Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə19/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   15   16   17   18   19   20   21   22   ...   83

¹2(3)    èéóí 2012 
 
40 
–İndi burdan çıxardıb buraxacam səni, amma  düzünü danışacaqsan mənə. Razısan? 
–Çıxara bilsən məni,  şəhərdə danışaram... 
Onlar böyük tibb bacısının yanına düşdülər. Xanəgahlı çatan kimi dedi: 
–Bu cinayət işində əsas şahiddir, onu  aparıram... 
Böyük tibb bacısı  şəbədə ilə gülümsündü, deyəsən bu təklifi gözləyirdi. Stolunun gözündən 
jurnalı çıxarıb stolun üstünə qoydu, çeçələ  barmağı ilə yerini göstərib dedi: 
–Burda ad familiyanızı və iş yerinizi göstərin.– Sonra otağın sol küncündəki şkafdan Könülün 
paltarlarını verdi. 
Xanəgahlı jurnalda göstərilən yerə lazım olanı yazıb qol çəkdi və  qələmi iri jurnalın üstünə 
tulladı. Könülə baxıb dedi: 
–Bayırda gözləyirəm, əynini dəyiş, sənədini də götür  gəl... 
Xanəgahlı anladı kı, xəstəxana Könüldən canını qurtarmaq istəyir. O isə Könülü gətirənlərin 
raportunu da alıb aparırdı ki, xəstəxanada qadınlardan heç bir iz qalmasın. Bir hovura Könül çıxdı, 
onlar xəstəxananın darvazasına sarı getdilər. Polislərin qarşısından keçəndə Xanəgahlı ayaq saxladı, 
ordakı iki polisə sual verdi: 
–O qızı kim döyüb? 
–Rəis, bizim smennən qabaq olub... 
Kapitan daha bir söz demədən küçəyə çıxdı. Düşünürdü ki, yəqin polis döyüb, ona görə heç 
kəs həqiqəti demir, hamı qorxur. Maşın xəstəxanadan aralanan kimi Xanəgahlı arxada oturmuş 
Könülə baxıb dedi: 
–İndi lap başdan danış. 
Könül özünün xəstəxanaya ədalətsiz aparılmağından başlayıb danışdı, Çiçəyə çatanda dedi: 
–Mən onun adını bilmirəm, hikkədən demir, heç kimlə danışmır. Qan analizi verəndə  mən 
özümdən Gülşən  Əhmədova yazdırdım, susduğuyçün onu döyəcəkdilər, amma mən özüm də onu 
əsil adını bilmirəm. 
Xanəgahlı ürəyində Könüldən razı qaldı, çünki Nərağa müəllim də ondan bunu xahiş eləmişdi, 
araşdırma apar, amma heç kəs heç nə bilməsin. Könül söhbəti davam edib Nizamın adını çəkmədi, 
serjant Tarixin üstünə gəldi. Çiçəyin onun yerinə butulka təcavüzünə məruz qaldığını açıq dedi. 
–Bəs palatada qan-filan  yox idi axı...– Xanəgahli soruşdu. 
–Böyük tibb bacısı gələn kimi təmizlətdirdi... Qanlı döşəyi də aradan çıxardılar... 
Xanəgahlı Çiçəyin gətirildiyi xəstəxanaya sürdü. Könüllə düşüb Qeydiyyat stolundan Çıçəyin 
palatasını öyrəndilər. Qız altı  nəfərlik palatada idi, ona qan köçürürdülər. Könül yanaşıb Çiçəyi 
öpəndə Xanəgahlı əl telefonu ilə Növruzu yığdı, soruşdu: 
–Novruz müəllim, qızın adı nədir? 
Xanəgahlı telefonu bağlayıb Könülün ardınca xəstəyə yanaşdı. Çiçək Könülə baxıb halsız-
halsız gülümsəyirdi. Xanəgahlı soyuq səslə soruşdu: 
–Adın Çiçəkdi? 
Çiçək başı ilə təsdiq elədi. O,  Xanəgahlının  Novruz adı çəkdiyini eşitmişdi. 
–Novruzu çağırın,– Çiçək halsız səsi ilə dedi. 
Amma Xanəgahlı belə sürətli uğuruna inanmaq istəmirdi. Dübarə Çiçəkdən soruşdu: 
–Sən Məhər müəllimin qızısan? 
Çiçək yenə “hə” yerinə başı ilə təsdiqlədi. Xanəgahlıda şübhə qalmadı. Könülə dedi: 
– Gedək, gəl, vaxt yoxdur– Xanəgahlının səsindəki mehribanlıq yox oldu, quru səslə Könülə 
əmr etdi.  
Könül  əyilib bir də Çiçəyin yanağından öpüb müstəntiqin dalınca palatadan çıxdı. Elə 
kandarda  arıq bir tibb bacısı ona dedi: 
–Siz o xəstənin qohumusuz?– cavab gözləmədən ikinci sualı verdi, –ona bir litr qan 
vurmuşuq, özgənin idi, pulunu kim verəcək? 
– Ay qız, gəl, – Xanəgahlı onu ardıycan çağırdı. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
41
Onlar maşına yanaşdılar. Könül oturub dal  qapını örtən kimi Xanəgahlı  işləyən maşından 
düşüb əl telefonundan Nərağa müəllimə zəng vurdu. 
– Sabahınız xeyir cənab general, qızı tapmışam. 
–Harda idi? 
–Xəstəxanadadı, qadınlıq orqanından qanaxma ilə gətiriblər, qorxusu yoxdur... 
–Orda işini qurtaran kimi yanıma gəl.. 
–Baş üstə... Cənab general, sənədləşmə aparım? 
– Mütləq! 
– Baş üstə, baş üst... 
Xanəgahlı maşına minəndə ürəyində  Nərağa müəllimin ölülərinə söydü. O sənədləşmə 
aparmaq lazım olmadığına əmin idi. O boyda generalın qızının butulka təcavüzünə məruz qalması 
barədə  işi rəsmiləşdirmək heç zaman mümkün deyildi. O maşına minib Könülün ünvanına baxan 
sahə müvəkkilinin ofisinə sürdü.  İnsan çiy süd əmib, buraxar Könülü, o da yoxa çıxar. Bu 
fahişələrin nəfəsi yalanan gedib gəlir. Müvəkkil Könülü tanıdı, Xanəgahlı bundan sonra Könülü evə 
buraxdı, axşam altıda müvəkkilin otağına gəlməyi tapşırdı, öz əl telefonunun nömrəsini yazıb ona 
verdi. 
Sahə müvəkkilinin yanından Xanəgahlı  Çuxurlu rayonu polis rəisinin ictimai təhlükəsizlik 
üzrə müavini Güləli müəllimin yanına getdi. Onlar çoxdan tanış idi. Çiçəyi bölməyə Quliyev 
Müsəllim familiyalı serjant gətirmişdi. Xanəgahlı  səhər onun familiyasını jurnaldan götürmüşdü. 
Güləli müəllim onu mehriban qarşıladı, dinlədi və artıq sual vermədən növbətçiyə əmr verdi: 
–B3  saylı patrul maşınına bu dəqiqə  əmr ver, şəhər polis idarəsinə C3 saylı otağa getsin. 
Təcili, sürücü ilə birgə, kapitan Xanagahlı çağırır onları...– Güləli müəllimin yadında idi, səhər 
instruktajda onu görmüşdü. O, məşhur adam idi, hər növbədə haqq-nahaq kimisə bölməyə gətirirdi. 
Bu da kimlərəsə sərf eləyirdi, ona görə onun qanunsuz işlərinə hamı barmaq arası baxırdı...  
Xanəgahlı müavinin yanından çıxıb  şəhər polisinin qabağına gəldi. Buraxılış  məntəqəsinin 
qabağında var-gəl eləyib gözləməyə başladı. Heç beş dəqiqə keçməmiş orta boylu, xaşılqarın, qara 
bığlı serjant buraxılış məntəqəsinə yanaşdı. O kandara çatanda Xanəgahlı soruşdu: 
–Müsəllim sənsən? 
–Bəli kamandir. 
–Sürücü hanı? 
–Tində maşındadı. 
–Əl telefonun neçədi? 
Xanəgahlı nömrəni öz telefonuna yazdı, sonra “sən gözlə” deyib, tində dayanan patrul 
maşınına yanaşıb kabinəyə oturdu. Sürücüdən soruşdu: 
–Adın nədir? 
–Zülfü,–sürücü arıq, əsəbi üzlü serjant idi. 
–Təpənin üstündəki idarədə olmusan? Bilirsən orda necə istintaq edir maskalılar? 
Sürücünün sifətində qatı bir qəzəb göründü, bir hovur susub dedi: 
–Orda işləmişəm mən... 
–Onda düzünü de, o biri smen qızı niyə döyüb zorlamısız? Bilirsən o kimin uşağıdı? 
 –Rəis, mənim ona əlim də dəyməyib, səhərə yaxın avara gəzirdi, Müsəllim ona sülək dedi. O 
da pis cavab qaytardı...sonra Müsəllim ona sapalağ vurdu...–serjant susdu, əsas hadisəni demək 
istəmirdi... 
   –Mənə düzünü desən, istintaqa ora, səni çağırmaram, zərif oğlansan... 
   Zülfü  xeyli  susdu,  Xanəgahlı görürdü ki, o hazırdır, ona görə  əlavə heç nə demədi. Bir 
dəqiqə susandan sonra sürücü dedi: 
–Anam canı, mən heç nə görmədim, Müsəllim tutuq yerində  qızla danışdı,  əlbəyaxa oldu 
deyəsən. Maşına oturanda dedi ki, dalını qayırdım...  
–Hardan götürdüz onu? 
–Bazarlar küçəsi  ilə Səməd Vurğunun tinindən, saat beş olardı... 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə