Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə21/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   17   18   19   20   21   22   23   24   ...   83

¹2(3)    èéóí 2012 
 
44 
Novruz  mətbəxdə oturub çay içir, Lala ilə gözləşirdi. Amma qanı qara idi.  
Xəstəxanada Çiçəyin ona verdiyi qırmızı kisədə serjant Müsəllim Quliyevin A3 bölməsinin 
rəisinə Çiçək haqda yazdığı raport vardı. Raportun üstündə isə rəisin Çiçəyi Qızıldaş xəstəxanasına 
göndərmək haqda dərkənarı, ayın tarixi qoyulmuşdu. Raportda Çiçəyin adı yox idi, “lal-kar qız” 
ifadəsi vardı, amma düzgün təhqiqat getsəydi, hər şey aydınlaşa bilərdi.  Müsəllim yazırdı ki, Çiçəyi 
bulvarın uzaq küncündə iki kefli bomjla biədəb halda görüb. Bomjlar aradan çıxıb, ancaq qız kefli 
halda ələ keçib. Bütün qaydalara görə, Novruz  bu raportu öz əlavə izahatı ilə rəisinə təqdim etməli 
idi. Amma  sənəddən Çiçəyin iki gün yarımdan artıq evdə olmadığı aşkar olurdu. Amma bu barədə 
rəhbərliyə heç bir məlumat verilməmişdi. Bu vəzifə saxtakarlığı idi. İndi Novruz nə etsin? Müsəllim 
serjantın raportunu Qızıldaş  xəstəxanasında da görmüşdülər, Çiçək də görmüşdü, amma yəqin 
oxumamışdı. Yəqin qırmızı paketi də ona görə atmayıb ona vermişdi.  
Novruz qərar verdi Məhər müəllimi gözləməyə...  Əgər o bu gün Çiçəyin evinə  gəlsəydi
demək hadisədən xəbərdar idi. Onda o, məktubu səssiz-səmirsiz Xanəgahlıya verə bilərdi. Amma 
evdəkilərdən heç biri Məhər müəllimin gəlməsini istəmirdi. Onun yanında sıxılırdılar. Ona üç ay 
əvvəl gözlənilmədən general leytenant rütbəsi vermişdilər. Bu hadisə səs-küysüz keçmişdi.  
Bircə Çiçək öz atasını görmək istəyirdi. O başa düşürdü ki, atası bəlkə min serjantın rəisidi. 
Bu ona arxayın davranmağa  güc verirdi. Amma onu pis adamların təcavüzündən qorumurdu. Ona 
görə o, atasının qəddarlığına da rəğbətlə baxmağa meylli olmuşdu. Sən demə bu adi adamların 
içində buynuz var, nə  qədər kin var! Hüseynin yanından çıxanda onun heç kəsə maneçiliyi 
olmamışdı. Amma onu təhqir elədilər, düz yolu ilə getdiyi yerdə, döyüb zorladılar. Yəni bu eşşək 
serjantın öz arvadı yoxdur!? 
Çiçək öz otağında qurulana-qurulana belə fikirləşirdi. O mətbəxə getmək istəmirdi, orda 
danışılan sözlər ona süni və fantastik görünürdü. Onların heç biri Çiçəyin başına gələni 
anlamayacaq və heç vaxt təsəvvür eləyə bilməyəcək. Bu onun öz payı idi və  bəlkə  də Allahdan 
göndərilmişdi!? Qəribə idi, neçə cür həyat varmış! Adamlar nədən belə qorxulu və qəzəbli olurlar, o 
biri adamları, zəifləri incidirlər? Bunlar Çiçək üçün təzə və izahsız idi, bunun səbəbini anlamırdı. 
Qonaqlar  yeməyə başlamır və Çiçəyi gözləyirdilər. Xalidə Çiçəyin otağına gəlib ona saçını 
fenləməyə , paltar seçməyə kömək elədi. Çiçək key kimi olmuşdu, qərar qəbul eləmək ona çətin idi, 
iradəsi itmişdi. Adi şeylər – iki paltardan hansını geymək barədə fikrə gedir və bir qərara gələ 
bilmirdi. Çiçək mətbəxə girəndə Lala artıq bir az keflənmişdi, ucadan danışıb gülürdü. O, balaca 
Cabbarın sağlığına nəsə dedi: Novruz, Nargilə xala və Lala içdilər. Xalidə  də  gərginlikdən 
qurtarmaq üçün bir rumka içdi. 
Çiçək ac idi, iştahla yeyir, susurdu. Stol dalında söhbət elə gedirdi ki, elə bil heç nə baş 
verməmişdi. Çiçək qaynanmış qoyun ətindən yeyir, amma ağzında Teymurun ona verdiyi südlü 
konfetlərin dadını hiss edirdi. Hamı ordan-burdan söhbət edirdi. Bircə Əlfiyyə və Çiçək susurdular. 
Əlfiyyə də gərgin idi. O, general Məhərovun – ərinin gəlməyini gözləyirdi. Saat doqquzda Nargilə 
xala getdi. Xeyli sonra Əlfiyyə getmək istəyəndə Çiçək dil açdı: 
–Anam, getmə qal bizdə ,– dedi, bu onun evə gələndən birinci sözü idi. 
Hamı bu adi sözlərə sevindi, ümiddi oldu. On ikinin yarısında Novruz Lalanı apardı. Əlfiyyə 
anladı ki, Məhər gəlməyəcək. Axır vaxtlar onun vəzifəsi ilə birgə ətrafındakı yaltaqlar da artmışdı. 
Ona nə isə demişdilər, yerin də qulağı var. Əri yəqin utanır, adam arasında özünü necə aparacağını 
bilmir, hadisəyə necə müdaxilə eləməyi  bilmir. Qoy xəcil olsun! Əlfiyyə onu saymayan, adam 
yerinə qoymayan əri barədə belə fikirləşdi. 
Həyatda onun bircə qızı vardı, onunla da aralarında elə bil uçurum yaranmışdı. Hərdən özünü 
lal kimi hiss edirdi. Gəncliyində  məktəbdə pis oxumağını özünə bağışlamırdı.  İndi bicə  qızına iki 
kəlmə isti söz tapıb deyə bilmir. Elə əri də onun kimi savadsız idi, bunu yaxşı anlayırdı. Bacardığı 
söyüş idi. Amma indi belə çətin ayaqda qaçıb gizlənmişdi. Yeganə balaları sahibsiz qalmışdı. Ana 
olan bəndə qızın başına nə gəldiyini bilmirdi. Ona mehriban sözlər demək istəyirdi. Qadın fəhmnən 
başa düşdü ki, Çiçəklə adi məişət sözləri ilə danışmaq lazımdır. Dedi: 
–Uzanmaq istirsən, qızım? 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
45
Çiçək anasının gözünün içinə baxdı, balaca gülümsündü. Bu səbəbsiz, doğmalıq saçan bir 
təbəssüm idi. 
–Get uzan, bir az dincəl. 
Çiçək məktəb uşağı kimi qalxıb sakitcə öz otağına getdi. Dolmuş mədəsi ona yuxu gətirmişdi. 
Uzandı və yuxuladı. Əlfiyyə isə axır ki, Xalidə ilə mətbəxdə tək qaldı. Cabbar onların bir az başını 
qatırdı: amma Əlfiyyənin içində qaynayan sual ona rahatlıq vermirdi. Xalidə uşağı yatırandan sonra 
axır ki, Əlfiyyə məqam tapıb Xalidədən soruşdu: 
–Ay Xalidə, Novruz bir söz demir. Bu qız bu qədər saatı harda olub axı? 
Xalidə arvadın üzünə baxıb tutuldu, gülümsədi, sonra isə dedi: 
–Ay  Əlfiyyə bacı, özü bir söz deyir ki... Mən başa düşdüyümə görə bulvarda huşunu itirib, 
aparıblar xəstəxanaya... Hələlik özgə şey bilmirəm... Soruşanda halı dəyişir, ağlıyir... 
Xalidə ağlına gələn birinci sözləri dedi, amma bilmədi ki, Çiçəyin üç günlük qanlı sərgüzəşti 
üçün  əsil nağıl versiyası düzəldib. Lala evdən  Əlfiyyəyə  zəng vurdu, dedi ki, çatmışam. Sonra 
soruşdu ki, bu qız axı harda olub? Əlfiyyə də Xalidənin uydurub dediyi sözləri dəyişmədən Lalaya 
təkrarladı. Lala da tənbəllik eləməyib maşından Çiçəkgilə qayıdan  Novruza zəng vurub dedi: 
–Öyrəndim, sabah kafe sənnən. Çiçək bulvarda yıxılıb huşunu itirib, aparıblar xəstəxanaya. 
Oradan da tapılıb gəlib evə. Düzünü Xalidə bilir... 
–Çox sağ ol. Sabah birdə institutun qabağına gələcəm..– Novruz sevgilisinə belə dedi, 
ürəyində bu nağılın yaranmağına sevindi.  
Amma o bilirdi ki, nəsə başqa hadisələr olub. Serjant Müsəllimin raportu onda idi. Nərağa 
müəllim də ondan heç nə soruşmurdu, deməli, onun da öz versiyası artıq var idi və o qüdrətli 
general da bu itmənin dilə gətirilməsini istəmirdi. Nərağa müəllim həqiqəti bilirdi, yoxsa o Novruzu 
və Xalidəni  dara çəkərdi, rahat qoymazdı. Xeyli götür-qoydan sonra Novruz evə çatanda 
Müsəllimin raportunu cırıb evlərinin yanındaki zibil yeşiyinə atdı: dəvəni gördün, heç qığının  da 
görmədim. O bilirdi ki, həmişə görməyənin başı salamat olur. Kimə lazımdısa, qoy axtarsın və 
sənədlər toplasın. Saat ikinin yarısında evə girəndə onun ürəyi rahat idi. Deyəsən, xidməti araşdırma 
olmayacaqdı. Bununçün kimsə göstəriş verməli idi, amma rəislərin heç biri belə göstərişi vermirdi, 
məsələnin tez yaddan çıxmasını istəyirdi. Xüsusilə Nərağa müəllimin coşqunluğu aradan getmişdi, 
bütün zibillər onun təsərrüfatına aid idi və Novruz da bunu başa düşürdü. Baş verən hadisəyə görə 
onların idarəsində hamını günahlandırmaq olardı, bütün idarəni qınamaq olardı. Çünki bu hadisə 
olmamalı idi. Amma Novruz bilmirdi ki, Nərağa müəllim qızın itməyi barədə tam məlumatı olmağı 
ilə ürəyində qürrələnirdi. 
Səhər Xalidə günortaya yaxın hündür, yaraşıqlı, əlli yaşlarında bir həkmi və onun yanında tibb 
bacısını  qarşıladı. Novruzun zəngindən sonra o Çiçəyi yuxudan oyadıb hamama salmışdı. Başına 
gələnlərdən sonra Çiçək lap fağırlaşmışdı, ərköyünlüyü yox olmuşdu. İndi Xalidənin göstərişlərinə 
quzu kimi əməl edirdi, çünki başa düşmüşdü ki, bütün qaydaların səbəbi var. Bu qaydalara əməl 
eləməmək isə pis nəticələr verir və  təhlükədən qorunmaq doğrudan da lazımdı. Düz deyirlər ki, 
azadlığın son ucu qorxudur. Çiçək bu qorxunu təkcə qorxu kimi yox,  həm də fiziki ağrılar kimi 
yaşamışdı, bu ağrıların bir qismi isə onun canında idi. 
Çiçək eşitdiklərinə əməl eləyirdi, amma lal-dinməzliyi davam edirdi. Xalidə qadın məntiqi ilə 
anlayırdı ki, bu bir hikkə idi, nəyəsə etiraz idi. Yəqin öz yaşamından narazılıq idi. Zahiri tərəfdən 
onun hər şeyi olsa da, əslində tək idi, heç bir həyatı yox idi, günləri bir-birinin təkrarı idi. 
Həkim xəstəni öz otağında müayinə elədi. Sonra tibb bacısı Çiçəkdən qan və başqa analizlər 
götürdü. Axırda həkim dedi Xalidəyə: 
–Bunun ata-anası, sahibi var? Yazığın qanı niyə yoxdur? 
Xalidə  həkimin üzünə baxmadan susdu, sonra həkimin qabağında kresloda oturmuş Çiçəyin 
əhəng kimi ağ sifətinə, qaş-qabağına baxdı, bir söz demədi. Görünür həkimə xəstə haqqında heç bir 
məlumat verilməmişdi. 
–Mən nə var onu yazacam– Həkim  əlavə elədi, buna dəniz havası lazımdı, qırmızı çaxır 
verin... Bunu kim bu hala salıb? Bədəni qançırdı bütün...– həkim Çiçəyin kim olduğunu bilmirdi
bilsəydi belə sərt danışmağa cəsarət eləməzdi. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə