Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə38/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   34   35   36   37   38   39   40   41   ...   83

¹2(3)    èéóí 2012 
 
80 
günəş cənubdan doğularmı bir dəfə 
tam bir dəfə öpərmi qanadından 
şərqdən gələn yolların yorğunu 
beyza quşların 
  
ay, feri oldu qaranlıq gözlərimin 
toros ardı təkliyin mavi sirrində 
  
bir mən qaldım qovuşmasız 
  
QAMELYA 
  
ah, bir qamelya qapandı özünə 
deməli ki axşam çatdı yenə 
ruhum gecə fırtınalarına açıx bir liman 
dalğaqıranında fənəri olmayan.. 
  
neçə gəmi çarpacaq o könül qayalıqlarına 
neçə  min qağayı qanad çırpacaq qaranlığa doğru 
neçə yaralı söz batacaq kim bilər 
şeirlerini yaza yaza 
  
sən gecənin qızı 
səhərə həsrətlənən  göyün nazlı ulduzu 
bütün aylar işığını səndən alar unutma 
bütün ulduzlar sənin ətrafında pərvanə 
  
ah, tez gəlsə səhər 
günəş tez düşsə üşümüş yarpaqlarına 
açsan gül dodaqlarını yeni doğulan həyata 
gülüşlərin istilətsə torpağa qarışmış ruhumu 
  
sonra alim qasımov gəlsə 
köhnə bir mahnı pıçıldasa qulağıma 
  
tarqovuna vaxtsız axşamlar çatmadan.. 
  
 
 
NARINGÜL 
 
 
 
*  *  * 
Üzümdəki işıq çat verəcək 
kölgə düşəcək şəhərə,  
küçəyə, səhərə  
və şəhər can verəcək. 
və küçə can verəcək. 
və səhər can verəcək. 
çıxıb gedəcəyəm 
ürəyimdə adam izdihamı,  
ürəyimdə sevgi izdihamı,  
çıxıb gedəcəyəm üzü  
qurumağa.  
sən heç  
ayaq üstə quruyan ağac  
görmüsənmi?  
qadın da ağac kimidir 
içindən quruyur.  
Çıxıb gedəcəyəm üzü tənhalığa  
pəncərə arxasında  
böyüyən tənhalığa.  
səhərlər günəşlə bərabər  
ümidlər doğacaq üzümə.  
Amma mən qaranlıq düşməmiş 
soyunub atacağam bütün 
hissələrimi...  
sən necə? 
 
 
 
 
 
 
Ağrı 
 
Canımdakı ağrını ata bilsəydim 
gedərdim azadlıqlar yurduna. 
O gələn qatara çatsaydım 
gedərdim uzaqlara.  
Uzaqlar unutmaq üçündür
uzaqlar ovutmaq üçündür. 
 
Canımdakı ağrını ata bilsəydim 
bir ovuc xoşbəxtlik səpərdim torpağa 
quşlar sevinərdi... 
 
Canımdakı ağrını ata bilsəydim 
canımı dincə qoyardım 
bar verən  tarla tək.  
açardım sinəmi küləyə. 
 
Canımdakı ağrını ata bilsəydim 
Köhnəlmiş, mənasız əşya tək  


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
81
bir daha 
baxmazdım üzünə. 
Təptəzə, şipşirin  
bir ağrı tapardım özümə. 
 
Mən sükuta daş atan uşağam 
Ürəyim ağrıya açardır. 
 
*  *  * 
Mələklər diyarından gəlirəm 
Qanadlarım yanmda. 
Ürəyim küçə-küçə bölünüb 
Küçələrdə yad adamlar dolaşır 
Görən yad adamlara 
 salam versəm olarmı? 
Görən o yad adamlar  
məni duyub anlarmı? 
Mələklər diyarından gəlirəm 
gözlərimdə bir boşluq üzantısı.  
Ürəyimdə  
səbəbi bilinməyən etiraz aksiyası.  
hər gün qapıları döyüb dilənən qadın  
üzündən təbəssüm ver mənə  
ötürüm adamlara. 
Mələklər diyarından gəlirəm 
mən yer adamı deyiləm.. 
 
 
        
 
 
 
 
İMARƏT CƏLİLQIZI
 
 
 
 
 
 
 
AY İŞIĞI 
 
Ay işığı, getmə hələ, göydə qal
Munisim ol bütün gecə uzunu , 
Köksümə dol, ürəyimə işıq sal, 
Gözüm seçmir könlümdəki yazını. 
 
Qəlbimdəki məchulları çözələ, 
Qulağıma gəl pıçılda xəlvətcə, 
Mən duyğulu sözlər tapa bilmədim, 
Sən tap göndər, nəğmə olum bu gecə. 
Mənə  uzat  bircə  gümüş   telini, 
Kirpiyimlə  o  telindən  asılım, 
Yerdə  ruhum  aram  olmur, ovunmur, 
Qaldır   göyə, işığına  qısılım... 
 
...Köksümə  dol, ürəyimə  işıq sal, 
Ay  işığı, getmə  hələ,  göydə  qal...
 
 
 


¹2(3)    èéóí 2012 
 
82 
 
   
 
XANIM  QASIMOVA 
 
 
 
 
 
 
 
 
TƏNHA 
 
Bir tənha  izdihamdan keçirəm 
yalqızlığımı daşıyaraq hamıdan gizlin… 
Sağım , solum insanlarla dolu- 
öz yalqızlıqlarını məndən 
gizlədərək daşıyan insanlarla… 
Bəzən toxunaraq keçirəm, 
bəzən nəfəs-nəfəsə , göz-gözə gəlirik… 
Nəfəsləri , gözləri də tənha, 
Qol-qola,yan-yana getdikləri də tənha… 
Bəzən bu halıma üsyan edərək, 
Yazıram,silirəm,yenidən yazıram yalqızlığımı 

Bölüşmək istəyirəm tənha dostumla… 
Onun da susqunluqlar içində 
tənhalığı var,təsəllisi yox… 
Tənhaların sualı olar,cavabı  yox… 
Tənhaların kimsəsi  olmaz ki, 
yazsın ona ,təsəllisi olsun. 
Bir tənha izdihamdan keçirəm 
yalqızlığımı daşıyaraq hamıdan gizlin… 
 
  
 
 
DUYĞU NAĞILI 
 
Dərin duyğuların quyusuna enirəm, 
belimə bağlanan 
həyat kəndirindən asılaraq, 
aram-aram,yavaş-yavaş. 
Qəflətən kəndirimi kəsən insan
kimsən,nəçisən? 
Etdiyin pisliyə görə, 
yəqin,sevinirsən... 
Heç sevinmə, 
məndən qurtularsan deyə. 
Duyğularıma sən də gəldin, 
kəndirimi qırıb qaçan insan! 
Hara getsən də,düşüncələrinin, 
duyğularınin dincliyində fəryada dönəcəyəm. 
Ey,bərk yapış kəndirin o biri  ucundan, 
bir duyğumu sənə ötürəcəyəm: 
uzaqlaşdıqca 
kəndirin o biri ucunda 
Məni düşünəcəksən! 
Bilirsən,bu necə zövq verən hisdir? 
Səndən qurtulmaq istəyənin, 
ruhuna qənim kəsilənin    
duyğularında, 
düşuncələrində yaşamaq.  
 
  
 
 
  
 
 
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə