Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə30/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   26   27   28   29   30   31   32   33   ...   83

¹2(3)    èéóí 2012 
 
64 
Bilo canlandı, demək belə, baş barmağını yuxarı qatlayıb,  əliylə  aşağı-yuxarı bir takt getdi, 
demək, məsələ, qeyrət məsələsidi, qeyrətə düşən ləkəni yumaq da nəslin kişilərinin işidi. Panyatkalı 
cahillər üçün qeyrətdən ləkəni təmizləməmək ölüm kimi bir şeydir, hələ ölümdən də ağırdır! 
Əmim arvadı pulları  ciblərimə təpişdirirdi, Bilo da o yandan daraşmışdı, adamın çırpışdırmaq 
sahəsində  xeyli səriştəsi var idi, amma nə  qədər yığsaq da, yerdə  xeyli pul qaldı. Bundan sonra 
danışmağın, getmərəm, şirdən qisas almaq ağılsızlıqdı, çətindi, deməyin   mənası qalmadı. 
Gəldim evə, səkkiz aydı evlənmişdim, arvadı çağırdım, dedim, məsələ belədi,  sabah Rusiyətə 
gedirəm, şiri öldürüb əmimin qisasını almalıyam. Yoxsa şərəfimiz, qeyrətimiz iki paralıq olacaq. Bu 
da həmişə olduğu kimi yerə-göyə meydan oxuyur. Deyir: «Ay qoyun, sizdə nəsillikcə   ağlı başında 
olan birisi yoxdu, hamınızın başı xarabdı, səysiniz. Sən cücə başı kəsə bilmirsən, mənə kəsdirirsən,    
gedib Rusiyətdə  şir öldürəcəksən? Səni kim şirə yaxın buraxar ki,   onu öldürəsən də! Lap elə 
buraxdılar,  şiri necə öldürəcəksən? Birdən-ikiyə  şir öldürdüyün olub? Əmin kimi sənin də başını 
salar ağzına, qopardıb atar!» 
Baxanda dediklərində  həqiqət vardı, bunları özüm də bilirdim. Deyirəm: «Indi hər nədi, 
getməli,  şərəfimizi xilas eləməliyik. Işdir, ölsəm,   şir məni də  əmimin yanına yola salsa, yasımı 
saxlar, ərə getməzsən». «Neylərəm? -    necə qiyyə çəkdisə, qulaqlarım tutuldu. – Ay qoyun, mənim 
nə yaşım var ki, oturam, sənin yasını saxlayam? Ərə getməyimi istəmirsən, canın çıxsın, getmə. Gör 
sənə  nə deyirəm, heç yeddin çıxmamış,  ərə gedəcəyəm!» Yanıb-yaxıldım, səkkiz ay bir yerdə 
yaşasaq da, buna bələd olmuşam, dediyini eləyəcək. Adamlar yeddimə  gələndə, bacı-qardaşlarım 
göz yaşları tökəndə, bu   kiməsə qoşulub ərə gedəcək.   Haqlıydı, on doqquz yaşı vardı, nəyə görə 
də oturub ömrünün sonuna kimi gözləməliydi? 
«Yaxşı, - deyirəm, - bir halda belə amadəsən, gedərsən, kimə istəsən, bircə budka Əhməddən 
başqa. Bilirsən də, ona ərə getsən, qəbirdən xortdayıb gələrəm!» Deyir: «Eləmi? Mənim  əslində 
budkadan zəndi-zəhləm gedir, üç il arxamca süründü, atam üçün nələr eləmədi, kimləri minnətçi 
salmadı, ona getmədim, səni seçdim. Amma sən yanasan, cızdağın çıxsın deyə ona ərə gedəcəyəm! 
Xortdayacaqsan, cəhənnəmə xortda, gora xortda!» 
Təpəmdən tüstü qalxdı, alnının ortasından birini nalladım, hirsləndiyimdən unutmuşam, 
alnının ortasından vuranda buna təsir eləmir,  əksinə, hərəkətə  gəlir, gərək qulağının dibindən 
nallayaydım. Gec idi, saplıca başıma necə dəyirsə, gözlərimdən qığılcım çıxır, özümü bir təhər ələ 
alır, qulağının dibini nişanlayır  və ikinci saplıca başıma dəyməyə lap az qalmış nallayıram.    
Həmişə olduğu kimi bu dəfə  də  zərbə  təsirli olur, tirtap döşəməyə  sərilir, bir qədər vurnuxur, 
çapalayır, nəhayət sakitləşir. Daha yer-göylə  əlləşmir, köpü yatıb, qazı alınıb, bir qədər sakit 
danışır. Deyir: «Bir halda hökmən getməlisən, Moskvada şərəfini, namusunu xilas eləməlisən, sənə 
iyirmi gün vaxt verirəm. Iyirmi günə gəlməsən, iyirmi birinci gün budkanın yanındayam!»  
 Səhər tezdən  yola düşürəm, arvadım məni doqqaza kimi ötürür, yuxudan yarımçıq durub, 
saçlarını daramayıb,  əlləri qoynunda arxamca gəlir, yalın ayaqlarına nazik  çəkələkləri keçirib. 
Doqqazın qapısı ağzında dayanıb, sözlərimi unutma, deyir, iyirmi gündən artıq bircə saat da qalsan,   
məni görməyəcəksən.  Dönüb geri baxıram, yuyunmamış, daranmamış, yalın ayaqlarına çəkələk 
keçirmiş, yuxulu gözlərini yoluma dikmiş arvadım səhər toranlığında necə də gözəl görünür! Belə 
gözəl, gənc arvadını qoy, get şir öldürməyə! 
Gözüm arxada çıxıb gedirəm.    
Bir  əmimiz oğlu da Moskvada olur, amma o qisas almaq fikrindən çox uzaq olduğunu,  şiri 
öldürmək nədir, heç bu məqsədlə sirkin qapsınıdan içəri ayaq belə basmayacağını təntənəli surətdə 
bəyan eləyir. Mənə  nə sizin qan davanızdan, mən uzun illərdi rusların arasında yaşayıram, belə 
məsələlərə yaxşı baxmıram, qisas almağı, qanı qanla yumağı vəhşi tayfaların adəti hesab eləyirəm. 
Sizsə düşünürsüz ki, mütləq qanı yumalısız, buyurun, yuyun, qeyrətinizdən hansısa ləkəni 
təmizləməlisiz, buyurun, təmizləyin, bundan ötrü kimisə öldürməlisiz, buyurun, öldürün. 
Bu məqsədlə  əlini ağdan-qaraya vurmayacağını desə  də, bizi belə  işlərdən baş  çıxaran      
adamın yanına aparır. Adam əllərini stolun üstündə cütləyib oturub, başını qaldırıb üzümüzə 
baxmır. 
- Nə lazımdı? – soruşur. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
65
- Iki tapança, - Bilo deyir. 
- Sonra? 
- Biz sirkə girməliyik. 
- Sonra? 
- Tapançadan atmağı bizə öyrədən lazımdır. 
- Sonra? 
- Bitdi, sonrası yoxdu, - Bilo ani cavab verir. 
- Altı min dollar. 
Bilo şəstlə stolun üstünə pul sayır və iki gündən sonra arxamızca maşın gəlir, maşını idmançı 
bədənli, yaraşıqlı, idman kostyumunda olan rus qızı sürür. Bizimlə tanış olur, əlimizi möhkəmcə 
sıxır, adı Ninadır. Nina bizi Moskva ətrafındakı meşəyə aparır, hərəmizə bir tapança verir, necə 
atacağımızı  səbrlə başa salır, sonra da xeyli aralıda, ağacların arasında mişen qoyur və başlayırıq 
atmağa. Rus meşəsində parta-part salmışıq, dolaşalar, qarğalar həyəcanlı səslər çıxararaq uçuşurlar. 
  Qız isə  hədəfi gözü yumulu vurur, ağacdan düşən yarpaqlara, havaya atılan konserv 
bankalarına, almalara atdığı güllələrin biri də  boşa çıxmır. Bilo qıza vurulub,   qızı bişirmək üçün 
həmləyə keçir, inək çırpışdırmaq sahəsində  fərasətli olduğunu sübut eləyə bilib, amma bişirmək 
sahəsində  fərasəti yox imiş. Heç  xoş-beş eləməmiş  qızdan soruşur,  boş vaxtını bizimlə keçirə 
bilərsənmi? Qızın mavi gözlərində  dəcəl bir ifadə canlanır, başını  yırğalayır, deyir,  sənin vaxt 
keçirmək deyəndə nəyi nəzərdə tutduğunu başa düşürəm, amma bizdə  işdə məhəbbət macəralarına 
qurşanmaq qadağandır. Bilo da ümidlə soruşur, bəs işdən sonra necə, qurşana bilərsənmi? Qız 
gülür, deyir, əlbəttə bilərəm, amma səninlə yox, bu cavan oğlanla, məni göstərir, sənin üçün də 
rəfiqəmi gətirərəm. Bilo qaralır, nəsə demək istəyir, amma qızın  əlindəki tüstülənən tapançaya 
baxıb, udqunur, başını tərpədib razılığını bildirir. 
Evdə deyirəm, heç qızların yeridi, mənim qəlbimdən qara qanlar axır, sənsə  qızıbsan, 
şərəfimizdən ləkəni təmizləməli olduğumuz halda rus qızları ilə kefə qurşanmalıyıq. Bilo əməlli-
başlı hirslənir, deyir, ay qoyun, onsuz da burdayıq, işdən sonra, axşamlar qızlarla vaxt keçirməyib 
evdə çarpayıya uzananda, ayaqlarımızı göyə qaldırıb yelləyəndə,  işi tezmi həll edəcəyik? Ləkəni 
tezmi yuyacağıq? 
  Axşam qızları restorana aparırıq, Nina Bilo üçün kareteçi rəfiqəsini gətirib və ara-sıra 
Bilonun qulağına pıçıldayıram, ehtiyatlı olarsan, qızı hirsləndirməzsən, yoxsa sümüklərini qırar, 
indi də gəl, bundan intiqam al.  
Ninanın  şəhərin mərkəzində evi vardı, evə girəndə  dərhal başa düşdüm ki, Nina təkcə 
kimlərəsə tapançadan atmağı öyrətmir, özü də atır, həm də  həmişə cansız hədəflərə yox. Biloya 
deyirəm, bilirsən nə var, verək üstümüzdə olan pulları buna, gedib öldürsün şiri.  Özümüzü niyə 
şərə salırıq? Bilo razılaşmır, deyir, sən çox içibsən, kələfinin ucunu itiribsən,  qız gedib bizim 
qanımızı yusa, bizə nə deyərlər? Gərək bu ləkəni özümüz təmizləyək. Bizim əvəzimizə başqasının, 
həm də qız xeylaxının qeyrətimizdən ləkə təmizləməsi panyatkaya girmir. 
Nina ilk baxışdan göründüyü kimi heç də qaraqabaq, ciddi qız deyil, əksinə, mehriban, 
istiqanlıydı. Bu gündən başlayaraq hər gün Ninayla gecələyirəm, Bilo da kareteçi qızı kira-
yələdiyimiz otağa aparır. Amma bir gün Bilonun dodağının partladığını, gözünün altının 
göyərdiyini gördüm. Qıza şərəfdən ləkə təmizləmək haqda nəsə deyib, qız da səhv başa düşüb.  Hər 
nədisə, bundan sonra kareteden, idmandan uzaq olan qızlarla görüşməyə başlayır.    
Gündüzlər  şam meşəsinə gedir, tapançadan   atəş açır, axşamlar  şəhərə qayıdırıq. Hədsiz 
narahatam, günlər keçdikcə narahatçılığım bir az da artır, darıxır, nə vaxt işimizi qurtarıb vətənə 
qayıdacağımızı  səbirsizliklə gözləyirəm.   Xəyala dalan kimi də  məni yola salan yuxulu arvadım, 
kəndimiz gəlib dayanır gözlərimin önündə.  
Bilo deyir, darıxma, qoy işimizi qurtaraq,   bir ay heç yerə getdi yoxdu.  Heç bilirsən necə 
qızlar tapmışam! Sənin başın xarabdı,   hirsimi bunun üstünə tökürəm, biz burda rus qızları ilə kef 
çəkəcəyik, bəs arvadlarımız necə olacaq?   Sən istəsən  bir ay yox, bir il qalarsan, mənsə iyirminci 
gün kənddə olmalıyam. O qədər adamın içində ayağa qalxıb parta-part şirin alnının ortasından 
vurandan sonra ordan salamat çıxacağımıza  əminsənmi? Qapıdan çölə ayaq basmamış bizi həbs 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə