvad gətirməyiblər... 
Xanəgahlı növbətçinin köməkçisini dindirdi, elə o biri kimi xəsis danışan bir cavan serjant idi. 
Xanəgahlı növbətçinin yanına girib  Qeydiyyat jurnalını istədi.  Növbətçi stolunun gözündən üzü 
əzik jurnalı çıxarıb narazı əda ilə stolun üstünə atdı. Xanəgahlı jurnalı acdı. Növbətçi düz deyirdi, 
onun xidmət vaxtına aid heç bir qeyd yox idi. Amma axırıncı iki qeyd post-patrul maşının gətirdiyi 
iki qadın haqda idi. Biri üçün lal-kar yazılmışdı. Biri isə Könül Quliyeva familiyalı idi. Xanəgahlı 
post-patrul maşınının nömrəsini, qızlar barədə raportu yazmış serjantın familiyasını götürdü. Onlar 
Qızıldaş Dəri-zöhrəvi Xəstəxanasına göndərilmişdilər. O jurnalı qapayıb başını qaldıranda növbətçi 
pəncərəsinin bayır tərəfində səliqəli kostyumda, qalstukda girdəsifət, çopur sifərli bir adam gördü. 
Fikirləşdi ki, Novruz bu kişi olacaq. Növbətçi otağından çıxıb ona yanaşdı: 
–Novruz sizsiz? 
–Hə, siz Xanəgahlısız?– Novruz əlini ona uzatdı. 
–Mənəm, mənəm. 
–Mən burda olmuşam...– Novruz dedi, sonra şəkli ona uzadıb davam elədi–bunnarda xəbər 
yoxdur. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
39
–Qız birinci dəfədi itir?– Xanəgahlı  cavab yerinə sual verdi. 
–İki dəfə  olub, bir-iki saat. Amma indi dünən axşam 5 radələrində həyətdən harasa gedib, –
Novruz qısaca nə  işlər gördüyünü danışıb söhbətə yekun vurdu, – Mən dəniz polisinə  də  dəymək 
istəyirəm...Bir şey aydınlaşsa əlaqə saxlayaq. 
Onlar əl verib ayrıldılar. Novruz Xanəgahlının  axtarışa qoşulmağınnan narazı idi. Amma bu 
rəislərin qərarı idi. Xanəgahlı da Novruzun hansı  işə baxdığını  təxminən anladı. O, Novruz kimi 
işçiləri artıq çörək yeyənlər sayırdı  və onların geyindikləri ütülü kostyumlara istehza ilə baxırdı. 
Həm də bilirdi ki, mühafizə  işçiləri heç vaxt düz danışa bilməzlər. Xanəgahlı evdən gedən harın 
uşaqları çox axtarmışdı. Bu işlər hamısı araşdırılmaq üçün deyildi, ancaq tapılmaq üçün idi. Nərağa 
müəllim itən qadının hörmətli ailədən olduğunu deyəndə heç təəccüblənmədi. Onun üçün qızın atası 
yox, özü əsas idi.  Onun belə “böyük” adamların ailə sirrinə marağı yox idi. Onun üçün maraqlı 
axtarışın özü idi. Xanəgahlı  qızın dünən axşam getdiyinə inanmadı. Mühafizəçilər belədi, bütün 
araşdırmalardan sonra onların göstərdikləri vaxtların yalan olduğu ortaya çıxırdı. 
Xanəgahlı köhnə göy mersedesinə minib birbaş  Qızıldaşa sürdü. O çox əsəbi adam idi
maşınnan uzaq yollara çıxanda özünü çox rahat, sakit hiss edirdi. Ona görə iş dalınca uzaq yerlərə 
getməyi xoşlayır və bundan ləzzət alırdı.  İçi rahat və azad olurdu. Xanəgahlı  Dəri Zöhrəvi dis-
panserin darvazasına çatanda saat on bir idi. O, qapıda vəsiqəsini göstərib  baş  həkimin harada 
oturduğunu soruşdu. Həyətə girib baş həkimin otağını tapdı, onun qəbuluna girib özünü təqdim etdi. 
Polis sözünü eşidəndə həkimim parıldayan ağ üzü qəhvəyi rəng aldı. Xanəgahı srağagün gətirilmiş 
iki qadını görmək istədiyini dedi. 
–Birini bu  səhər xəstəxanaya aparıblar... Məndə məlumat yoxdu, koridorun o başında  böyük 
tibb bacısı var, o bilir... 
–Əcəb baş  həkimsiz... –Xanəgahlı  həkimin danışmaq istəmədiyini gördü, başını bulayıb 
otaqdan çıxdı. 
Amma o bilirdi: vəzifəsiz, balaca adamlar düzünü deyir, adamı incitmirlər. Xanəgahlı böyük 
tibb bacısının çirk paltar iyi verən otağına girib ətrafa göz gəzdirdi, sonra tələsmədən özünü təqdim 
elədi. Kök qadın rəngdən-rəngə düşdü.. 
–Srağa gün gələn qızı kim döyüb?– Xanəgahlı bilirdi ki, balaca qorxudulandan sonra adamlar 
düzünü danışmağa başlayır,– xahiş edirəm düzünü deyin...  
–Qıza bir şey olub? – qadın Xanəgahlını sözünü bitməyə qoymadı. 
–Vəziyyəti ağırdı...– Xanəgahlı qarasına dedi. 
–Mən heç nə bilmirəm, gecə nəsə olub, biz işdə olmayanda. Biz gələndə işə onu xəstəxanaya 
aparmışdılar... Onunla gələn qadın var, gedək sizi aparım onun yanına. Nə bilirsə, o bilir...– arvad 
tələsik otaqdan çıxdı. 
Xanəgahlı onun ardınca ikinci mərtəbəyə qalxdı. Könül onların palataya girdiyini görəndə 
durub xələtini geydi və çarpayıda oturdu. 
–Siz gedin, çox sağ olun, –Xanəgahlı baş tibb bacısına dedi. 
Arvad rahat nəfəs alıb otaqdan çıxdı. Xanəgahlı pencəyinin qoltuq cibindən Çiçəyin  şəklini 
çıxarıb Könülə uzatdı: 
–Xəstəxanaya aparılan bu qızdı? 
Könül şəkilə xeyli baxıb soruşdu: 
–Ona bir şey olub? 
–Ağırdı, amma üzü bu yanadı...  Onun şəklidi? 
–Odur, şəkildə məktəb vaxtıdı yəqin..– Könül şəkli qaytardı Xanəgahlıya. 
–Onun adı nədir, hardan tanıyırsan onu? –kapitan sual verdi. 
– Bölmədə kameraya gətirdilər . Onu döyüb gətirmişdilər... Hikkəsindən adını demir, bəlkə də 
xəstədi.–Bunları deyib Könül qorxdu, çünki xəbərçilik burda ona baha başa gələrdi, hələ    iyirmi 
yeddi gün bu xarabada qalmalı idi. 
–Onu kim döyüb, niyə döyüb?– Xanəgahlı əsas sualını verdi. 
Könülün ürəyi döyünməyə başladı. O danışmağa qorxurdu, amma qabağındakı da polis idi və 
qadının kimliyini yaxşı bilirdi. O da Könülü döyə bilərdi, heç kəs də ona bir söz deməzdi, bura elə 
polis idi, bəlkə ondan da pis yer idi. Kapitan qandı: qız qorxur. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə