Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə31/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   27   28   29   30   31   32   33   34   ...   83

¹2(3)    èéóí 2012 
 
66 
eləyəcəklər, burda   adam öldürməkdənsə, şir öldürmək daha ağır cinayətdir, həm də əhliləşmiş şiri. 
Ömrümüzün sonuna kimi Rusiyət türmələrində can verəcəyik. Öləndə  də üstümüzdə müsəlman 
mollası yox, provaslav keşiş dua oxuyacaq, bizi kimsəsizlər qəbirstanlığında basdıracaqlar. Sənsə 
kefdən, qızlardan dəm vurursan. 
Arvadımla danışıram, salamıma cavab verməmiş soruşur, neçə günün qaldığnı bilirsən? 
Bildiyimi deyirəm. Deyir, lap yaxşı, bir halda bilirsən, vaxtında gələrsən. Deyirəm: «Bir-iki gün 
geciksəm necə?» «Bir-iki saat belə gecikə bilməzsən! Geciksən, səni yandırmaq üçün fəaliyyətə 
keçəcəyəm». Sözünü deyən kimi telefonu söndürür, əslinə qalarsa məni söndürür, yandırır, 
ciyərimdən tüstü çıxır. Neyləyim, burda panyatka qeyrətimizdən ləkəni təmizləməmiş  vətənə 
qayıtmağa imkan vermir, orda da arvad məni yandırmaq üçün fürsət gözləyir. Mənsə onsuz da 
yanıram. 
Nəhayət qız bizim artıq işimizi kifayət qədər bacardığımızı deyib, gedin,  deyir, içəri sərbəst 
keçəcəksiz, bir kimsə üst-başınızı axtarmayacaq. Bizə sirkə iki dənə də bilet   verir, bu biletlərə görə 
sabah saat 3-də sirkdə tamaşa olacağını öyrənirik. 
Sabah gedirik sirkə, üst-başımızı axtarmadan bizi içəri buraxırlar, keçib oturur və səbirsizliklə 
şirləri gözləməyə başlayırıq.  Şirlər   səhnəyə çıxır, birdən-birə beş şir və   çaşıb qalırıq,   hardan 
bilək bu şirlərdən hansı əmimin qatilidir? Şirlərin hamısını öldürəsi deyilik, heç buna gülləmiz də 
çatmaz, həm də  günahsız şirlərlə nə işimiz,  qatil şiri öldürməliyik. 
Tamaşadan sonra   sirkdə işləyən bir qızdan əmimi erkək şirin öldürdüyünü öyrənirik. «Niyə 
öldürdü? – soruşuram. – Arvadlarınamı sataşmışdı?» «Orasını bilmirəm, - qız çiyinlərini çəkir, - 
amma   bu sirkdə əminizin əlindən keçməyən bircə yubkalı  da qalmadı». 
Sirkdən çıxandan sonra Biloya deyirəm, məsələ qəlizləşir, iş panyatkaya girir. Əyər şir əmimi 
namus məsələsinə görə öldürübsə, onu öldürə bilmərik. Bilo baş barmağını qaldırır, bir-iki dəfə   
havada məlum taktları gedir, sonra deyir. Yox, buna əminliyimiz yoxdu, həm də atam şirin 
namusuna necə toxuna bilər? Bü mümkün olan şey deyil.       
Iki gündən sonra yenidən sirkə gəlirik, keçib oturur və şirləri gözləyirik. Nəhayət, budu, erkək 
şir şahanə duruşu ilə səhnədə görünür. Bilo qulağıma pıçıldayır, mənim tapançam evdə qalıb, qalx, 
bitir bu şərəfsizin işini, bilsin adamın boynunu sındırmaq nə olan şeydi! Bu panyatkalıdı, amma 
mən də axmaq deyiləm,  məni güdaza vermək istəyir, nəyinə lazım, qeyrətini mən paka çıxardım, 
məni atsınlar içəri, bu da rus qızları ilə   kef çəkib, çıxıb getsin vətənə. Deyirəm, ata sənindi, qeyrəti 
təmizləmək ilk öncə  sənə düşər, al tapançanı, bitir tuği lənətin işini. Rəngi saralır, deyir, yox, bir 
tapança ilə ölməz, gərək iki yandan ataq. Deyirəm: «Bu necə olur, mən atanda, bir tapança ilə ölür, 
sən atanda ölmür?» Baxır, baxır, yaxşı, deyir, gedək, gələn dəfə  yəqin tapançanı yaddan 
çıxartmaram. 
Gələn dəfə gəlirik, mən tələsirəm, saatları sayıram, bununsa vecinə deyil. Hər ehtimala qarşı 
soruşuram,   unutmayıbsan? Yox, deyir, üstümdədi. Oturub gözləyirik, amma nahaq yerə, erkək şir 
səhnəyə  çıxmır. Tamaşadan sonra axtarıb həmən qızı tapırıq, deyir, erkək  şir xəstələnib, bir də 
sağalandan sonra səhnəyə buraxacağıq.  
Lənətə  gəlmiş  şir, xəstələnməyə vaxt tapdı. Növbəti tamaşaya  şir yenə  də  səhnəyə  çıxmır, 
əslinə qalarsa Bilo tələsmir, amma mən tikan üstündə oturmuşam, iyirmi birinci gün kənddə 
olmasam, Hətəmin qızı qeyrətimi yerə vuracaq, od vurub yandıracaq məni. Artıq tanıdığımız qızın 
köməyi ilə xəstə şirə baş çəkmək istəyirəm, cəhənnəm olsun, elə xəstə yatağındaca bu lənətə gəlmiş 
şiri güllələmək istəyirəm, amma qız kömək eləməkdən qəti boyun qaçırdır. Nə danışırsız, etiraz 
eləyir,  şir onsuz da ağır xəstədi, siz də bu yandan virus yoluxdurarsız. Bilo panyatkalıdı, qızın 
sözləri ona yer eləyir, nə danışdığındı, bizdə virus nə  gəzir? Qız  geri çəkilmək fikrində deyil, 
demək, sizdə virus yox imiş, gedək labaratoriyaya, müayinədən keçin, görək varınızdır, ya yox? 
Bilonun labaratoriyaya getmək ürəyincə deyil, müayinədən keçmək haqda isə sadəcə düşünmür,   
qız isə sözünü deyib, dəmir qapını cingilti ilə üzümüzə bağlayır. 
Biloya möhkəm hirslənirm,   sənə  nə oldu, yüzlərlə adamın gözü  qabağında  şirin ikisi-üçü 
boyda olan inəyi apara bilirdin, burda xəstə şirin yatağına yol tapa bilmirsən? Bilo boynunun dalını 
qaşıyır, taparam, problem deyil, amma şiri xəstə yatdığı yerdə öldürmək panyatkaya girmir, 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
67
panyatkalı cahillər belə namərdlik eləməzlər. Bu vəziyyətdə  şiri öldürsək də qeyrətimiz 
təmizlənməmiş qalacaq. 
Biloya nə  sərf eləmirsə, panyatkaya girmir, yalnız ona sərf eləyənlər panyatkaya girir və 
beləcə günlər keçir, şir səhnəyə  çıxmır, xəstəliklə, daha doğrusu ölümlə  əlbəyaxa mübarizəsini 
davam elətdirir. Tamaşadan kor-peşiman qayıdır, evdə bir qədər uzanıb yatır, sonra da qızların 
yanına gedirik. Heç yerdə  qərar tuta bilmirəm. Ara-sıra evə  zəng eləyirəm, arvadım da salamıma 
cavab vermədən etinasız halda soruşur, neçə gününün qaldığını bilirsən? Arada, kefi saz olanda   bir 
sual da əlavə eləyir, şiri öldürə bilibsiz, ya hələ qeyrəti ləkəli gəzirsiz?  
Iyirminci gün Bilonun bütün təkidlərinə, panyatkalı cahillər haqdakı ən ibrətamiz söhbətlərinə 
baxmayaraq Bakıya uçuram. Gecə rayona gedən maşın tapa bilmirəm, yalnız səhər tezdən nəhayət 
bir taksi tapılır və axşamçağı gəlib evə çatıram. Arvadım evdə yoxdu, girəcəkdəki dolabın üzərinə 
bir parça kardon kağız qoyub. «Gecikdin. Mən getdim». 
Sanki ürəyimin başına xəncər saplayırlar, evdə  mənasız yerə vurnuxur, saçımı-başımı 
yoluram. Neyləyə bilərdim,  əlimdən nə  gəlirdi, olan olmuşdu. Moskvadakı qeyrətimizə düşən 
ləkəni təmizləyib qurtarmamış, bir zırpı  ləkə  də burda düşdü. Mənə düşən də bu ləkəni 
təmizləməkdi. Harda olsalar tapacaq, hər ikisini güllələyəcəkdim. 
Tapançanı  tutacaqlarından ehtiyatlanıb Moskvada qoymuşdum, dədə-babadan qalma ov 
tüfəngini silib yağladım, qatarı da belimə taxıb hay-küylə    Hətəmgilə qaçdım, qaynanam mənə 
etinasız halda qulaq asırdı. A bala, qızı vermişdik sənə, fərasətin olurdu saxlayırdın, bizmi sənə 
dedik arvadını qoy burda, get Rusiyətdə şir öldür. Orda şiri öldürə bilmədin, burda da bunları heç 
öldürə bilməyəcəksən,  özünü güdaza verərsən.  Deyir, o gedib, kiçiyi evdədir, ondan da qəşəng
ondan da yaraşıqlı, fərasətli, əlindən də hər iş gəlir. Kiçik qızını çağırır,  doğrudan da dediyi kimidi, 
gözəllikdə arvadımı xeyli arxada qoyub, bircə dabanları üstə oynamaqda arvadımı xatırladır. Başqa 
seçim yoxdu, yapaşıb qolundan aparıram. 
Heç də pis yaşamırıq, ara-sıra söz-sözə  gəlsək də, keçinirik. Bu arada Bilo da Rusiyətdən 
teleqram vurur. «Şir öldü. Belə olan halda  məsələ özü-özlüyündə  həll olunmuş olur. Şərəfimizi 
qurtardıq! Qeyrətimizə düşən ləkəni təmizlədik!» Adamda həyasızlığa bax, qurtardıq, təmizlədik! 
Ay şərəfsiz, sən nəyi qurtardın, təmizlədin? Neylədisə, ana təbiət elədi. 
Məsələ öz-özlüyündə  həll olunmuş olsa da, Bilo bir ay da qalır oralarda, məlum işdir, rus 
qızları ilə vaxt keçirir. Nəyinə lazım, arvadı bizlərdəndir, öz nəslimizdəndir, səydir, daha Hətəmin 
qızları kimi yerə-göyə meydan oxumur. Bir ay yox, bir il, beş il də qayıtmasa, heç yerə gedən deyil, 
oturub gözləyəcək. 
Heç özümüzə  gəlməmiş Rusiyətdəki dayımdan da xəbər gəlir, kişi işini-gücünü atıb, atçılıq 
sovxozunda işə düzəlib, atları  əhliləşdirir, onlara təlim keçir. Qaçıram dayım arvadının yanına, 
amanın günüdü, dayımla danışanda denən ehtiyatlı olsun. «Sən narahat olma, - dayım arvadı mənə 
təsəlli verir, - dayın atların dilini yaxşı bilir». «Ona qalarsa əmim də şirlərin dilini bilirdi, amma şir 
əmimin başını ağzına salanda  onun dil bilib-bilməməyi ilə heç maraqlanmadı». Arvad ağıllı sözə 
qulaq asmaq əvəzinə inciyir, sən öz dərdinə qal, deyir, arvadından möhkəmcə yapış, bu da qoşulub 
birinə gedər, daha adam arasına çıxmalımız qalmaz. 
Dilxor halda geri qayıdıram, yaxşı, deyirəm, qulaq asma, fəxr elə,  ərin atların dilini bilir, 
amma günlərin birində hansısa at qoşa təpiklə vurub ərinin bağırsaqlarını çölə tökəndə  sənə 
deyərəm. Yəqin üstümə qaçmazsan, get, ərimin qisasını rus atından al deyə.  Lap elə gəlsən də xeyri 
yoxdu, heç yerə gedən deyiləm, Hətəmin qızlarına heç nə  təsir eləmir, amma qan davası adı 
eşidəndə elə bil cinə dəmir göstərirsən.   
Beləcə yaşayır, günləri yola veririk. Arvadım məni eşidir, başa düşür,   arada başa düşmədiyi 
də olur, onda da nallayıram qulağının dibindən,   yaddaşı  bərpa olur və yenə  də başlayır məni 
əvvəlki kimi başa düşməyə, hələ  əvvəlkindən də yaxşı başa düşür. Düzdü, arada dəqiq nişan 
almıram, taraz nallamıram, buna da Hətəmin qızı deyərlər, saplıca-filan meydan sulayır, hər halda 
sonda nallamaq əməliyyatını uğurla həyata keçirdirəm.    
Işlər beləcə gedir, günlər beləcə keçirdi. Günəş dənizdən könülsüz halda ayrılıb tənbəl-tənbəl   
dağlara doğru gedir, yellənir, yırğalanır, dağların üzərində dayanıb çölləri, təpələri, adamları qızılı 
rəngə boyayır,  sonra   şüalarını yığıb-yığışdıraraq yumalanıb dağın arxasına düşürdü.  


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə