Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə29/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   25   26   27   28   29   30   31   32   ...   83

¹2(3)    èéóí 2012 
 
62 
qəpik-quruş  gətirməsinə göz yumur, bəzən hətta sevinirdi. Suçu Vəli kimi. Özgələrin  əkinlərini 
oğlunun köməyi ilə, dərsdən ayırmaq hesabına suvarırdı. 
Əslində kasıb-kusub balalarına daha artıq can yandırır, daha ciddi yanaşırdı.  İstəyirdi yaxşı 
oxusunlar, istitutlara, universitetlərə qəbul olunsunlar, ucalsınlar, cəmiyyətdə yüksək mövqe tutsun-
lar. Heyf, çox zaman bunu yanlış başa düşür, hərdən xoş niyyəti pis nəticə verirdi. Yadındadı, bir 
dəfə nə soruşdusa, traktorçu Qulu qayıtdı ki, o da sözgəlişi, Fazil düz bir il gecikdi, müəllim, gecik-
məsəydi, filan iş filan olardı. “İki” verdiyini, sinifdə saxladığını dilinə gətirmədi. Nədi-nədi qınaq, 
töhmət sayar, xətrinə dəyərdi.  
Tərslikdən qurbanı yenə kasıb-kusub balası idi. Sinifdə saxlamağa hazırlaşdığı suçu Vəlinin 
oğlunun da gələcəkdə hardasa, nədəsə gecikməsinə bais olacaqdı. Həm də istəmədən.  
Birdən müəllim yoldaşlarından birinin atmacası yadına düşdü: “Sənin də gücün elə kasıb-ku-
subun balalarına çatır.”  
Bayaqdan islaq paltarın içində  üşüyən bədəni birdən-birə qorlandı. Yavaşca Fazilin qoluna 
toxundu. 
- Maşını geri döndər, bacıoğlu! 
- Nə olub, müəllim? - Fazil təəccübləndi.  
İsrar edəndə ayağını qazdan çəkib maşını ağzıgeri döndərdi. 
Yağış eyni qaydada yağırdı. Şüşəsilənlər güclə çatdırırdı. Sanki göyün yerə qəzəbi tutmuşdu. 
Hirsini-havasını sel-suyu ağzıaşağı əndərməklə soyudurdu. 
Fazil bayaq müəllimini götürdüyü yerə çatanda çönüb ona sarı baxdı.  
- Məktəbə sür!.. - dedi. 
Bu saat müəllimi allahından dönüb desəydi, maşını dünyanın o başına sür, sürəsiydi. Çünki 
birdən-birə  qəribə, qeyri-adi bir hiss varlığına hakim kəsilmişdi. Bığlı-saqqallı, arvad-uşaqlı Fazil 
bu sehrli hissin təsiri ilə müəlliminin qarşısında illər öncəki saf, təmiz ürəkli, sadəlövh məktəbli 
Fazilə çevrilmişdi. Çox da bir zaman “iki” vermiş, sinifdə saxlamışdı. Keçdiyi həyat məktəbi 
çoxdan hər şeyi saf-çürük eləmiş, müəlliminə bəraət qazandırmışdı. 
Məktəbin qabağında maşından düşdü. Yağışa-filana əhəmiyyət vermədən gümrah addımlarla 
darvazadan içəri girdi. 
Müəllimlər otağında rübün, ilin yekununa həsr olunmuş pedaqoji şura yekunlaşmaq üzrəydi. 
Onu sel-suyun içində görəndə hamı yerində dondu.  
Dinməz-söyləməz yaxınlaşıb jurnallardan birini açdı. Suçu Vəlinin oğlunun adını axtarıb 
tapdı. Qarşısında bir “üç” yazdı. Gəldiyi kimi də dinməz-söyləməz qayıdıb qapıdan çıxdı. 
Maşına eyni yüngüllüklə, quş kimi atılıb mindi. Yerini rahatlayıb dərindən nəfəsini dərdi. 
- Fırtışəli, yolçu yolda gərək, atını tərpət, getdik!.. 
Heç nə başa düşməyən Fazil sorğu-sualsız maşınını işə saldı. Bir azdan köhnə “Qaz-53” asfalt 
yolda şəhərə tərəf buruldu. Yağış səngisə də hələ yağırdı. 
 
  
 
ASLAN QULİYEV 
  
         
QAN DAVASI 
  
Əmim Rusiyətə getdi, soyuq ölkədəki həmyerlilərimizdən fərqli 
olaraq bazarda göy, meyvə satmadı, taksavatlıq da eləmədi, göy 
satanların, taksavatlıq eləyənlərin krışası da olmadı, vəhşi heyvanları 
əhliləşdirməyə, onlara təlim keçməyə başladı. Həm də elə-belə, adı it 
dəftərində olmayan vəhşi heyvanlara yox, şirlərə!  Əmim arvadının 
deməyinə görə    əmim qırmancını havada şaqqıldadadır, adı  gələndə adamın bədəninə vic-vicə 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
63
düşən vəhşi heyvanlar stolların üstünə sıçrayır, orda bardaş qurub oturur, adamlara baş əyir, hələ bir 
əmimi qucaqlayıb nəhəng pəncələri ilə   saçlarını qarışdırır, belini sığallayırmışlar.  
Əmim ildə bir dəfə vətənə gəlir, on beş gün qalırdı, bu on beş günü də arvadını əhliləşdirməyə 
sərf eləyir, ona təlim keçirdi, şirlərə  təlim keçməkdə  nə  qədər uğur qazanmışdı, deyə bilmərəm, 
amma arvadına təlim keçmək sahəsində bircə addım da irəliləyə bilmirdi. Təlim prosesində  təkcə 
qırmancını  şaqqıldatmır, yumruqlarını da işə salır,  qaydasız döyüş növlərinin bütün üsullarından 
istifadə eləyir, bildiyi və  təzəlikcə öyrənməyə başladığı bütün təlim qaydalarını  sınaqdan çıxardır, 
amma ciddi   nəticəyə nail ola bilmirdi. Bunu   mənə də etiraf eləyirdi, qardaş oğlu, əlimə nə cür şir 
düşdüsə, əhliləşdirdim, təlim keçdim, birinin də əlində aciz qalmadım, amma bununla bacarmadım, 
əhliləşdirə bilmədim. Etiraf eləyəndə əmimin yanaqları  ilə iki damla göz yaşı gilələnirdi,   etiraf 
eləmək mərasimi bir qayda olaraq göz yaşları ilə müşaiyyət olunurdu. Əmim arvadı  əhliləşmək 
əməliyyatına isti münasibət bəsləmirdi, elə buna görə  də  əmimi gələndə necə sevinclə qarşıla-
yırdılarsa, gedəndə də elə sevinclə yola salırdılar.   
İşlər beləcə gedir, günlər beləcə keçirdi. Günəş dənizdən könülsüz halda ayrılıb tənbəl-tənbəl   
dağlara doğru gedir, səmada yellənir, yırğalanır, dağların üzərində bir anlığa dayanıb çölləri, 
təpələri, adamları qızılı rəngə boyayır,  sonra   şüalarını yığıb-yığışdıraraq yumalanıb dağın arxasına 
düşürdü.  
Əmim orda neylədisə,  şirlərin xətrinə necə dəydisə, günlərin birində şir əmimin başını ağzına 
saldı, havaya qaldırıb, göydə bir-iki silkələdi və  kənara atdı.  Əmim hələ yerə  dəyməmiş, yəni 
göydəcə ruhunu tapşırdı,   öldü. Hər nə isə, göydə, ya yerdə, fakt buydu, ölmüşdü, həm də öz 
əcəliylə yox, onu şir öldürmüşdü. 
Əmimi gətirib dəfn elədik, yeddisini verdik, qonaqlar dağılışandan sonra əmim arvadı məni, 
mənimlə yaşıd olan əmimoğlu Bilonu    -  (Türməyə düşənə  qədər Bilal idi, amma ordan Bilo kimi 
qayıtmışdı. Bazarda bir inəyi çırpışdırmışdı, həm də necə ustalıqla çırpışdırmışdısa,  indiyə qədər də 
nə inək sahibləri, nə  də bazardakılar  əmimoğlunun günün-günortaçağı, bu qədər adamın gözü  
qarşısında inəyi necə aparmasını başa düşə bilmirdilər. Hətta məhkəmədə inək sahibi şikayətindən 
vaz keçmiş, halaldı belə  oğula, buraxın, getsin, demişdi. Inək sahibi vaz keçsə  də, hakim vaz 
keçməmişdi,  əmimoğluna bir il iki ay iş vermişdilər. Ordan qayıdandan sonra təkcə adını yox, 
təhər-töhürünü, danışığını, yerişini də  dəyişmişdi. Sözünü də «Panyatkalı cahillər…» kəlməsi ilə 
başlayırdı)  - otağa salıb, qapını bağladı. Dedi, bilirsiz də, kişini öldürüblər, nəslinizin kişiləri bu 
qanı  yerdə qoysalar, qeyrətlərinə düşən ləkəni təmizləməsələr, gərək adam arasına çıxmayalar, ya 
da başlarına yaylıq bağlayalar. Sözün düzü arvadın nə dediyi mənə çatmırdı, panyatkalı cahil də 
balıq udubmuş kimi dümbədüz dayanmışdı, sağ  əlinin baş barmağını açıb yumur, əliylə havada 
qövs cızırdı.  
Əmim arvadı bir bağlama gətirib otağın ortasına qoydu, bağlamanı açanda gözlərim kəlləmə 
çıxdı, indiyə kimi bu qədər pulu bir yerdə görməmişdim, hamısı da dollar idi. Belə  çıxırdı  şirin 
əmimin boynunu sındırmaq üçün bəs qədər səbəbləri var imiş, kişi  şirlər üçün ayrılan pulların 
hamısını evinə gətirirmiş. Dedi, götürün, nə qədər istəyirsiz, gedin Moskvaya, tapança alın.  Kişinin 
işlədiyi həmən sirkdə  şirə   adama iki güllə vurun. Mütləq alnının ortasından vurun, yoxsa ölməz. 
Qanınıps alın, qeyrətinizə düşən ləkəni təmizləyin,  kişi kimi qayıdın vətənə.   
Əmim arvadına qulaq asdıqca gözlərim kəlləmdə qalmağına davam eləyirdi,   nə danışdığındı, 
dedim,  şir öldürmək sənə asanmı  gəlir?  Şirin sahibi yoxdumu, ruslar imkan verərlərmi biz  gedib 
onların  şirini öldürək? Ağılsız-şüursuz heyvandı, heyvana baş qoşmağa dəyməz.  Əmimi  kimsə 
öldürmüş olsaydı, başqa məsələ. Əmim bu il  gələ bilmədi, şir imkan vermədi, sənin təliminin  vaxtı 
keçir  deyə belə danışırsan. 
Arvad dedi,   nə danışdığını bilməyən biri  varsa, o da sənsən. Necə yəni şüursuz heyvandı, 
şüursuz olsaydı,  əmini yeyərdi, mən də deyərdim,  şir acıbmış, kişini yeyib. Amma şir  əmini 
yeməyib, sadəcə başını  ağzına salıb, silkələyib, boynunu sındırandan sonra atıb bir tərəfə. Yəni 
ağılla, şüurla qisas alıb. Siz də qisasınızı almalısınız. Götürün pulları, günü sabah  yola düşün. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə