Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə32/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   28   29   30   31   32   33   34   35   ...   83

¹2(3)    èéóí 2012 
 
68 
 
 
  
N. NOVRUZ 
 
 
ATAMI  OĞULSUZMU  BİLİRSİNİZ? 
 
Yoldaşlıq, dostluq etdiyim, yaşda məndən xeyli böyük olan biri ilə 
qonşu kəndə yolumuz düşmüşdü. Payızın ortaları idi. Bu vaxtlar bu 
yerlər üçün ənənəvi olan duman, çiskin başlamamışdı, hələ yağış 
yağmamışdı. Havalar quraqlıq keçirdi.  
Günortaya yaxın həmin kənddə yaşayan qohumumuzun evinə getdik. Hava günəşli və 
mülayim olduğundan açıq eyvanda əyləşdik. Ev sahibi qabağımıza çay qoydu. Yenicə söhbətə 
başlamışdıq ki, otuz, otuz beş evdən ibarət olan bu dağ  kəndinin ortasından keçib, onu iki yerə 
bölən yolun ortasında hay-haray səsi qalxdı. Dava düşmüşdü. Qarşılıqlı kişi söyüşləri qadınların 
çığırtılarına qarışırdı. Ev sahibi dedi ki, qayınlarıdı, Həzərxanı döyürlər. Yol yoldaşım “axı niyə?”  
soruşanda ev sahibi Həzərxan  kolxozun sahə gözətçisidir, yəqin yenə mal-qara ziyanlığa girib 
mızıldansa da, arxasını deməyə onun macalı, dinləməyə bizim hövsələmiz çatmamışdı, həyətə 
çıxmışdıq. Bir az eşiyə çıxıb təqribən üç yüz metr aralıda döyülən kişinin söyüş qarışıq qışqırığının 
gücləndiyi yeri, davanın gedişini, nəticəsini görmək, seyr etmək istəyirdik. 
Bu məqamda əynində uzun don, üstündə sırıqlı pencək geymiş, başı yaylıqlı, uzaqdan çəlimsiz 
görünən (qışqırdıqca səsi titrəyirdi) bir qız kəndin kənarından qaratikandan hörülmüş  çəpərləri 
tullanaraq keçib gəlirdi. O, kəndin ortasındakı yola çatanda axırıncı aşdığı çəpərdən dartıb bir paya 
çıxartdı.  
-Eheyyy! Namərd uşağı namərd! Atamı qardaşsız, oğulsuzmu bilirsiz, başınıza oyun açacam, - 
deyib qışqırırdı. Bu  çağırış yox, haray idi, çox təsir ediciydi, adamın tüklərini ürpəşdirən haray. Bu 
duyğunun təsiri altında biz də onunla daban-dabana dalaşanların yanına çatdıq. 
Ətraf qarışıqlıq idi. Belə məqamları yəqin ki, çox görmüş yaşlı yoldaşım mənə sarı baxaraq 
dedi ki, araya girmə, qarışıqlıqdır, güdaza gedərik, araya salıb vurarlar, kənara çəkil, biz qoşulan iş 
deyil. 
Həzərxan yerdə idi, qalxmağa təşəbbüs etdikcə vurub yerə salırdılar. Zarıldasa da dili 
susmurdu,  söyüşünə ara vermirdi. 
Mən gözümü qızdan çəkmirdim. O çəlimsiz qız atasını necə müdafiə edəcəkdi? Amma o, 
atasını döyənlərin səfini yarmış, onların arasına keçmişdi, daha doğrusu, onların qarşısını kəsmişdi.  
Bayaq uzaqdan gördüyüm əynindəki sırıqlı pencəyi çıxarıb sol qoluna dolamışdı, çəpərdən 
çəkdiyi paya isə sağ  əlində idi. Müəyyən qədər güc toplayan Həzərxan sir-sifəti qan içində ayağa 
durmuşdu, həqiqətən ölümünə layiq söyüşlərinə davam edirdi ki, bu qarşı  tərəfin  əks həmlələrinə 
səbəb olurdu. Qız qeyri -adi bir cəldliklə  irəli keçib zərbə endirmək istəyəni ağacla vururdu. Bu 
anda böyür tərəfdən bir neçə gəncin yaxınlaşdığını gördüm. Həmyaşıdlarının arasında əynində əsgər 
paltarı, çiynində “SA” yazısı olan biri də var idi. O, irəli çıxmaq istəyirdi. Kənardan kimsə oğlana 
dedi ki, sən qarışma, hələ qonaqsan, özləri bilərlər. 
Yəqin ki, Həzərxanın növbəti söyüşü oğlanı yerindən qopardı. O, yanındakılardan birinin əl 
ağacını alıb Həzərxanın üstünə cumdu, qızı yayındırıb zərbəni çıyninə endirdi, Həzərxan təzədən 
yerə sərildi. Yəqin ki, huşunu da itirmişdi. Qız bir addım kənara sıçrayıb bağırdı: 
-Sənə orada bunumu öyrədiblər?! İndi gör başına nə oyun açacam!- deyib oğlan toparlanmağa 
macal tapmamış  əlindəki payanı onun üzərinə endirdi. Zərbə  oğlanın sifətini, almacıq sümüyünü 
tutmuşdu, qan axırdı. 
Döyüşün aktiv iştirakçılarından biri, hündürboy, cüssəli kişi: 
-
 
Fatma! Sənin... – pis bir söyüş söyüb ağacı onun təpəsinə endirmək üçün qaldırdı.  
Fatma: 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
69
-Dayı! Qeyrətin olsun! - deyib əgər dəysə  kəlləsini dağıdacaq zərbədən yayınmaq üçün cəld  
kənara sıçradı. Dayı  hədəfdən yayınmış  zərbəsi ilə  bərabər ağzı üstə yerə  gəldi. Fatma namərd 
dayıya qəddini düzəldib dikəlməyə macal vermədi. Qarşısına tullanıb çiyninə endirdiyi sərrast zərbə 
ilə onu yerə, oğlunun yanına sərdi. 
Son hədd idi. Dayandırılmasa növbəti həmlədə yəqin ki, faciə olacaqdı. Adamlar çoxalmışdı. 
Araya girənlər, sakitlik yaradanlar, çılğınlıq edənləri tutub kənara çəkənlər var idi.  Davanın 
sorağına qonşu kənddən sovet sədri də özünü çatdırmışdı.  
Harayçılar dayılar tərəfi qırağa çəkdilər. 
Mən maraqdan qeyri-adi vəziyyətdən heyrətlənmiş, hər hansı  təhlükəni unudaraq lap yaxına 
gəlmişdim. Gözlərimi qızdan çəkə bilmirdim. İlahi! Bu qırğın, həyəcan, təlaş onun gözəl simasının 
qeyri-adi, məsum cizgilərini poza bilməmişdi. 
Yola düzəlmişdik. Qayıdırdıq. Düşdüyümüz evə də dönməyə daha lüzum qalmamışdı. Ətrafda 
adamlar hələ danışırdılar. Hərə özünəməxsus formada bir tərəfi yamanlayır, digərlərinə haqq 
qazandırırdı.  
Qıraqdan birisi dedi:  
-Burhan oğlunu (dayı Burhan imiş) rayon mərkəzinə milisə  şikayətə aparır. Odu e, dərəni 
keçib gediblər.  
Fatma  əzik-üzük edilmiş atasını çiyninə alıb bizim yolumuzun üstündə, təpənin qarşısındakı 
çökəkdə olan üstü lığlı evlərinə apara-apara “indi hara gedirlər, qoy getsinlər” deyirdi. 
Dayılar sifəti qanamış, çiynində “SA” hərfləri yazılmış  əsgər köynəyi geyinmiş  oğlanlarını 
rayon mərkəzinə milisə şikayətə aparırdılar. Bacılarının qızından, Fatmadan şikayətə gedirdilər. 
 
*   *   * 
Aradan bir neçə il keçmişdi. Yenə yolum həmin kəndə düşmüşdü. Qohumumuzun, həmin 
tanış şəxsin evinin açıq eyvanında oturmuşduq. Ev sahibi ilə olandan-keçəndən söhbət edirdik. 
Buradan Həzərxangilin evi aydın görünürdü. Yadıma bir neçə il əvvəlki hadisə düşdü. 
Fatmanı soruşdum.  
-O dava yadınızdadı? Qız atasını necə qorudu, nə qədər qoçaq və məsum qız idi. İndi necədi? 
Hardadı? 
Ev sahibi: 
-Ərə getmişdi, hamiləydi, doğuş zamanı öldü, - dedi. 
Çox məyus oldum. Gərək heç soruşmayaydım. O qızı ölmüş bilmək istəməzdim. Yəqin ki, 
dayıları da dəfnində iştirak etmişdilər. 
   
 
 
 
 İBO SEL 
 
TOY GÜNÜ
 
   
 
Alaqaranlıq məğlub oldu, artıq alatoranlığın hökmranlığı başladı. 
Ağarmaqda olan dan yerini sərçələrin civiltisindən xırdaca dalğalar 
bürüməkdədir. Təpənin döşündəki çiçəklər şəndir və üfüqdəki buludların 
aralarından günəş  şüaları axmaqdadır. Bu zaman biz heç şey barədə 
düşünmədən, əzgin-əzgin yerimizdən qalxırıq.  
Yaylaqda səhər tezdəndən ayrı bir ehtiras vardı. Böyük uşaqlar daha çilingağac oynamırdılar, 
mağarda görüləcək işləri öz aralarında bölüşdürürdülər. Balaca uşaqlar sevinclə o tərəf-bu tərəfə 
qaçışırdılar ki, bəs axşam toyda oynayacağıq. Tayfanın qız-gəlinləri toplaşaraq həyətdə  yır-yığıs 
edirdilər. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə